MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə23/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   19   20   21   22   23   24   25   26   ...   196

tərbiyə işi əvəzsiz əhəmiyyətə malikdir. Bunun üçün aşağıdakı şəkildə 

sistemli iş aparılması məqsədəuyğun hesab olunur: 

-

 

Uşaqların  ədəb-ərkan  dünyamızın  ən  dəyərli  nümunələrilə 



tanış edilməsi. 

İstər  ailə  mühitində,  istər  təlim  prosesində,  istərsə  də  asudə 

vaxtın  səmərəli  təşkili  zamanı  uşaqlar  ağılarda,  laylalarda, 

deyimlərdə,  düzgülərdə  (düzümlərdə),  sınamalarda,  bənzətmələrdə, 

oxşamalarda,  əzizləmələrdə,  bayatılarda,  tapmacalarda,  atalar 

sözlərində,  məsəllərdə,  lətifələrdə,  gülməcələrdə,  yanılt-  maclarda, 

tuyuqlarda, 

varsaqilərdə, 

nəsihətlərdə, 

vəsiyyətnamələrdə 

(vəsiyyətdə),  dodaqdəyməzlərdə,  diltərpənməzlərdə,  mənzum 

hekayələrdə,  aşıq  yaradıcılığında,  mərasim  nəğmələrdə,  mövsüm 

nəğmələridnə, öyüdlərdə, inanclarda, alqışlarda, holavarlarda, sayaçı 

sözlərində və klassik yazarların əsərlərindəki hikmətlərlə tanış etmək; 

-Uşaqların  oyunlara  cəlb  edilməsi,  onların  muğam  folkloru  ilə 

tanış edilməsi

-

 

Ümumbəşəri dəyərlər barədə məlumatların verilməsi; 



-

 

Öyrədənin,  tərbiyəedənin  canlı  sözə  və  ümumi  pedaqoji 



üsullara, prinsiplərə, üsul və yollara istinad etməsi

-

 



Uşaqların  min  illərin  sınağından  keçən  adət-ənənələrə 

yaxınlaşdınlması; 

-

 

Öyrədənin, tərbiyəedənin şəxsi təcrübə nümunəsi



-

 

Uşaqların, gəzintilərdə, səyahətlərdə müvafiq örnəklərlə tanış 



edilməsi; 

-

 



Uşaqlara  əmək  vərdişlərinin  aşılanması  və  onlarla 

peşəyönümü işlərinin aparılması; 

-

 

Uşaqlara  proqramlaşdırılmış  bilik,  bacarıq  və  vərdişlərin 



verilməsi (sistemli təhsil). 

Professor Əjdər Ağayev yazır ki, Azərbaycan ictimai- pedaqoji 

fikrində  konkret  olaraq  şəxsiyyətin  mənəvi  intellektual”  və  sosial 

inkişafında üç mənbənin rolu qeyd eilir. 

1.

 

öyrədənin, tərbiyəedənin canlı-sözü yəni eşitməklə öyrənmə. 



2.

 

Bilik  səviyyələrini  özündə  toplamış,  kitab  oxumaqla, 



oxuduqlarını əxz etməklə tərbiyələnmə. 

68 


3.

 

Münasibət  və  fəaliyyət  laboratoriyası  olan  həyatın  özünü 



müşahidə  etməklə,  əməli  işlərdə  iştirak  etməklə  öyrənmə, 

tərbiyələnmə (Bax. Ə.Ağayev. Azərbaycan ictimai-pedaqoji fikrində 

şəxsiyyətin formalaşmsı problemi. Bakı, Avropa nəşriyyatı, 2005, səh. 

229). 


Şəxsiyyətin formalaşmasında əməyin rolu da mühüm əhəmiyyət 

kəsb edir. Əmək vərdişləri əldə etmək, əmək bacarıqları qazanmaq, 

peşələrə yiyələnmək, işgüzarlığa alışma şagirdlərin bir şəxsiyyət kimi 

formalaşmasını təmin edən amillərdən hesab olunur. 

Prof.N.Kazımov  şəxsiyətin  formalaşmasmda  irsiyyə,  mühit  və 

tərbiyyə (pedaqoji proses) ilə yanaşı şəxsi əməyin roluna da üstünlük 

verir. 

Sual və tapşırıqlar 

1.

 



Şəxsiyyət nədir? 

2.

 



Şəxsiyyətin formalaşdırılması deyəndə nə başa düşülür? 

3.

 



Şəxsiyyətin formalaşmasına təsir edən amillər hansılardır? 

4.

 



İrsiyyət amili haqqında danışın. 

5.

 



Mühit amili haqqında danışın. 

6.

 



Tərbiyə amili haqqında danışın. 

7.

 



Qoşa amillər nəzəriyyəsi haqqında danışın. 

8.

 



İrsiyyət, mühit  və tərbiyə amillərinin təsir imkanları  barədə 

məlumat verin. 



69 


Üçanefi 

bSin»

 

TƏLİM VƏ TƏHSİLİN ÜMUMİ 



MƏSƏLƏLƏRİ 

III

 

Fəsil. Didaktika 

3.1.

 

Didaktika haqqında məlumat 

Təqdim  edilən  «Didaktika»  adlı  fəsil  hazırlanarkən  müxtəlif 

dövrlərdə  dünya  və  Azərbaycan  pedaqoji  fikir  nümayəndələrinin 

didaktik fikirlərinə istinad edilmiş dəyərli cəhətlər nəzərə alınmışdır. 

Xüsusilə  respublikamızda  müxtəlif  vaxtlarda  görkəmli  alim  - 

pedaqoqlar  tərəfindən  nəşr  olunan  pedaqogika  dərsliklərindəki 

«Didaktika»  bölməsi  geniş  təhlil  süzgəcindən  keçirilmiş,  orada 

didaktik problemlərin qoyuluşu ətraflı öyrənilmişdir. 

Məlumdur ki, Azərbaycanm müstəqil inkişaf yolu ilə irəliləməsi 

təhsil  və  elm  sahəsində  müstəqil  dövlət  siyasətinin  həyata 

keçirilməsini  tələb  edir.  Təhsil  Qanunu  milli  zəminə,  ümümbəşəri 

dəyərlərə  əsaslanmaqla  fasiləsiz  təhsil  sistemi  yaratmağı  irəli  sürür. 

Bütün  bunlar  təhsilin  bütün  pillələrində  təlimin  qanun  və 

qanunauyğunluqlarına, prinsiplərinə, metodlarma, təşkili formalarına, 

bütövlükdə  didaktika  problemlərinin  qoyuluşuna  yeni  mövqedən 

yanaşmağı tələb edir. 

Aydın  məsələdir  ki,  müasir  məktəb  didaktikası  ənənəvi  yolla 

inkişaf edə bilməz. Ümumtəhsil məktəbinin hər bir mərhələsi, orada 

təlim  prosesinin  quruluşu  özünün  spesifikliyi  ilə  xarakterizə  olunur. 

Ona görə də burada tədris prosesinin çoxsahəli inkişafını, məqsəd və 

vəzifələrini  həyata  keçirmək  üçün  orta  məktəbin  spesifik  təlim 

nəzəriyyəsi  olmalıdır.  Bu  nəzəriyyənin  də  əsasını  orta  məktəb 

didaktikası təşkil edir. 

Orta  məktəbdə  elmlərin  əsasları  öyrədilir,  gənclərə  orta  təhsil 

verilir və bu, on bir illik təhsil müddətini əhatə edir. Orta məktəbdə 

tədris prosessinin təşkili, təhsilin məzmunu, forma və üsulları- 



70 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə