Ümumi halda keyfiyyət göstəricisinin avtomobilin yürüşündən (xidmət müddətindən) asılı
1- начальное значение показателя качества; 2- изменение показателя качества во
времени; 3- реализуемый показателя качества ; 4- влияние технической эксплуатации на
изменение показателя качества; 5 - реализуемый показателя качества с учетом влияния
16
Şəkil . Keyfıyyət göstəricisinin (P) avtomobilin işləmə müddətindən
və ya yürüşündən
(t, l)
asılı olaraq dəyişmə qanunauyğunluğu
I - keyfiyyət göstəricisinin başlanğıc qiymətinin (A nöqtəsi) dəyişmə dinamikası;
II - istehsal zamanı yerinə yetirilən tədbirlərin hesabına yüksəldilmiş keyfiyyət göstəricisinin
(B nöqtəsi) dəyişmə dinamikası;
III- istehsal və istismar zamanı görülən tədbirlərin hesabına yüksəldilmiş keyfiyyət
göstəricisinin dəyişmə dinamikası.
Qrafikdən göründüyü kimi birinci halda (I əyrisi) avtomobil başlanğıc keyfiyyət
göstəricisinə malikdir (A nöqtəsi). Bu göstərici istismar müddəti artdıqca azalır. Avtomobilin
yürüşü çox olduqca keyfiyyət göstəricisinin orta qiyməti də bir o qədər aşağı düşür (
1
I
-də 1,
2
I
-
də 2). Deməli, keyfiyyət göstəricisinin reallaşdırılan qiyməti onun başlanğıc qiymətindən asılı
olaraq təyin edilir. Buna görə göstəricinin başlanğıc qiymətinin yüksək olması xüsusi
əhəmiyyətə malikdir. Məsələnin bu tərəfini istehsalçılar avtomobilin konstruksiyasında
təkmilləşdirmə tədbirlərini həyata keçirməklə həll edirlər. Beləiklə, keyfiyyət göstəricisinin həm
başlanğıc (B nöqtəsi, II əyrisi) həm də orta qiyməti yüksəlir.
Lakin avtomobilin keyfiyyət göstəricisinə ancaq istehsalçılar deyil, istismarçılar da təsir
göstərə bilirlər. Burada keyfiyyətin yüksəldilməsi üçün təsir kanallarının miqdarı daha çoxdur:
yüksək keyfiyyətli istismar materiallarından, ixtisaslı fəhlə qüvvəsindən, avtomobillərin
müəssisə ərazisində səmərəli saxlama üsulundan istifadə etmək, hərəkət tərkibinin idarə edilmə,
TQ və CT üsullarını təkmilləşdirmək, texniki təsirlərin yerinə yetirilmə keyfiyyətini yüksəltmək
və s. yollarla keyfiyyət göstəricilərini yaxşılaşdırmaq mümkündür (III əyrisi). Keyfiyyət
göstəricilərini həmçinin istehsalat bazasını qabaqcıl texnika və müasir texnologiya əsasında
qurmaqla, müəssisənin texniki təchizat məsələlərini yaxşılaşdırmaqla da yüksəltmək olur.
İstismar amillərinin avtomobilin keyfiyyət göstəricilərinə təsirini aydmlaşdırmaq üçün
konkret olaraq iki qrup sürücü üzərində aparılan müşahidələri nəzərdən keçirək.
I qrup - yüksək ixtisaslı sürücülər;
II qrup - orta ixtisaslı sürücülər.
Hər iki qrupun sürücüləri eyni markalı avtomobilləri idarə edir, eyni istismar şəraitində və
eyni yüklərin daşınması ilə məşğul olurlar. Nəticədə avtomobilin aqreqatlarının yürüşü üçün
alınan göstəricilər isə müxtəlifdir:
I qrup normaya görə.................131%
II qrup normaya görə.................76%
I qrup II qrupa görə..................173%
I qrupda yüksək göstəricilərin alınması onunla izah edüir ki, buradakı sürücülər
avtomobilin idarə edilmə üsullarını yaxşı bilir və istismar şəraitindən asılı olaraq bu üsullardan
ustalıqla edirlər. Deməli, istismar keyfiyyətlərinin yaxşılaşdırılmasında istismarçıların rolu çox
böyükdür. Belə məsələlərin səmərəli şəkildə həll edilməsini “Nəqliyyat vasitələrinin texniki
istismarı” öyrədir.
17
Şəkil 2. Keyfiyyətin struktur sxemi
Bir sıra göstəricilər üçün , məsələn, məhsuldarlıq, işləmə qabiliyyəti, imtinaya qədər yürüş
üçün istismar müddətindən və ya nəqliyyat vasitəsinin yürüşündən eksponensial asılılıq
xarakterikdir:
)
1
(
exp
)
(
1
t
k
P
t
P
К
K
, (1) ,
burada
)
(
t
P
K
və
1
К
P
-
t
-ci və birinci istismar ilində keyfiyyət göstəricisi;
k-
keyfiyyət
göstəricisinin zamandan (yürüşdən) asılı olaraq dəyişmə intensivliyini müəyyən edən əmsal;
t-
istismat müddəti, illər.
Nəqliyyat vasitəsinin keyfiyyət göstəricisinin zamandan asılı olaraq dəyişməsi daha
intensiv olduqca, onun istismar xüsusiyyətləri daha tez pisləşir.Buna görə də bu göstəricilərin
qiymətləndirilməsi istismar müddəti nəzərə alınmaqla aparılmalıdır.
Dostları ilə paylaş: