Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Mövzu 17. Hissələrin bərpa üsulları



Yüklə 190,69 Kb.
səhifə73/112
tarix11.05.2022
ölçüsü190,69 Kb.
#86687
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   112
Avtomobillerin-istehsali-ve-temirinin-esaslari

Mövzu 17. Hissələrin bərpa üsulları
Avtomobil təmirinin texniki - iqtisadi səmərəliliyinin əsas mənbələrindən biri bərpa olunmuş hissələrdən təkrar istifadə olunmasıdır. Ona görə hissələrin bərpasına böyük əhəmiyyət verilir.

Hissələrin bərpası zamanı materialların, elektrik ener­cisinin və əmək resurslarının sərfi xeyli az olduğundan, onların bərpa qiyməti istehsal qiymətindən 2-3 dəfə az olur.

Avtomobil hissələri yeyilmə, materialın yorulması, mexaniki və korroziya zədələri nəticəsində öz iş qabiliyyətini itirirlər. Hissələrin əksəriyyəti isə (75%) qalıq resursa malik olduğundan bərpa edildikdən sonra onları təkrar istifadə etmək olur.

Təmirə qəbul olunan hissələrin 45%-də yeyilmə 0,01-0,07 mm, 25%-də isə 0,07-0,14 mm-dən çox olmur. Hissələrin bərpasının əmək tutumu avtomobilin tam halda təmirinin əmək tutumunun 40%-ni təşkil edir. Bərpa oluna bilən avtomobil hissələrinin nomenklaturası 200-300-a yaxın olur.

Hissələrin bərpa edilməsinin vacibliyi bir daha onunla izah edilir ki, ehtiyat hissələrinə olan tələbatı xeyli azaltmağa imkan verir. Ona görə hissələrin bərpa olunmasının bütün sahələrdə genişləndirilməsi vacibdir.

Qovşaq hissələrində oturtmaların bərpası iki yolla təmin edilə bilər:

- hissələrin yeyilmiş səthinin ölçülərini dəyişərək, əvvəlcədən müəyyən olunmuş təmir ölçülərinə çatdırmaqla;

- hissələrin başlanğıc ölçülərini tam bərpa etməklə.

Avtomobil hissələrinin bərpasında aşağıdakı üsullardan istifadə edilr: mexaniki emal; plastik deformasiya və ya təzyiqlə emal; qaynaq və üst əritmə; metallaşdırma; qalvanik və kimyəvi ötrüklər çəkmə; sintetik materiallarla (plastik kütlə ilə) bərpa; lehimləmə; elektrik qığılcımı ilə bərpa və s.


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə