Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2020


Ekosistemlərin dağılmasının və tükənməsinin əsas səbəbləri



Yüklə 439,4 Kb.
səhifə52/169
tarix31.12.2021
ölçüsü439,4 Kb.
#82008
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   169
C fakepathetraf muhitin iqtisadiyyat muhazire

Ekosistemlərin dağılmasının və tükənməsinin əsas səbəbləri aşağıdaklardır:

1. Təbiətdə qida resurslarının yaranması və istehlakı tullantısız sikl üzrə baş verir. Lakin bundan fərqli olaraq insan tərəfindən hayata keçirilən mal-material istehsalı zamanı tullantılar meydana gəlir. Öz tələbatlarının ödənilməsi üçün insana bir ildə 20 t xammal tələb olunur ki, bunun da 90 - 95 %-ni tullantılar təşkil edir. Əvvəlki dövrlərdə təbii sistemlər insan fəaliyyəti nəticəsində yaranan tullantıları emal edərək zərərsizləşdirir, özünü onların ziyanlı təsirindən müdafia edə bilirdi. Müasir dövrdə isə biosferin özünütəmizləmə və özünütənzimləmə imkanları artıq demək olar ki, tükənmişdir.



2. Təbii mühitin həcmi insanın təsərrüfat fəaliyyətinin bütün tullantılarını emal etməyə kifayət etmir. Onların qalaqlanaraq toplanması ətraf mühitin qlobal çirklənməsi və təbii ekosistemlərin deqradasiyası təhlükəsi yaradır.

3.Faydalı qazıntıların ehtiyatı fiziki-kimyəvi şərait və bizim planetin ölçüleri ilə məhdudlaşdırıldığından getdikcə tükənir.

4.İnsanın dağıdıcı fəaliyyətinin nəticəsi uzunmüddətli olub bir nəslin dövrü ilə kifayətlənmir. Bundan başqa, bir ərazidə təbiətə olan təsirin nəticəsi ondan çox-çox uzaqlarda əks oluna bilir. Bu da hər hansı təsərrüfat fəaliyyətinin ziyansızlığı haqqında yanlış təsəvvürlər yaradır.

Sosial stabillik və təbii ekosistemlərin dayanıqlığı bir medalın iki üzüdür. Təbii və sosial iqtisadi sistemlərin inkişafı strukturların və əlaqələrin mürəkkəbliyi nəzəriyyəsinə (Complexity theory) uyğun baş verərək mühitin tutumu tərəfindən təmin edilir. Mürəkkəblik nəzəriyyəsinin mahiyyəti odur ki, sistemin təşkilinin ölçüləri və mürəkkəbliyi artdıqca bu strukturun və onun funksiyalarının təmin edilməsi üçün lazım olan enerji sərfi də artır. Sistemin gələcək inkişafına sərf olunan enerjinin miqdarı isə getdikcə azalır. Daxil olan enerji ilə sistemin dayanıqlığına sərf olunan enerjinin miqdarı bərabərləşdikdə sistemin sonraki inkişafı dayanır. Bu şəraitdə təmin edilən inkişaf səviyyəsi mühitin maksimal təminat həcmi adlanır. Mühitin təminat həcmi ekosistemin təmin edə bildiyi biokütlənin miqdarıdır.




Yüklə 439,4 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   169




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə