MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə37/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   33   34   35   36   37   38   39   40   ...   196

Tədris planında humanitar, təbiət-riyaziyyat, əmək təlimi, təsviri 

incəsənət,  musiqi,  bədən  tərbiyəsi  arasında  dürüst  əlaqə  və  nisbət 

yaradılmışdır.  Belə  ki,  humanitar  fənlərə  təqribən  40%,  təbiət- 

riyaziyyat  fənlərinə  32%,  əmək  təliminə  15%,  təsviri  incəsənət, 

musiqi, bədən tərbiyəsinə isə 13% ayrılır. 

Tədris planı təhsilin məzmununu əks etdirən ən başlıca sənəddir. 

Tədris  planında  tədris  müəssisənin  tipindən  asılı  olaraq  öyrədilən 

fənlər, onlarm siniflər üzrə tədris ardıcıllığı, hər fənnə verilən saatların 

miqdarı əks olunur. 

Hər bir tədris müəssisənin özünəməxsus tədris planı olur və bunlar 

arasında müxtəliflik var. Lakin ümumi cəhətləri də nəzərdən qaçırmaq 

olmaz  (tədris  planının  əsas  sənəd  olması,  fənlərin  adı,  tədrisi, 

ardıcıllığı, hər fənnə ayrılan vaxt, təhsilin müddəti və s.). 

Tədris  planı  bir  sıra  xüsusiyyətlərə  malikdir.  Birincisi,  tədris 

planı şəxsiyyətin hərtərəfli inkişafını təmin edir. Ona görə də həmin 

planlarda  istər  təbiət-riyaziyyat,  istərsə  də  humanitar  fənlərə  eyni 

miqdarda saat verilir. 

İkincisi, müxtəlif tipli məktəblər üçün tədris planının xüsusiyyəti 

təhsilin məzmunca vahidliyi və varisliyidir. 



Üçüncü xüsusiyyət ondan ibarətdir ki, tədris planlarmda ümumi, 

politexnik  və  peşə  təhsili  arasında  qarşılıqlı  əlaqə  öz  əksini  tapır.  I 

sinifdən XI sinfə kimi  bütün  fənlər paralel öyrədilir. Tədris  planına 

görə orta ümumtəhsil məktəblərində təhsil müddəti 11 ildir. 



Dördüncü  xüsusiyyət  tədris  planlarında  hər  bir  tədris  fənninin 

yeri, saatların miqdarı, ardıcıllığının müəyyən edilməsidir. 

Tədris  planında  fənlər  özünün  elmi,  tərbiyəvi  və  praktik 

əhəmiyyətinə görə müəyyən yer tutur. 

Tədris  planında ana dili və riyaziyyat  bütün  fənlərin  tədrisinin 

əsasını  təşkil  edir  və  onların  təliminə  ən  çox  yer  verilir.  Xüsusilə 

ibtidai  siniflərdə  dərs  saatlarının  əksəriyyəti  ana  dili  və  riyaziyyat 

fənlərinin öyrədilməsinə sərf edilir. 

Təhsil islahatı ilə bağlı tədris planında baş verən dəyişikliklər iş 

sisteminin yenidən qurulmasını tələb edir. Ana dilinə verilən saatların 

artırılması əlifba təliminin bir ay tez başa çatdırılmasına imkan verir. 

Rus  dili  və  ətraf  aləmlə  tanışlıq  fənlərinin  tədris  planından 

çıxarılması, ana dilinin tədrisinə 2 saatm artırılması məqsədəuyğım 

110 



sayılır.  Riyaziyyat  üzrə  həftəlik  saatların  miqdarı  5  saatdan  4  saata 

endüHir. 

I siniflər aşağıdakı yeni tədris planı ilə fəaliyyət göstərir. 

I sinfin tədris planmda fakültətiv, fərdi və qrup məşğələləri də 

nəzərdə tutulur və bunlara 2 saat vaxt ayrılır. 

İbtidai  siniflərdə  ana  dilinin,  riyaziyyatın  belə  öyrənilməsi  yuxarı 

siniflərdə  ana  dilinin  elmi  əsaslarının  sistematik  keçilməsində, 

şagirdlərə 

coğrafiyadan, 

tarixdən, 

təbiətşünaslıqdan 

ibtidai 


məlumatların  verilməsi  botanika,  coğrafiya  və  tarix  fənlərinin 

öyrənilməsinə  şərait  yaradır.  Şagirdlərin  riyaziyyatdan  aldıqları 

biliklər  fizi-  kanm  tədrisini  təmin  edir  və  bu  kursun  müntəzəm 

keçilməsinə imkan verir. 

Əsas  məktəbin  V  sinfindən  başlayaraq  müntəzəm  tədris  fənləri 

keçilir, biliklərin həcmi genişlənir, fənlərin sayı artır. Bir sıra fənlər 

düz xətt, bəziləri isə konsentr proqramları ilə öyrədilir. Əgər fizika, 

kimya,  biologiya  konsentrlər  üzrə  keçirilərsə,  riyaziyyat  düz  xətlə 

keçilir.  Bu  isə  elmin  daha  möhkəm  və  şüurlu  mənimsənilməsinə 

zəmin yaradır. 

Əvvəlki illərdə rus dilinin tədris olunduğunu nəzərə alaraq, həmin 

fənnin  öyrənilməsi  üçün  ayrılan  saatlar  fakültətiv,  fərdi  və  qrup 

məşğələləri arasında bölünhür. 

Seçmə fənlər üzrə saatlar şagirdlərin maraq, meyil və qabiliyyətləri 

nəzərə alınmaqla müvafiq fənlərə verilir və bu məktəbin səlahiyyətinə 

aid edilir. 



3.8.

 

Baza tədris planı 

Elmi  biliklərin,  informasiyaların,  texniki  tərəqqinin  yüksəkdə 

dayandığı bir dövrdə tədris planlarına hər bir elm sahəsini daxil etmək 

imkan  xaricindədir.  Ona  görə  də  təlimin  differensiallaşdırıl-  ması, 

təhsilin məzmununu inteqrativ qurmaq zərurəti meydana çıxır. 

Orta  ümumtəhsil  məktəbinin  baza  tədris  planı  cəmiyyətin 

inkişafının yeni siyasi konsepsiyasını nəzərə alır. Baza tədris planına 

dövlət  və  məktəb  komponenti  daxildir.  Baza  tədris  planının  dövlət 

komponenti Respublika Təhsili Nazirliyi və yerli idarəetmə orqanları 

ilə birlikdə müəyyənləşdirilir. Təlim prosesinin müvəffəqiy 

111 



yətli təşkili tədris planında hər iki komponentin üzvi surətdə bir- biri 

ilə əlaqələndirilməsindən çox asılıdır. 

Tədris  planmın  fənn  strukturu  variantlarının  təyini  isə  təhsili 

idarə edən respublika orqanlarınm səlahiyyətinə daxildir. 

Məktəb  komponentininə  ayrılması  zamanı  məktəbin  konkret 

xüsusiyyətləri,  kadr  və  maddi-texniki  bazası,  onun  kollektivinin 

spesifik xüsusiyyətləri nəzərə alınn. 

Fakültətiv,  fərdi  və  qrup  məşğələləri  məktəbin  komponentinin 

əsas  hissəsindən  biridir.  Bu,  məktəb  şurasmm  səlahiyyətində  olan 

təlimin  fərdiləşdirilməsi  üçün  ayrılmışdır.  Bu  məşğələlərə  ayrılmış 

tədris vaxtından sinif və ya qrup ilə, hətta bir şagirdlə də işləmək üçün 

istifadə edilə bilər. 

Baza  tədris  planında  şagirdlərin  meyli,  marağı,  qabiliyyəti 

nəzərə  alınır.  Tədris  planı  ümumi  orta  təhsilin  əsasmı  təşkil  edən 

məcburi fənlər, şagirdlərin özləri tərəfindən seçilən məcburi fənlər və 

marağa  görə  qurulan  fakültətiv  məşğələlər  adı  altında  3  qrupa 

bölünür. 

İnteqrativ  baza  tədris  planmda  fənlər  daxil  olduğu  blok  üzrə 

verilir. Hər bir məktəb bu tədris planı əsasında tədris planı hazu-la- 

yarkən  regional  şəraiti,  məktəbin  xüsusiyyətini  nəzərə  aln-,  şagkd- 

lərin marağı və meyli əsas götürülür. 

Tədris  planında  hər  bir  bloka  daxil  olan  fənlərin  konkret  adı 

göstərilir. Məs. dillər, ədəbiyyat, təbiət fənləri, ictimai fənlər bloku və 

s. 


Baza  tədris  planı  1999-2000-ci  dərs  ilindən  etibarən  ümum- 

təhsil  məktəblərində  internat  məktəblərin,  gimnaziyalar,  məktəb- 

lisey, lisey və digər yeni tipli təhsil müəssisələrmdə tətbiq edilir. 

Baza tədris planı dövlət standartları əsasında hazırlanır. Bir sıra 

hallarda  baza  təhsil,  tədris  plan  -  proqramları  təhsilin  dövlət 

standartları  ilə  birləşdirilir.  Təhsilin  dövlət  standartları  təhsilin 

pillələri  üçün  nəzərdə  tutulan  minimum  dövlət  tələbidir.  Məsələn, 

bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum 

tələblər bu pillənin hər bir ixtisas üzrə (istiqamət və ixtisas şifrələri 

üzrə) dövlət standartı hesab olunur. 

112 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə