MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə24/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   20   21   22   23   24   25   26   27   ...   196

nm qoyuluşunda da əsaslı fərq olduğundan orta məktəb didaktikası- 

nm yaranması zərurəti meydana çıxır. 

Digər  tərəfdən  indiyə  qədər  nəşr  olunan  «Pedaqogika» 

dərsliklərində  «Didaktika»  bölməsi  çox  da  böyük  olmayan  həcmdə 

verilmişdir.  Təlimin  əsas  məsələlərinin  şərhi  qısa  şəkildə  təqdim 

edilir,  təlimin  üsul  və  prinsiplərinin  tətbiqində  orta  məktəbin 

spesifikası  nəzərə  aimmır,  məktəb  təcrübəsindən  nümunələrə, 

müəllimlərin iş təcrübəsinə çox az hallarda müraciət olunur. 

Fəsildə  təlimin  mahiyyəti,  məzmunu,  metodlan,  prinsipləri  və 

təşkili  formaları  haqqında  məsələlərin  ətraflı,  sistemli  şəkildə 

işıqlandırılmasına imkan verən materiallar toplanmışdu*. 

Qabaqcıl təcrübədən istifadə edərək biz şagirdlərin təhsil almaq 

üçün zəruri olan biliklərin, bacarıq və vərdişlərin mənimsənilməsində 

uğurlu  nəticələrə  gətirib  çıxara  bilən  didaktik  işin  sistemini 

müəyyənləşdirməyə  çalışmışıq.  Bunun  üçün  uzun  illər  ərzində 

aparılan elmi axtarışlar və tədqiqatlar, mühazirə və seminar, konfrans 

və  elmi  seminarlardakı  çıxışlar,  ümumtəhsil  məktəblərində  şəxsi 

müşahidələr  nəticəsində  toplanılan  məlumatlardan  bir  mənbə  kimi 

istifadə olunmuşdur. 

Bu  günə  qədər  respublikamızda  görkəmli  alimlərimiz: 

M.Mehdizadə,  (M.Muradxanov,  T.Əfəndiyev,  İ.Vəlixanlı  ilə  birgə), 

M.Muradxanov  (Ə.Həşimov,  İ.Vəlixanlı,  E.Əfəndiyev,  A.Kərimov, 

B.Axundov  və  M.Məmmədovla  birgə),  Y.  Talıbov,  Ə.  Ağayev  (İ. 

İsayev və A. Eminovlə birgə), N. Kazımov (bir dərsliyi Ə. Həşimovla, 

ikisini  müstəqil  müəllif  kimi),  Ə.  Həşimov  (F.  Sadıqovla  birgə), 

A.Abbasov,  H.Əlizadə,  Ə.Paşayev,  F.  Rüstəmov  kimi  müəlliflər 

tərəfindən  hazırlanan  «Pedaqogika»,  «Məktəb  pedaqogikası»,  «Ali 

məktəb  pedaqogikası»  adlı  dərslik  və  dərs  vəsaitlərində  verilmiş 

didaktika bölmələrinin həm oxşar, həm də fərqli cəhətləri vardır. SSRİ 

məkanında  hazırlanmış  didaktikaları  nəzərə  almasaq,  qalanlarmın 

hamısı müstəqillik qazandığımız dövrlərdə hazulan- dığı üçün onların 

hamısı  metodologiyasına,  milli  koloritinə,  milli  və  bəşəri  dəyərləri 

özündə əks etdirməsinə, Azərbaycan təhsilinin dünya təhsil sisteminə 

inteqrasiya tələblərinə cavab verməsinə və respublikamızın reallığına 

əsaslanması  baxımından  tərtib  edilməsi  yaxşı  təsir  bağışlayır.  Bu 

müəlliflərin  içərisində  professor  Nurəd-  din  Kazımovun  didaktikası 

həm  həcminə, həm  də  məzmununa görə diqqəti daha  çox cəlb  edir. 

Müəllifin didaktikanın üsulları, 



71 


prinsipləri,  qanunauyğunluqları  barədə  irəli  sürdüyü  yeni 

konsepsiyalar Azərbaycan didaktikası ilə yanaşı, beynəlxalq mühitdə 

mövcud olan elmi didaktikaların zənginləşməsinə öz müsbət təsirini 

göstərmək baxımından təqdirəlayiqdir. 

Biz  didaktika  bölməsini  hazırlayarkən  yuxarıda  adları  çəkilən 

görkəmli  pedaqoqlarımızın  ən  faydalı  didaktik  ənənələrinə  kölgə 

salmadan  problemin  ümumi  məsələləri  barədə  söhbət  açmağı 

məqsədəuyğun hesab etmişik. Didaktika bölməsinin hazırlanmasmda 

mənimlə  birlikdə  pedaqoji  elmlər  namizədi  Şikar  Hüseynov  da 

yaxından iştirak etmişdir. 



3.2.

 

Didaktikanın ümumi məsələləri 

«Didaktika»  termini  pedaqoji  ədəbiyyatda  ilk  dəfə  XYII  əsrdə 

V.Ratke  (Ratxiya)  və  Y.A.  Komenski  (1592-1670)  tərəfindən 

işlənmişdir. Onlar bu ad altında «öyrənmək məharəti»ni «didaktika» 

(yunan  sözü  olub  «öyrədirəm»  deməkdir)  kimi  başa  düşürdülər. 

Müxtəlif  müəlliflər  didaktikanın  məzmununu  müxtəlif  cür  izah 

etmişlər.  Əgər  Ratke  özünün  didaktik  fikirlərində  yalnız  elmlərin, 

dillərin və incəsənətin təlim olunması məharəti barədə danışu'sa, Yan 

Amos Komenski özünün məşhur «Böyük didaktika»kitabında hamıya 

hər  şeyi  öyrətməyin  «ümumi  mədəniyyəti»  barədə  fikir  irəli 

sürmüşdür.  Məhz  pedaqoji  fikir  tarixində  Komenski  bir  alim  kimi 

didaktikanın əsasını qoymuşdur. Komenskinin « Böyük didak- tika»sı 

pedaqogika  kursunun  məzmununu  təşkil  edən  təlimin  prinsipləri  və 

qaydalarmı müəyyənləşdirmiş, sistemə salmış, bütün bunları özünün 

təbiətəmüvafıqlik 

və 

pansofiya 



ideyasına 

uyğun 


şəkildə 

əsaslandırmışdır.  Təlimi  obyektiv  qanunauyğunluqlar  əsasm-  da 

qurmağa çalışan Komenski ideyaları didaktikanm sonrakı inkişafına 

da öz güclü təsirini göstərmişdir. 

Tərbiyə,  təhsil,  təlim  məsələlərini  sistemli  şəkildə  əks  etdirən 

pedaqogika üzrə xüsusi əsərlər Avropada XIX əsrin birinci yarısm- da 

(Nimeyer, Şleyermaxer, Herbart və başqaları) meydana çıxmışdır. Bu 

əsərlərdə təlim nəzəriyyəsi bölməsi ən mühüm bölmələrdən biri kimi 

verilmişdir.  Bu  bölmə  didaktika  adlandırılmışdır.  Didaktikanın 

tərifində  fərq  ondan  ibarət  olmuşdur  ki,  bəzi  müəlliflər  didaktikanı 

təhsil nəzəriyyəsi, bəziləri isə təlim nəzəriyyəsi adlan 

72 



dırmışlar.  Əgər  XIX  əsrin  axırları  XX  əsrin  əvvəllərində  peadaqo- 

gika kurslarına və didaktika üzrə əsərlərə müraciət etsək, onda görərik 

ki, bir çox müəlliflər öz əsərlərini məhz didaktika məsələlərinə həsr 

etmişlər.  Almaniyada  O.  Vilman  (1839-1920)  didaktika  üzrə  öz 

əsərini « Didaktika təhsil nəzəriyyəsi kimi» adlandırmış, rus pedaqoqu 

Kapterov  (1849-1921)  «Didaktika haqqında oçerk»  əsərində  «Təhsil 

nəzəriyyəsi» yarımbaşlığını vermişdir. Rusiyada 

M.  İ. Demkov, Almaniyada F. Paulsen isə “didaktika” dedikdə təlim 

nəzəriyyəsini  başa  düşmüşlər.  Lakin  didaktik  məsələlərin  şərhi  hələ 

qədim dövrlərə  gedib  çıxır. Didaktikanm  nəyi,  necə, öyrətməli kimi 

başlıca  suallarına  ilk  cavabı  hələ  folklor  nümunələrində,  atalar 

sözlərində, zərb-məsəllərdə, nağıl və dastanlarda tapmaq mümkndür. 

Didakttik məsələlərə Platon, Aristotel, Seneka, Siseron, Nizami, 

Rable, Moiten, Əbülhəsən Bəhmənyar, Ə.Təbrizi, O.Marağai, 

N.  Tusi,  İ.H.Pestalotsi,  C.C.Russo,  L.Tolstoy,  K.D.Uşinski,  M.F. 

Axundov, Zərdabi və bir çox başqaları diqqət yetirərək, faydalı fikir 

və mülahizələr söyləmişlər. 

Keçmiş Sovet müəllifləri tərəfindən pedaqogikaya aid yazılmış 

tədris  vəsaitlərində  də  həmçinin  didaktika  müxtəlif  cür  şərh  olunur. 

Bəziləri  onu  təlim  nəzəriyyəsi,  bəziləri  isə  onu  təhsil  və  təlim 

nəzəriyyəsi  kimi  müəyyən  etmişlər.  Lakin  bu  təriflərdəki  fərqlərə 

baxmayaraq,  bütün  müəlliflər  didaktika  bölməsində  eyni  məsələləri 

nəzərdən keçirirlər. 

Didaktika  ayrıca  müstəqil  elm  deyildir.  Didaktika  pedaqogika 

elminin  bir  hissəsidir. Son  dövrdə  yazılan  pedaqogika  dərsliklərinin 

didaktika  bölməsində,  adətən,  didaktikanm  ümumi  əsasları  verilir, 

onun  mövzusu,  məqsədi,  mahiyyəti,  metodoloji  əsasları  və  didaktik 

məqsədləri  izah  edilir.  Lakin  ayrılıqda  götürdükdə  didaktika 

məsələləri  mövcud  dərsliklərin  heç  birində  geniş  və  əhatəli  tədqiq 

edilməmişdir. 

Didaktika təlim və təhsillə əlaqədar aşağıdakı məsələləri öyrənir: 

ayrı-ayrı  tədris  müəssisələrində  təhsilin  məzmunu  nədən  ibarət 

olmalıdır,  təhsil  sistemi  və  onun  prinsipləri,  tədris  müəssisələri 

arasında  qarşılıqlı  əlaqənin  təmin  olunması,  təlimin  mahiyyəti, 

mərhələləri,  qanunauyğunluqları,  təlimin  başlıca  anlayışları,  onun 

funksiyaları,  təlimin  təşkili  formaları  və  üsulları,  prinsipləri,  təlim 

müvəffəqiyyətinə nəzarət, onun qiymətləndirilməsi, dərs cədvəli

73 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə