Mühazirə Nəqliyyat qarşısında qoyulan əsas məsələlər Nəqliyyat sistemində texniki istismarın yeri


hər  hansı  mexanizmin  işləmə qabiliyyətini bərpa etmək olur  (



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə15/118
tarix18.04.2022
ölçüsü3,26 Mb.
#85570
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   118
ANİ muhazire konspekti

 

hər  hansı  mexanizmin 

işləmə qabiliyyətini bərpa etmək olur 

(

əgər


 

onun konstruksiyası imkan verirsə). Bizim misalda 

araboşluğun 

Y

n

 - 

b

Y  

qiymətlərində tormoz mexanizmi işləmə qabiliyyətinə malikdir. 

    Parametrləri  texniki  sənədlərdə  göstərilmiş  qiymətlər  hüdudunda  olmaq  şərtilə  nəqliyyat 

vasitəsinin öz funksiyasmı yerinə



 

yetirə bilmə qabiliyyətinə onun 



işləmə qabiliyyəti

 

deyilir. 

    Hərəkət tərkibinin işləmə qabiliyyətini həmişə tələb olunan

 

səviyyədə saxlamaq üçün onun 

TQ  və  CT  işlərini  yüksək  keyfiyyətlə  yerinə  yetirmək  lazımdır,  xüsusən  təmirə  olan  ehtiyacı 

vaxtında  müəyyən  olunmalıdır.  Bunun  üçün  isə  avtomobilin  və  onun  aqreqatlannm  istismar 

zamanı  texniki  vəziyyətlərinin  dəyişmə  qanunauyğunluqları  öyrənilməli,  texniki  vəziyyətin 

parametrlərinin  buraxıla  bilən  maksimum  qiymətləri  düzgün  təyin  edilməli,  imtinaların  və 

nasazlıqların fiziki mahiyyətləri aydınlaşdırılmalı, profilaktik və təmir xarakterli texniki təsirləri 

keyfiyyətlə  yerinə  yetirmək  üçün  istehsalat  elmin  yeni  nailiyyətləri  əsasında  qurulmalı  və  s. 

məsələlər geniş planda həll edilməlidir. 

     Hərəkət  tərkibinin  texniki  vəziyyətinin  yürüşdən  (işləmə  qabiliyyətindən)  asılı  olaraq 

dəyişməsinin (pisləşməsinin) əsas səbəbi onun konstruksiyasında müxtəlif xarakterli imtinaların 

və nasazlıqların yaranmasıdır. 

    «Nəqliyyat  vasitələrinin  texniki  istismarı»nda  (xüsusən  etibarlılıq  nəzəriyyəsinin  tətbiqi 

bölməsində) imtina əsas texniki anlayışlardan biridir. Sistemin (aqreqatın, mexanizmin) işləmə 

qabiliyyətinin tam və yaxud natamam itirilməsinə 

imtina

 

deyilir. 

    İmtina və nasazlıq anlayışları müxtəlif məna kəsb edirlər. 

Nasazlıq

 dedikdə istismar edilən 

kosntruksiyanın elə texniki halı başa düşülür ki, onu qiymətləndirən göstəricilərin (ona qoyulan 

tələblərin)  ən  azı  biri  texniki  sənədlərdə  verilmiş  qiymətlərinə  uyğun  gəlməsin.  Nasazlıq  ilə 

imtina  arasındakı  fərq  ondan  ibarətdir  ki,  avtomobil  (mürəkkəb  konstruksiya  kimi)  texniki 

cəhətdən  nasaz  olduğu  halda  işləmə  qabiliyyətinə  malik  ola  bilər.  Məsələn,  kuzovun  (banın) 

müəyyən  hissəsində  rəngin  olmaması,  ya  da  batığın  olması,  cihazlar  lövhəsini  işıqlandıran 

lampanın  sıradan  çıxması,  yan  şüşələrdən  hər  hansının  sınması  avtomobilin  texniki  cəhətdən 

nasaz olduğuna dəlalət edir. Lakin bununla belə avtomobil işləmə qabiliyyətinə malikdir. 

Odur 

ki,  hərəkət  tərkibinin  işləmə  qabiliyyətinə  təsir  etməyən  nasazlıqlar  imtinalar  sırasına  daxil 

edilmir.

 



10 

 

      



Məsələnin qoyuluşundan asılı olaraq imtinalar müxtəlif əlamətlərə görə təsnif edilirlər.

 

Onların  fiziki  mahiyyətlərini,  aralarındakı  qarşılıqlı  əlaqəni  və  baş  vermə  səbəblərini 



aydınlaşdırmaq  üçün  nəqliyyat  vasitəsində  baş  vermiş  imtinaları  asağıdakı  əlamətlərə  görə 

qruplaşdırırlar: 

1.  Texniki vəziyyətin dəyişmə xarakterinə görə - 


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə