Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 190,69 Kb.
səhifə94/112
tarix11.05.2022
ölçüsü190,69 Kb.
#86687
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   ...   112
Avtomobillerin-istehsali-ve-temirinin-esaslari

Yüksək tezlikli metallaşdırma.

Yüksək tezlikli metallaşdırma örtük metalını əritmək üçün yüksək tezlikli cərəyandan istifadə etməyə əsaslanır. Verilən məftil yüksəktezlikli induktorda əridilir və elektrik – qövs metallaşdırılmasında olduğu kimi sıxılmış qazla və ya hava ilə tozlandırılır.

Yüksək tezlikli metallaşdırma aparatının başlığı yüksək tezlikli generatordan qidalanan induktora və cərəyan mərkəzləndircisinə (konsentratoruna) malikdir. Cərəyan konsentratoru məftilin üz hissəinin əriməsini təmin edir.

Yüksək tezlikli metallaşdırmanın üstünlüklərinə aşağıdakılar aid edilə bilər. Burada metal elektrik – qövs metallaşdırmasına nisbətən az oksidləşir və legirləyici elementlər az yanır. Bu əsasən proses zamanı metanın qızdırılma temperaturunun nizamlana bilməsinə görə əldə edilir. Örtüyün mexaniki möhkəmliyi kifayət qədər yüksək olur.

Üsulun mənfi cəhətlərinə prosesin məhsuldarlığının nisbətən az olmasını, istifadə olunan avadanlığın mürəkkəb və baha olmasını aid etmək olar. Təmir müəssisələrində MVÇ-1, MVÇ-2 və MVÇ-3 markalı yüksək tezlikli metallaşdırıcı aparatlardan istifadə edilir.

Yksək tezlikli metallaşdırmada lampalı generatorlardan QZ-46, LZ-37, LQ-60 və s. istifadə edilir. Cərəyanın tezliyi 200-300 khs təşkil edir.

YTC-la metallaşdırma zamanı 4-5 mm diametrdə tərkibində karbonun miqdarı 0,45 % olan məftillərdən istifadə edilir. Belə məftillər stabil tərkibdə örtük almağa imkan verir. YTC-la metallaşdırma zamanı alınan örtüyün bərkliyi elektrik – qövs və qaz metallaşdırmalarına nisbətən HB 100-150 vahid yüksək olur.


Yüklə 190,69 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə