MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə28/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   24   25   26   27   28   29   30   31   ...   196

Onun «Vətən dili», «Uşaq aləmi» dərslikləri ən dəyərli didaktika 

materialları  hesab  olunur.  Uşinskinin  Sankt-  Peterburq  yaxmlı- 

ğındakı  Qotçina  yetimlər  institutunda,  Smolni  nəcib  qızlar  institu- 

tundakı  pedaqoji  fəaliyyəti  dövründə  elmi  -  didaktikanın  nəzəriyə- 

sinə, praktik əsaslarına dair yazdığı əsərlər pedaqogikanın ən dəyərli 

əsərləri hesab olunur. 

Uşinskiyə  görə  idrak  prosesində  faktiki  materiallara 

yiyələnməyin  əhəmiyyəti  çox  böyükdür.  Uşinski  Y.A.Komenskinin 

əyanilik  prinsipini  müdafiə  edərək  təlim  prosesində  əyani 

müşahidənin  təşkilinə  böyük  üstünlük  vermişdir.  Uşinski  uşaqlara 

elmi-nəzəri  məlumatları  canlı  müşahidələr  əsasında  verməyin 

üstünlüklərindən  daha  çox  bəhs  etmişdir.  Uşinskinin  ən  böyük 

pedaqoji  kon-  sepsiyalarmdan  da  biri  məhz  əyani  müşahidənin 

müqayisəli şərhinə aiddir. Böyük pedaqoq iddia edirdi ki, hər hansı bir 

predmeti, materialı müşahidə edərək dərk etmək üçün ona müqayisəli 

şəkildə yanaşılması vacibdir. Uşinskiyə görə əgər şagird hər hansı bir 

əşyanı,  predmeti  müşahidə  edərək  onu  başqa  əşya  və  predmetlə 

tutuşdurmağı bacarırsa, onlarm oxşar və fərqli cəhətlərini şərh etməyi 

bacarırsa,  deməli,  həmm  şagird  həmin  əşya  və  predmet  haqqında 

özünün sağlam mülahizəsini söyləyə biləcəkdir. Uşinski göstərirdi ki, 

müqayisə hər cür anlayışm və hər cür təfəkkürün əsasmı təşkil edir. 

Təlimdə müqayisə üsulundan geniş istifadə olunmalıdır. 

N.M.Kazımov (“Müqayisəli təlim-təhsil üsulu haqqmda 

K.D.Uşinskinin  fıkir”ləri  və  məktəb  təlimində  bunun  əhəmiyyəti” 

B.,1957), K. Lordkipanidze (“Uşinskinin pedaqoji sistemi”. M. 1974) 

kimi  görkəmli  pedaqoqlar  Uşinskinin  didaktika  sahəsindəki  irsinə 

müraciət edərək dəyərli əsərlər yaratmışlar. 

Azərbaycanda  didaktikanın  inkişafı,  təşəkkülündə  5mxarıda 

adları  çəkilən  pedaqoq-alimlərin,  müfəkkürlərin  ideyalarmm,  müd- 

dəailarının, tövsiyələrinin və konsepsiyalarmın mühüm rolu olsa da, 

onun bir müstəqil elm kimi formalaşması haqqında konkret bir fikir 

söyləmək  olmaz.  Çünki  respublikamızda  didaktika  həmişə  pe- 

daqogikanm  bir  bölməsi  kimi  təqdim  edilmişdir.  Baxmayaraq  ki, 

70-90 cı illərdə, yeni başlamış əsrimizin əvvəlində rus alimləri məktəb 

didaktikasını,  ali  məktəb  didaktikasını  müstəqil  elm  sahəsi  kimi 

formalaşdırmağa  ciddi  səy  göstərmiş,  hər  iki  sahəyə  dair  dərslik  və 

dərs vəsaitləri hazrlamışlar. Maraqlısı odur ki, Moskvada di 

83 



daktika  sahəsində  çap  olunan  əsərlər  içərisində  surdodidaktika,  tif- 

lodidaktika və oliqofren didaktikalarına da rast gəlmək olar. 

Azərbaycanda isə Bəşir Bəşirovun «Ali məktəb didaktikası» adlı 

dərs vəsaiti istisna olmaqla didaktika adı altında heç bir dərslik və dərs 

vəsaiti hazırlanmamışdır. 

Göründüyü  kimi,  keçmişin  görkəmli  pedaqoqlarmm  axtarışları 

təlimin əsaslı tərəflərinin açılmasma kömək etmişdir. Pedaqoji fik- rm 

inkişafı göstərmişdir ki, təlim böyük nəslin kiçik nəslə sadəcə olaraq 

ötürdüyü biliklər aktmdan ibarət deyildir. 

İstər  ölkəmizdə,  istər  ölkəmizdən  kənarda  həmişə  mütərəqqi 

didaktik  fikrin  nümayəndələri  təlimin  təhlilinin  mütəmadi  olaraq 

davam  etdirilməsinin  böyük  əhəmiyyətə  malik  olduğu  qənaətinə 

gəlmişlər. 

Beləliklə,  didaktika  sahəsində  keçmiş  irs  bizim  didaktik 

biliklərinizin  ən  mühüm  mənbələrinə  xidmət  edir  və  gənc  nəslin 

təlimində bizə lazımı yolların və bir çox məsələlərin həllində kömək 

edir. 

Pedaqoji  təcrübənin  pedaqoji  nəzəriyyəyə  müvafiq  olmaması 



didaktik  fikrin  gələcək  inkişafına  və  məqsədyönlü  konsepsiyaların 

işlənib hazırlanmasına kömək edə bilməzdi, çünki bu konsepsiyala- 

rm bütün hissələri elmi metodun vahidliyi ilə əlaqədar olmalı idi. 

Hər bir pedaqoq, istəyindən asılı olmayaraq, tərbiyə, təhsil, təlim 

məsələlərinin  öyrənilməsində  və  həllində  bu  sahədə  vəzifələrin 

praktik şəkildə həyata keçirilməsində dövlətin mənafeyini təmsil edir. 

Müxtəlif  dövrlərdə  nəşr  olunmuş  pedaqogika  dərsliklərində 

didaktik  problemlərin  qoyuluşu  Azərbaycan  pedaqoji  fikir  tarixini 

tədqiq edən tədqiqatçılırm da diqqətini cəlb etmişdir. 

Təlim  prosesinin  mahiyyətini,  məzmununu,  onun  ayrı  -  ayrı 

tərəflərini  əks  etdirən  müxtəlif  səpkili  yazılar  nəzərə  alınmaqla, 

didaktika  ayrıca  bir  bölmə  kimi  indiyə  qədər  yalnız  nəşr  olunmuş 

pedaqogika dərsliklərində şərh edilmişdir. Respublikamızda ilk dəfə 

«Pedaqogika» adlı dərsliklərdə, o cümlədən 1964—cü ildə prof. M. 

Muradxanovun rəhbərliyi altmda nəşr edilmiş dərslikdə didaktika bir 

bölmə kimi verilmişdir. Və bu gün də bu dərslikdə öz əhəmiyyətini 

saxlayan  didaktik  müddəalardan  istifadə  edilir.  Lakin  bütövlükdə 

kitabın yazılış dövrünü xarakterizə etsək görərik ki, əlbəttə, bu dövrdə 

təhsilin vəzifələri, məzmunu, keçmiş sovet təhsil siste 

84 



minin  məqsədinə  və  siyasi  tələblərinə  uyğun  şəkildə  qurulmuşdur. 

Sovet  pedaqogikasının  təhsil  nəzəriyyəsi  marksizm,  leninizm 

klassiklərinin  kommunist  ideologiyası  haqqındakı  fikirlərinə  və 

kommunizm  quruculuğu  dövründə  məktəbin  qarşısında  qoyulan 

vəzifələrə  əsaslanmış,  kommunizm  cəmiyyətinin  hərtərəfli  mkişaf 

etmiş şəxsiyyətini hazırlamaq məqsədinə xidmət etmişdir. 

Təhsilin məzmununa, o cümlədən tədris planmın proqramlarına, 

dərsliklərə  verilən  tələblər,  onların  tədris  -  tərbiyə  vəzifəsi  sovet 

cəmiyyətinin  həyatında  fəal  iştirak  edən  vətəndaşlar  yetişdirməyi 

qarşısına məqsəd qoyurdu. 

Dərslikdə  tədris  fənlərinin  təhsil  və  tərbiyəvi  əhəmiyyəti  də 

məhz bu istqamətə yönəldilmişdi. 

Bir müddət sonra 1983 - cü ididə prof. B.Əhmədov və A. Rzayev 

tərəfindən  tərtib  edilmiş  «Pedaqogikadan  mühazirə  kons-  pektləri» 

adlı  dərs  vəsaiti  nəşr  olunmuşdur.  Müəlliflər  dərs  vəsaitində 

«Didaktika»  bölməsinə  ayrıca  yer  ayırmışlar.  Kitabda  didaktikanın 

obyekti və predmeti, didaktikanın anlayışlar sistemi, qolları, didaktika 

və idrak nəzəriyyəsi, burjua didaktik nəzəriyyələrmin mahiyəti, sovet 

məktəbində  təhsilin  məzmunu,  təlim  prosesinin  mahiyəti,  təlim 

prinsiplərinin sistemi, təlimin metodları, təşkili formaları və üsulları 

barədə şərhlər verilmişlər. Əlbəttə, kitabda orijinallıq daha çox diqqəti 

cəlb  edir.  Kitabda  müəlliflər  didaktikanm  məzmununu  yeni  fikir  və 

ideyalarla  zənginləşdirmiş  və  onu  əsaslandırmışlar.  Bu  kitabda  da 

didaktik  məzmun,  məsələlərin  qoyuluşu  çox  da  əhatə  olunmamış, 

qısa,  konkret  şəkildə  şərh  edilmişdir.  Təlimin  prinsipi  anlayışma 

alimlərin  müxtəlif  tərəfdən  yanaşmasını  da  nəzərdən  keçirək. 

V.İ.Zaqvyazinski, L.İ.Qrqetsneka, M.Ə.Mu- radxanov prinsipi rəhbər 

çıxış  müddəalar,  tövsiyə,  rəhbər  pedaqoji  fəaliyyət  adlandırmışlar. 

İ.İ.Voblyatski  prinsipi  didaktikanın  ümumi  məsələlərini  həll  etmək 

üçün  ümumi  tələblər,  M.A.  Dani-  lov  təlimin  normativ  əsasları, 

M.T.Qarunov isə ümumi istiqamətverici orientasiyası kimi vermişlər. 

Y.A.Komenski  prinsipləri  təbiət  -  varlıq  ideyası  əsasında 

müəyyənləşdirməyə səy göstərmişdir. 

Keçmiş  ittifaq  məkanında  hazırlanmış  pedaqogikalarda  (Sim- 

biriyev, Yesipov, İlina, Qonçarov və b), belə bir yekdil fikir var ki, 

insanda beş duyğu üzvü var, onların beşi də idrak prosesinə xidmət 



85 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə