36
Mühazirə 14.
İstismar şəraitinin təsiri.
Nəqliyyat vasitəiərinin saxlanma üsulları. Texniki qulluq və
təmirin yerinə yetirilmə keyfiyyəti.
İstismar şəratinin təsiri
Nəqliyyat vasitələrinin istismar şəraiti bir çox amillərlə xarakterizə edilir. Bunların hər
birinin ayrılıqda NVTV-nə təsirini öyrənmək üçün bütün amilləri şərti olaraq aşağıdakı qruplara
bölmək olar:
1. Yol şəraiti.
2. İqlim şəraiti.
3. İdarə edilmə üsulu (avtomobil nəqliyyatında).
4. Müəssisə ərazisində saxlanma üsulu.
Hərəkət tərkibinin istismar edildiyi
yol şəraiti
dedikdə yolun tipi, yol örtüyünün texniki
vəziyyəti, yolun mailliyi, havanın tozlanma dərəcəsi və hərəkətin gərginliyi nəzərdə tutulur. Yol
şəraitindən asılı olaraq dirsəkli valın dövrlər sayı, mühərrikin gücündən və burucu momentindən
istifadə dərəcəsi dəyişir. Yol şəraiti həmçinin güc ötürücü aqreqatların, hərəkət hissələrinin və
asqıların elastik elementlərinin işləmə rejimlərinə də çox təsir edir.
Təcrübələr göstərir ki, yaxşı vəziyyətdə olan torpaq yollarda avtomobilin texniki sürəti
asfalt-beton yollardakı sürətindən 1,3-1,4 dəfə azdır (avtomobil nəqliyyatı üçün). Pis yollarda
avtomobilin texniki sürətinin aşağı düşmə səbəbləri onun dinamiki keyfiyyətlərinin tam istifadə
edilə bilməməsi ilə izah olunur.
Mühərrikin işləmə rejiminin onun detallarının yeyilməsinə böyük təsiri var (şəkil 3.4).
Qrafikdən görünür ki, minimum yeyilmə dərəcəsi dirsəkli valın 1200-2000 dövrlərində əldə
edilir. Yuxarı dövrlərdə yeyilmənin artması mühərrikin temperatur rejiminin və yağlama
şəraitinin pozulması ilə izah edilir. Aşağı dövrlərdə yeyilmənin yüksək olması isə onunla
əlaqədardır ki, yağın hissələr arasına vurulma sürəti kiçik olduğundan sürtünən səthlərdə tam
mayeli sürtünmə təmin edilmir.
Yol şəratinin avtomobilin texniki vəziyyətinə təsirini nəzərdən keçirək.
Şəkil 2. Mühərrikin yeyilmə dərəcəsinin (J, mq./l000 km.)
dövrlər sayından (n, d/dəq.) asılılığı
Avtomobilin müxtəlif yol şəraitində işlədilməsi dirsəkli valın dövrlər sayının tez-tez
dəyişməsinə səbəb olur. Bu isə benzin mühərrikləinrdə işçi qarışığının hazırlanma
texnologiyasını pozur, sorma borusunun divarlarında maye yanacaq qatı çökür. Əgər mühərrikin
qərarlaşmış rejimində
yanacaq qatının miqdarı verilən benzinin 1-2%-ni təşkil edirsə, bəzi xoşa
gəlməyən rejimlərdə isə bu rəqəm 15-20%-ə çatır. Bu yanacağın müəyyən hissəsi silindrlərə
keçir, buxarlana bilmir, silindr divarlarından yağı sıyırır, karterə tökür, yağı durulaşdırır. Yağın
keyfiyyəti pisləşdiyi üçün detallar yeyilir, onların ömür uzunluğu azalır.
Avtomobilin pis yollarda (karyerlərdə, daşlıq, dağlıq və nahamar yerlərdə) istismarı ilə
əlaqədar olaraq detallarının yeyilmə dərəcəsinin yüksək olması onunla izah edilir ki,
qeyri-
müntəzəm iş rejiminin
təsirindən zərbəli yüklər meydana çıxır, sürtünən səthlərin yağlanma
37
rejimi pozulur, aqreqatlar tez-tez dəyişən rejimlərdə işləməli olur, mexanizmlərdə səslər əmələ
gəlir və s. Məsələn, silindr-porşen qrupunun detallarının yeyilməsinin əsas səbəbi sürtünən
səthlərin üzərinə hava ilə daxil olan tozun ən kiçik hissəciklərinin - kvarsın düşməsidir. Dirsək-
sürgüqolu və qazpaylama mexanizmlərinin yeyilmə şiddətinin artmasına səbəb abraziv
hissəciklərin göstərdiyi təsirdir.
Yol şəraiti avtomobilin elastik elementlərinin işləmə müddətinə də böyük təsir göstərir.
Tədqiqatlar göstərir ki, asfalt-beton yollarda istismar edilən avtomobil ressorunun ömür
uzunluğu 150-160 min km. olduğu halda nahamar torpaq və daşlı yollarda ressorun xidmət
yürüşü 15-16 min km-ə enir. Göründüyü kimi ressorun işləmə müddəti orta hesabla 10 dəfə
azalır. Bu fərq ressor lövhələrində tez-tez dəyişən xarakterli gərginliklərin təsiri ilə izah edilir.
Yolun texniki vəziyyəti transmissiya aqreqatlarının işləmə qabiliyyətinə də mənfi təsir
göstərir. Avtomobil çətin keçilən yol şəraitində istismar edildikdə onun kiçik ötürmələrdə
işlədilmə müddəti yüksəlir, tez-tez ilişmə muftasından və sürətlər (ötürmələr) qutusundan
istifadə edilir ki, bunun nəticəsində aqreqatların ömür uzunluğu qısalır. Yol şəraiti transmissiya
detallarının yeyilməsinə də öz təsirini göstərir. Avtomobilin asfalt-beton yoldakı yeyilmələrini
vahid qəbul etsək, onda bir sıra tədqiqatlara görə çınqıllı yollardakı yeyilmələri 2,41, torpaq
yollardakı qiyməti isə 1,98-ə bərabər olur.
Yol şəraiti avtomobilin tormoz sisteminə və sükan idarəsinə, aparan təkərlərin yastıqlarına,
hərəkət hissələrinə də öz təsirini göstərir. Burada zərərli halların qarşısını almaq üçün imkan
daxilində optimal hərəkət sürəti seçməli, normal yağlama şəraiti təmin etməli, detalların
normadan çox yüklənməsinin qarşısını almalı və s. bu kimi tədbirlər yerinə yetirilməlidir.
İqlim şəraiti
ətraf mühitin orta illik temperaturu, onun minimum və maksimum qiymətləri,
yağıntıların miqdarı, havanın rütubətliyi və barometrik təzyiqi ilə xarakterizə edilir. İqlim şəraiti
nəinki nəqliyyat vasitəsinin texniki vəziyyətinə hətta yolun xarakterinə də təsir edir.
Aşağı temperaturlarda konstruksiyada baş verən imtinaların və nasazlıqların sayı artır.
Tədqiqatlar göstərir ki, qış aylarında avtomobilin aqreqat və mexanizmlərində baş verən
imtinaların sayı yay aylarına nisbətən 1,5-2 dəfə çoxdur.
Avtmombillərin yüksək temperatur şəraitində istismar edilməsi də çətinliklərlə əlaqədardır.
Belə ki, havanın temperaturu 40-50°C-yə çatdıqda avtomobilin
istilik, yük və sürət rejimləri
dəyişir.
İqlim şəraitinin avtomobilin texniki vəziyyətinə təsiri onunla xarakterizə edilir ki,
temperaturun təsirindən konstruksiya poladlarının, metal ərintilərin, plastik kütlələrin, rezin və
digər materialların fiziki-kimyəvi, həmçinin mexaniki keyfiyyətləri dəyişir. Bunlardan əlavə
avtomobillərdə işlədilən istismar materiallarının tərkibi və istismar xüsusiyyətləri iqlim
şəraitindən asılı olaraq müxtəlif sərhədlərdə dəyişir. Havanın temperaturunun aşağı düşməsi
detalların kövrəkləşməsinə (xüsusən plastik kütlələrin), rezin materialların işləmə qabiliyyətinin
itirilməsinə, soyuducu mayenin (suyun) donmasına, mühərrikin çətin işə düşməsinə və s. xoşa
gəlməyən hallara səbəb olur.
Havanın rütubətliliyinin yüksək olması detalların korroziyaya uğramalarına səbəb olur.
Nəticədə metalların yorğunluq həddi aşağı düşür, onların elastikliyi və möhkəmliyi azalır,
detalların yeyilmə dərəcəsi yüksəlir və s. zərərli proseslər yaranır.
Hərəkət tərkibinin texniki vəziyyətinə təsir göstərən əsas amillərdən biri də mühərrikin
istilik rejimidir.
Bu rejim havanın temperaturu, avtomobilin yüklənmə dərəcəsi və sürəti, onun
yük altında boş dayanma müddəti, texniki qulluğun aparılma keyfiyyəti ilə müəyyən edilir.
İstilik rejimindən asılı olaraq mühərrikin yeiylmə dərəcəsi dəyişir (şəkil 3.5). Qrafikdən görünür
ki, temperatur 80°C-dən aşağı düşən kimi silindr divarlarının yeyilmə şiddəti kəskin surətdə artır.
Bu, aşağı temperaturlarda silindrlərdə yağlama rejiminin dəyişməsi ilə izah edilir. Belə ki, istilik
rejiminin pozulması yanacağın fraksiya tərkibinə (tozlanmaya) təsir etdiyi üçün normal işçi
qarışığı alınmır, maye şəklində qalan yanacaq silindrin divarlarındakı yağı sıyırır, yeyilmələrin
miqdarını artırır. Mühərrikin silindrlərini korrozion - mexaniki yeyilmədən qorumaq üçün
onların yuxarı hissələrinə gilizlər qoyulur.
38
Aparılan elmi tədqiqatlar göstərir ki, ümumi şəkildə mühərrikin detallarının yeyilmə
dərəcəsi soyutma sistemində suyun və karterdə yağın temperaturu 50°C-dən aşağı düşdükdə
böyük sürətlə artır.
Şəkil . Silindr divarlarının yeyilmə tempinin (J, mm./l000km.)
temperaturdan (t, °C) asılı olaraq dəyişməsi.
Ətraf mühitin temperaturu aşağı düşəndə avtomobilin güc ötürücü mexanizmlərində
müqavimətlər yüksəlir. Bu müqavimətlərin qiymətinə əsasən transmissiyanın aqreqatlarındakı
yağların düzgün seçilməsi detalların yeyilməsini azaltmaqla bərabər yanacaq sərfini aşağı salır.
Mühərrikin optimal istilik rejimini saxlamaqla avtomobilin ömür uzunluğunu artırmaq olur.
Benzin mühərriklərində bu rejim soyutma sistemində suyun temperaturu 80-85°C, dizel
mühərriklərində isə 85-90°C olduqda əldə edilir. Bununla həm də temperatur rejimi saxlanılır.
Termostatın tətbiq edilməsi mühərrikin qızma vaxtını və detalların yeyilmə gərginliyini azaldır.
Dostları ilə paylaş: