MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə33/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   29   30   31   32   33   34   35   36   ...   196

duyulur.  Bu  ehtiyacı  yaradan  zəruri  cəhətlər  çoxdur.  Onlardan  biri 

ölkəmizin  vətəndaşlarının  artıq  Rusiyada,  Avropada  mövcud  olan 

açıq  universitetlərdə  distant  yolla  təhsil  almağa  maraq  göstərmələ- 

ridirsə,  digəri  isə  gələcəkdə  respublikamızda  da  distant  təhsil 

formasının  yaradılmasma  göstərilən  təşəbbüslərin  reallaşması  ilə 

bağlı proqnozların özünü bariz şəkildə göstərməsidir. 



3.5.

 

Fasiləsiz təhsil sisteminin əsasında duran prinsiplər 

Məlum  olduğu  kimi,  hər  bir  ölkənin  fasiləsiz  təhsil  sisteminin 

əsasında müəyyən prinsiplər durur. Yəni hər bir ölkə öz ictimai-siyasi 

quruluşuna və sosial-iqtisadi mövqeyinə uyğun olan təhsil sistemini 

yaradarkən  konkret  prinsiplərə  istinad  edir.  Bu  prinsiplər  isə  həmin 

ölkənin dövlət tərəfindən təsdiq etdiyi təhsil qanununda təsbit olunan 

müvafiq  müddəalarda  ifadə  olunur.  Nəzərdən  keçirdiyimiz  inkişaf 

etmiş ölkələrin təhsil qanunlarında müəyyən oxşarlıqlar olsa da, ciddi 

fərqlər  də  vardır.  ABŞ,  Avropa  və  Asiya  ölkələrinin  əlimizdə  olan 

təhsil  qammlarmdakı  ümumi  oxşarlıq  bu  qanunların  hamısında 

təhsilin  müvafiq  prinsiplərə  istinad  olunaraq  qurulması,  öz  əksini 

tapmasıdır.  Fərqli  cəhət  isə  bu  qanunlardakı  təhsil  quruculuğu 

prinsipləri arasında ciddi fərqlərin olmasıdır. 

Hətta  elə  ölkələr  var  ki,  onlarm  iki  təhsil  qanunu  vardır. 

Məsələn,  ABŞ-da  hökumət  tərəfindən  iki  təhsil  qanunu  qəbul 

edilmişdir. Onlardan birində yalnız dövlətə məxsus olan təlim-tərbiyə, 

tədris müəssisələrinin təşkili, fəaliyyəti və idarə olunmasmı ifadə edən 

prinsiplər  mövcuddur,  ikincisində  isə  özəl  təhsil  müəssisələrinin 

yaradılması  və  fəaliyyətini  özündə  əks  etdirən  təhsil  prinsipləri  öz 

təcəssümünü  tapır.  Birinci  təhsil  qanununda  təhsil  müəssisələrinin 

yalnız  dövlət  büdcəsindən  maliyyələşdirilməsi  konkret  prinsip  kimi 

göstərilirsə,  ikincisində  isə  fiziki  şəxslər  tərəfindən  yaradılan  təhsil 

müəssisələrinin  maliyyələşdirilməsinin  45-50  faizini  dövlət  öz 

üzərinə götürür. Başqa bir prinsipə görə, özəl təhsil müəssisələrində 

təhsilin dövlət standartlarına uyğun qurulması tövsiyə olunur. Yaxud 

Almaniyanm təhsil qanununda təsbit olunan prinsiplərə görə ölkədə 

müəllim,  həkim  və  hüquqşünas  hazırlığı  yalnız  dövlət  inhisarma 

məxsusdur və bu kadrların hazırlanmasma 



98 


digər  sahələrdən  fərqli  olaraq,  dövlət  büdcəsindən  daha  çox  vəsait 

ayrılır. 

Yuxanda adları çəkilən ölkələrin təhsil qanunlarını araşdırdıqdan 

sonra belə qənaətə gəlmək olar ki, dünya təcrübəsində təhsilin dövlət 

və  ictimai  səciyyəli  olması  konkret  prinsip  kimi  birmənalı  şəkildə 

qəbul olunur. 

Bizim ölkəmizdə vahid təhsil qanunu əsasında həyata keçirilən 

təhsil  quruculuğu  zamanı  fasiləsiz  təhsil  sisteminin  əsasında  duran 

konkret prinsiplərə istinad olunur. Təsadüfi deyil ki, respublikamızda 

həyata keçirilən təhsil islahatına dair direktiv və proqram sənədlərdə 

də  təhsil  quruculuğu  həmin  prinsiplərə  müvafiq  olaraq 

müəyyənləşdirilir.  Son  illərdə  hazırlanan  pedaqogika  dərsliklərində 

haqlı olaraq müəlliflər (N.Kazımov, Ə.Paşayev, F.Rüs- təmov və b.) 

fasiləsiz  təhsil  sisteminin  prinsiplərini  şərh  edirlər.  Biz  də  həmin 

tendensiyanı  saxlamaq  şərti  ilə  fasiləsiz  təhsil  sisteminin  əsasında 

dayanan prinsipləri aşağıdakı ardıcıllıqla izah edəcəyik. 



Təhsilin  dövlət  himayəsində  olması  və  ictimai  xarakter 

daşıması.

 

Ölkəmizdə təhsil bütövlükdə dövlət himayəsindədir. Təhsil 



quruculuğuna dövlət öz büdcəsindən müəyyən pay ayırır. Ölkəmizdə 

təsis  olunan  bütün  təhsil  müəssisələrinin  fəaliyyətinə  dövlət  icazə 

(lisenziya)  verir.  Respublikada  fəaliyyət  göstərən  bütün  tədris 

ocaqlarmda  təhsil  dövlətin  təsdiq  etdiyi  dövlət  standartları  əsasmda 

qurulur,  istifadə  olunan  bütün  tə^is  planları,  proqramlar,  dərsliklər 

müvafiq dövlət orqanları tərəfindən təsdiq edilh. 

Təhsilin idarə olunmasmda ictimai təşkilatlar da yaxmdan iştirak 

edirlər. 



Təhsilin  milli  və  ümumbəşəri  dəyərlərə  əsaslanması.

 

Azərbaycan  dövlətinin  atributlarında  -  onun  Konstitusiyasmda, 



himnində,  bayrağında  və  gerbində  millilik  və  bəşərilik  ideyaları  öz 

əksini tapır. Əsas Qanunumuzda hər bir vətəndaşın  təhsil hüququna 

malik  olması,  bayrağımızda  türkçülüyün,  islamçılığm,  müasirliyin, 

de- mokratikliyin ifadə edilməsi, gerbimizdəki qalxanvariliyin Odlar 

yurdunun  müdafiəsinin  birmənalı  qəbul  olunması,  bolluq 

yaradılmasını  və  uzunömürlülü5din  təmin  olunmasının  simvolik, 

rəmzi işarələri və bütün bunların himnimizin söz və melodiyasında öz 

əksini tapması hər bir vətən övladının, xüsusilə yetişən nəslin milli və 



99 


ümumbəşəri  dəyərlərə  əsaslanan  bilik,  bacarıq  və  vərdişlərə  yiyə- 

ləndirilməsini tələb edir. Bütün bunları yetişən nəslə təhsil quruculuğu 

prosesində  aşılamaq  mümkündür.  Ona  görə  də  Azərbaycan  təhsil 

sisteminin əsasında dayanan əsas prinsiplərdən biri məhz onun milli 

və  ümumbəşəri  dəyərlərə  əsaslanmasını  konkret  bir  prinsip  kimi 

götürmək  zərurətini  yaradır.  Təhsildə  milli  dilin,  musiqinin, 

mcəsənətin,  tarixin,  coğrafiyanın  öyrədilməsi  ilə  yanaşı,  dünyəvi 

(bəşəri)  dillərin,  incəsənət  nümunələrinin,  ictimai,  siyasi,  iqtisadi 

biliklər  verən  elmlərin  öyrədilməsi  bu  prinsipin  əsas  qayəsini  təşkil 

edir. 


Təhsilin  humanitarlaşdmiması.

 

Təhsilin  humanitarlaşdırıl- 



ması tədris planlarında humanitar fənlərə üstünlük verilməsi kimi də 

izah  edilə  bilər.  Təsadüfi  deyil  ki,  1988-ci  ilə  qədər  Azərbaycan 

məktəblərində tədris olunan fənlərin yalnız 40 faizi humanitar fənlər 

idisə,  həmin  ildən  sonra  və  hal-hazırda  ölkəmizdə  həyata  keçirilən 

təhsil  islahatlarının  tələblərinə  müvafiq  olaraq  həmin  fənlərin  sayı 

artırılmışdır.  Hazırda  tədris  planlarında  humanitar  fənlərinin  həcmi 

digər fənlərə nisbətən üstünlük təşkil edərək 50 faizdən də bir qədər 

artıqdır. Təhsilin humanitarlaşdmiması pedaqoji kadr hazırlığı işində 

də  konkret  prinsip  kimi  qəbul  edilmişdir.  Məhz  ona  görə  də 

humanitarlaşdırma  həm  də  humanistləşdirmə  prinsipi  əsasında 

fəaliyyət göstərməyə xüsusi şərait yaradır. 

Təhsilin  humanistləşdirilməsu

 

Bu  prinsip  təkcə  humanitar 



fənlərin  tədrisində  yox,  digər  fənlərin  tədrisində,  hətta  dərsdən  və 

tədrisdənkənar  tədbirlərdə  də  yetişən  nəslin  nümayəndələrinə 

humanist əxlaqın aşılanmasını zəruri hesab edü. Bu gün müəllim və 

həkim,  mühəndis,  hüquqşünas,  biznesmen,  şirkət  sahibi,  sahibkar, 

fermerin  və  məmurun  da  cəmiyyət  üzvlərinə  humanist  mövqedən 

yanaşması,  qaçqına,  köçkünə,  xəstəyə,  əlsiz-ayaqsıza,  şikəstə, 

imkansıza  pay  verməsi,  əl  tutması,  köməklik  göstərməsi,  maddi  və 

mənəvi cəhətdən onlara dayaq durması daha çox vacib sayılu*. Bütün 

bu  humanist  keyfiyyətlərin  aşılanması  prosesi  isə  təhsildən  keçir. 

Başqa  sözlə  desək,  sadaladığmıız  bütün  peşə  sahiblərinin  həyat 

meydanına,  əmək  fəaliyyətinə  gedən  yolları  məktəbdən,  təhsil 

müəssisələrindən  başladığı  üçün  təhsil  müəssisələrindəki  işin 

humanistləşdirmə prinsipinə uyğun qurulması çox vacibdir. 

Təhsilin demokratiklə şdirilmə su

 

Təhsili idarə edənlərlə onla- 



rm tabeçiliyində olanların: təlim-tərbiyə prosesində öyrədənlərlə 

100 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə