Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 190,69 Kb.
səhifə90/112
tarix11.05.2022
ölçüsü190,69 Kb.
#86687
növüMühazirə
1   ...   86   87   88   89   90   91   92   93   ...   112
Avtomobillerin-istehsali-ve-temirinin-esaslari

Mövzu 20. Metallaşdırma ilə hissələrin

bərpası


Metallaşdırma prosesinin mahiyyəti.


Metallaşdırma prosesinin mahiyyəti ondan ibarətdir ki, əridilmiş metal təsirsiz (sıxılmış) qaz və ya hava şırnağı ilə 3300 mikron ölçüdə xırda hissəciklər şəklində tozlandırılaraq 100-300 m/san (1000 km/saat) sürətlə xüsusi hazırlanmış səthə çökdürülür.

Əridilmiş metalın xırda hissəcikləri böyük uçuş sürətinə malik olduğundan hissənin səthinə plastik vəziyyətdə çatırlar. Həmin hissəciklər hissənin səthinə zərbə ilə dəyərək deformasiyaya məruz qalır və səthin boşluq və ya kələ – kötürlüyünü dolduraraq örtük əmələ gətirir.

Metallik hissəciklərin öz aralarında və hissə ilə birləşməsi əsasən mexaniki xarakter daşıyır, yalnız bəzi nöqtələrdə çökdürülən materialla hissə arasında qaynaq birləşməsi əmələ gəlir.

Örtüyün əsas metalla (hissə ilə) ilişməsi, başlıca olaraq, hissənin səthinin kələ – kötürlüyünün hesabına əldə edilir. Bu məqsədlə hazırlıq işləri zamanı xüsusi emal aparılır: bərpa olunan səthdə dairəvi yiv açılır, qum şırnağı və ya polad qırıntıları ilə (üfürməklə) kələ – kötürlük yaradılır.

Hissələrin bərpa üsulu kimi metallaşdırma prosesinin üstün cəhətlərinə aşağıdakıları aid etmək olar: proses sadədir və yüksək məhsuldarlığa malikdir, bərpa olunan hissə az qızır (120-180S), çökdürülən örtüyün qalınlığı 0,1-10 mm və daha artıq ölçüdə təmin edilə bilir, örtük məqsədilə istənilən metal və ərintilərdən istifadə etmək olar. Örtük çəkilən səth (hissə) az qızdığından nəinki metalları, hətta ağacdan olan hissələri, şüşəni, gipsi və digər qeyri metalları da metallaşdırmaq olur.

Metallaşdırma üsulundan, həmçinin antikorroziya örtüklərinin çəkilməsində və dekorativ məqsədlər üçün də istifadə edilir. Metallaşdırma ilə çəkilən örtüyün bərkliyi və yeyilməyə qarşı davamlığı yüksək olur, istifadə olunan avadanlıq sadədir.

Metallaşdırma ilə bərpanın nöqsan cəhətlərinə örtüyün mexaniki möhkəmliyinin azalmasını, örtüyün əsas metalla ilişmə möhkəmliyinin nisbətən yüksək olmamasını, örtük təbəqəsinin məsaməli və kövrək olmasını göstərmək olar. Ona görə də sürüşmə və sıxılmada yüksək, xüsusi təzyiq (yük) şəraitində işləyən hissələri (paylayıcı valların yumruqlarını, çarxların dişlərini), həm də yağlanmayan hissələri (tormoz barabanlarını) metallaşdırma ilə bərpa etmək olmaz.

Yeyilmiş hissələrin metallaşdırma prosesi üç əməliyyatdan ibarətdir:

- hissənin səthinin metallaşdırmaya hazırlanması (hazırlıq işəri),

- səthin metallaşdırılması və

- metallaşdırılan səthin emalı.


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə