Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə10/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   63
-Ma n istehsal texnologiyas [1]

Nominal ölçü – möhkəmlik, sərtlik və ya hər hansı başqa hesabatlar nəticəsində konstruktor tərəfindən müəyyən olunub standarta əsasən yuvarlaqlışdırılmış ölçüyə deyilir. Bu ölçüyə görə hədd meylləri və hissənin hədd ölçüləri müəyyən olunur.
Nominal ölçü həm deşik və həm də val üçün eyni olur. «D» və «d» ilə işarə olunur. Hesabatdan alınmış nominal xətti ölçüləri (diametr, uzunluq, hündürlük) seçmək üçün, bu məsləhət görülən rəqəmlər əsasında «Normal xətti ölçülər» standartı (DST 6636-59) tərtib edilmişdir. Hesabatdan alınmış nominal ölçü bu standartdan seçilir.
Həqiqi ölçü – ölçmə prosesində ölçmənin buraxılabilən xətaları daxilində müəyyən olunmuş ölçüyə deyilir.
Bu islahat mütləq dəqiq ölçüyə malik hissəni hazırlamaq və onun xətasız ölçülməsini təmin etmək mümkün olmadığın göstərir. İşləyən maşın hissəsinin həqiqi ölçüsü yeyilmə, elastiki, qalıq və istilik deformasiyaları və digər səbəblərin təsirindən statik vəziyyətdə və ya yığılmada, təmin olunmuş ölçüsündən fərqli alınır. Bu keyfiyyəti maşın və mexanizmlərin dəqiqliyinin təhlilində nəzərə almaq lazımdır.
Hədd ölçüləri – hissənin ən böyük və ən kiçik buraxılabilən ölçüləridir ki, həqiqi ölçü ya bunlara bərabər olmalı, ya da onların arasında yerləşdirilməlidir. Deşiyin hədd ölçüləri və kimi, valın hədd ölçüləri isə və kimi işarə olunur (şəkil 2.1 a).
DST 25346-82, əsasən ölçünün keçən və keçməyən hədləri anlayışını da müəyyən etmişdir.

Şəkil 2.1. Araboşluqlu oturmalarda deşik və valın müsaidə sahələri



Keçən hədd – istilahı iki hədd ölçüsündən ən böyük kütləyə müvafiq ölçüyə aid edilir, yəni val üçün bu ən böyük ölçü, deşik üçün isə ən kiçik ölçüyə bərabərdir.
Keçməyən hədd – istilahı iki hədd ölçüsündən ən kiçik kütləyə müvafiq ölçüyə aid edilir, yəni val üçün ən kiçik ölçü, deşik üçün isə ən böyük ölçüyə bərabərdir.
Hədd meylləri – standart tərəfindən müəyyən olunmuş hədd ölçüləri ilə nominal ölçü arasındakı cəbri fərqə deyilir və cizgidə nominal ölçünün sağ tərəfində daha kiçik şriftlə göstərilir. Hədd meylləri nominal ölçüyə əsasən yerləşmələrinə görə üst və alt meyl adlanır.
Üst meyl – ən böyük hədd ölçüsü ilə nominal ölçünün cəbri fərqinə deyilir.
Alt meyl – ən kiçik hədd ölçüsü ilə nominal ölçünün cəbri fərqinə deiylir.
Standartlarda meyllər mikrometrlərlə verilir, cizgilərdə isə mm-lə göstərilir və onlar aşağıdakı kimi işarə olunur:
ES – deşiyin üst meyli; ES = Dmax– D;
El – deşiyin alt meyli; El = Dmin – D;
es – valın üst meyli; es = dmax – d;
ei – valın alt meyli; ei = dmin – d.
Bu halda deşik və valın hədd ölçüləri aşağıdakı kimi hesablanır:
Dmax = D + ES ; dmax = d + es ;
Dmin = D + El; dmin = d + ei.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə