MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə32/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   28   29   30   31   32   33   34   35   ...   196

hətta dövlət direktivlərində «təhsil sistemi» anlayışı «Maarif sistemi», 

«Xalq maarif sistemi», « Xalq maarifi sistemi», «Xalq təhsili sistemi», 

«Dövlət təhsil sistemi» şəklində işlənilmişdir. Bu məsələyə müxtəlif 

əsərlərində, xüsusilə son 10 illərdə çap etdirdiyi məqalə, kitab, dərslik 

və dərs vəsaitlərində aydınlıq gətirmiş N. Kazımov «Təhsil sistemi» 

anlayışını həm respublikamız, həm də digər ölkələr üçün də məqbul 

sayaraq ona belə bir tərif verilmişdir: «Bu və ya digər ölkədə qarşılıqlı 

əlaqə  şəraitində  əlaqə  göstərən  tədris  müəssisələr  şəbəkəsi  təhsil 

sistemidir»  .  (Bax.  N.Kazımov.  Məktəb  pedaqogikası.  B.,  Çaşıoğlu 

2002, səh. 114). 

Ölkəmizdə 

və 


ölkəmizdən 

kanarda 


çap 

olunmuş 


pedaqogikalarda  təhsilin  fasiləsiz  həyata  keçirilməsi  tövsiyə  olunur. 

Yəni  bu  gün  bütün  ölkələrin  fasiləsiz  təhsil  sistemi  mövcuddur. 

Hansıki belə bir təhsil sistemi adamların bütün ömrü bo5m müvafiq 

tədris müəssisəsində təhsil almasını, özünütəhsilə cəhd göstərməsini 

və təkmilləşdirməsini zəruri hesab edir. 

Müsəqillik  qazandğımız  ilk  illərdən  başlayaraq,  dövlət 

direktivlərində  fasiləsiz  təhsil  sisteminin  yaradılması,  inkişaf 

etdirilməsi və təkmilləşdirilməsi nəzərdə tutulur. Həmin direktivlərin 

tələbinə müvafiq olaraq fasiləsiz təhsil sisteminin şəbəkəsində tərbiyə 

müəssisələri də daxildir. N. Kazımova görə hətta ailə Azərbaycanda 

fasiləsiz təhsil sisteminin özülü hesab edilir. • 

Fasiləsiz təhsil sistemi aşağıdakıları özündə ehtiva edir: 

1.

 

Məktəbəqədər  təhsil  Buraya  ailədə,  körpələr  evi  və  uşaq 



bağçalarında  həyata  keçirilən  təlim,  tərbiyə  və  təhsil  işləri  daxildir. 

Uşaq bağçalarının hazırlıq qruplarında həyata keçirilən ilkin təhsil işi 

fasiləsiz  təhsil  sisteminin  başlanğıcı  hesab  olunur.  Fərəhli  hal  kimi 

qeyd  olunmalıdır  ki  son  onillikdə  müxtəlif  nazirliklərin  idarə  və 

təşkilatlarının tabeliyində fəaliyyət göstərən uşaq bağçaları ilə yanaşı, 

qeyri-dövlət  sektorunun,  yəni  özəl  müəssisələrin  nəzdində  də  təşkil 

olunan  məktəbəqədər  tərbiyə  müəssisələrində,  hazırlıq  qruplarında 

uşaqların fasiləsiz təhsilə başlaması sahəsində faydalı işlər görülür. 

2.

 

İbtidai təhsil və natamam orta təhsil Bir sıra ölkələrdə ibtidai 



təhsil I - III; I - IV; I - V; hətta I - VI sinifləri, natamam orta təhsil isə I 

- VII; I - VIII və I - IX sinifləri əhatə etsə də, ölkəmiz 



95 


də ibtidai təhsil I - IV sinifləri; natamam orta təhsil isə I - EX sinifləri 

əhatə edir. 

3.

 

Ümumi orta təhsil I - XI sinifləri əhatə edən ümumi orta təhsil 



fasiləsiz təhsil sisteminin baza mərhələsini təşkil edir. 

4.

 



Texniki  peşə  təhsili  Ümumi  orta  təhsil  bazası  əsasmda 

fəaliyyət göstərən texniki peşə təhsili müəssisələri (peşə məktəbi, peşə 

liseyi və s.) xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı fəhlələr 

və ustalar hazırlayır. 

5.

 

Orta  ixtisas  təhsili  Fasiləsiz  təhsil  sisteminin  aparıcı  tərkib 



hissələrindən biri olan orta ixtisas təhsili ali təhsilin əsas bazası hesab 

olunur. Amerikada və Avropanın bir sıra ölkələrdə buna assosiasiya 

təhsili  də  deyilir.  Məsələn,  ABŞ-ın  bir  neçə  ştat  universitetlərində 

bağça,  məktəb,  orta  ixtisas  və  ali  təhsil  sistemi  mövcuddur.  Həmin 

universitetlərin  orta  ixtisas  məktəblərini  bitirənlərə  assosiasiya 

diplomu verilir. 

Ölkəmizdə  isə  orta  ixtisas  təhsili  sistemi  texniki,  iqtisadi  və 

sosial  sahələri  üzrə  kiçik  mütəxəssis  hazırlığmı  əhatə  edir. 

Texnikumlar,  kolleclər,  seminariyalar,  gimnaziyalar  və  sair  bu 

sistemə daxildir. 

6.

 

Ali təhsil Fasiləsiz təhsil sistemində mühüm yer tutan ali bilik 



çoxpilləli  təhsil  şəbəkələrini  özündə  əks  etdirir.  Ölkəmizdə  ali  tibb 

təhsili istisna olmaqla universitetlərdə, institutlarda, akademiyalarda, 

elm və təhsil mərkəzlərində ali təhsil bakalavr və magistr (tibb təhsili 

verən ali təhsil müəssisələrində magistr pillələrini ordinatura əvəz edir 

) pillələrində həyata keçirilir. 

7.

 



İxtisasartırma  təhsili  Fasiləsiz  təhsil  sisteminə  daxil  olan 

ixtisasartırma təhsili  xalq  təsərrüfatınm  müxtəlif sahələrində  çalışan 

mütəxəssislərin  (müəllim,  həkim,  mühəndis,  texnoloq,  kənd 

təsərrüfatı  mütəxəssisi  və  s.)  ixtisaslarmın  artıriması  və  yenidən 

hazırlanması ilə məşğul olur. 

8.

 



Aspirantura 

təhsili 

Ölkəmizdə 

fəaliyyət 

göstərən 

universitetlərdə, akdemiyalarda, elmi - tədqiqat institutlannda, habelə 

özəl universitetlərdə aspirantura təhsili (həm də dissertantura yolu ilə 

tam  ali  təhsilli  mütəxəssislərin  elmi  dərəcələr  almasına 

istiqamətləndirilir,  həyata  keçirilir.  Aspirantura  təhsilinin  əyani 

formasmda  təhsil  müddəti  3,  qiyabi  təhsil  formasmda  isə  4  ildir. 

Dissertantura  təhsili  5  illikdir.  Yeni  təhsil  qanununda  aspirantura 

doktoranturanm birinci pilləsilə əvəz olunmuşdur. 

96 



9.

 

Doktorantura təhsili. Fasiləsiz təhsil sisteminin zirvəsi hesab 

olunan  doktorantura  təhsili  universitetlərdə,  akademiyalarda,  sahə 

elmi  tədqiqat  institutlarında  mütəxəssislərin  ən  ali  elmi  dərəcə 

almalarına istiqamət verir. 

10.


 

Özünütəhsil. Özünütəhsil hər bir adamın öz arzusu, marağı, 

meyli və şəxsi təşəbbüsü ilə mütaliə və kütləvi informasiyalar (radio, 

televiziya,  qəzet,  jurnal  və  s.)  vasitələri  əldə  etdiyi  təhsildir. 

Elmi-texniki  tərəqqi  dövrünün  son  nailiyyətləri  hesab  olunan 

kompüter  texnologiyaları,  internet  şəbəkələri  və  sair  vasitəsilə  əldə 

edilən təhsil özünütəhsilin ən populyar növü hesab olunur. 

11.

 

Məktəbdənkənar  tərbiyə  və  təhsil  müəssisələrində,  o 



cümlədən birlik, stansiya, mərkəz, klub, lektoriya, park, saray, dəmək, 

cəmiyyət,  büro  və  sair  bu  kimi  adlar  altında  fəaliyyət  göstərən 

müəssisələr də fasiləsiz təhsil şəbəkələrinə daxildirlər. 

12.


 

Distant təhsil, məsafədən təhsil. Hazırda bir sıra ölkələrdə, 0 

cümlədən  ABŞ-da,  Avropanın  bir  sıra  ölkələrində,  Rusiyada  tətbiq 

olunan distant təhsil alanın təhsil müəssisəsinə gəlmədən poçt rabitəsi, 

internet şəbəkəsi  yolu ilə aldığı təhsil formasıdır  - Qərb ölkələrində 

həm  orta,həm  də  ali  təhsil  müəssisələrində  distant  təhsil  forması 

fəaliyyət göstərir. 

Fasiləsiz təhsil sisteminin şəbəkəsinə daxil olan əksər formaların 

əsasında  həyata  keçirilən  işlər  barədə  kifayət  qədər  ədəbiyyatın 

olmasını  nəzərə  alaraq  biz  yalnız  magistratura  təhsilinin  və  distant 

təhsilin  təşkili  ilə  bağlı  bəzi  tövsiyələrimizi  və  təhsilin  baklavr  və 

magistr  pillələrində  təcrübələrin  təşkili  və  keçirilməsi  ilə  bağlı 

metodik  göstərişlərin  verilməsini  daha  məqsədəuyğun  hesab  etdik. 

Fikrimizcə,  bu  gün  ali  təhsil  müəssisələrində  təhsilin  magistratura 

pilləsində  həm  müəllimlərə,  həm  də  magistrlara  magistr  proqram- 

larma  qoyulan  tələblər,  magistr  dissertasiyalarınm  hazırlanması, 

təhsilin həm bakalavr, həm də magistr pillələrində təcrübələrin təşkili 

və keçirilməsi ilə bağlı bir sıra tövsiyələrin və metodik göstərişlərin 

verilməsinə daha çox ehtiyac vardır. 

Həmçinin  ölkəmizin  vətəndaşlarına  distant  təhsil  haqqında  da 

məlumat  verilməsini  məqsədəuyğun  hesab  edirik.  Respublikamızda 

təhsilin  bu forması hələki  tətbiq  edilməsə də, Azərbaycan təhsilinin 

dünya  təhsilinə  inteqrasiya  olunduğu  hazırkı  şəraitdə  distant  təhsil 

barədə pedaqoji ədəbiyyatda məlumat verilməsinə ehtiyac 

97 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə