MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə19/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   15   16   17   18   19   20   21   22   ...   196

yoxdur  ki,  onun  köməkliyi  ilə  qurğuşun  instinktini  qızıl  əxlaqa 

çevirmək mümkün olsun. 

İnsan  xarakterini  irsi  əlamətlərlə  izah  edən  müasir  burjua 

alimləri  az  deyildir.  Amerika  Birləşmiş  Ştatlarından  yuxarıda  adını 

çəkdiyimiz  A.İensenden  əlavə,  E.Torndayk,  Con  Dyui,  U.Ceyms, 

Moreno,  S.Bert,  Q.Ayzek,  C.Qrey  və  bir  çox  başqalarının  fikirləri 

buna misal ola bilər (Kazımov N. Tərbiyənin elmi-pedaqoji əsasları. 

Bakı “Maarif’, 1983. səh. 22-23). 

İstər  irsiyyət  amilinin,  istərsə  də  mühit  amilinin  şərh 

olunmasında  həm  etnopedaqoji  materiallarda,  həm  də  belə  klassik 

filosofların əsərlərində məsələyə birtərəfli  yanaşma hallarının özünə 

də birtərəfli yanaşmaq olmaz. 

Şəxsiyyətin  formalaşmasında  irsiyyətin  də,  mühitin  də  rolunu 

azaldan və bəzən onları inkar edənlər, başqa amilə- tərbiyəyə üstünlük 

verənlər tarixdə olmuş və indi də vardır. Bu cür alimlərin əqidəsinə 

görə insan xarakterini, onun şəxsiyyətini  formalaşdıran başlıca amil 

tərbiyədir:  guya  tərbiyə  hər  şeyə  qadirdir.  Y.A.Komenski, 

K.A.Helvetsi, Mişel Lepeletye, Pobert Ouen və bir çox başqaları buna 

misal ola bilər. Komenskinin əqidəsinə görə, insan tərbiyə sayəsində 

insan olur. O, yazırdı ki, hər cür uşağı tərbiyənin köməkliyi ilə insan 

etmək  olar.  Yaxud  fransız  ensiklopedist  materialistlərindən  olan 

K.A.Helvetsi  “İnsan,  onun  əqli  qabiliyyətləri  və  tərbiyəsi”  adlı 

əsərində adamların əqli və əxlaqi keyfiyyətlərinə dair fikirlərini şərh 

etmiş  və  belə  bir  nəticəyə  gəlmişdir  ki,  adamların  hamısı  eyni 

dərəcədə  təhsil  almağa  qadirdir;  təbii  imkanlarına  görə  adamlar 

bərabərdir; əqli və əxlaqi keyfiyyətlər isə adamlarda müxtəlif ola bilir. 

Helvetsi  həmin  müxtəlifliyin  səbəblərini  də  öyrənməyə  səy 

göstərmişdir. Onun əqidəsinə görə, əqli cəhətdən bərabərsizlik məlum 

səbəbin nəticəsidir və bu səbəb tərbiyədəki fərqdən ibarətdir. Helvetsi 

mühitin şəxsiyyətə təsirini də tərbiyə anlayışına daxil etmişdir. Onun 

fikrincə,  gənclərin  başlıca  tərbiyəçisi  yaşadıqları  dövlət  üsul-idarə 

formalarının xalqla yaratdığı adət və ənənələrdir. Vaxtilə Helvetsiyə 

tutarlı etiraz edən Deni Didro yazırdı ki, tərbiyə hər şeyə deyil, çox 

şeyə qadirdir. Tərbiyənin təbii xüsusiyyətlərə münasibəti məsələsinə 

toxunarkən Didro Pestalotsinin məlum bir fikrinə yaxınlaşır; D. Didro 

deyirdi ki, tərbiyə uşaqların təbiətini nə 



56 


zərə ala bilsə, onlarda faydalı təbii imkanları inkişaf etdirə və zərərli 

təbii imkanları üstəliyə bilər (Kazımov N. Tərbiyənin  elmi-pedaqoji 

əsasları. Bakı “Maarif’, 1983. səh. 33). 

Tərbiyənin  etnopedaqoji  məna  çalarlarmdan  birinin  “rəbb”, 

“mürəbbi”,  “mürəbbiyə”,  “tarəbbi”  sözlərilə  bağlı  olmasını  nəzərə 

alsaq  deməliyik  ki,  islam  dəyərlərində  “tər-  biyə”nin  “rəbb”,  yəni 

allah  tərəfindən  insanlara  verilməsinin  və  gələcək  nəsillərə 

ötürülməsinin  irəli  sürülməsi  də  irsi  amillərin  rolunun  şişirdilməsi 

kimi  başa  düşülməlidir.  Burada  faydalı  təbii  imkanların  tərbiyə 

adlandırılması da istisna deyil. 

“Qoşa  amil”  nəzəriyyəsi  ilə  əlaqədar  başqa  bir  cərəyanın 

olduğunu da qeyd edə bilərik. Şəxsiyyətin formalaşmasını mühitin və 

tərbiyənin  təsiri  ilə  izah  edənlər  arasında  elələri  də  vardır  ki,  onlar 

sözdə  mühit  və  tərbiyə  anlayışlarını  işlətsələr  də,  əslində  mühitin 

şəxsiyyətə  təsirini  geniş  mənada  tərbiyə  kimi  başa  düşürlər. 

A.P.Medvedkovun, V.A.Suxomlinskinin və B.T.Lixaçovun fikirlərini 

buna misal gətirmək olar. Məsələn, A.P.Medvedkov “Pedaqoqika dlya 

samoobrazovaniya şkolı i semyi”! adlı kitabında orqanizmin inkişafını 

pedaqoji proses adlandırmışdır. 

Bu  fikrin  ünsürlərinə  B.T.Lixaçovun  “Şəxsi  münasibətlər  və 

tərbiyənin qanunauyğunluqları məsələsinə dair”^ adlı məqaləsində də 

rast  gəlirik.  O,  məqaləsində  mühitin  şəxsiyyətə  təsirini  Medvedkov 

kimi  tərbiyə  prosesinə  aid  edir.  Buna  görə  də  sosioloji  və  pedaqoji 

proses məqalədə eyniləşdirilir. V.A.Suxomlinski tərbiyəni formalaşan 

şəxsiyyətə mürəkkəb kompleksli təsirlər kimi qələmə verir (Kazımov 

N. Tərbiyənin elmi-pedaqoji əsaslan. Bakı “Maarif’, 1983. səh. 38). 

Göründüyü kimi, şəxsiyyətin formalaşmasına təsir edəm amillər 

içərisində irsiyyət, mühit və tərbiyə amilləri mühüm əhəmiyyət kəsb 

edir.  Hansı  ki,  bu  amillərin  hər  biri  özlüyündə  şəxsiyyətin,  onun 

xarakterinin formalaşmasına ən zəruri təsir göstərir. 

Elə götürək irsiyyət amilini özündə səciyyələndirən hazır biloloji 

keyfiyyətlər və onun genləri ilə bağlı olan amilləri. 

Hər bir hüceyrənin nüvəsində milyonlarla gen olur. Hər əlamətin 

(məsələn, saçın  rənginin) bir geni  atadan, bir geni  isə anadan uşağa 

keçə bilir. Uşaqda bu genlərdən biri dominant 

57 



(üstün), o biri isə resessiv (gizli) ola bilir. Dominant olan genin təmsil 

etdiyi əlamət aydın ifadə edilir, resessiv genin təmsil etdiyi əlamət isə 

gizli  qalır.  Lakin  resessiv  əlamətlər  ikinci  nəsildə  (nəvədə)  və  ya 

üçüncü  nəsildə  (nəticədə)  hökmən  meydana  çıxır  (Kazımov  N. 

Tərbiyənin elmi-pedaqoji əsasları. Bakı “Maarir, 1983. səh. 40-41). 

Genetik  əlamətləri  elmi  cəhətdən  əsaslandıran  tibb  elminin 

fiziologiya bölməsi genlərin insan qanında 300 il yaşamasını da irəli 

sürür. Həmin genetik əlamət və keyfiyyətləri daşıyan və növbəti nəslə 

ötürmən 

amin 


turşulardır. 

Bu 


turşular 

içərisində 

“Dezoksiribonikleyin” turşusu bu funksiyanı daha dəqiq yerinə yetirir. 

Yəni  ataya  məxsus  olan  irsi  keyfiyyətləri  övlada  ötürməyə  xidmət 

edən derzoksibonukleyin turşusu insanın qanında 300 il yaşaya bilir. 

Bu  isə  “şəcərə  xətti”  deməkdir.  Yəni  baba,  ata,  oğul,  nəvə,  nəticə, 

kötücə,  ticə,  iticə  adlandırlan  nəsildə  isə  həmin  turşu  yeni  nəsil 

yaratmağa xidmət göstərir. 



İrsi  xəstəliklərin  mövcud  ola  bilməsi.  Orqanizm  üçün  nəinki 

ciddi  əhəmiyyəti  olamyan  əlamətlər  (məsələn,  gözün,  saçın  və  ya 

dərinin rəngi; başın, üzün və ya burunun forması) hətta orqanizm üçün 

həyat mənası kəsb edən normal və ya anormal əlamətlər, habelə bir 

çox  xəstəliklər  də  irsən  keçir.  Elmə  bu  cür  minə  qədər  irsi  xəstəlik 

məlumdur. Çanaq, bud oynağının anadangəlmə çıxığı, anadangəlmə 

kəmağıllıq,  cinsi  inkişafın  anor-  mallığı  və  s.  bu  cür  xəstəliklərdən 

hesab  edilir  (Kazımov  N.  Tərbiyənin  elmi-pedaqoji  əsasları.  Bakı 

“Maarif’, 1983. səh. 41). 

Uşaqların kar, lal, kor, ağıldan kəm olmaları şəxsiyyətin normal 

formalaşdırılmasma  əngəl  törədən  amillərdir.  Bu  zaman  pedaqoji 

elmlər  sistemində  mövcud  olan  əlahiddə  pedaqogikalardan  istifadə 

olunur.  Surdo  pedaqogika  (surdodidaktika),  Tiflo  pedaqogika 

(tiflodidaktika),  Aliqofren  pedaqogika  (aliqo-  fren  didaktika)  adlı 

pedaqoji,  psixoloji,  fizioloji  və  metodik  əsasları  özündə  əks  etdirən 

dərs vəsaitlərində belə uşaqların inkişafı üçün istiqamətlər vardır. Bu 

cür irsi azlıqlar xromo- somların sayında da özünü göstərir. 

Orqanizmin hüceyrələrinin xromosom sayında və xromoso- mun 

strukturunda  yaranan  qeyrinormallıq  orqanizmin  bu  və  ya  digər 

qüsurunda özünü göstərir. Hüceyrədəki xromosomların 



58 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə