MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə35/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   31   32   33   34   35   36   37   38   ...   196

Təhsilin  məzmununda  varislik  olduğundan  orta  təhsilin  bütün 

pilələrində şəxsiyyətin hərtərəfli inkişafı diqqət mərkəzində olur. 



Təhsilin  məzmununda  milli  ənənələrin  nəzərə  alınması. 

Təhsilin məzmunu tərtib edilərkən milli ənənələrin xüsusiyyətlərinin 

nəzərə alınması olduqca zəruridir. Bu zaman xalqımızın həyatı, omm 

tarixi, mədəniyyəti, milli adət və ənənələri ilə bağlı zəngin mənəvi irsi 

ön  plana  çəkilir.  Ümumbəşəri  dəyərlərə  istinad  edilir.  Orta  təhsil 

illərində tədris olunan Azərbaycan dilinə, ədəbiyyatına, musiqisinə və 

s. fənlərin imkanlarma diqqət artırılır. 

Təhsilin  məzmununun  sistemliliyi  və  ardıcıllığı.

 

Tədris  planı 



ayrı-ayrı tədris fənlərinin məcmusımdan ibarətdir və onların hər biri 

müvafiq elmlərin əsaslarını sistemli şəkildə izah edir. 

Təhsilin  məzmunu  hazırlanarkən  şablonçuluğa,  pərakəndəliyə 

yol  verilməməlidir.  Şagirdlərin  təlim  fəaliyyəti  tədricən,  ardıcıllıqla 

həyata keçirilir. 

Tədris  materialmın  öyrənilməsinin  sistemi  və  ardıcıllığı  elmi, 

həm  də  ən  mühüm  didaktik  qaydalarla,  yəni  məlumdan  məchula, 

sadədən  mürəkkəbə,  yaxından  uzağa,  asandan  çətinə  keçməyi 

öyrətməklə şərtlənir. 

Tarixi  ardıcıllıqda  vətən  tarixi,  ədəbiyyat  öyrənilir,  orta 

məktəbin  yuxarı  siniflərində  tarixi  anlayışlar  və  digər  fənlər  tədris 

olunur; biologiya kursunda üzvi  aləmin  inkişafının  əsas mərhələləri 

işıqlandırılır və s. 

Tədris  fənləri  arasında  qarşılıqlı  əlaqə.

 

Obyektiv  aləmin 



vəhdəti,  hadisələrin  qarşılıqlı  əlaqələri  təhsilin  məzmununun 

vəhdətini, tədris fənləri arasmda qarşılıqlı əlaqəni müəyyən edir. 

Məktəbdə öyrənilən tədris fənni bu və ya digər elmin əsaslarını 

özündə  birləşdirir.  Məlum  olduğu  kimi,  elmlərin  hər  biri  obyektiv 

aləmin,  təbiətin,  cəmiyyətin,  təfəkkürün  müəyyən  təzahü-  retmə 

sahələrinin  qanunauyğunluqlarmı  öyrənir.  Lakin  bir  halda  ki, 

obyektiv aləmdə baş verən hadisələr təcrid olunmadan mövcuddur və 

bir-birindən asılı olmayaraq yaşayır, onlar vəhdət halmda və qarşılıqlı 

əlaqə  vəziyyətindədir,  onda  müvafiq  elmlərin  didaktik  cəhətdən 

hazırlanmış əsasları tədris fənlərinin məzmununda vahid və qarşılıqlı 

əlaqədə təmin olunmalıdır. 

Müxtəlif  fənlər  üzrə  proqramlar  arasındakı  əlaqələr  tərbiyənin 

vahid  məqsəd  və  vəzifələrinin  həyata  keçirilməsində  ifadə  olunur. 

Ayrı-ayrı tədris fənləri tərəfindən hadisələrin müxtəlif tərəflərinin 



104 


öyrənilərək şərh olunması ümumi prinsipial mövqedən verilir. Tədris 

fənlərinin  məzmunundakı  əlaqə  ondan  ibarətdir  ki,  qarışıq  fənlərin 

proqramında tədris materialları razılaşdırılmış halda yerləşdirilir. 

Fənlər  arasında  əlaqə  süni  olmamalıdır,  öyrənilən  hadisələr 

arasında  obyektiv  əlaqəyə  uyğun  gəlməlidir,  hər  bir  fənnin  daxili 

məntiqini pozmamalıdır. 

Öyrənilən  fənlər  arasındakı  əlaqənin  pozulması  şagirdlərin 

biliklərinin keyfiyyətinə ziyan vurur, təbiət hadisələrinin mahiyyətini 

və  ictimai  həyatı  başa  düşməyi,  bütöv  elmi  dünyagörüşü  işləyib 

hazırlamağı çətinləşdirir. 



Nəzəriyyə  və  praktikanın  əlaqəsi.

 

Təhsilin  məzmunundakı 



mövcud xüsusiyyət idrak prosesinin mahiyyətini başa düşməkdən irəli 

gəlir. Nəzəriyyə və praktikanın arasmda əlaqə olmadan əsl elmi idrak, 

deməli, uğurlu təlim mümkün deyil. 

Elm,  nəzəriyyə-təbiət,  cəmiyyət  və təfəkkür, onların inkişafına 

dair  qanunlar  haqqında  biliklər  məcmusu  deməkdir,  ictimai  həyat 

prosesində  bəşər  cəmiyyətinin  minilliklər  boyu  topladığı  zəngin 

təcrübənin dərk olunması və ümumiləşdirilməsi deməkdir. 

Təcrübə  maddi  və  mənəvi  nemətlərin  yaradılmasma,  istehsal 

prosesində təbiətin və ictimai münasibətlərin dəyişməsinə yönəldilən 

insanların  çoxtərəfli  fəaliyyətini  özündə  təcəssüm  etdirir.  İnsan 

təcrübə prosesində getdikcə daha çox mövcud maddi aləmi obyektiv 

şəkildə dərk edir, onu dəyişdirir və yenidən qurur, bununla da öz şəxsi 

təbiətini dəyişdirir və zənginləşdirir. 

Təcrübə  biliklərimizin  mənbəyidir,  elmlərin  əsasıdır.  Təcrübə 

əsasında yaranan elm, öz növbəsində nəzəriyyəyə xidmət edir. 

Təcrübə nəzəriyyənin həqiqət meyarı kimi çıxış edir. Təcrübədə 

nəzəri  müddəaların  uğurlu  tətbiqi,  elmi  ümumiləşdirmələr  və 

nəticələrin 

təcrübədə 

yoxlanılması 

onların 

düzgünlüyünü, 

həyatiliyini,  həqiqiliyini  təsdiq  edir.  Düzgün  o  şeydir  ki,  o 

praktikadadır,  təcrübə  ilə  təsdiq  olunur.  Nəzəriyyə  və  praktikanın 

vəhdəti idrak qanunudur. 

Təlimin  məzmununda  nəzəriyyə  və  praktikanın  əlaqəsi  təmin 

olunmalıdır. 

Şagirdlərin  hazırlıq  və  inkişaf  səviyyələrinin  təhsilin 

məzmununa  uyğun  gəlməsi.

 

Təlimin  mövcud  pilləsində  şagirdlərin 



hazırlığma və inkişafına təsir göstərən və uşaqların yaş xüsusiyyət 

105 



lərinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək təlimin obyektiv 

qanunlarından  biridir.  Hər  kəsə  məlumdur  ki,  kiçik  məktəb  yaşlı 

uşaqlar riyazi)^at, fizika, kimya kimi sistemli kurslarm məzmununu 

mənimsəməyə qadir deyildirlər. Məlumdur ki, əsas məktəbi qurtaran 

şagirdlərin,  «Təbiətşünaslığın  əsasları»  kimi  ümumi-  ləşdirici 

kursların  tədris  materialını  mənimsəməyə  qüvvəsi  çatmaz.  Təlimin 

hər bir mərhələsində (I-IV, V-IX, X-XI) onun məzmunu, təlimin hər 

bir  ilində  və  mövcud  tədris  ilində  şagirdlərin  əvvəllər  topladığı 

biliklər,  onların  əvvəlki  təlim  pilləsində  qazandığı  həyat  təcrübəsi, 

ümumi  inkişaf  səviyyəsi  (əqli  və  fiziki  inkişaf)  nəzərə  alınmaqla 

qurulur. 

Öyrənilən  tədris  materialının  məzmununun  (xarakter,  həcm, 

dərinlik) şagirdlərin hazırlıq və inkişaf səviyyələrinə uyğun olmaması 

mənfi  nəticələrə  gətirib  çıxarır.  Məktəb  proqramları  və  dərslikləri 

mövcud  yaşda  uşaqlar  üçün  nəzərdə  tutulmayan  materiallarla 

yükləndikdə  tədris  materialı  şagirdlər  tərəfindən  mənimsənilmir, 

yaxud formal mənimsənilir. Bu və ya digər yaşda olan məktəblilərin 

idrak  imkanlarının  qiymətləndirilməməsi  məktəb  təhsilinə  də  ziyan 

vurur.  Belə  hallarda  uşaqlarm  ümumi  inkişafı  süni  şəkildə 

dayandırılır,  onların  öyrənmə  marağı,  iradi  səy  göstərmə 

qabiliyyətləri, çətinlikləri aradan qaldırmaları inkişaf etmir. 

Tədris  və  sinifdənxaric  işlərin  məzmununda  əlaqə.  İstər  tədris 

prosesi, istərsə də sinifdənxaric işlər pedaqoji prosesin zəruri  tərkib 

hissəsidir.  Tədris  prosesində  öyrədilən  materiallar  təhsilin 

(proqramlar,  dərsliklər)  məzmununa  daxil  edilir  və  bunlar 

sinifdənxaric işlərlə tamamlanır. Sinifdənxaric işlər şagirdlərin tədris 

prosesində  əldə  etdikləri  bilik,  bacarıq  və  vərdişləri  dərinləşdirir  və 

onun  tətbiqinə  imkan  verir.  Şagirdlərin  (dərnəklər,  sinifdənxaric 

oxular  və  s.)  çoxcəhətli  sinifdənxaric  və  məktəbdənkənar  işləri  də 

politexnik təhsilin məqsədlərinə xidmət edir. 

Hər  bir  məktəbdə  sinifdənxaric  işlərin  konkret  məzmunu 

şagirdlərin  iş  şəraiti,  meyil  və  maraqları  nəzərə  aimmaqla  müəyyən 

edilir. 


Məktəbin tədris planı əsas sənəddir, bu sənəddə tədris fənlərinin 

adları,  onların  siniflər  üzrə  tədrisolunma  ardıcıllığı,  hər  sinifdə  hər 

fənnə  və  bütün  fənlərə  ayrılan  saatların  miqdarı,  təhsilin  müddəti, 

şagüdin fəaliyyət formaları və s. göstərilir. Tədris fənləri adı altında 

şagirdlərin yaş xüsusiyyətləri nəzərə aimmaqla və onların 

106 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə