MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə20/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   16   17   18   19   20   21   22   23   ...   196

sayı  46  deyil,  45  və  ya  47  olduqda  kişi  orqanizmində  kişiyə  xas 

olmayan bəzi  qadın  əlamətləri (məsələn, səsin  incəliyi,  saqqalsızlıq, 

bığsızlıq  əlamətləri,  döz  vəzilərinin  normadan  artıq  olamsı  və  s.), 

qadın  orqanizmində  isə  boyun  həddən  artıq  qısalığı,  cinsi  inkişafın 

geri  qalması,  döşlərin  zəif  inkişafı  və  s.  əlamətlər  müşahidə  edilir 

(Kazımov N. Tərbiyənin elmi- pedaqoji əsasları. Bakı “Maarif’, 1983. 

səh. 41). 

Deməli, oğlanların irsi xəstəlikləri onların normal şəxsiyyət kimi 

formalaşması işində öz mənfi təsirini göstərir. İrsən keçən xəstəliklər 

onların  danışığında,  hadisələrə  yanaşmasında,  digər  cinslərə 

münasibətində  özünü  bir  o  qədər  də  normal  cəhətdən  göstərmir. 

Xromosom  dəsti  oğlanlarla  yanaşı  qızlarda  da  anormal  xarakterli 

əlamətdə özünü göstərir. Hansı ki, bu irsi əlamətlər onların normal bir 

şəxsiyyət kimi inkişafına mane olur. 

Qızlarda xromosom dəsti bir vahid azaldıqda, yəni 45 olduqda 

Terner-Şerşevski deyilən, əksinə, bir vahid artdıqda, yəni 47 olduqda 

isə oğlanlarda Klaynfilter deyilən xəstəlik əmələ gəlir. 

Bu cür faktlardan görmək çətin deyildir ki, nəinki normal fiziki 

və  fizioloji  əlamətlərin  bir  çoxu  açıq  ifadə  olunur,  bəziləri  isə 

müəyyən dövrdə özünü aydın büruzə vermir; hətta normadan kənarda 

olan  əlamətlərin,  yəni  anormal  fiziki  və  fizioloji  əlamətlərin  də  irsi 

kökləri ola bilir (Kazımov N. Tərbiyənin elmi-pedaqoji əsasları. Bakı 

“Maarif’, 1983. səh. 41). 

Göründüyü  kimi,  irsi  xəstəliklər  nəticəsində  oğlanlarla  yanaşı 

qızların  da  bir  şəxsiyyət  olaraq  inkişafına  mane  olan  amillər 

mövcuddur. Bioloji, fizioloji araşdırmalar bir daha sübut edir ki, bir 

adamın  bir  şəxsiyyət  kimi  formalaşması  həm  də  onun  irsi 

keyfi)^ətlərindən  asılıdır.  Hansı  ki,  bu  irsi  keyfiyyətlərin  bəziləri 

mühitin təsiri ilə dəyişikliklərə də uğraya bilir. 

Deməli, anadangəlmə əlamətlərə təsir etməyin mümkün olması 

labüddür.  Şəxsiyyətin  formalaşmasında  müəyyən  rolu  olan  irsi 

əlamətlər biryolluq verilmiş əlamətlər deyil. Biologiya sahəsində bir 

sıra son tədqiqatlar göstərir ki, vaxtilə təbii qüvvələrin, ətraf mühitin 

təsiri ilə yaranmış olan irsi əlamətlər özləri də müəyyən şəraitdə başqa 

təbii qüvvələrin təsiri ilə 

59 



dəyişə  bilir.  Məsələn,  qravitasiya  biologiyası  sahəsində  aparılan 

tədqiqatlardan  məlum  olmuşdur  ki,  yer  üzündəki  canlıların  həyat 

tərzini  şərtləndirən  güclü  amillərdən  birisi  qravitasiya  qüvvələrinin 

təsirindən  azad  olduqda,  yəni  çəkisizlik  şəraitinə  düşdükdə  fizioloji 

dəyişikliklər  baş  verir.  Xüsusən  kosmik  gəmilərdə  aparılan 

tədqiqatlardan  məlum  olmuşdur  ki,  çəkisizlik  şəraitinə  düşən 

orqanizmlərin  hüceyrələrində  gedən  maddələr  mübadiləsi  və 

hüceyrələrin genetik quruluşu dəyişməyə başlayır, dəyişkənliyin baş 

verməsi  üçün  müəyyən  şərait  yaranır.  Belə  bir  dəyişkənlik  isə  irsi 

əlamətlərin dəyişməsinə gətirib çıxara bilir (Kazımov N. Tərbiyənin 

elmi-pedaqoji əsasları. Bakı “Maarif’, 1983. səh. 43). 

Bəzən uşağa verilən bioloji, fizioloji əlamətlər, keyfiyyətlər ya 

yeniyetməlik dövründə, ya gənclik dövründə onun düşdüyü mühitdə 

müəyyən  dəyişikliklərə  uğrayır,  dəyişir  və  tamamilə  başqa  bir 

xarakter alır. Hətta sosioloji təsirlərin gücü ilə irsi psixoloji-nevroloji 

xəstəliklər  nəticəsində  yaranan  çatışmazlıqları  aradan  qaldırmaq 

mümkün olur. 

Tibb  elmində  məlum  olan  bir  çox  faktlar  göstərir  ki,  sosioloji 

amillərin  təsiri  ilə  irsi,  psixo-nevroloji  çatışmazlıqların  qarşısını 

almaq  və  bu  çatışmazlıqları  bəzən  aradan  qaldırmaq  olur:  çünki 

orqanizmin  irsi  əlamətləri  ilə  mühitin,  sosioloji  təsirlərin  arasında 

qarşılıqlı əlaqə vardır. Həmin əlaqəni nəzərə alaraq irsi köklərə malik 

olan  psixoloji  çatışmazlıqları  uşaqlarda  vaxtında  müəyyənləşdirmək 

və  vaxtında  tədbir  görmək  tələb  olunur.  Bu  məqsədlə  valideyinlər, 

müəllim  və  tərbiyəçilər  həkimlərlə,  xüsusən  psixonevroloqlarla  və 

psixiatrlarla  sıx  əlaqə  saxlamalı,  onlardan  lazımi  məsləhətlər 

almalıdırlar  (Kazımov  N.  Tərbiyənin  elmi-pedaqoji  əsasları.  Bakı 

“Maarif’, 1983. səh. 46). 

Qeyd  olunananlardan  belə  qənaət  hasil  olur  ki,  şəxsiyyətin 

inkişafında  irsiyyət,  mühit  və  tərbiyə  amillərinin  rolu  mühüm 

əhəmiyyət  kəsb  edir.  Bundan  başqa  milli  pedaqogikaya  görə 

şəxsiyyətin  formalaşmasında  göstərilən  amillərlə  yanaşı  pedaqoji 

prosesin və əməyin rolu da danılmazdır. 

60 



2.2. Şəxsiyyətin formalaşmasında irsiyyətin rolu 

İnsanın  şəxsiyyət  kimi  formalaşmasında  irsi  amillərin  elmi 

mahiyyətini  öyrənən  genetika  elminə  görə  insan  nəsillərinin 

əvəzlənməsi  genetik  proqrama  uyğun  olaraq  gerçəkləşir.  Ənənəvi 

genetik  proqramın  qeyri-ənənəvi  tərəflərinə  rast  gəlmək  mümkün 

hesab  edilmir.  Afrikada  yaşayan  qara  dərili  adamlardan  ağ  dərili 

adamların törəməsi mümkün hal hesab olunmadığı kimi, Avropadakı 

ağ  dərililərdən  də  qara  dərdilərin  törəyəcəkləri  ehtimalı  düzgün 

sayılmır.  Lakin  bu  heç  də  o  demək  deyil  ki,  genetik  proqramın 

göstəricilərində  mütləq  yanaşmalar  mövcuddur.  Ənənəvi  genetik 

əvəzləmələrin  genlərinə  məxsus  olan  əlamətlərin  hamısını  mütləq 

mənada  saxlayacaqlarını  söyləmək  bu  baxımdan  düzgün  sayılmır. 

Əgər  belə  olsa  idi  vəhşilərin,  heyvanların  mauqlilərin  mühitinə 

düşənlərin  əcdadlarına  məxsus  həmin  əlamətləri  saxlaya  biləcəkləri 

mümkün hesab edilə bilərdi. Elmi ədəbiyyatda 50- dən artıq mauqli 

əhvalatları  barədə  minlərlə  yazılı  materiallar  mövcuddur.  Həmin 

yazılı  materiallarda  birmənalı  olaraq  mauqlilərin  içərisində  yaşayan 

uşaqların  hamısı  vəhşilərə  məxsus  bütün  əlamətləri,  keyfiyyətləri 

mənimsəmişlər.  Hətta  Hindistanın  ştatlarının  birində  canavarlar 

tərəfindən qundaqda ikən oğurlanmış körpə oğlan uşağı 10 il onların 

içərisində  yaşamış,  bu  müddətdə  onun  bədəni  canavarlara  məxsus 

türklərlə  örtülmüşdür.  O,  çiy  süd  içmiş,  çiy  ətlə  qidalanmışdır.  On 

ildən sonra onu tapandan sonra, 10 yaşlı uşağı canavarların yeridikləri 

tərzdən uzun müddət xilas etmək mümkün olmamışdır. On yaşlı oğlan 

çiy  südlə,  çiy  ətlə  qidalanmış,  hətta  axşam  vaxtı  canavarlar  sayağı 

ulayırmış. Deməli,  genetik  əlamətlərin hər hansı  mühitdə dəyişməsi 

mümkündür.  Ona  görə  də  çalışmaq  lazımdır  ki,  şəxsiyyətin 

formalaşmasına  təsir  edən  hər  bir  amilin  təsiretmə  imkanları  ətraflı 

şəkildə  öyrənildikdən  sonra  məqsədyönlü,  planlı  və  mütəşəkkil  iş 

aparıism. 



61 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə