MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə50/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   46   47   48   49   50   51   52   53   ...   196

sənilməsi  sahəsində  gələcək  iş  üçün  toplanmış  təcrübədən,  əldə 

edilmiş bilikdən səmərəli istifadə etməyə kömək edir. 

Deməli,  həm  materialın  yadda  saxlanması,  həm  də  şagirdlərin 

yaddaşının inkişafı müəllimin təşkil etdiyi müqayisədən çox asılıdır. 

Müqayisə isə ağlın sönməz məsəlidir. 

3.17. Təlimin prinsipləri 

İndiyə qədər nəşr olunan “Pedaqogika” dərsliklərində və digər 

pedaqoji  ədəbiyyatlarda  təlimin  prinsipləri  anlayışına  müxtəlif 

tərəflərdən yanaşmışlar. M.Muradxanovun redaktəsi ilə 1964-cü ildə 

nəşr  olunan  “Pedaqogika”  dərsliyində  təlimin  prinsipləri  təlimin 

müvəffəqiyyətlə nəticələnməsini təmin etmək üçün irəli sürülən əsas 

tələb  kimi  qəbul  edilir.  1993-cü  ildə  nəşr  olunan  “Pedaqogika” 

dərsliyində  (müəllifləri  Y.R.Talıbov,  Ə.A.Ağayev,  İ.N.İsayev  və 

A.İ.Eminov)  isə  təlim  prinsipləri  tədris  prosesində  səmərəli  və 

keyfiyyətli  fəaliyyəti  təmin  edən  vacib  tələblər  sistemi  adlandırılır. 

N.Kazımov və Ə. Həşimovun birgə  yazdıqları “Pedaqogika” (1996) 

dərsliyində  təlim  prinsiplərinə  belə  tərif  verilir:  “Təlimin 

qanunauyğunluqlarından  irəli  gələn,  onun  məzmununa,  üsullarına, 

təşkili  formalarına  təsir  göstərən,  müəllim  və  şagirdlərin  birgə 

fəaliyyətini  səmərəli qurmağa imkan verən didaktik qaydalara təlim 

prinsipləri  deyilir”.  Bir  qrup  pedaqoqlar  isə  təlim  prinsipinə  dərk 

olunmuş qanunlardan istifadə etmək, digər qrup isə əsaslı fundamental 

ideya mənasında yanaşmışlar. 

Təlim  prinsipləri  haqqında  söylənilən  bu  fikirlər  mahiyyət 

etibarı  ilə  eyni  məqsədə-müəllim  və  şagirdlərin  birgə  fəaliyyətini 

səmərəli qurmağa, təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. 

Təlim  prinsipləri  tərbiyə  və  təhsilin  məqsədləri  ilə  müəyyən 

olunduğundan  müxtəlif  dövrlərdə  dəyişikliklərə  məruz  qalmışdır. 

Bəzi  prinsiplər  öz  əhəmiyyətini  itirmiş,  pedaqoji  səhnədən 

uzaqlaşmışdır.  Məsələn  XVII  əsrdə  Komenski  tərəfindən  irəli 

sürülmüş  tədrisin  təbiətvarilik  prinsipi  artıq  XIX  əsrdə  və  sonrakı 

dövrlərdə  yaramamışdır.  Digər  prinsiplər  sosial  şəraitin  tələbinə 

uyğun olaraq öz əhəmiyyət və məzmununu qismən dəyişmişdir. Belə 

ki, XVIII - XIX əsrlərdə irəli sürülən və inkişaf etdirilən 

149 



tədrisdə  şüurluluq  prinsipi  indi  də  pedaqogika  dərsliklərində  öz 

aktuallığını saxlayır, məzmunu getdikcə təkmilləşir. 

Təlim prinsiplərini təsnif etmək baxımından da fikir müxtəlifliyi 

mövcuddur.  Məs.  M.A.Danilov  “Orta  məktəb  didaktikası”  adlı 

əsərində  (M.  1975)  7  prinsipin,  Y.K.Babanski  “Pedaqogika”  (M. 

1983) dərs vəsaitində 10 prinsipin adını çəkir. 1988-ci ildə nəşr olunan 

“Pedaqogika” dərsliyində isə 13 prinsipinin olduğu göstərilir (müəllif 

bunları  pedaqoji  prinsip  adlandırır).  N.İ.Boldı-  rev  və 

N.K.Qonçarovun redaktəsi ilə 1968-ci ildə buraxılmış “Pedaqogika” 

dərsliyində isə 7, Q.İ.Şukinanın redaktorluğu ilə çapdan çıxmış (1970) 

“Pedaqogika  şkolı”  adlı  dərs  vəsaitində  və  D.O.Lordkipanidzenin 

1985-ci ildə nəşr edilmiş “Didaktika”sında 5 prinsipin adı göstərilir. 

Azərbaycanda 1964-cü ildə nəşr olunan “Pedaqogika” dərsliyində 7, 

1983-cü il nəşrində isə 13 prinsipin adı göstərilir. 

Bütün  bunlar  onu  göstərir  ki,  ayrı-ayrı  pedaqoqlar  məktəbin 

xüsusİ3^ətlərini  əks  etdirməklə  təlim  prinsiplərinin  sistemini 

yaratmağa çalışmışlar. 

Təlimin  prinsipləri  isə  ictimai  tələbat,  elmi-texniki  tərəqqinin 

nailiyyətləri, təhsildə baş verən islahatlar, müəllimlərin təcrübəsi ilə 

əlaqədar dəyişir, yeniləşir. 

Təlim  prinsipləri  təlim  prosesi  ilə  birgə  inkişaf  edir,  onun 

komponentlərinin  başlıca  tələblərini  və  ümumi  istiqamətini,  təlim 

prosesinin məzmununu, üsullarmı, təşkili formalarını müəyyən edir. 

Təhsil islahatı və məktəbin qarşısında duran mürəkkəb vəzifələr 

təlimin prinsiplərinin sistemini elmi surətdə işləyib hazırlamağı tələb 

edir. 


Müəllim  təlimin  prinsiplərinin  hər  birindən  dərs  prosesində 

səmərəli  istifadə  etməyi  bacarmalıdır.  Təlim  prinsipləri  o  zaman 

optimal xarakter daşıyır ki, müəllimlə şagirdin birgə fəaliyyəti təmin 

olunmuş olsun və bu proses şagirdi fəallaşdırsın. Hər hansı bir təlim 

prinsipini  bir  dərs  çərçivəsində  mütləqləşdirmək  də  olmaz.  Bütün 

prinsiplər bir-biri ilə dialektik vəhdətdə həyata keçirilir. 

Yuxarıda 

sadaladığımız 

bütün 

təsnifat 



variantlarını 

ümumiləşdirərək  və  konkret  tarixi  şəraiti,  təhsilin  məzmununun 

yeniləş- 

150 



dirilməsi  kontekstindən  çıxış  edərək,  təlimin  prinsiplərini  aşağıdakı 

kimi təsnif etmək olar: 

1.

 

Təlimin müasir həyatla, inkişafla əlaqələndirilməsi prinsipi 



2.

 

Təlimin  təhsilləndirici,  tərbiyələndirici  və  inkişafetdirici 



prinsipi 

3.

 



Təlimin elmiliyi prinsipi. 

4.

 



Təlimin humanistləşdirilməsi prinsipi. 

5.

 



Təlimdə şüurluluq və fəallıq prinsipi. 

6.

 



Təlimdə sistematiklik, ardıcıllıq və müstəqillik prinsipi. 

7.

 



Təlimin əyanilik prinsipi. 

8.

 



Təlimdə  yaş,  fərdi  və  psixoloji  xüsusiyyətlərin  nəzərə  alm- 

ması prinsipi. 



Təlimin müasir həyatla 

əlaqələndirilməsi prinsipi 

Bu  prinsip  pedaqogikada  ən  çox  işlənən  və  tədrisin 

səmərəliliyini artırmağa kömək edən prinsiplərdəndir. Əgər öyrədilən 

biliklər  müasir  həyatla,  cəmiyyətin  inkişafı  ilə  ələqələndirilmirsə, 

həmin  bilik  şagird  üçün  mənasız  yükə  çevrilir.  Belə  olduqda 

şagirdlərin  elmi  biliyə  marağı  azalır,  şüurluluq  və  fəallıq  səviyyəsi 

aşağı  düşür.  Ona  görə  də  müəllim  istər  fənnin,  istərsə  də  ayrı-ayrı 

mövzuların  öyrədilməsi  zamanı  keçirilən  materialm  həyati 

əhəmiyyətini  şagirdlərə  başa  salmalıdır.  Müəllim  ayrı-ayrı  fakt  və 

hadisələri, şagirdlərin yaşadıqları regionda, respublikada, dünyada baş 

verən  proseslərlə  əlaqələndirməli,  dərsin  canlı,  yaradıcı  keçilməsinə 

nail  olmalıdır.  Bunun  üçün  ilk  növbədə  müəllimin  özünün 

məlumatlılığı,  elmi-nəzəri  hazırlığı,  geniş  dünyagörüşü  olmalıdır. 

Tədris  ilinin  bu  cür  qurulması  şagirdləri  praktik  cəhətdən 

sosial-iqtisadi mədəni həyatda iştirak etməyə hazırlayır. 

Təlimin  həyatla  əlaqələndirilməsi  kortəbii  şəkildə,  nəyinsə 

xatirinə  həyata  keçirilməməlidir.  Əlaqələndirmə  keçilən  mövzunun 

xarakterinə uyğun gəlməli, onu tamamlamalıdır. 



151 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə