MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə41/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   37   38   39   40   41   42   43   44   ...   196

miyyətinin  başa  düşülməsi  və  ona  göstərilən  qayğmm  dərəcəsindən 

asılı olaraq cəmiyyətin müəyyən inkişaf səviyyəsinə nail olmaq olar. 

Göründüyü  kimi,  sosiallaşma  prosesi  bilavasitə  tarixin  gedişi  və  bu 

gedişm  qanunauyğunluqlarını  açmaqla  onu  sürətləndirməyə  səy 

göstərən  insan  şüurunun  özünün  sosiallaşması  ilə  bağlıdır.  Elə 

vətəndaş  cəmiyyətinin  əsaslarmm  yaranması  və  formalaşması  da 

ağlın,  kamalın,  mənəviyyatm,  işgüzarlığm  artması  ilə,  onların  bir 

vəhdət halında birləşməsi ilə bağlıdır və bunlar, ilk növbədə, təhsilin 

övladlarıdır. Təsadüfi deyildir ki, müxtəlif dövrlərdə istər ölkə, istərsə 

də  dünya  miqyaslı  zəkaya  malik  adamlar  təhsilə  və  elmə  böyük 

əhəmiyyət vermiş, özlərinin bilavasitə məşğul olduqları konkret peşə, 

ixtisas sahəsindən asılı olmayaraq təhsil almağı, elmi bilik, bacarıqları 

öyrənməyi  insan  və  cəmiyyət  həyatı  üçün  ən  əhəmiyyətli  iş  hesab 

etmişlər» (Bax, «Azərbaycan məktəbi» cumalı, 2005, №3, səh. 34). 

Deməli,  təhsilin  inkişafını  bir  cəmiyyətin  daxilindəki  formal 

münasibətlər  çərçivəsində  saxlamaq  olmaz.  Bunun  üçün  təhsilin 

inkişafmı  özündə  əks  etdirən  ən  başlıca  amillərini  nəzərə  almaq 

vacibdir.  Təhsilin  bünövrəsi  ilkin  olaraq  proqram  və  dərsliklərin 

düzgün  tərtibindən  asılı  olduğu  üçün  həmin  tədris  materiallarmm 

hazırlanmasında  milli,  bəşəri  ideyalarla  yanaşı,  sivilizasiyanın  da 

inkişafı ilə bağlı olan amilləri nəzərdən qaçırmaq olmaz. Ona görə də 

proqram  materiallarma  daxil  edilmiş  mövzularm  işlənməsi  və 

dərsliklərə  daxil  edilməsi  zamanı  bu  amilləri  diqqət  mərkəzində 

saxlamaq lazım gəlir. 

Mövcud  pedaqoji  ədəbiyyatlarda  ümumtəhsil  məktəbləri  üçün 

dərsliklərin  hazırlanmasma  verilən  tələblərdən,  bu  dərsliklərin 

hazırlanması  zamanı  istinad  olıman  prinsiplərdən  çox  yazılıb. 

Araşdırdığımız  həmin  ədəbiyyatlarm  bir  qismində  tələblər  prinsip 

kimi,  bəzilərində  isə  prinsiplər  tələb  kimi  təqdim  olimur.  Unutmaq 

olmaz ki, dərsliklərin hazırlanmasma verilən tələblər və dərsliklərin 

hazırlanması  zamanı  müvafiq  prinsiplərə  istinad  olunması  ayrı-ayrı 

məsələlərdir.  Bu  məsələlərin  hər  biri  dərsliyin  hazırlanması  zamanı 

nəzərə  aimmalıdır.  Müasir  dünya  təcrübəsinə,  ölkəmizdə  həyata 

keçirilən  təhsil  islahatma  dair  direktiv  sənədlərə,  habelə  mövcud 

ümumpedaqoji  tələb  və  prinsiplərə  istinad  edərək  onları  aşağıdakı 

şəkildə sistemləşdirə bilərik: 

122 



Orta  ümumtəhsil  məktəbləri  üçün  dərsliklərin  hazırlanmasına 

verilən tələblər: 

-

 

dərslik proqram materialları əsasmda hazırlanmalıdır; 



-

 

dərsliklər  sırf  mütəxəssis  və  ya  mütəxəssislər  tərəfindən 



hazırlanmalıdır (dərsliyin bir və ya bir neçə müəllifi ola bilər); 

-

 



dərsliyin 

hazırlanması 

üçün 

redaksiya 



heyəti 

müəyyənləşdirilməlidir.  Heyətə  müəlliflə  (müəlliflərlə)  yanaşı,  elmi 

redaktor,  ümumi  redaktor,  texnüci  redaktor  və  rəssam  daxil 

edilməlidir; 

-

 

redaksiya  heyəti  bu  sahədə  səriştəsi  olan  mütəxəssislərdən 



seçilməli,  onlar  dərsliyin  hazırlanması  və  çap  olunması  işində  birgə 

işləməlidirlər; 

-

 

dərsliyə daxil edilmiş hər hansı bir mövzunun həcmi, məzmunu 



və  digər  kəmiyyət  və  keyfiyyət  göstəriciləri  şagirdlərin  yaş 

səviyyəsinə və qavrama qabiliyyətlərinə uyğun olmalıdır; 

-

 

dərsliyin dili sadə və anlaşıqlı olmalıdır; 



-

 

ayrı-ayrı  mövzular  üçün  verilən  sual  və  tapşırıqlar,  təriflərin, 



dioqramların,  sxemlərin,  qanunlarm,  təsnifatlarm,  şəkillərin,  illüst- 

rasiyalarm,  təsviri  sənət  nümunələrinin,  musiqi  parçalannm  və  s. 

şagirdlər  tərəfindən  dərindən  dərk  olunmasma  və  yadda  saxlanıl- 

masma xidmət etməlidir

-

 

dərsliyin  təhsilləndirici,  tərbiyələndirici  və  inkişafetdirici 



xarakterə malik olması zəruridir

-

 



dərsliklərə sivilizasiyanm, qloballaşmanın mütərəqqi ideya və 

informasiyalarını,  habelə  yeni  kəşflərin  daxil  edilməsi  üçün  onların 

mütəmadi olaraq təkmilləşdirilməsi zəruridir. 

Bu  tələblərlə  yanaşı,  ümumtəhsil  məktəbləri  üçün  nəzərdə 

tutulan dərsliklərə daxil edilən mövzuların işlənilməsi zamanı bir sıra 

prinsiplərə

 

də  istinad  olunması  vacibdir.  Həmin  prinsipləri  təxmini 



olaraq aşağıdakı şəkildə sistemləşdirmək olar: 

-

 



dərsliyin dövlət siyasətinə uyğun tərtib olunması; 

-

 



dərsliyə  daxil  edilmiş  mövzularm  milli  və  ümumbəşəri 

dəyərlərə əsaslanması; 

-

 

elmliyin,  ardıcıllığın,  sistemliliyin  və  konkretliyin  nəzərə 



aimması; 

-

 



dərsliyin tərtibində varisliyin gözlənilməsi

-

 



müvafiq  mövzularm  şərhində  humanitarlaşdırma,  humanist- 

ləşdirmə və demokratikləşdirmə prinsiplərinin gözlənilməsi; 



123 


-

 

bir  sıra  mövzuların  şərhində  xalqlarm  hüquq  bərabərliyinin 



açıqlanması; 

-

 



hər  bir  mövzunun  şəxsiyyətin  hərtərəfli  inkişafma  xidmət 

etməsi; 


-

 

tələb  olunan  məqamda  dərsliyə  fənlərarası  və  fəndaxili 



inteqrasiya və diferensasiya imkanlarına malik olan mövzuların daxil 

edilməsi; 

-

 

nəzəri 



materiallarm 

müasir 


həyat 

hadisələri 

ilə 

əlaqələndirilməsi; 



-

 

mövzuların şagirdlərin hazırlıq və inkişaf səviyyəsinə uyğun- 



laşdırılması; 

-

 



ayrı-ayrı mövzuların sinifdənxaric və məktəbdənkənar işlərin 

məzmunu ilə əlaqələndirilməsi. 

Dərsliklərin göstərilən tələb və prinsiplər əsasmda hazırlanması 

müəllimlərin də işini asanlaşdırır və onların fəaliyyət istiqamətlərinin 

düzgün müəyyənləşməsinə kömək edir. 

Müasir 


pedaqoji 

ədəbiyyatda 

«müəllimin 

fəaliyyət 

istiqamətlərinin əsasları» deyəndə aşağıdakılar nəzərdə tutulur: 

-

 



müəllimin kommunikativ fəaliyyəti

-

 



müəllimin konstruktiv fəaliyyəti

-

 



müəllimin idraki (qnostik) fəaliyyəti

-

 



müəllimin intellektual fəaliyyəti

-

 



müəllimin fəaliyyətində ekskiyuzivlik

-

 



müəllimin fəaliyyətində interaktivlik və s. 

Müəllim  özünün  hər  bir  fəaliyyət  növünü  tətbiq  edən  zaman 

onun  modelini  müəyyənləşdirir.  Müasir  beynəlxalq  təcrübədə  buna 

öyrənmə modeli deyilir. Nümunə üçün onlardan birinə müraciət edək. 



Müəllimin konstruktiv öyrətmə modeli 

Bu  model  təlim  prosesində  müəllim  üçün  «öyrətmə  mo- 

deli»dirsə, şagird üçün «öyrənmə modeli» hesab olunur. Hər iki halda 

bu  öyrənmə  fəal  öyrənmə  modeli  sayılır.  Bəzi  alimlər  «fəal 

öyrənmə»ni nəzəriyyə kimi də təqdim edirlər. 

Bu xüsusda professor Abdulla Mehrabov yazır: «Fəal öyrənmə 

nəzəriyyələrindən olan konstruktivlik, müasir dövrdə faydalı, böyük 

təcrübi  və  həyati  əhəmiyyəti  olan  bir  nəzəriyyə  kimi  qəbul 

olunmuşdur. Öz mahiyyətinə görə konstruktivlik öyrənmə, bilik 

124 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə