Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 190,69 Kb.
səhifə40/112
tarix11.05.2022
ölçüsü190,69 Kb.
#86687
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   112
Avtomobillerin-istehsali-ve-temirinin-esaslari

- texnoloji;

- istismar.

Konstruktiv səbəblərə fırlanan hissələrdə simmetriyanın pozulması,çertyoc xətalarını və s. göstərmək olar.

Texnoloji səbəblərə hissələrdə materialın sıxlığının qeyri-mqntəzəm yayılmasını, deformasiyanı, bazalaşdırma, balans-

laşdırma və yığma ilə əlaqədar xətaları və s. göstərmək olar.



İstismar səbəblərinə isə fırlanan hissələrdə yeyilmənin qeyri - müntəzəm olmasını, qovşaqlarda ara boşluğunun artmasını, daxili gərginliyi və s. aid edilə bilər.

Disbalansın üç növü vardır:

- statik;

- dinamik;

- qarışıq.

Statik disbalans o zaman əmələ gəlir ki, hissə və ya düyünün ağırlıq mərkəzi fılanma oxu üzərinə düşməsin. Bu zaman əmələ gələn disbalans statik momentlə təyin edilir


D = m R = G r Nm ,

Burada: m - tarazlaşmayan kütlə, kq;

R - fırlanma oxundan tarazlaşmayan kütlənin

mərkəzinə qədər olan məsafə, m ;

G - hissə və ya düyünün kütləsi, kq ;

r - hissənin ağılıq mərkəzinin fırlanma oxundan

sürüşməsi, m .

Fırlanma zamanı tarazlaşmayan kütlə qiymətcə sabit, lakin istiqamətcə dəyişən mərkəzdən qaçma inersiya qüvvəsi yaradır

Pc = mR 2

Hissəni statik tarazlaşdırmaq üçün mərkəzdən qaçma inersiya qüvvəsinin əks istiqamətində elə bir m1 kütləsini R1 məsafədə bərkitmək lazımdır ki, onun yaratdığı tarazlaşdırıcı Py = m1.R1. 2 qüvvəsi qiymətcə Pc qüvvəsinə bərabər, istiqamərcə ona əks olsun, yəni Py = Pc ,eləcədə

m1R1 2 = mR 2

Balanslaşdırma ağır tərəfdən kütləni deşmə və ya yonma ilə, yüngül tərəfə isə əlavə kütlə birləşdirməklə aparılır.Tarazlaşdırıcı kütlə aşağıdakı ifadə ilə təyin edilr

m1 = m.R/ R1 , kq.

Dinamiki disbalans uzunluğu dametrindən iki daha artıq olan , adətən val tipli hissələrdə və yalnız fırlanma hərəkətində əmələ gəlir.

Dinamiki disbalans zamanı hissənin ağırlıq mərkəzi fırlanma oxu üzərinə düşür,lakin hissənin baş inersiya oxu fırlanma oxundan müəyyən bucaq qədər meyilli olur. Val tipli hissənin fırlanması zamanı mərkəzdən qaçma Rc cüt qüvvələri L məsafədə fırlanma oxu müstəvisində statik moment əmələ gətirir. Yaranan statik moment titrəməyə və əlavə yükün əmələ gəlməsinə səbəb olur.

Cüt qüvvələrin qolu nə qədər uzun olarsa, yaranan dinamiki disbalansın qiyməti də bir o qədər böyük olacaqdır.

M = C L = GrL 2 , N.m2

Dinamiki balanslaşdırma tarazlaşdırıcı kütlələrin köməyi ilə əlavə cüt qüvvələr yaratmaqdan ibarətdir. Dinamiki tarazlaşdırılan hissələr həm də ctatik tarazlaşmış olurlar.Statik tarazlaşmış hissələr isə dinamiki tarazlığa malik olmurlar.

Praktilada təmiz dinamiki disbalansa rast gəlmək olmur. Ən cox qaqrışıq disbalans müşahidə olunur. Hissə və düyünlərdə dicbalansın buraxıla bilən qiymətləri cədvəl şəklində verilir.


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə