MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə54/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   50   51   52   53   54   55   56   57   ...   196

larin  yaş  və  fərdi  xüsusiyyətlərinin  nəzərə  alınması»  kimi.  Burada 

heyrətamiz  heç  bir  şey  axtarmaq  lazım  deyil.  Sadəcə  olaraq 

tədqiqatçılardan  bir  qismi  hətta  yaş,  fərdi,  cinsi  və  psixoloji 

xüsusiyyətlərin nəzərə alınmasını vahid  prisnip kimi  təqdim  edirlər. 

Sual olunur, belə etmək olarmı? Bəli! Etmək olar. Bu şərtlə ki, onların 

hər  biri  ayrı-ayrılıqda  izah  olunsun,  onların  hər  biri  vahid  prinsipin 

ayrıca bir həlqəsi kimi açıqlansın və hər birinin məzmunu aydın şərh 

olunsun. 

Fərdi  xüsusiyyətlərin  nəzərə  alınması  deyəndə  əsasən  fərdi 

psixoloji xüsusiyyətlərin nəzərə alınması nəzərdə tutulsa da uşaqların 

özünəməxsus bir sıra fərdi əlamətləri və keyfiyyətləri vardır. Bəzən 

təlim prosesində, digər didaktik münasibətlərin qurulmasm- da onların 

da  nəzərə  alınması  vacibdir.  Fərdi  psixoloji  xüsusiyyətlər  kimi 

qabiliyyət, temperament və xarakter xüsusiyyətlərinə görə şagirdlərə 

yanaşma  tərzi,  onların  bilik  və  bacarıqlarının  formalaşdı-  rılmasına 

münasibət bəsləmək tərzi də müxtəlif olacaqdır. 

Məlum  olduğu  kimi  təlim  prosesində  uşaqların  fəaliyyəti  adi 

şablon fəaliyyət ola bilməz. İstisna hallarda idrak səviyyəsi çox aşağı 

olanlar  belə  fəaliyyətə  malik  olurlar.  Deməli,  normal  şagirdin  təlim 

prosesindəki  fəaliyyətini  biz  idrak  fəaliyyəti  adlandırmalıyıq.  Əgər 

idrik fəaliyyəti insanın bütün şüurlu fəaliyyətinin əsasmı təşkil edirsə, 

deməli,  idrak  özü  ən  başlıca  fəaliyyətdir.  Fərdin  hər  bir  normal 

fəaliyyəti onun idraki fəaliyyəti hesab olunur. Bu idraki fəaliyyətə isə 

bütün tələbatlar və motivasiya daxil edilir. Motiv rolunda tələbatlar, 

maraqlar, həvəs və emosiyalar habelə yönəliş və ideallar da çıxış edə 

bilər.  Məhz  bu  zaman  fəaliyyətin  müvəffəqiyyətli  icrasına  şərait 

yaranmış  olur.  Fəaliyyətin  müvəffəqiyyətli  icrasına  şərait  yaranmış 

olur.  Fəaliyyətin  müvəffəqiyyətli  icrasmın  mühüm  şərti  olan 

qabiliyyətlər  onun  üçün  zərüri  olan  bilik,  bacarıq  və  vərdişlərə 

yiyələnmə  dinamikasındakı  fərqlərdə  ifadə  olunur.  Məhz  bu  fərq 

vasitəsilə bir şagirdin qabiliyyəti digərindən fərqlənir. Yəni ya az, ya 

da  çox  olur.  Qabiliyyətlər  isə  fərdin  təfəkİdir  tərzini  və  xarakterini 

tənzimləyir.  Ona  görə  yaxşı  qabiliyyətli  olan  şagirdə  həm  də  yaxşı 

təfəkkürü  olan  şagird  kimi  baxırlar.  Məhz  bu  cür  qabiliyyətə  və 

təfəkkürə malik olanlara möhkəm və sağlam xarakterə malik şəxslər 

kimi  baxırlar.  Şagirdlər  qabiliyyət  növlərinə  görə  müxtəlif  olurlar. 

Təmayül siniflər və təmajdillü liseylərin şa 

161 



gird  kontingenti  belə  qabiliyyət  növlərinə  görə  differensiallaşdırma 

aparmaqla müəyyənləşdirilir. 

Deməli,  şagirdlərin  fərdi-psixoloji  xüsusiyyətlərinin  müəyyən- 

ləşdirilməyi  şagird  şəxsiyyətinin  formalaşdırılması  işində  ən  zəruri 

prmsiplərdən hesab olunur. 

3.18.

 

Təlimin mərhələləri, üsulları və vasitələri 

Müstəqillik  dövrünə  qədər  çap  olunmuş  elmi-pedaqoji 

ədəbiyyatda  təlimin  mərhələləri  anlayışı  mücərrəd  şəkildə 

işlənilmişdir.  Belə  ki,  təlimin  mərhələləri  bəzən  təlimin  ünsürləri, 

bəzən  komponentləri,  bəzən  də  vasitələrilə  eyniləşdü-ilmişdir.  Bu 

məsələyə  ilk  dəfə  olaraq  görkəmli  Azərbaycan  pedaqoqu  Nurəddin 

Kazımov aydmiıq gətirmişdir. N.M.Kazımov təlim prosesində tədris 

mövzusunun  öyrənilməsinin  nədən  başlanmasını,  necə  cərəyan 

etməsini  və  nə  ilə  yekunlaşmasını  mərhələli  iş  hesab  etmişdir.  N. 

Kazımova görə təlim prosesində tədris mövzusunun mənimsənilməsi 

ilkin  mərhələdə  qavranılır,  ikinci  mərhələdə  başa  düşülür,  növbəti 

mərhələdə möhkəmləndirilir və sonuncu mərhələdə qiymətləndirilir. 

Beləliklə,  Milli  pedaqogikaya  görə  təlimin  mərhələləri  aşağıdakı 

şəkildə  təsnif  olunur:  1.  Yeni  tədris  materialının  əsasən  qavranıl- 

ması; 2. Biliklərin, bacarıq və vərdişlərin əsasən başa düşülməsi

3.

 



Biliklərin,  bacarıq  və  vərdişlərin  əsasən  möhkəmləndirilməsi  və 

tətbiqi; 

4. 

Təlimdə 


müvəffəqiyyətə 

nəzarət 


və 

onun 


qiymətləndirilməsi.  Qeyd  olunduğu  kimi  ilkin  mərhələdə  şagirdlər 

yeni tədris materialının mahiyyətini qavrayıb anladıqdan sonra onun 

haqqmda  ilkin  fikir  yürüdürlər.  Bu  isə  yeni  tədris  materialını  tam 

mənimsəmək  demək  deyil.  Bunun  üçün  ikinci  mərhələdə  müəllim 

şagirdləri  düşünməyə  vadar  edir.  Şagirdləri  idrak  əməliyyatları 

aparmağa  təhrik  etməklə  mövzunun  mahiyyəti,  tədris  materialının 

əsas  qayəsi  başa  düşülür.  Üçüncü  mərhələdə  yeni  tədris  materialı 

hərtərəfli  götür-qoy  edilir,  təkrarlama  yolu  ilə  qazanılan  biliklər 

hafizədə qalır. Yəni  möhkəmlənir. Bu zaman biliklərin tətbiqi üçün 

geniş  imkandlar  açılır.  Sonuncu  mərhələdə  isə  gündəlik,  tematik, 

dövrü,  yekun  nəzarət  yolu  ilə  yaxud  digər  uğurlu  nəzarət  formaları 

tətbiq 


etməklə 

şagirdlərin 

tədris 

fəaliyyətinin 



nəticəsini 

qiymətləndirmək mümkündür. 



162 


Yeni  tədris  materiallarının  qavranılması,  başa  düşülərək 

möhkəmləndirilməsi  üçün  bir  sıra  üsullardan  istifadə  etmək  lazım 

gəlir.  Milli  pedaqogikaya  istinad  edərək  təlimin  üsullarmı  aşağıdakı 

şəkildə qruplaşdırmaq olar.: 

1.

 

Yeni  tədris  mövzusunun əsasən qavranılmasma  xidmət edən 



üsullar,  (nümunə,  müsahibə,  kitab  üzərində  iş,  müşahidə,  göstəriş, 

tələb və s.) 

2.

 

Biliklərin,  bacarıq  və  vərdişlərin  əsasən  başa  düşülməsinə 



xidmət  edən  üsullar  (problemli  situasiya,  evrestik  müsahibə,  izahlı 

nümayiş, proqramlaşdırma, məruzə, disput, əsər müzakirəsi və s.). 

3.

 

Biliklərin, barıq və vərdişlərin əsasən möhkəmləndirilməsinə 



və  tətbiqinə  xidmət  edən  üsullar  (təkrar,  çalışmalar,  məsələ-  misal 

həlli,  texnika  vasitələrdən  istifadə,  labarator  işi,  avadanlıq  və 

cihazlardan  istifadə,  əyani  vasitələrlə  iş,  təbii  şəraitdə  iş,  nitq  və 

təfəkkür üzrə iş) Təlimin üsulları bir sıra hallarda təlim metodları kimi 

də  təqdim  edilir  və  müxtəlif  tərzlərdə  qruplaşdınlu*,  yaxud  təsnif 

olunur. Belə qruplaşdırma və təsnifatlara daxil edilmiş və bu günkü 

təlim  prosesi  üçün  faydalı  olanları  da  vardır.  Müəllimin  şərhi, 

nəqletmə,  izahetmə,  kitab-dərslik  üzərində  iş,  illüstrasiya- 

demonstrasiya, evristiktik  müsahibə, ekskiyuziv  müsahibə, labarator 

məşğələlər, tədqiqatçılıq üsullarmdan istifadə olunması da faydalıdır. 

Təlim  vasitələri  içərisində  iki  cür  didaktik  vasitələrə  üstünlük 

verilir. 1. Əvani vasitələr. Buraya əyani olaraq nümayiş etdirilən bütün 

öyrədici didaktik materiallar daxildir. O cümlədən xəritələr, cədvəllər, 

dioqramlar,  plakatlar,  trafaretlər,  interaktivlər,  ayrı-ayrı  vəsilələrdən 

olan canlılara dair müqəvva və mulyajlar və s. bu qəbildən olan əyani 

vasitələrdəndir. 

Texniki  vasitələr.  Buraya  audial  vasitələr,  vizual  vasitələr, 

audo-vizual vasitələr və kompüter texnologiyaları daxil edir. 



3.19.

 

İnteraktiv təlim üsullarmdan istifadə 

Qeyd  etdiyimiz  kimi,  interaktiv  təlim  metodlarından  istifadə 

etməklə  şagirdlərin  son  dərəcə  fəallaşdırılması  təmin  olunur. 

Şagirdlərin fəallaşması isə bir tərəfdən, onların oxu vərdişlərini 



163 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə