Tədris planında humanitar, təbiət-riyaziyyat, əmək təlimi, təsviri
incəsənət, musiqi, bədən tərbiyəsi arasında dürüst əlaqə və nisbət
yaradılmışdır. Belə ki, humanitar fənlərə təqribən 40%, təbiət-
riyaziyyat fənlərinə 32%, əmək təliminə 15%, təsviri incəsənət,
musiqi, bədən tərbiyəsinə isə 13% ayrılır.
Tədris planı təhsilin məzmununu əks etdirən ən başlıca sənəddir.
Tədris planında tədris müəssisənin tipindən asılı olaraq öyrədilən
fənlər, onlarm siniflər üzrə tədris ardıcıllığı, hər fənnə verilən saatların
miqdarı əks olunur.
Hər bir tədris müəssisənin özünəməxsus tədris planı olur və bunlar
arasında müxtəliflik var. Lakin ümumi cəhətləri də nəzərdən qaçırmaq
olmaz (tədris planının əsas sənəd olması, fənlərin adı, tədrisi,
ardıcıllığı, hər fənnə ayrılan vaxt, təhsilin müddəti və s.).
Tədris planı bir sıra xüsusiyyətlərə malikdir. Birincisi, tədris
planı şəxsiyyətin hərtərəfli inkişafını təmin edir. Ona görə də həmin
planlarda istər təbiət-riyaziyyat, istərsə də humanitar fənlərə eyni
miqdarda saat verilir.
İkincisi, müxtəlif tipli məktəblər üçün tədris planının xüsusiyyəti
təhsilin məzmunca vahidliyi və varisliyidir.
Üçüncü xüsusiyyət ondan ibarətdir ki, tədris planlarmda ümumi,
politexnik və peşə təhsili arasında qarşılıqlı əlaqə öz əksini tapır. I
sinifdən XI sinfə kimi bütün fənlər paralel öyrədilir. Tədris planına
görə orta ümumtəhsil məktəblərində təhsil müddəti 11 ildir.
Dördüncü xüsusiyyət tədris planlarında hər bir tədris fənninin
yeri, saatların miqdarı, ardıcıllığının müəyyən edilməsidir.
Tədris planında fənlər özünün elmi, tərbiyəvi və praktik
əhəmiyyətinə görə müəyyən yer tutur.
Tədris planında ana dili və riyaziyyat bütün fənlərin tədrisinin
əsasını təşkil edir və onların təliminə ən çox yer verilir. Xüsusilə
ibtidai siniflərdə dərs saatlarının əksəriyyəti ana dili və riyaziyyat
fənlərinin öyrədilməsinə sərf edilir.
Təhsil islahatı ilə bağlı tədris planında baş verən dəyişikliklər iş
sisteminin yenidən qurulmasını tələb edir. Ana dilinə verilən saatların
artırılması əlifba təliminin bir ay tez başa çatdırılmasına imkan verir.
Rus dili və ətraf aləmlə tanışlıq fənlərinin tədris planından
çıxarılması, ana dilinin tədrisinə 2 saatm artırılması məqsədəuyğım
110
sayılır. Riyaziyyat üzrə həftəlik saatların miqdarı 5 saatdan 4 saata
endüHir.
I siniflər aşağıdakı yeni tədris planı ilə fəaliyyət göstərir.
I sinfin tədris planmda fakültətiv, fərdi və qrup məşğələləri də
nəzərdə tutulur və bunlara 2 saat vaxt ayrılır.
İbtidai siniflərdə ana dilinin, riyaziyyatın belə öyrənilməsi yuxarı
siniflərdə ana dilinin elmi əsaslarının sistematik keçilməsində,
şagirdlərə
coğrafiyadan,
tarixdən,
təbiətşünaslıqdan
ibtidai
məlumatların verilməsi botanika, coğrafiya və tarix fənlərinin
öyrənilməsinə şərait yaradır. Şagirdlərin riyaziyyatdan aldıqları
biliklər fizi- kanm tədrisini təmin edir və bu kursun müntəzəm
keçilməsinə imkan verir.
Əsas məktəbin V sinfindən başlayaraq müntəzəm tədris fənləri
keçilir, biliklərin həcmi genişlənir, fənlərin sayı artır. Bir sıra fənlər
düz xətt, bəziləri isə konsentr proqramları ilə öyrədilir. Əgər fizika,
kimya, biologiya konsentrlər üzrə keçirilərsə, riyaziyyat düz xətlə
keçilir. Bu isə elmin daha möhkəm və şüurlu mənimsənilməsinə
zəmin yaradır.
Əvvəlki illərdə rus dilinin tədris olunduğunu nəzərə alaraq, həmin
fənnin öyrənilməsi üçün ayrılan saatlar fakültətiv, fərdi və qrup
məşğələləri arasında bölünhür.
Seçmə fənlər üzrə saatlar şagirdlərin maraq, meyil və qabiliyyətləri
nəzərə alınmaqla müvafiq fənlərə verilir və bu məktəbin səlahiyyətinə
aid edilir.
3.8.
Baza tədris planı
Elmi biliklərin, informasiyaların, texniki tərəqqinin yüksəkdə
dayandığı bir dövrdə tədris planlarına hər bir elm sahəsini daxil etmək
imkan xaricindədir. Ona görə də təlimin differensiallaşdırıl- ması,
təhsilin məzmununu inteqrativ qurmaq zərurəti meydana çıxır.
Orta ümumtəhsil məktəbinin baza tədris planı cəmiyyətin
inkişafının yeni siyasi konsepsiyasını nəzərə alır. Baza tədris planına
dövlət və məktəb komponenti daxildir. Baza tədris planının dövlət
komponenti Respublika Təhsili Nazirliyi və yerli idarəetmə orqanları
ilə birlikdə müəyyənləşdirilir. Təlim prosesinin müvəffəqiy
111
yətli təşkili tədris planında hər iki komponentin üzvi surətdə bir- biri
ilə əlaqələndirilməsindən çox asılıdır.
Tədris planmın fənn strukturu variantlarının təyini isə təhsili
idarə edən respublika orqanlarınm səlahiyyətinə daxildir.
Məktəb komponentininə ayrılması zamanı məktəbin konkret
xüsusiyyətləri, kadr və maddi-texniki bazası, onun kollektivinin
spesifik xüsusiyyətləri nəzərə alınn.
Fakültətiv, fərdi və qrup məşğələləri məktəbin komponentinin
əsas hissəsindən biridir. Bu, məktəb şurasmm səlahiyyətində olan
təlimin fərdiləşdirilməsi üçün ayrılmışdır. Bu məşğələlərə ayrılmış
tədris vaxtından sinif və ya qrup ilə, hətta bir şagirdlə də işləmək üçün
istifadə edilə bilər.
Baza tədris planında şagirdlərin meyli, marağı, qabiliyyəti
nəzərə alınır. Tədris planı ümumi orta təhsilin əsasmı təşkil edən
məcburi fənlər, şagirdlərin özləri tərəfindən seçilən məcburi fənlər və
marağa görə qurulan fakültətiv məşğələlər adı altında 3 qrupa
bölünür.
İnteqrativ baza tədris planmda fənlər daxil olduğu blok üzrə
verilir. Hər bir məktəb bu tədris planı əsasında tədris planı hazu-la-
yarkən regional şəraiti, məktəbin xüsusiyyətini nəzərə aln-, şagkd-
lərin marağı və meyli əsas götürülür.
Tədris planında hər bir bloka daxil olan fənlərin konkret adı
göstərilir. Məs. dillər, ədəbiyyat, təbiət fənləri, ictimai fənlər bloku və
s.
Baza tədris planı 1999-2000-ci dərs ilindən etibarən ümum-
təhsil məktəblərində internat məktəblərin, gimnaziyalar, məktəb-
lisey, lisey və digər yeni tipli təhsil müəssisələrmdə tətbiq edilir.
Baza tədris planı dövlət standartları əsasında hazırlanır. Bir sıra
hallarda baza təhsil, tədris plan - proqramları təhsilin dövlət
standartları ilə birləşdirilir. Təhsilin dövlət standartları təhsilin
pillələri üçün nəzərdə tutulan minimum dövlət tələbidir. Məsələn,
bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum
tələblər bu pillənin hər bir ixtisas üzrə (istiqamət və ixtisas şifrələri
üzrə) dövlət standartı hesab olunur.
112
Dostları ilə paylaş: |