MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə43/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   39   40   41   42   43   44   45   46   ...   196

3.11. ibtidai təhsilin əhəmiyyəti 

(I-IV siniflər) 

İbtidai  təlim  ümumtəhsil  məktəbinin  çətin  və  məsul  bir 

dövrüdür.  Bu  dövrdə  şagirdlərə  bir  sıra  sadələşdirilmiş  biliklər, 

ümum-  pedaqoji  bacarıqlar  aşılanır.  Onlar  təbiətdə,  cəmiyyətdə  baş 

verən  hadisələrlə  tanış  olur,  mənəvi-əxlaqi,  əmək,  fiziki,  estetik, 

iqtisadi, ekoloji tərbiyə sahəsində ilkin vərdişlər qazanırlar. 

Uşaqların  əqli  və  fiziki  qabiliyyətlərinin  hərtərəfli  inkişafı, 

onların  dünyagörüşünün,  habelə,  davranışla  bağlı  bütün  mənəvi 

keyfiyyətlərinin  formalaşdırılmasının  əsası  məhz  ibtidai  siniflərdə 

qoyulur. 

Ana dili ibtidai siniflərdə tədris fənlərinin əsası hesab edilir. Ana 

dili  dərslərində  şagirdlər  oxu  və  yazı  vərdişlərinə  yiyələnirlər.  Bu 

vərdişlər  olmadan  digər  təlim-fərilərini  başa  düşmək,  dilimizin 

incəliklərinə bələd olmaq, müstəqil düşünmək mümkün deyil. 

İbtidai  siniflərdə  riyaziyyatın  tədrisi  şagirdlərə  kəmiyyət 

fərqlərini  müəyyən  etməyə  imkan  verir,  onlar  hesablama,  ölçmə, 

biçmə vərdişlərinə yiyələnirlər. Bu siniflərdə şagirdlər ictimai mühit, 

həyat  hadisələri,  təbiət  haqqında  ilk  təsəvvürlərə,  anlayışlara 

yiyələnir,  Vətənimiz,  onun  tarixi,  adət-ənənələri  haqqmda  sadə 

biliklər əldə edirlər. 

Təbiətşünaslıq  dərslərində  şagirdlər  Vətənimiz,  onun  təbiəti, 

təbiətdə  baş  verən  dəyişikliklərlə,  ayrı-ayrı  fəsillərin  əlamətləri  ilə 

tanış olurlar. Müşahidələr, ekskursiyalar, əşya dərsləri, tədris-təcrübə 

sahəsində  praktik  işlər,  heyvanlar  və  bitkilərə  qulluq  edilməsi  bu 

fənnin  daha  canlı,  maraqlı  tədrisinə  səbəb  olur.  Bu  isə  uşaqlarda 

müşahidəçilik,  tədqiqatçılıq  bacarığmı  inkişaf  etdirir.  Şagirdlər 

təbiətin qorunması, ona qayğı ilə yanaşmaq barədə məlumata, məhz 

bu fənnin vasitəsi ilə nail olurlar. 

Əmək təlimi vasitəsilə şagirdlər özünəxidmət və məişət əməyi, 

kənd  təsərrüfatı  əməyi,  kağız,  karton  və  plastilin  ilə  işləyir,  əmək 

vərdişləri  qazanırlar.  Onlarda  əməyə,  xarüqələr  yaradan  əmək 

adamlarına hörmət, məhəbbət hissi formalaşır. 

Təlimin  ibtidai  pilləsində  uşaqların  estetik  tərbiyəsinə  böyük 

diqqət yetirilir. İbtidai siniflərdə keçilən təsviri incəsənət, müsiqi və 

nəğmə dərslərində şagirdlərdə Vətən təbiətinin gözəlliyinə sev- 



128 


gi hissləri oyadılır, onlara musiqini dərk etmək, qiymətləndirmək üzrə 

bacarıq və vərdişlər aşılanır. 

İbtidai təlim uşaqlarda biliklərə qarşı müntəzəm maraq və sevgi 

yaradır, onların əqli qabiliyyətlərini inkişaf etdirir. Uşaqlar əşyaları və 

ətraf  aləmdə  baş  verən  hadisələri  müşahidə  etməyi,  bu  əşyalar  və 

hadisələrdə  oxşarlığı  və  fərqləri  tapmağı,  əşyaları  xarakterik 

əlamətlərinə  görə  qruplaşdırmağı,  hadisələr  arasında  adi  əlaqələri 

müəyyənləşdirməyi,  yaşlarına  uyğun  olaraq  müşahidə  elədiyi 

faktlardan nəticələr çıxarmağı və ümumiləşdirmələr aparmağı öyrənir. 

İbtidai  sinif  şagirdləri  ilə  apanlan  təlim  işi  onlarm  diqqətinm, 

təxəyyülünün,  məntiqi  təfəkkürünün,  yaddaşmm  inkişafma  kömək 

edir. 


I-IV  sinif  şagirdləri  təlim  prosesində  əxlaqi  və  mədəni  davranış 

vərdişləri  sayəsində  adi  anlayışları  mənimsəyirlər,  onlarda  vətənə 

qarşı sevgi, onun düşmənlərinə qarşı nifrət hissi, dostluq və yoldaşlıq, 

kollektivçilik,  vicdanlılıq  və  düzgünlük,  intizam  vərdişləri  tərbiyə 

olunur. 

İbtidai siniflərdə şagirdlərin mənəvi tərbiyəsi diqqət mərkəzində 

olur. Onlar Azərbaycan xalqmm döyüş və əmək ənənələri ilə tanış olur 

və bu ruhda tərbiyə alırlar. 

Şagirdlər dərsliklərdə çoxlu ədəbi-bədii mətnlərlə tanış olurlar. 

Bu  materiallarda  Vətənimizin  keçmişi,  yadelli  işğalçılara  qarşı 

mübarizəsi,  Vətən  övladlarının  öz  azadlıq  və  müstəqilliyi  uğrunda 

mübarizəsi əks olunur. Dərsliklərdə verilən belə mətnlər, ədəbi- bədii 

parçalar uşaqları birliyə, kollektivçiliyə çağırır. 

İbtidai  təlim  uşaqlarm  fiziki  qabiliyyətlərini  inkişaf  etdirərək, 

onların  sağlamlığını  möhkəmləndirir,  kiçik  yaşlı  məktəbliləri 

gimnastika  ilə  müntəzəm  məşğul  olması,  onlara  düzgün  oturmağı, 

gəzməyi,  qaçmağı,  tullanmağı,  adi  gimnastika  məşğələlərini  yerinə 

yetirməyi  öyrədir,  uşaqları  adi  sanitariya-gigiyenik  biliklər  və 

vərdişlərlə silahlandırır. İbtidai təlimin qarşısında duran bu vəzifələr 

onların bir vətəndaş-şəxsiyyət kimi yetişməsinə güclü təsir göstərir. 



129 


3.12. Əsas təhsilin tədris və tərbiyəvi əhəmiyyəti 

(V-IX siniflər) 

XXİ  əsrin  birinci  onilliyinin  sonunda  qəbul  olunmuş  Təhlil 

Qanunun tələblərinə müvafiq olaraq əsas təhsilin bir sıra üstünlükləri 

vardır. 


Əsas və orta məktəbin V-VII siniflərində şagirdlər ümumtəh- sil 

fənlərinin sistemli kursunu öyrənirlər. Bu kurslarda şagirdlər təbiət və 

cəmiyyət haqqında məlumatlarla tanış olur, obyektiv aləmin mühüm 

hadisələrinin  mahiyyətini  daha  dərindən  öyrənirlər.  Bir  sözlə, 

şagirdlər təlimin  bu pilləsində artıq ümumtəhsil  məktəbində, habelə 

orta  peşə  tədris  müəssisələrinin  yuxarı  siniflərində  təhsili  davam 

etdirmək üçün müəyyən biliklər, qabiliyyətlər və vərdişlər sisteminə 

yiyələnmək yolu ilə lazımi hazırlıq keçirlər. 

Təbiətin və ictimai həyat hadisələrinüı sistemli və daha dərindən 

öyrənilməsi  əsasında  yeniyetmələrdə  elmi  dünyagörüşünün 

formalaşdırılması sahəsində bütün işlərin səviyyəsi yüksəldilir. 

V-DC  siniflərdə  Azərbaycan  dili  və  ədəbiyyatın  müntəzəm 

kursu  öyrənilir.  Şifahi  və  yazılı  nitq  sahəsində  möhkəm  biliklər  və 

vərdişlərlə  silahlanmış  tam  savadlı  insanların,  yəni  yeni  nəslin 

hazırlanması  bu  mərhələdə  həyata  keçirilir.  Ədəbiyyat  kursu 

şagirdləri ədəbi əsərlərin əsas növləri və onlarm başa düşdüyü klassik 

və  müasir  Azərbaycan  ədəbiyyatı  nümunələri  ilə  tanış  edir, 

şagirdlərdə şifahi və yazılı nitqin, şüurlu və ifadəli qiraət vərdişlərinin 

daha da inkişafını təmin edir. 

Elmi  biliklərdə  bir  çox  minilliklərdə  bəşəriyyətin  topladığı 

təcrübə əks olunmuşdur. Bu təcrübə dəfələrlə praktikada yoxlanmışdır 

və  elmi  anlayışlar,  qanunlar  sistemində  ümumiləşdirilmişdir. 

Şagirdlər bilikləri mənimsəyərək nəinki müəyyən məlumat dairəsini 

əldə edirlər, həm də insanın təbiəti dərk etməsi metodları, insanların 

ehtiyac və tələbatlarmı təmin etmək məqsədilə təbiətə təsir göstərmək 

üsulu ilə tanış olurlar. Şagirdlərin qarşısında insan idrakının gücü və 

qüdrəti bütünlüklə nəzərə çarpır, bu idrak təbiətin yeni-yeni sirlərini 

tədricən  açır.  Tədris  prosesində  ətraf  aləmin  daha  dərindən  dərk 

olunması və öz praktik işində biliklərdən istifadə edilməsi istəyi baş 

qaldırır. Müəllimin vəzifəsi ictimai həyatda şagirdlərə elmi biliklərin 

rolunu başa düşməyi öyrətməkdən iba- 

130 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə