MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji


Təlimin təhsilləndirici, tərbiyələndirici



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə51/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   47   48   49   50   51   52   53   54   ...   196

Təlimin təhsilləndirici, tərbiyələndirici 

inkişafetdirici prinsipi 

Bu  prinsip  altında  təlimin  təhsilləndirici,  tərbiyəedici  və 

inkişafetdirici funksiyaları dayanır. Bunlann hər biri qarşılıqlı əlaqədə 

görülür. Təlim təhsili həyata keçirmək prosesidir, təhsil isə təlim üçün 

həm əsas, həm də nəticə hesab edilir. Təhsilləndirici prinsip zamanı 

şagirdlər  proqram  üzrə  nəzərdə  tutulmuş  bilik,  bacarıq  və  vərdişləri 

mənimsəyirlərsə,  tərbiyəedici  funksiya  zamanı  şagirdlərlə  əxlaqi, 

mənəvi, estetik, əmək, ekoloji, iqtisadi tərbiyə üzrə iş aparılır, onlara 

müsbət  keyfiyyətlər  aşılanır,  müvafiq  adət  və  vərdişlər  yaradılır. 

İnkişafetdirici prinsip deyəndə şagirdlərin fiziki və psixi qüvvələrinin 

inkişafı nəzərdə tutulur.  Fiziki qüvvələrə,  yerimək, qaçmaq, üzmək, 

tullanmaq  və  s.  keyfiyyətlər  daxildir.  Psixi  qüvvələrə  isə  duyğular, 

qavrayış, təsəvvür, təfəkkür, diqqət və s. aid edilir. Bunların hər biri 

şagirdlərə müəyyən tərbiyəvi təsir göstərə bilir. Ona görə də müəllim 

həmişə təlimin tərbiyəvi gücündən səmərəli istifadə etməli, istiqaməti 

düzgün  müəyyənləşdirməlidir.  Bu  prinsipin  tətbiqi  zamanı 

müəllim-şagird münasibətlərində xeyirxahlıq, insanpərvərlik, sadəlik, 

qayğıkeşlik nümayiş etdirməli, hörmət və tələbkarlığm birləşdirilməsi 

özünü göstərməlidir. 

Ümumiyyətlə, təlim prosesində bu prinsipin istər təhsilləndirici, 

istər  tərbiyəedici  və  istərsə  də  inkişafetdirici  əhəmiyyəti  olduqca 

genişdir. 

Müəllim tədris prosesində bunların hər birindən səmərəli istifadə 

etməli, şagirdlərin inkişafma nail olmalıdır. 



Təlimin elmilik prinsipi 

Müdriklər  demişkən,  “Elmsiz  təlim,  təlimsiz  elm  ola  bilməz”. 

Təlimdə elmlik prinsipi o deməkdir ki, şagirdlərə verilən məlumatlar, 

müəllimin  pedaqoji  işdə  atdığı  hər  bir  addım,  dərsin  hər  hansı  bir 

mərhələsində  şagirdlərə  aşılanacaq  bilik,  bacarıq  və  vərdişlər  elmi 

cəhətdən  əsaslandırılır.  Bu  prinsipin  köməyi  ilə  müxtəlif  elmlər 

sahəsindəki yeniliklər təlimin məzmununa gətirilir. Elmlik prinsipinə 

bir sıra başlıca tələblər verilir. 



152 


1.

 

Şagirdlərin  elmi  biliklərə  yiyələnmələri  üçün  öyrəndikləri 



predmet və hadisələrin düzgün, obyektiv şəkildə qavramalarını təmin 

etmək lazımdır. 

2.

 

Şagirdlər  predmetlərin  mühüm  əlamətlərini  və  xassələrini, 



predmet  və  hadisələr  arasındakı  əlaqələri  və  münasibətləri  dərindən 

dərk etməlidirlər. 

3.

 

Tədrisin elmiliyi həm də terminlərin dəqiq tətbiqinə əsaslanır. 



Elmdə  yalnız  qəbul  edilmiş  terminlərdən  istifadə  etməli  və  köhnə 

terminləri isə müqayisə edilməlidir. 

4.

 

öyrənilən  predmet  və  hadisələri  düzgün  mənimsəmək  üçün 



şagirdlər 

onların 


müasir 

elmi 


mahiyyətini, 

daxili 


qanunauyğunluqlarını dərk etməlidirlər. Öyrənilən hadisələrin inkişaf 

mənzərəsi onların təsəvvürlərində canlandırılmalıdır. Elmlik prinsipi 

tədris  materiallarının  öyrədilməsi  ardıcıllığında  nəzərə  alınmalıdır. 

İstər dərslikdə, istərsə də müəllimin şərhində şagirdə verilən biliklər 

ardıcıl,  əlaqəli,  şagirdlərin  başa  düşəcəkləri  səviyyədə  təqdim 

edilməlidir. 

Elmin,  elmi  məlumatların  sürətlə  inkişaf  etdiyi  bir  dövrdə 

şagirdləri  həddən  artıq  elmi-nəzəri  məlumatlarla  yükləmək  olmaz. 

Ancaq  mövzunun  tələb  etdiyi  ən  zəruri  məlumatlar  şagirdə 

çatdırılmalıdır. 

Təcrübə  və  müşahidələr  göstərir  ki,  fənlərin  tədris  prosesində 

şagirdlərə  verilən  tapşırıqlar,  təbiətdə,  cəmiyyətdə  baş  verən 

hadisələrin  müşahidəsi,  mənbələr  üzərində  işləmək,  araşdırmalar 

aparmaq  kimi  qabaqcıl  müəllimlərin  təcrüljəsi  də  şagirdlərdə 

tədqiqatçılıq bacarığının inkişafına təkan verir. Şagirdləri ən yeni elmi 

nəzəriyyələrlə  tanış  etmək,  elm  və  texnikanın  müasir  ideyalarını 

nəzərə  alaraq  şagirdlərin  idrak  imkanlarmm  artmasını  təmin  etmək 

müəllimdən geniş məlumatlılıq və pedaqoji ustalıq tələb edir. 

Elmilik  prinsipi  müəllim  hazırlığından  asılıdır,  əks  təqdirdə 

müəllim öz yetirmələrini mütərəqqi elmi metodlarla lazımi səviyyədə 

silahlandıra bilməz. 

153 



Təlimin humanistləşdirilməsi prinsipi 

Bu  prinsip  pedaqogikaya  son  zamanlar  gətirilmişdir.  Lakin 

humanist  ideyaların  tarixi  qədim  dövrlərə  gedib  çıxır.  Qətran 

Təbrizinin, Nəsirəddin Tusinin, Saib Təbrizinin, Nizaminin əsərləri ilə 

tanış olduqda orada humanist ideyalara dair çox dəyərli nümunələrin 

şahidi oluruq. Hələ XII  əsrdə humanist təhsilin  böyük  əhəmiyyətini 

duyan  Nizami  təhsilin  məzmunundan  danışmasa  da,  müəllimin 

mədəniyyətindən  söz  açmış,  onu  humanist  ideyalar  yaymağa  və 

kamilliyə çağırmışdır. 

Təhsilin  humanist  prinsiplər  əsasında  qurulması  ideyası 

Avropada  əsasən  XIV-XVI  əsrlərdə  formalaşmışdır.  Vaxtilə 

Azərbaycanda S.Urməvi, Əssar Təbrizi, İngiltərədə T.Mor, Fransada 

F.Rable,  M.Pariciski  və  digər  humanistlər  təlim-tərbiyə  verilməsi 

prosesində humanist ideyaları yaymış, fiziki cəzaya qarşı çıxmışlar. 

Humanistləşdirmə  prinsipi  müəllim  və  şagird  fəaliyyətləri 

arasında qarşılıqlı əlaqəyə, dərin ehtirama, rəğbətə, qayğıya əsaslanır. 

Şagird  şəxsiyyətinə  hörmət,  onunla  əməkdaşlığa  hazır  olmaq, 

xoş  münasibət  və  ünsiyyət  yaratmaq  humanistləşdirmə  prinsipinin 

əsasını  təşkil  edir.  Buna  əməl  edən  müəllim  həmişə  uğur  qazanır, 

şagirdlər  onu  sevir,  fənlərinə  böyük  maraq  göstərirlər.  Əks  halda 

müvəffəqiyyət qazanmaq mümkün deyil. Qorxuya, cəzaya əsaslanan 

təlim istər müəllim, istərsə də şagirdə heç nə vermir. 

Humanist pedaqoq Melonxton hər gün məktəbə gələrkən üzünü 

uşaqlara  tutub  deyərmiş:  “Sabahınız  xeyir,  gələcəyin  həkimləri, 

müəllimləri,  kanslerləri,  nazirləri.  Sabahınız  xeyir!”  Bəzən 

ətrafdakılar buna gülərmiş. Deyərmişlər ki; 

- «Nə üçün belə deyirsiniz?» 

O cavab verirdi ki: - «bəli, mən bunların hər birində gələcəyin o 

insanlarını görürəm». 

Göründüyü  kimi,  təlim-tərbiyə  müəssisəsində  şagirdin 

şəxsiyyətinə,  mənliyinə,  ləyaqətinə  hörmət  edilməlidir.  Müəllim  öz 

şagirdini  sevməlidir.  Şərq  xalqlarının  bir  məsəlində  deyildiyi  kimi, 

“Müəllimə  hörmət  etməklə  müəllim  ola  bilərsən”.  Müəllim  hər  bir 

şagirdin  cəmiyyətə  yararlı,  gərəkli  adam  olduğunu  başa  salmalı  və 

onda inam yaratmalıdır. 

Humanist münasibətlər imkan verir ki, müəllimlə şagird arasında 

söhbətlər açıq ürəklə aparılsın. Çünki sərbəst fikir müba- 

154 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə