texniki istismarı.
İdarə etmə altsisteminin
əsas vəzifəsi
– xarici ( qonşu sahələr, direktiv orqanlar,
müştərilər, nəqliyyatın digər növləri) və daxili ( daşımalar və texniki istismar)
koordinasiya, hüquqi, normativ və maliyyə təminatıdır.
Daşıma prosesinin
əsas vəzifəsi
-
son məhsulun ( daşıma həcmi, yüklərin nomenklaturası)
vaxtında lazımi iqtisadi (mənfəət, əmək tutumu, maya dəyəri), sosial (komfortabellik,
qənaət, sərnişinlərin daşınma vaxtı), ekoloji xarakteristikalarla alınmalısıdır.
Texniki istismarın
əsas vəzifəsi - nəqliyyat prosesini optimal maddi və əmək məsrəfləri
sərf etməklə, ekologiya tələblərinə cavab verməklə işləmə qabiliyyətli hərəkət tərkibi ilə
təmin etməkdir.
Nəqliyyat vasitələrinin və materialların istehcalı sferası
Nəqliyyat vasitələrinin texniki
istismarı
Kommersiya istismarı (daşımalar)
Daşımaların son məhsulu (daşıma həcmi,
nəqliyyat işi, maya dəyəri, gəlir).
Nəqliyyat vasitələrinin və materialların istehcalı sferası- nəqliiat işinin potensial
mümkünlüyünü təmin edir.
Nəqliyyat vasitələrinin texniki istismarı- nəqliiat işinin faktiki mümkünlüyünü təmin edir.
Kommersiya istismarı (daşımalar)- nəqliiat işinin reallaşdırır.
Nəqliyyat vasitələrinin səmərəli istifadə olunma dərəcəsini yüksəltmək üçün qabaqcıl
texnika və texnologiyanı istehsalata tətbiq etmək, işçilərin əmək şəraitini yaxşılaşdırmaq,
onların ixtisaslaşma qabiliyyətini yüksəltmək. Texnoloji proseslərdə yüksək dəqiqliyə və
məhsuldarlığa malik müxtəlif təyinatlı texniki vasitələrdən (avadanlıqlardan) istifadə
etmək, müəssisənin bstehsalat-texniki bazasını zənginləşdirmək lazımdır. Bununla yanaşı
istismar əsnasında hərəkətin təhlükəsizliyini yüksəltmək, nəqliyyatın ətraf mühitə mənfi
təsirlərini də azaltmaq lazımdır.
Bu istiqamətlərdə yerinə yetiriiən iqtisadi, texniki və təşkilati təsirlər vasitəsilə
nəqliyyatın işləmə qabiliyyəti tələb edilən səviyyədə saxlanılır ki, bununla da texniki istismar
məşğul olur. Başqa sözlə, nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə
saxlanılması problemi texniki istismarda nəzərdən keçirilir. Texniki istismarda həll edilməli
olan məsələlərin çoxluğu nəqliyyat vasitələrinin sürətli artımı ilə də izah edilə bilər.
«Nəqliyyat vasitələrinin texniki istismarı» bir elm kimi digər nəzəriyyələrin (ehtimal,
etibarlılıq, nəqliyyat növünə məxsus nəzəriyyələr və s.) əsasında inkişaf etdirilmiş, özünün
elmi əsasını və mütərəqqi üsullarını yaratmışdır ki, bunların vasitəsilə bir çox istehsalat
məsələləri həll edilir.
«Nəqliyyat vasitələrinin texniki istismarı» müxtəlif istiqamətlərdə inikşaf etdirilir. Belə
ki, istismar zamanı hərəkət tərkibinin işləmə qabiliyyətini tələb olunan səviyyədə saxlamaq üçün
texniki istismarın mövcud üsulları təkmilləşdirilir, istehsalat qabaqcıl texnika və texnologiya
əsasında qurulur, kompleks mexanikləşdirmə və avtomatlaşdırma vasitələri tətbiq edilir, texniki
qulluq (TQ) və cari təmirin (CT) əmək tutumları normalarının aşağı salınması yolları tədqiq
edilir, nəqliyyatın və onun aqreqatlarının texniki qulluqlar və təmirlər arası yürüş normaları
2
yüksəldilir, nəqliyyat müəssisələrinin layihələndirilməsində mütərəqqi iş üsulları nəzərdə tutulur
və digər əməli tədbirlər həyata keçirilir.
Dəmir yolu nəqliyyatında bu xüsusiyyətlər o zaman müsbət nəticələrə gətirib çıxarır ki,
lokomotiv və vaqon təsərrüfatları yüksək səviyyədə təşkil edilmiş olsun. Bu təsərrüfatların əsas
vəzifəsi lokomotivlərin və vaqonların etibarlılığını və istifadə edilmə dərəcəsini yüksəltməkdir.
Buna görə son zamanlar dəmir yolu nəqliyyatının istismar edilməsi proseslərində müasir
elektron-hesablama texnikasından, diaqnostikadan və müxtəlif sınaq avadanlıqlarından geniş
istifadə edilir. Bu baxımdan gənc mütəxəssislər lokomotiv və vaqon təsərrüfatlarının
saxlanılması və istismarı məsələlərini dərindən öyrənməli, dəmir yolu nəqliyyatının texniki
qulluq və təmir texnologiyasına, istehsalatda əməyin elmi əsaslar üzərində qurulmasına, robot
texnikasının tətbiq edilməsinə müasir baxımdan nəzər salmalıdırlar.
Avtomobil və dəmir yolu nəqliyyatı yanacaq-enerji rezursları idxal edən nəqliyyat
vasitələridir. Bu baxımdan yanacağın qənaətlə istifadə edilməsi ən mühüm məsələlərdən biri
hesab edilir ki, bu da ilk növbədə mühərrikin qida və alışdırma sistemlərinin (AN-də) texniki
vəziyyətlərindən, nəqliyyat vasitəsinin digər aqreqat və mexanizmlərinin işləmə qabiliyyətindən
asılıdır. Bu istiqamətdə işlədilən alternativ yanacaqların (məsələn mayeləşmiş və sıxılmış qazlar)
yanacaq-enerji rezurslarına böyük təsiri var (xüsusilə texniki istismar baxımından).
«Nəqliyyat vasitələrinin texniki istismarı»nın əsas vəzifələrindən biri istismarçıları
yüksək etibarlılığa və ömüruzunluğuna malik nəqliyyatla təmin etməkdir. Bu baxımdan qeyd
etmək la-zımdır ki,
Dostları ilə paylaş: |