miyyətinin başa düşülməsi və ona göstərilən qayğmm dərəcəsindən
asılı olaraq cəmiyyətin müəyyən inkişaf səviyyəsinə nail olmaq olar.
Göründüyü kimi, sosiallaşma prosesi bilavasitə tarixin gedişi və bu
gedişm qanunauyğunluqlarını açmaqla onu sürətləndirməyə səy
göstərən insan şüurunun özünün sosiallaşması ilə bağlıdır. Elə
vətəndaş cəmiyyətinin əsaslarmm yaranması və formalaşması da
ağlın, kamalın, mənəviyyatm, işgüzarlığm artması ilə, onların bir
vəhdət halında birləşməsi ilə bağlıdır və bunlar, ilk növbədə, təhsilin
övladlarıdır. Təsadüfi deyildir ki, müxtəlif dövrlərdə istər ölkə, istərsə
də dünya miqyaslı zəkaya malik adamlar təhsilə və elmə böyük
əhəmiyyət vermiş, özlərinin bilavasitə məşğul olduqları konkret peşə,
ixtisas sahəsindən asılı olmayaraq təhsil almağı, elmi bilik, bacarıqları
öyrənməyi insan və cəmiyyət həyatı üçün ən əhəmiyyətli iş hesab
etmişlər» (Bax, «Azərbaycan məktəbi» cumalı, 2005, №3, səh. 34).
Deməli, təhsilin inkişafını bir cəmiyyətin daxilindəki formal
münasibətlər çərçivəsində saxlamaq olmaz. Bunun üçün təhsilin
inkişafmı özündə əks etdirən ən başlıca amillərini nəzərə almaq
vacibdir. Təhsilin bünövrəsi ilkin olaraq proqram və dərsliklərin
düzgün tərtibindən asılı olduğu üçün həmin tədris materiallarmm
hazırlanmasında milli, bəşəri ideyalarla yanaşı, sivilizasiyanın da
inkişafı ilə bağlı olan amilləri nəzərdən qaçırmaq olmaz. Ona görə də
proqram materiallarma daxil edilmiş mövzularm işlənməsi və
dərsliklərə daxil edilməsi zamanı bu amilləri diqqət mərkəzində
saxlamaq lazım gəlir.
Mövcud pedaqoji ədəbiyyatlarda ümumtəhsil məktəbləri üçün
dərsliklərin hazırlanmasma verilən tələblərdən, bu dərsliklərin
hazırlanması zamanı istinad olıman prinsiplərdən çox yazılıb.
Araşdırdığımız həmin ədəbiyyatlarm bir qismində tələblər prinsip
kimi, bəzilərində isə prinsiplər tələb kimi təqdim olimur. Unutmaq
olmaz ki, dərsliklərin hazırlanmasma verilən tələblər və dərsliklərin
hazırlanması zamanı müvafiq prinsiplərə istinad olunması ayrı-ayrı
məsələlərdir. Bu məsələlərin hər biri dərsliyin hazırlanması zamanı
nəzərə aimmalıdır. Müasir dünya təcrübəsinə, ölkəmizdə həyata
keçirilən təhsil islahatma dair direktiv sənədlərə, habelə mövcud
ümumpedaqoji tələb və prinsiplərə istinad edərək onları aşağıdakı
şəkildə sistemləşdirə bilərik:
122
Orta ümumtəhsil məktəbləri üçün dərsliklərin hazırlanmasına
verilən tələblər:
-
dərslik proqram materialları əsasmda hazırlanmalıdır;
-
dərsliklər sırf mütəxəssis və ya mütəxəssislər tərəfindən
hazırlanmalıdır (dərsliyin bir və ya bir neçə müəllifi ola bilər);
-
dərsliyin
hazırlanması
üçün
redaksiya
heyəti
müəyyənləşdirilməlidir. Heyətə müəlliflə (müəlliflərlə) yanaşı, elmi
redaktor, ümumi redaktor, texnüci redaktor və rəssam daxil
edilməlidir;
-
redaksiya heyəti bu sahədə səriştəsi olan mütəxəssislərdən
seçilməli, onlar dərsliyin hazırlanması və çap olunması işində birgə
işləməlidirlər;
-
dərsliyə daxil edilmiş hər hansı bir mövzunun həcmi, məzmunu
və digər kəmiyyət və keyfiyyət göstəriciləri şagirdlərin yaş
səviyyəsinə və qavrama qabiliyyətlərinə uyğun olmalıdır;
-
dərsliyin dili sadə və anlaşıqlı olmalıdır;
-
ayrı-ayrı mövzular üçün verilən sual və tapşırıqlar, təriflərin,
dioqramların, sxemlərin, qanunlarm, təsnifatlarm, şəkillərin, illüst-
rasiyalarm, təsviri sənət nümunələrinin, musiqi parçalannm və s.
şagirdlər tərəfindən dərindən dərk olunmasma və yadda saxlanıl-
masma xidmət etməlidir;
-
dərsliyin təhsilləndirici, tərbiyələndirici və inkişafetdirici
xarakterə malik olması
zəruridir;
-
dərsliklərə sivilizasiyanm, qloballaşmanın mütərəqqi ideya və
informasiyalarını, habelə yeni kəşflərin daxil edilməsi üçün onların
mütəmadi olaraq təkmilləşdirilməsi zəruridir.
Bu tələblərlə yanaşı, ümumtəhsil məktəbləri üçün nəzərdə
tutulan dərsliklərə daxil edilən mövzuların işlənilməsi zamanı bir sıra
prinsiplərə
də istinad olunması vacibdir. Həmin prinsipləri təxmini
olaraq aşağıdakı şəkildə sistemləşdirmək olar:
-
dərsliyin dövlət siyasətinə uyğun tərtib olunması;
-
dərsliyə daxil edilmiş mövzularm milli və ümumbəşəri
dəyərlərə əsaslanması;
-
elmliyin, ardıcıllığın, sistemliliyin və konkretliyin nəzərə
aimması;
-
dərsliyin tərtibində varisliyin
gözlənilməsi;
-
müvafiq mövzularm şərhində humanitarlaşdırma, humanist-
ləşdirmə və demokratikləşdirmə prinsiplərinin gözlənilməsi;
123
-
bir sıra mövzuların şərhində xalqlarm hüquq bərabərliyinin
açıqlanması;
-
hər bir mövzunun şəxsiyyətin hərtərəfli inkişafma xidmət
etməsi;
-
tələb olunan məqamda dərsliyə fənlərarası və fəndaxili
inteqrasiya və diferensasiya imkanlarına malik olan mövzuların daxil
edilməsi;
-
nəzəri
materiallarm
müasir
həyat
hadisələri
ilə
əlaqələndirilməsi;
-
mövzuların şagirdlərin hazırlıq və inkişaf səviyyəsinə uyğun-
laşdırılması;
-
ayrı-ayrı mövzuların sinifdənxaric və məktəbdənkənar işlərin
məzmunu ilə əlaqələndirilməsi.
Dərsliklərin göstərilən tələb və prinsiplər əsasmda hazırlanması
müəllimlərin də işini asanlaşdırır və onların fəaliyyət istiqamətlərinin
düzgün müəyyənləşməsinə kömək edir.
Müasir
pedaqoji
ədəbiyyatda
«müəllimin
fəaliyyət
istiqamətlərinin əsasları» deyəndə aşağıdakılar nəzərdə tutulur:
-
müəllimin
kommunikativ fəaliyyəti;
-
müəllimin
konstruktiv fəaliyyəti;
-
müəllimin idraki (qnostik)
fəaliyyəti;
-
müəllimin
intellektual fəaliyyəti;
-
müəllimin
fəaliyyətində ekskiyuzivlik;
-
müəllimin fəaliyyətində interaktivlik və s.
Müəllim özünün hər bir fəaliyyət növünü tətbiq edən zaman
onun modelini müəyyənləşdirir. Müasir beynəlxalq təcrübədə buna
öyrənmə modeli deyilir. Nümunə üçün onlardan birinə müraciət edək.
Müəllimin konstruktiv öyrətmə modeli
Bu model təlim prosesində müəllim üçün «öyrətmə mo-
deli»dirsə, şagird üçün «öyrənmə modeli» hesab olunur. Hər iki halda
bu öyrənmə fəal öyrənmə modeli sayılır. Bəzi alimlər «fəal
öyrənmə»ni nəzəriyyə kimi də təqdim edirlər.
Bu xüsusda professor Abdulla Mehrabov yazır: «Fəal öyrənmə
nəzəriyyələrindən olan konstruktivlik, müasir dövrdə faydalı, böyük
təcrübi və həyati əhəmiyyəti olan bir nəzəriyyə kimi qəbul
olunmuşdur. Öz mahiyyətinə görə konstruktivlik öyrənmə, bilik
124