MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə40/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   36   37   38   39   40   41   42   43   ...   196

Respublikası öz təhsil sistemini yaratdı. Təhsil islahatmm sənədlərinə 

görə  respublikanm  ümumtəhsil  məktəbləri  üçün  yeni  tədris 

proqlamlannm və dərsliklərin yeniləşməsi qarşıya konkret vəzifə kimi 

qoyuldu. 

90-ci  illərə  qədər  proqram  və  dərslikdəki  marksizm,  leninizm 

ideyaları, kommunist ideologiyasmm məfkurə məsələlərindən imtina 

edildi.  Tədris  fənlərinin  məzmunu  yeniləşdi.  Həmin  məzmuna 

ölkəmizin  tarixini,  coğrafiyasmı,  iqtisadiyyatmı,  kənd  təsərrüfatmı, 

sənayesini,  mədəniyyətini,  milli  əxlaqmı  əks  etdirən  mövzularla 

yanaşı,  ümumbəşəri  dəyərlər  də  daxil  edildi.  Tədris  fənlərinin 

kəmiyyət və keyfiyyətində yeniliklər öz əksini tapdı. 

Təlim fənlərinin ən başlıca funksiyası şagirdləri gələcək həyata 

hazurlamaqdu*.  Bu  fənlərdən  bəhrələnən  şagirdlərin  bir  qismi 

istehsalatda  çalışmağa,  bir  qismi  orta  ixtisas  məktəblərində  peşələrə 

yiyələnməyə,  bir  qismi  isə  ali  təhsil  almağa  üstünlük  verir.  1992-ci 

ildən  şagirdlərin  ali  məktəbə  qəbulu  funksiyasmı  Azərbaycan 

Respublikası  Prezidentinin  müvafiq  fərmanı  və  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetmin  müvafiq  qərarına  uyğım  olaraq 

Tələbə  Qəbulu  Üzrə  Dövlət  Komissiyası  (TQDK)  həyata  keçirir. 

TQDK tədris fənlərini qruplar üzrə (4 qrup üzrə) sistemləşdirmiş və 

yuxan sinif şagirdlərini, məzunları( abituriyentləri) həmin qruplar üzrə 

ali məktəbə haznlayu: və onlann ali məktəbə qəbulu üçün imtahanlar 

təşkil  edir.  TQDK  -nm  bölgüsünə  əsasən  Azənbaycan  dili  və  xarici 

dillərdən  hər  hansı  biri  daxil  olmaqla  şagirdlər  və  məzunlar 

(abituriyentlər)  I  qrupda  texniki  fənlər  üzrə,  II  qrupda  iqtisadiyyat 

fənləri  üzrə,  III  qrupda  humanitar  fənlər  və  ibtidai  sinif  müəllimi, 

məktəbəqədər  müəssisələrdə  tərbiyəçi  peşələrinə,  habelə,  xüsusi 

istedad  və  qabiliyyət  tələb  edən  peşələrə  hazırlayan  fənlər  üzrə,  IV 

qrupda  biologiya  fənləri  üzrə  qəbul  imtahanlarma  hazulaşmalı  və 

qəbul  imtahanlan  verməlidirlər.  Bunun  üçün  TQDK  müvafiq  testlər 

hazırlayır,  nəşr  etdirdiyi  «Abituriyent»  cur-  nalmda  5mxarı  sinif 

şagirdlərinin  ali  məktəblərə  hazırlaşması  üçün  materiallar  çap  edir, 

məşğələ saatları təşkil edir, smaq imtahanları keçirir və bu tipli digər 

işləri gördükdən sonra qəbul imtahanlarmı (test imtahanlarını) həyata 

keçirir.  İmtahanlara  hazırlıq  müddətində  yuxarı  sinif  şagirdləri, 

məzunlar  (abituriyentlər)  ixtisas  fənləri  ilə  yanaşı,  ümumi  fənn 

blokuna  daxil  olan  digər  tədris  fənlərinə  də  hazırlaşır  və  imtahan 

verirlər. 



119 


3.10.

 

Fənn proqramları və dərsliklər 

Qeyd  etdiyimiz  kimi,  tədris  materialları  təhsilə  dair  dövlət 

direktivlərinin  tələblərinə  uyğun  olaraq  tərtib  olunur.  Yəni  öncə 

təhsilin,  dövlət  standartlarına  uyğun  baza  planları,  baza  planlarma 

uyğun  tədris  planları,  tədris  planlarına  uyğun  tədris  proqramları  və 

nəhayət,  tədris  proqramları  (fənn  proqramları)  əsasında  dərsliklər 

hazırlanır. 

Proqramlar həm Təhsil Nazirliyinin sifarişi ilə, həm də müstəqil 

müəlliflər  tərəfindən  hazırlanır,  müxtəlif  mərhələlərdə  müzakirə 

edilib  bəyənildikdən,  nazirliyin  kollegiyası  tərəfindən  təsdiq 

olunduqdan  sonra  tətbiq  olunması  tövsiyə  edilü*.  Bir  sıra  xarici 

ölkələrdə  isə  proqram  və  dərsliklərin  hazırlanmasmda  rəngarənglik 

vardır. Bəzi Avropa ölkələrində hər bir təlim-tərbiyə müəsissəsi- nin 

kurrikulumu  (təhsil  proqramı)  olur.  Həmin  kurrikulumdan 

təlim-tərbiyə  müəssisələrinin  idarə  olunmasınm  bütün  prinsipləri, 

tələbləri,  istiqamətləri,  iş  formaları,  üsulları  və  s.  öz  əksini  tapır. 

Proqram  və  dərsliklər  də  həmin  kurrikulumun  tələblərinə  müvafiq 

olaraq müstəqil müəlliflər tərəfindən hazırlanır. 

Azərbaycanda  da  müstəqil  dövlət  quruculuğu  dövründə  həm 

fənn proqramları, həm də dərsliklərin müstəqil müəlliflər tərəfindən 

hazırlanması  halları  artıq  müşahidə  olunmağa  başlanmışdır. 

Azərbaycan Respublikasmda həyata keçirilən Təhsil islahatlarma dair 

direktiv  sənədlərin  tələblərinə  müvafiq  olaraq  alternativ  fənn 

proqramları  və  həmin  proqramlara  uyğun  dərsliklər  hazırlanmışdır. 

Məsələn,  son  10  illikdə  «Əlifba»  proqramı  və  dərsliyi  alternativ 

olaraq  bir  neçə  müəlliflər  tərəfindən  hazu*lanaraq  istifadəyə 

verilmişdir. Professor Yəhya Kərimov (pedaqoji elmlər doktoru, TPİ- 

nin direktor müavini, prof. Y.Kərimov respublikamızda 30 ildən artıq 

bir  müddətdə  bu  sahənin  ən  görkəmli  mütəxəssisi  kimi  tanınır), 

professor Rəfael Hüseynov (filologiya elmləri doktoru, prof 

R.Hüseynov həm alim, publisist, tənqidçi, həm də Millət Vəkili kimi 

respublikamızın  ictimai  siyasi  həyatmda  faydalı  işlər  görür).  Atəş 

Abdullayev  (pedaqoji  elmlər  namizədi,  dosent  Atəş  Abdullayev 

Azərbaycan  Müəllimlər  İnstitutunun  prorektorudur)  «Əlif-  ba»nm 

alternativ  proqramlarını  və  dərsliklərini  hazırlamışlar.  Həmin 

proqram  və  dərsliklər  tələb  olunan  mərhələlərdə  müzakirə  edilib 

bəyənildikdən. Təhsil Nazirliyinin kollegiyası tərəfindən al- 

120 



temativ  proqram  və  dərslik  kimi  təsdiq  edildikdən  sonra  istifadə 

olunması  məsləhət  bilinmişdir.  Orta  ümumtəhsil  məktəblərində 

çalışan  sinif  müəllimləri  isə  hazırda  müvafiq  olaraq  onların  hər 

üçündən istifadə edirlər. 

Yeri  gəlmişkən,  proqram  materiallarındakı  mövzuların 

dərsliklərdə  işlənməsi  texnologiyasınm  elmi-pedaqoji  sistemi 

haqqında da bir neçə söz deməyə ehtiyac duyulur. 

Keçmiş sovetlər məkanında fənn proqramları Sov.İKP MK- nın 

müvafiq  qərarlarına  uyğun  tərtib  olunur  və  bu  zaman  kommunist 

ideologiyasının  məfkurə  xətti  əsas  götürülürdü.  Proqram  ma- 

teriallarmdakı  mövzulara  uyğun  mətnlər  hazırlayan  müəlliflər  bu 

mətnləri  hazırlayarkən  marksizm-leninizm  ideyalarmı  və  Sov.  İKP 

MK-nın  müvafiq  qərarlarının  tələblərini  əsas  götürürdülər.  Nəticədə 

həmin  mətnlərin  məzmununda  milli  və  bəşəri  ideyalar  təhsilin 

beynəlxalq  standartları  gözə  dəymirdi.  Ona  görə  də  təhsil  dünya 

sivilizasiyasınm  arenasına  daxil  ola  bilmirdi.  Unudulurdu  ki,  hər  bir 

əsrin  sivilizasiya  prosesi  və  məqamı  vardır.  Sivilizasiyanın  isə  ən 

mühüm hərəkətverici qüvvəsi nümunəvi təhsil quruculuğudur. 

Təhsilin  məzmununun  yaxşılaşdırılması  sivilizasiya  prosesinin 

yaranmasına  təkan  verirsə,  sivilizasiyanın  inkişafı  təhsilin  dinamik 

sürətinə  kömək  edir.  Prof.  Aydın  Şirinov  «Azərbaycan  məktəbi» 

jurnalında dərc etdirdiyi «Təhsilin mahiyyəti və başlıca istiqamətləri 

haqqında»  adlı  məqaləsində  göstərir  ki,  «Sivilizasiyanın  başlanğıcı, 

onun  məzmun  və  mahiyyətinin  formalaşması,  tarixən  dəyişməsi  və 

inkişaf  etməsi,  bu  dəyişkənlik  və  inkişafın  müxtəlif  mərhələləri, 

bilavasitə təhsildə və elmdə baş verən yeniliklərlə bağlı olmuşdur. Bu 

baxımdan  sivilizasiyanı  təhsil  və  elmlə  bağlı  olan  sosial  hadisə 

adlandırmaq olar. Tarixi və fəlsəfi araşdırmalar göstərir ki, hər hansı 

bir dövrdə, hər hansı bir ölkədə və xalqda təhsil və elm nə səviyyədə 

olubsa,  sivilizasiya  da  ona  uyğun  səviyyədə  olub.  Belə  bir  vəziyyət 

özlüyündə sivilizasiya ilə təhsil və elm arasındakı qarşılıqlı dialektik 

əlaqəni  göstərir.  Belə  ki,  təhsil  və  elm  sivilizasiyanı  inkişaf  etdirir, 

inkişaf  etməkdə,  yeni  məzmun  və  mahiyyət  kəsb  etməkdə  olan 

sivilizasiya  isə  cəmiyyət  vasitəsilə  təhsilin  və  elmin  qarşısında 

yeni-yeni tələblər, sosial sifarişlər qoyur. 

İntellektual  və  ictimai-siyasi  elita  aydın  surətdə  dərk  edir  ki, 

təhsilin və elmin cəmiyyət həyatında oynadığı rolun və onun əhə 

121 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə