Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin
hazırlanması
QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki müdafiənin
əsas vəzifələrindən biridir.
1.2. Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır.
Bu zaman 6 — 17 yaşlı şəxslərə — sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən
mühafizə üsulları, 17 yaşından yuxarı
şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini
aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir.
1.3. Fövqəladə hadisələrdən müdafiə qaydalarının və mülki müdafiənin əhaliyə öyrədilməsi
respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə,
müəssisələrin, təşkilatların rəhbərləri
tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində işçilərin əsas vəzifələri ilə yanaşı
mülki müdafiə üzrə vəzifələr də nəzərə alınmaqla, fərdi və fasiləsiz yerinə yetirilir.
1.4. Obyektlərdə mülki müdafiənin öyrədilməsi işləri tədris qruplarında məşğələ aparmaq,
mühafizə məsələlərini müstəqil surətdə öyrənmək üsulları ilə, məşq və təlimlər vasitəsilə həyata
keçirilir.
1.5. Məşğələlərin mövzuları, keçirilməsi qaydası və vaxtı (iş vaxtı və ya işdən sonra)
yerli
şərait, istehsalın xüsusiyyətlərini və öyrədilən şəxslərin hazırlıq dərəcəsini nəzərə almaqla
müəyyən edilir.
1.6. İşçilər fəaliyyətə hazırlanarkən onlara “Mülki müdafiə” mövzullarının öyrədilməsi
nəzərdə tutulur, həmçinin təhlükəsizlik texnikası üzrə ilkin təlimat proqramlarına, müəssisədə
işin xüsusiyyətləri nəzərə alınmaqla mülki müdafiə məsələləri də daxil edilir.
1.7. Kollektiv
və fərdi əmək müqaviləsi, digər müqavilələr bağlanarkən bunlarda mülki
müdafiəyə hazırlığın təşkili üzrə işəgötürənin və əmək kollektivinin vəzifələri müəyyən olunur.
1.8. Dövlət və qeyri-dövlət təhsil müəssisələrində şagirdlərin, tələbələrin və dinləyicilərin
mülki müdafiə hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik,
dövlət
komitələri, baş idarələr, təhsil müəssisələri tərəfindən yerli xüsusiyyətlər nəzərə
alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi ilə
razılaşdırılır.
10
1.9. Əməli məşğələlər, mülki müdafiə təlimləri və məşqləri — sülh və müharibə
dövrlərindəki fövqəladə hallarda mülki müdafiə tədbirlərinin yerinə
yetirilməsinə bütün əhali
qruplarını hazırlamağın əsas forması hesab edilir.
Respublikanın əhalisinə mühafizə bitkilərinin öyrədilməsində mülki müdafiə təbliğatına
geniş yer verilir.
Mülki müdafiə təbliğatı sülh və müharibə dövrlərindəki fövqəladə hallarda mühafizəsinin
üsul və qaydalarını bütün əhaliyə öyrətməyin formalarından biridir.
Mülki müdafiə təbliğatında kütləvi informasiya vasitələrinin, gönüllü
hərbi-vətənpərvərlik
texniki-idman cəmiyyətlərinin, digər dövlət və ictimai təşkilatların imkanlarından səmərəli
istifadə olunmalıdır. Bu sahədə Fövqəladə Hallar Nazirliyi nəzdində yaradılan
mətbuat və
informasiya qurumu xüsusi rol oynamalıdır.
11
Dostları ilə paylaş: