MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə25/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   21   22   23   24   25   26   27   28   ...   196

onun tərtibi, didaktika ilə ayrı-ayrı fənlərin tədrisi metodikası arasında 

əlaqənin təmin olunması və s. 

Bütün bunlar gösətrir ki, didaktikanın təhsil və təlim məsələləri 

dairəsi  olduqca  əhatəli  və  genişdir  və  o,  öz  vəzifəsmin  yerinə 

yetirilməsi  gedişində  şagirdlərdə  bilik,  bacarıq  və  vərdişlər 

formalaşdırır.  Buradan  belə  nəticə  çıxır  ki,  elmi  biliklərə  müvafiq 

bacarıq və vərdişlrə yiyələnmək, elmi dünyagörüşünün formalaşması 

və  idrakı  qüvvələrin  və  qabiliyyətlərin  inkişafı  təhsil,  onu  almağın 

əsas yolu isə təlimdir. 

Təlimin  vəzifələri  iki  tərəfin-müəllim  və  şagirdlərin  birgə 

fəaliyyəti  zamanı  həyata  keçirilir.  Bu  isə  öyrətmə  və  öyrənmə 

proseslərinin  birliyi  şəraitində  mümkündür.  Təlim  prosesində 

fəaliyyəti əks etdirən cəhətlər bunlardır:  şagirdin idrak  fəaliyyətinin 

təşkili  və  ona  rəhbərlik,  şagirdin  tərbiyəsinə  və  inkişafına  yönələn 

fəaliyyət;  şagirdlərdə  fəallığa  həvəs  yaratmaq,  onların  fəaliyyətinə 

nəzarət  etmək  və  istiqamət  vermək,  fəaliyyətin  nəticələrini  təhlil 

etmək, nəticə çıxarmaq və yekunlaşdırmaq. Təlimdə şagirdin öyrənmə 

fəaliyyətini  əks  etdirən  cəhətlərə  gəlincə  bunlara  aşağıdakıları  aid 

etmək olar:  öyrənmədə idrak əməliyyatlarının formaları, öyrənmədə 

motivlərin,  idrak  maraqlarının,  ünsiyyətin,  şagirdlərin  müstəqilliyi, 

fəallığında rolu. 

Təhsil şəxsiyyətin xüsusiyyətlərini  formalaşdırma prosesi kimi 

tərbiyədən  heç  vaxt  təcrid  olunmur.  Təhsil  almaq  uşaqlarm  məktəb 

dövründə  inkişaf  fəaliyyətinin  başlıca  növüdür.  Bu  fəalij^ətin  necə 

təşkil  olunmasından,  necə  getməsinidən,  hansı  keyfiyyətə  malik 

olmasından asılı olaraq uşaqlarda iradə və xarakterin bu və ya digər 

cəhətləri,  bu  və  ya  digər  əxlaqi  keyfiyyətləri  formalaşır,  əmək 

mədəniyyəti  inkişaf  edir.  Təlim  prosesində  təhsil  alan  şəxsiyyətin 

dünyagörüşünü təşkil edən baxışlar sistemini, ideyalar aləmini özündə 

birləşdirir. 

Təlimdən  danışarkən  bu  məsələyə  bir  qədər  ətraflı  münasibət 

bildirmək lazım gəlir (Hərçənd bu məsələyə ötəri yanaşılmışdır). 

Pedaqogika  dərsliklərində  və  dərs  vəsaitlərində,  alimlərin 

əksəriyyəti  təlimi  sinif-dərs  şəraiti  ilə  tədris  prosesi  ilə 

məhdudlaşdırırlar.  Həmin  müəlliflər  «təlim»  deyəndə  yalnız 

ümumtəhsil  mək-  təblərindəki  ö}n-ətmə  və  öyrənmə  prosesini 

nəzərdə  tuturlar.  Lakin  unutmaq  olmaz  ki,  təlim  ümumtəhsil 

məktəblərindəki sinif, dərs şəraitindən kənarda da mövcuddur. Yəni 

bağçada, peşə məktəbin 

74 



də,  orta  ixtisas  məktəbində,  musiqi  məktəbində,  idman  məktəbində, 

hərbi  məktəblərdə,  peşə-ixtisas  kurslarında  da,  hətta  sirkdə  də 

təlimetmə  mövcuddur.  Bunlardan  başqa,  zavodlarda,  fabriklərdə, 

meydançalarda,  kortlarda,  bərələrdə,  radio-televiziyada,  sexlərdə, 

hovuzlarda,  müxtəlif  tipli  arenalarda,  cıdırlarda,  motodromlarda, 

velotreklərdə  və  s.-də  də  təlimetmə  vardır.  Dərzilərin,  dulusçuların, 

papaqçılarm, əyricilərin, gön-dəri məmulatları, çini qablar, zərgərlik 

məmulatları,  suvenirlər  və  sair  kimi  sənət  növləri  ilə  məşğul  olan 

ustalarm  yanmda peşə və sənətlərə  yiyələnmək  üçün təhkim  olunan 

şagirdlər  də  öz  ustalarmdan  aldıqları  təlim  əsasında  formalaşıb, 

püxtələşiblər. Hətta zooparklarda, sirklərdə və bu tipli digər yerlərdə 

quşlara,  sürünənlərə  (xüsusilə  ilanlara  musiqi  ilə  rəqs  etməyi 

öyrədirlər),  itlərə,  pişiklərə,  atlara,  hətta  vəhşi  heyvanlara  (fillərə, 

şirlərə,  pələnglərə,  ayılara  və  s.)  təlim  verməklə  bir  sıra  qeyri-adi 

vərdişlər aşılanır. 

Deməli,  təlimin  növlərə  ayrılmasına  və  onların  hər  birinin 

ayrı-ayrılıqda tədqiq olunmasına zəruri ehtiyac duyulur. Bunun üçün 

əlimizdə  tutarlı  arqument  də  vardır.  Bu,  nədir?  Bu,  didaktika-  nm 

özünün  xüsusi  didaktika,  ümumi  didaktika,  əlahiddə  didaktika, 

peşə-ixtisas  didaktikası  və  sair  kimi  növlərə  ayrılması  ilə  izah 

edilməlidir. Unutmaq olmaz ki, pedaqogika sahələrinin, yəni pedaqoji 

elmlər  sisteminə  daxil  olan  sahələrin  demək  olar  ki,  hamısının 

didaktikaları  vardır.  Məsələn,  məktəbəqədər  didaktika,  məktəb 

didaktikası, orta ixtisas didaktikası, peşə təhsili didaktikası, ali məktəb 

didaktikası,  musiqi  didaktikası,  idman  didaktikası,  müqayisəli 

didaktika,  surdodidaktika,  tiflodidaktika,  oliqofrendidaktika,  ant- 

rodidaktika  və  s.  Sadalanan  didaktikaların  təhsilləndirici,  inkifetdi- 

rici və tərbiyələndirici funksiyaları da spesifik xarakter daşıyır. 

Ümumiyyətlə,  deməliyik  ki,  məktəb  didaktikası  tərbiyənin  elə 

məsələlərini nəzərdən keçirməklə məhdudlaşır ki, bu da təbii olaraq, 

təhsil  və  təlim  məsələləri  dairəsində  birləşir.  Bu  didaktikanın  əsas 

məqsədi  təlim  prosesinin  qanunauyğunluqlarmın  əsasında  təhsilin 

məzmununun 

şagirdlər 

tərəfindən 

maksimum 

səmərəli 

mənimsənilməsini,  onların  tərbiyə  olunmasını  və  inkişafını  təmin 

edən  yolların  və  şərtlərin  müəyyənləşdirilməsidir.  Didaktikanın 

tədqiqat  obyekti  isə  təhsil  prosesidir,  predmeti  didaktik 

münasibətlərdən, 

bu 


münasibətlərin 

abstrakt 

səviyyədə 

modelləşdirilməsin- 



75 


dən ibarətdir. (Bax. Kazımov N. Həşimov Ə. Pedaqogika.  B., 1996 

səh. 69) 

Məlumdur ki, uşaqlar məktəbəqədər yaşlarda, uşaq bağçalarında 

və ailədə bəzi biliklər və onunla bağlı olan bacarıq və vərdişlər alular, 

onlarla idrakı qabiliyyətlərinin inkişafma kömək edən məqsədyönlü iş 

aparırlar.  Əlbəttə,  bu  məqsədlər  üçün  burada  uşaq-  lann  yaş 

xüsusiyyətləri  nəzərə  alınmaqla  müvafiq  formalarda  təlim  tətbiq 

edirlər. 

Ümumtəhsil  məktəblərində  şagirdlərin  elmin  əsasları  üzrə 

biliklər sisteminə yiyələnməsi vəzifəsi uşaqlarm və gənclərin tərbiyəsi 

sahəsində başlıca amil olaraq qalır. 

Təhsil  və  təlim  həm  ibtidai,  həm  də  ali  təhsil  məktəblərinin 

işində  başlıca  yer  tutur.  Burada  təhsil  və  təlimin  öz  xüsusiyyətləri 

olduğuna  görə  didaktikanın  işlənib  hazırlanması  və  xalq  təhsili 

sistemində bu bölmələrə tətbiq olunması zəruridir. 

Didaktika  ümumtəhsil  məktəblərində  təhsil  və  təlim 

məsələlərinin  işıqlandırılmasını  nəzərdə  tutur.  Əlbəttə,  hazırda 

ümumtəhsil  məktəblərində  didaktikanın  bir  çox  müddəaları  fənlərin 

tədrisində geniş tətbiq olunur. 

Beləliklə,  didaktika  pedaqogikanın  bir  hissəsi  olub,  təlim 

prosesinin  mahiyyətini,  məzmununu,  prinsiplərini,  metodlarını, 

imkanlarını,  yollarını,  vasitələrini  və  təşkilat  formalarını  öyrənən 

elmdir. Didaktikanın əhatə dairəsi bununla məhdudlaşmayır. O, təlim 

prosesinin  qanunauyğunluqlarma,  yuxarıda  qeyd  etdiyimiz  müəllim 

və şagird fəaliyyətinə də müncər edilir. 

Məlumdur  ki,  şagirdlər  təhsil  almaq  üçün  müxtəlif  fənləri 

öyrənirlər. Bu fənlərdə isə müvafiq elmlərin əsasları əks olunur. Hər 

bir  tədris  fənni  üzrə  metodika  mövcuddur.  Hər  fənnin  tədrisi  meto- 

dikasınm müddəalarmı həmin fənnə tətbiq etməyin yollarmı araşdırır, 

digər  tərəfdən  isə  aid  olduğu  fənnin  tədrisindəki  spesifik  qanunları, 

metodları,  vəzifələri  öyrənir.  Metodika  ümumi  məqsədə,  təhsilin 

vəzifələrinə  və  şagirdlərm  yaş  xüsusiyyətlərmə  müvafiq  olaraq 

mövcud tədris fənni üzrə təlimin vəzifələri, məzmunu, metodları və 

təşkilati formaları haqqında elmdir. Hər bir tədris fənninin metodikası 

özünəmüvafiq elmin spesifikliyini, onun məzmununu və metodlarını 

əks etdirir. Bəzi ədəbiyyatlar da göstərir ki, metodika həm də pedaqoji 

elm  deməkdir,  o  mövcud  sahədə  şagirdlərin  uğurla  təhsil  alması 

qanunauyğunluqlarını öyrənir. Belə ki, 



76 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə