MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə58/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   54   55   56   57   58   59   60   61   ...   196

dair mövcud mülahizələr arasındakı faktı tutuşdurmaqla müqayisələr 

aparır və nəticənin doğru olub-olmadığını nəzərə almadan qəfil olaraq 

öz qənaətlərini söyləyirlər. 

Fikir  sıçrayışı  metodundan  istifadə  yolu  ilə  məşğələ  aparmağı 

dərsin  qarşısına  məqsəd  qoyan  müəllim  interaktiv  ardıcıllığı 

gözləməlidir. 

1.

 

Nəzərdə tutulmuş mövzunu öncədən hazırlamaq. 



2.

 

MÖVZU  haqqında  şagirdlərdə  qabaqcadan  təsəvvür  yaratmaq 



(oxumaq üçün əvvəlcədən ədəbiyyat da tövsiyə etmək olar), 

3.

 



Şagirdin fikir sıçrayışı ilə söylədiklərini qeydə almaq. 

a.

 



Fikrin dəyişməsinə heç bir cəhd göstərməmək. 

b.

 



Şagird  düşüncəsinə  tam  sərbəstlik  vermək.  Heç  bir  düzəliş 

aparmadan  mövzu  ilə  bağlı  fikirlərinə  gələni  söyləməyə  imkan  və 

şərait yaratmaq. 

V. 

Fikir yaxud ideyanın məntiqini yasaq etmək. 

q. İdeyanın yeniliyini, özünəməxsusluğunu dəyərləndirmək. 

d.

 



Deyiləni təkrar etməmək. 

e.

 



Danışanm sözünü kəsib hay-küy salmamaq. 

ə. Səmimiliyi gözləmək. 

Qarşılıqlı  nəzarətin  həyata  keçirilməsinin  üstünlükləri  çoxdur. 

Sorğunun bu növünü tətbiq etməzdən qabaq cavablara qiymət vermək 

bacarığını  inkişaf  etdirmək  üçün  şagirdlərlə  hazırlıq  işi  aparılır.  1. 

Müəllim  müəyyən  mövzu  və  məsələlər  üzrə  qarşılıqlı  yoxlama 

aparacığım xəbər verir. Sinif müəllimlərə və şagirdlərə bölünür. Bir 

parta arxasında oturanlar müxtəlif rollarda (biri müəllim, o biri şagird) 

çıxış edirlər. 2. Şagirdlər öz müəllimlərinə cavab verirlər. Başqalarına 

mane olmamaq üçün cavab verənlər astadan danışmalıdırlar. Şagirdlər 

cavab verəndən sonra qiymətləndirmə aparılır. Qiymətlər yazılı da ola 

bilər.  Bu  məqsədlə  fərdi  uçot  vərəqi  (kortoçka)  açmaq  lazımdır. 

Qiymət  verərkən  sinifdə  münaqişəli  vəziyyətin  yaranmasına  yol 

verilməməlidir.  3.  Şagirdlər  rollarını  dəyişə  bilərlər.  Şagird  rolunda 

çıxış  edənlər  müəllim  rolunda  çıxış  edirlər.  Şagirdlərin  yerlərini  də 

dəyişmək olar. Bu cütlər arasında gərginlik yaranan zaman edilir. Hər 

dərsdə  cütlərin  yerini  dəyişmək  yaxşı  olar.  Bu  ünsiyyət  dairəsini 

genişləndirməyə kömək edir. 

Bu,  müəllim  tərəfindən  yaxşı  hazırlanan  zaman  az  vaxt  tələb 

edir. Dərsdə qarşılıqlı nəzarətlə bərabər sorğunun aşağıdakı başqa 

173 



növlərini  də  tətbiq  etmək  lazımdır.  Yazı  taxtasınm  yanında  şifahi 

cavab vermək, mətndəki fikirləri danışmaq, özünü qiymətləndirmə və 

s. buna misal ola bilər. Əgər müəllim sinfi idarə edə, intizamı yarada 

bilmirsə,  qarşılıqlı  nəzarətdən  istifadə  etmək  olmaz.  İntizamlılıq 

şəraitində şagirdlər başqa işlərlə məşğul ola bilərlər. 

Əgər  interaktiv  metod  düzgün  təşkil  olunarsa  qurularsa,  onda 

qayda-qanunu təmin etmək asan olar. 

3.21.

 

Pedaqoji texnologiyalar 

Ölkəmizdə  həyata  keçirilən  təhsil  islahatlarının  tələblərinə 

müvafiq  olaraq  Yeni  Təhsil  sisteminin  yaradılması  artıq  zərurətə 

çevrilmişdir. Bu zərurətdən irəli gələn vəzifələrdən biri də Milli Təhsil 

sisteminin  yaradılmasıdır.  Bunun  üçün  həyata  keçirilən  ən  uğurlu 

işlərdən  biri  də  yeni  pedaqoji  texnologiyaların  bir  sistem  halında 

formalaşdırılması,  təlönilləşdirilərək  tətbiq  edilməsindən  ibarətdir 

olmuşdular. 

Məlum  olduğu  kimi  istər  sovetlər  dövründə,  istrəsə  də 

müstəqillik 

qazandığımız 

ilk 

illərdə 


bütün 

təlim-tərbiyə 

müəssisələrində  pedaqoji  texnologiyalardan  istifadə  olunmuşdur. 

Lakin  həmin  texnologiyalar  təlim-tərbiyənin  primitiv  prinsiplər, 

üsullar, vasitələr və metodikalar toplusundan ibarətdir. 

İllər keçdikcə onların bir qismi stereotiplərə çevrilmişlər. Lakin 

təhsilin  milli  və  ümumbəşəri  inkişaf  tendensiyası,  habelə  pedaqoji 

investisiyaların  inkişaf  ilə,  bağlı  olan  elmi-texniki  tərəqqinin 

nailiyyətləri  bütün  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  yeni 

pedaqoji  texnologiyaların  tətbiqi  imkanlarının  üzə  çıxarılmasını 

qarşıya təxirəsalmmaz vəzifə kimi qoymuşdur. 

Texnologiya,  ümumi  halda  təlim  və  təhsilin  ən  yeni,  ən 

səmərəli,  ən  ardıcıl  umumpedaqoji  metodlarından,  prinsiplərindən, 

tələblərindən,  innovativ  əsaslarından,  əyani  texniki  vasitələrindən, 

günün tələbləri səviyyəsində istifadə etməklə yüksək hazırlığa malik 

olan,  nümunəvi  mənəvi-əxlaq  normaları  özündə,  əks  etdirən 

şəxsiyyətlərin yetişdirilməsini özündə səciyyələndirən elmi nəzəri və 

praktik  cəhətdən  əsaslandırılmış  fəaliyyət  sistemlərindən  biridir. 

Texnologiya yunan sözü olub (Yunanca techno-sənət, ustalıq, bacarıq, 

logos isə elm-nəzəriyyə mənalarmı verir) istehsal 



174 


prosesində  hazır  məhsul  almaq  üçün  işlədilən  xammal,  material  və 

yarımfabrikatların  emalı,  hazırlanması,  aqreqat  halının  xassələrinin, 

formasının dəyişdirilməsi metodlarının məcmusu başa düşülür (Bax, 

ASE,  Bakı,  ASE-nin,  Baş  Redaksiyası,  1986.  səh.221)  Nəzərdən 

keçirilən digər ensiklopedik nəşrlərdə də təxminən buna bənzər şərhlər 

verilir.  Araşdırılan  mənbələrdən  aydın  olur  ki,  texnologiya  tətbiq 

olunan  ən  yeni  metodlar  əsasında  görülən  işin  səmərəsini  artırmağa 

xidmət edən fəaliyyət növüdür. Pedaqoji prosesdə tətbiq edildikdə isə 

həmin texnologiya böyük bir fəaliyyət sisteminə çevrilir. Texnologiya 

ümumi  halda  ətraf  aləmin  öyrənilməsi  və  mənəvi  dəyişikliklərin 

aparılması,  materiallar  istehsalı  və  mənəvi  dəyərlər  sisteminin 

formalaşdırılması  ilə  bağlı  insanlar  tərəfindən  tətbiq  olunan,  elmi, 

praktiki  cəhətdən  əsaslandırılmış  fəaliyyət  sistemidir.  İstehsal 

sferasında texnoloci yanaşma materiallar istehsalı sənayesində elmin 

son  nailiyyətlərinin  tətbiqi  nəticəsində  keyfiyyətli  maddi  nemətlər 

istehsalı üçün tətbiq olunan texnologiyaları özündə cəmləşdirir. 

Təhsildə, təlim-tərbiyə prosesində texnologiyanın və texnoloji 

yanaşmanm inkişiaf istiqaməti olub, böyük elmi və təcrübi əhəmiyyət 

kəsb  edir.  Hazırda  təhsil  sistemində  texnologiya  terminini 

işlənilməsinə  və  başa  düşülməsinə  münasibətlərdə  müxtəlif  meyllər, 

yanaşmalar mövcuddur. (BaxıA.Mehrabov, Ə.Abbasov, Z.Zeynalov, 

R.Həsənov, Pedaqoji texnologiyalar, Bakı, Mütər- cim, 2006.səh.9) 

Göründüyü  kimi,  texnologiyalar  pedaqoji  prosesdə  fənn 

müəllimləri  və  digər  mütəxəssislər  tərəfindən  pedaqoji  prosesin 

səmərəliliyini yüksəltməyə xidmət edən və həm nəzəri, həm də praktik 

cəhətləri  əsaslandırılması  və  tətbiq  olunması  zəruri  sayılan  ən 

nümunəvi  fəalyyiət  sistemidir.  Hansı  ki,  bu  sistemin  təlim,  tərbiyə, 

təhsil,  üçün  səciyyəvi  sayılan  növləri,  tipləri,  formaları  mövcuddur. 

Yəni istər təlim texnologiyan, istər tərbiyə texnologiyaları, istərsə də 

təhsil  texnologiyaları  üçün  səciyyəvi  sayılan  komponentlər 

mövcuddur.  Bu  komponentlər  içərisində,  «metotexnolo-  giya», 

«makrotexnologiya», «mezotexnologiya» və «mikrotexnolo- giya»lar 

daha geniş təhlil olunur. 

Metatexnologiya  sosial-pedaqoji  səviyyədə  təhsil  sahəsində 

sosial  siyasəti  həyata  keçirməyə  imkan  verən  ümumpedaqoji 

(ümumdidaktik, ümumtərbiyə) texnologiyadır. Belə texnologiyala 



175 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə