Təhsilin məzmununda varislik olduğundan orta təhsilin bütün
pilələrində şəxsiyyətin hərtərəfli inkişafı diqqət mərkəzində olur.
Təhsilin məzmununda milli ənənələrin nəzərə alınması.
Təhsilin məzmunu tərtib edilərkən milli ənənələrin xüsusiyyətlərinin
nəzərə alınması olduqca zəruridir. Bu zaman xalqımızın həyatı, omm
tarixi, mədəniyyəti, milli adət və ənənələri ilə bağlı zəngin mənəvi irsi
ön plana çəkilir. Ümumbəşəri dəyərlərə istinad edilir. Orta təhsil
illərində tədris olunan Azərbaycan dilinə, ədəbiyyatına, musiqisinə və
s. fənlərin imkanlarma diqqət artırılır.
Təhsilin məzmununun sistemliliyi və ardıcıllığı.
Tədris planı
ayrı-ayrı tədris fənlərinin məcmusımdan ibarətdir və onların hər biri
müvafiq elmlərin əsaslarını sistemli şəkildə izah edir.
Təhsilin məzmunu hazırlanarkən şablonçuluğa, pərakəndəliyə
yol verilməməlidir. Şagirdlərin təlim fəaliyyəti tədricən, ardıcıllıqla
həyata keçirilir.
Tədris materialmın öyrənilməsinin sistemi və ardıcıllığı elmi,
həm də ən mühüm didaktik qaydalarla, yəni məlumdan məchula,
sadədən mürəkkəbə, yaxından uzağa, asandan çətinə keçməyi
öyrətməklə şərtlənir.
Tarixi ardıcıllıqda vətən tarixi, ədəbiyyat öyrənilir, orta
məktəbin yuxarı siniflərində tarixi anlayışlar və digər fənlər tədris
olunur; biologiya kursunda üzvi aləmin inkişafının əsas mərhələləri
işıqlandırılır və s.
Tədris fənləri arasında qarşılıqlı əlaqə.
Obyektiv aləmin
vəhdəti, hadisələrin qarşılıqlı əlaqələri təhsilin məzmununun
vəhdətini, tədris fənləri arasmda qarşılıqlı əlaqəni müəyyən edir.
Məktəbdə öyrənilən tədris fənni bu və ya digər elmin əsaslarını
özündə birləşdirir. Məlum olduğu kimi, elmlərin hər biri obyektiv
aləmin, təbiətin, cəmiyyətin, təfəkkürün müəyyən təzahü- retmə
sahələrinin qanunauyğunluqlarmı öyrənir. Lakin bir halda ki,
obyektiv aləmdə baş verən hadisələr təcrid olunmadan mövcuddur və
bir-birindən asılı olmayaraq yaşayır, onlar vəhdət halmda və qarşılıqlı
əlaqə vəziyyətindədir, onda müvafiq elmlərin didaktik cəhətdən
hazırlanmış əsasları tədris fənlərinin məzmununda vahid və qarşılıqlı
əlaqədə təmin olunmalıdır.
Müxtəlif fənlər üzrə proqramlar arasındakı əlaqələr tərbiyənin
vahid məqsəd və vəzifələrinin həyata keçirilməsində ifadə olunur.
Ayrı-ayrı tədris fənləri tərəfindən hadisələrin müxtəlif tərəflərinin
104
öyrənilərək şərh olunması ümumi prinsipial mövqedən verilir. Tədris
fənlərinin məzmunundakı əlaqə ondan ibarətdir ki, qarışıq fənlərin
proqramında tədris materialları razılaşdırılmış halda yerləşdirilir.
Fənlər arasında əlaqə süni olmamalıdır, öyrənilən hadisələr
arasında obyektiv əlaqəyə uyğun gəlməlidir, hər bir fənnin daxili
məntiqini pozmamalıdır.
Öyrənilən fənlər arasındakı əlaqənin pozulması şagirdlərin
biliklərinin keyfiyyətinə ziyan vurur, təbiət hadisələrinin mahiyyətini
və ictimai həyatı başa düşməyi, bütöv elmi dünyagörüşü işləyib
hazırlamağı çətinləşdirir.
Nəzəriyyə və praktikanın əlaqəsi.
Təhsilin məzmunundakı
mövcud xüsusiyyət idrak prosesinin mahiyyətini başa düşməkdən irəli
gəlir. Nəzəriyyə və praktikanın arasmda əlaqə olmadan əsl elmi idrak,
deməli, uğurlu təlim mümkün deyil.
Elm, nəzəriyyə-təbiət, cəmiyyət və təfəkkür, onların inkişafına
dair qanunlar haqqında biliklər məcmusu deməkdir, ictimai həyat
prosesində bəşər cəmiyyətinin minilliklər boyu topladığı zəngin
təcrübənin dərk olunması və ümumiləşdirilməsi deməkdir.
Təcrübə maddi və mənəvi nemətlərin yaradılmasma, istehsal
prosesində təbiətin və ictimai münasibətlərin dəyişməsinə yönəldilən
insanların çoxtərəfli fəaliyyətini özündə təcəssüm etdirir. İnsan
təcrübə prosesində getdikcə daha çox mövcud maddi aləmi obyektiv
şəkildə dərk edir, onu dəyişdirir və yenidən qurur, bununla da öz şəxsi
təbiətini dəyişdirir və zənginləşdirir.
Təcrübə biliklərimizin mənbəyidir, elmlərin əsasıdır. Təcrübə
əsasında yaranan elm, öz növbəsində nəzəriyyəyə xidmət edir.
Təcrübə nəzəriyyənin həqiqət meyarı kimi çıxış edir. Təcrübədə
nəzəri müddəaların uğurlu tətbiqi, elmi ümumiləşdirmələr və
nəticələrin
təcrübədə
yoxlanılması
onların
düzgünlüyünü,
həyatiliyini, həqiqiliyini təsdiq edir. Düzgün o şeydir ki, o
praktikadadır, təcrübə ilə təsdiq olunur. Nəzəriyyə və praktikanın
vəhdəti idrak qanunudur.
Təlimin məzmununda nəzəriyyə və praktikanın əlaqəsi təmin
olunmalıdır.
Şagirdlərin hazırlıq və inkişaf səviyyələrinin təhsilin
məzmununa uyğun gəlməsi.
Təlimin mövcud pilləsində şagirdlərin
hazırlığma və inkişafına təsir göstərən və uşaqların yaş xüsusiyyət
105
lərinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək təlimin obyektiv
qanunlarından biridir. Hər kəsə məlumdur ki, kiçik məktəb yaşlı
uşaqlar riyazi)^at, fizika, kimya kimi sistemli kurslarm məzmununu
mənimsəməyə qadir deyildirlər. Məlumdur ki, əsas məktəbi qurtaran
şagirdlərin, «Təbiətşünaslığın əsasları» kimi ümumi- ləşdirici
kursların tədris materialını mənimsəməyə qüvvəsi çatmaz. Təlimin
hər bir mərhələsində (I-IV, V-IX, X-XI) onun məzmunu, təlimin hər
bir ilində və mövcud tədris ilində şagirdlərin əvvəllər topladığı
biliklər, onların əvvəlki təlim pilləsində qazandığı həyat təcrübəsi,
ümumi inkişaf səviyyəsi (əqli və fiziki inkişaf) nəzərə alınmaqla
qurulur.
Öyrənilən tədris materialının məzmununun (xarakter, həcm,
dərinlik) şagirdlərin hazırlıq və inkişaf səviyyələrinə uyğun olmaması
mənfi nəticələrə gətirib çıxarır. Məktəb proqramları və dərslikləri
mövcud yaşda uşaqlar üçün nəzərdə tutulmayan materiallarla
yükləndikdə tədris materialı şagirdlər tərəfindən mənimsənilmir,
yaxud formal mənimsənilir. Bu və ya digər yaşda olan məktəblilərin
idrak imkanlarının qiymətləndirilməməsi məktəb təhsilinə də ziyan
vurur. Belə hallarda uşaqlarm ümumi inkişafı süni şəkildə
dayandırılır, onların öyrənmə marağı, iradi səy göstərmə
qabiliyyətləri, çətinlikləri aradan qaldırmaları inkişaf etmir.
Tədris və sinifdənxaric işlərin məzmununda əlaqə. İstər tədris
prosesi, istərsə də sinifdənxaric işlər pedaqoji prosesin zəruri tərkib
hissəsidir. Tədris prosesində öyrədilən materiallar təhsilin
(proqramlar, dərsliklər) məzmununa daxil edilir və bunlar
sinifdənxaric işlərlə tamamlanır. Sinifdənxaric işlər şagirdlərin tədris
prosesində əldə etdikləri bilik, bacarıq və vərdişləri dərinləşdirir və
onun tətbiqinə imkan verir. Şagirdlərin (dərnəklər, sinifdənxaric
oxular və s.) çoxcəhətli sinifdənxaric və məktəbdənkənar işləri də
politexnik təhsilin məqsədlərinə xidmət edir.
Hər bir məktəbdə sinifdənxaric işlərin konkret məzmunu
şagirdlərin iş şəraiti, meyil və maraqları nəzərə aimmaqla müəyyən
edilir.
Məktəbin tədris planı əsas sənəddir, bu sənəddə tədris fənlərinin
adları, onların siniflər üzrə tədrisolunma ardıcıllığı, hər sinifdə hər
fənnə və bütün fənlərə ayrılan saatların miqdarı, təhsilin müddəti,
şagüdin fəaliyyət formaları və s. göstərilir. Tədris fənləri adı altında
şagirdlərin yaş xüsusiyyətləri nəzərə aimmaqla və onların
106
Dostları ilə paylaş: |