MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə56/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   52   53   54   55   56   57   58   59   ...   196

-

 

Görürsünüz ki, ananın işi çox olur, ana zəhmətinin bəhrəsi elə 



biz özümüzük. 

-

 



Qəlbimdə od qaladın, böyütdün əsə-əsə. 

Ömrə ömür caladm, ömürdən kəsə-kəsə. 

-

 

Siz bu sözləri necə anlayırsınız? 



-

 

Bizim ikinci anamız nədir? 



-

 

Nəyə görə biz Vətəni ikinci ana adlandırırıq? 



-

 

Bu gün biz Ə.Xaqaninin «Ana» şeirini öyrənəcəyik. 



Müəllim şeiri ucadan oxuyur (şagirdlər dərsliyə baxıb 

müəllimi müşayiət edirlər). 

Ana  haqqında  fikirlərə  biz  təkcə  bu  şeirdə  rast  gəlmirik.  Ona 

görə şeiri öyrənməzdən əvvəl biz özümüz ana haqqında bildiklərimizi 

deyəcəyik. Hər qrup ayrı tapşırıq alacaq, onu yerinə yetirəndən sonra 

isə sinfə təqdim edəcək. 

Axırda  hər  qrup  tapşırıqları  necə  yerinə  yetirdikləri  barədə 

məlumat  verir.  Müəllim  onlarm  cavablarmın  nəticələrini 

ümumiləşdirir. 

Müəllimlər 

şagirdləri 

gələcək 


həyata 

hazırlamaqla 

kifayətlənməməli,  onun  bu  gününün,  həyatınm  hər  dəqiqəsinin 

maraqlı qurulmasına çalışmalıdır. 

Göründüyü  kimi  ibtidai  siniflərdə  interaktiv  təlim  üsullannm 

köməyilə  təlimin  həm  təhsilləndirici,  həm  inkişafetdirici,  həm  də 

tərbiyələndirici funksiyaları özünü daha qabarıq şəkildə binizə verir və 

interaktiv təlim metodları buna şərait yaradır. 



3.20.

 

Oxu dərslərində interaktiv təlim üsullardan 

istifadənin forma və yoiları 

Əvvəlki  yarımfəsildə  qeyd  etmişdik  ki,  interaktiv  təlim 

üsullannm  mahiyyət  və  tətbiqi  imkanları  ilə  bağlı  elmi-pedaqoji 

ədəbiyyatda fikir müxtəlifliyi mövcuddur. Eyni sözləri interaktiv təlim 

üsullannm  növləri,  interaktiv  dərsin  tipləri  haqqında  da  demək  olar. 

İnteraktiv  üsullann  istifadəsi  haqqında  araşdırdığımız  ədəbiyyatların 

heç birində, demək olar ki, interaktiv təlim üsullannm növləri, sırası 

haqqında  məlumat  yoxdur.  İnteraktiv  dərsin  tipləri  barədə  hökm 

verilmir. Bu da təbiidir. Əgər hər hansı bir 

167 



mütəxəssis  interaktiv  təlim  üsullannı  növlərə  ayırıb  yalnız  həmin 

növlərin tətbiqi ilə bağlı göstərişlər verərsə, bu düzgün sayıla bilməz. 

Çünki elə müəllimlər var ki, bir tədris ilində interaktiv təlimin  yeni 

növlərini  üzə  çıxara  bilmək  imkanına  malikdir.  Belə  olan  təqdirdə, 

interaktiv  təlim  üsullannı  məhdud  çərçivəyə  salıb,  onlarla  işləmək 

pedaqoji  cəhətdən  düzgün  sayıla  bilməz.  İnteraktiv  təlim  üsullannı 

növlərə  ayırmaqdansa,  bu  üsullardan  istifadənin  formalarmı 

müəyyənləşdirib  məktəb  praktikasma  təqdim  olunması  daha 

faydalıdır. Yaxud məktəb praktikasında təlimin interaktiv üsullannm 

ən  səmərəli  formalarından  istifadə  edən  sinif  müəllimlərinin  örnək 

fəaliyyətinin təbliğ və təlqin edilməsi daha məqsədəuyğundur. Məhz 

ona  görə  də  bu  yarımfəsildə  bu  məsələ  barədə  bir  qədər  ətraflı 

danışmağı lazım bildik. 

İbtidai  siniflərin  I  siniflərində  interaktiv  təlim  üsullanndan 

yalnız  II  yarımilin  sonlarında  istitfadə  etmək  mümkündür.  Çünki 

birinci  sinfin  II  yarımil  ərzində  müəllimlər  yalnız  savad  təlimi 

mərhələsini yerinə yetirməyə müvəffəq olurlar. 

İkinci sinfin oxu dərslərində istər oxu vərdişlərinin aşılanması, 

istərsə  də  məm  üzərində  iş  aparılması  zamanı  sinif  müəllimləri 

qarşısında  çox  ciddi  vəzifələr  qo)Oilur.  Bu  vəzifələri  proqramın 

müəllifi  və  elmi  redaktoru  prof.  Y.Ş.Kərimov  aşağıdakı  şəkildə 

sistemləşdirmişdir. 

Oxu dərsləri. Məmi şagirdlərə tanış olan və olmayan sadə süjetli 

bədii  əsərlərin  və  elmi-kütləvi  məmlərin,  xalq  yaradıcılığı 

nümunələrinin  dəqiqədə  35  sözdən  başlayaraq  dərs  ilinin  axırında 

40-45  söz  sürətlə  ucadan,  55-60  söz  sürəti  ilə  səssiz  bütöv  sözlərlə 

düzgün, ifadəli və şüurlu oxunması. Dərs ilinin əvvəlində ən azı 125, 

dərs ilinin axırında 200 sözdən ibarət məmin rəvan oxunması. 

Oxu  prosesində  nitqin  təbiiliyinin,  ədəbi  tələffüz  normalarınm 

gözlənilməsi. Məmdəld durğu işarələrinin nəzərə alınması. Cümlədə 

mənası mühüm olan, üzərinə məntiqi vurğu düşən sözlərin (terminsiz) 

tapılması.  Sözlər,  cümlələr,  abzaslar  arasında  fasilənin  gözlənməsi. 

Məzmundan  asılı  olaraq  müvafiq  tonun  (şən,  təntənəli,  məğrur, 

iftixarlı, mülayim, qəmgin, həyəcanlı, ötkəm və s. seçilməsi. 

Məmdəki  hər  bir  söz,  ifadə  və  cümlənin,  bütövlükdə 

məzmununn şüurlu başa düşülməsi. 



168 


Mətn  üzrə  is.  Müəllimin  köməyi  ilə  mətndəki  mənası 

anlaşılmayan sözlərin tapılması, onların  yaxın mənalı və əks mənalı 

sözlərlə  əvəz  edilməsi.  Mətndəki  obrazlı  söz  və  ifadələri,  müəyyən 

obrazı,  hadisəni  xarakterizə  edən,  hissləri  açıb  göstərən,  təbiət 

lövhələrinin təsvirini canlandırmağa xidmət edən sözlərin seçilməsi. 

Şagirdlərə  kiçik  mətnin  hər  bir  hissəsi  üzrə  sözlə  «şəkil 

çəkmək»,  şəkilli  plan  tutmaq,  plan  üzrə  məzmununu  nağıl  etmək, 

iştirak  edən  şəxslərin  hərəkətlərini  qiymətləndirmək,  mətni  həyatla 

əlaqələndirmək»  -  bacarığının  verilməsi.  Adsız  mətnlərə  başlığın 

tapılması,  oxunmuş mətnə sualların  verilməsi,  mətnin məzmununun 

nağıl edilməsi. 

Hekayə, nağıl, təmsil, şeir arasındakı fərqin müəyyən edilməsi. 



(Bax  Ümumtəhsil  məktəblərinin  II  sinif  proqramları.  Bakı  Çaşıoğlu 

2000. səh. 5-6) 

Göründüyü  kimi,  təklif  edilən  sistem  üzrə  işi  daha  səmərəli 

şəkildə  həyata  keçirmək  üçün  interaktiv  təlim  üsullanndan  istifadə 

edilməsinə böyük ehtiyac duyulur. Bu ehtiyacı ödəmək üçün II sinfin 

oxu  dərslərində  təlimin  interaktiv  yollarının  tətbiqi  zamanı  müvafiq 

formalardan istifadə olunması zərurəti yaranır. 

Elmi  pedaqoji  ədəbiyyatda  bu  formalar  barədə  konkret  olmasa 

da ümumi şəkildə müəyyən tövsiyyələr vardır. 

Amerika,  Avropa  və  Azərbaycan  pedaqoq  alimlərinin, 

metodistlərinin  problemə  dair  fikirlərinə  və  qabaqcıl  məktəb 

təcrübəsinə  istinad  edərək  biz  oxu  dərslərində  təlimin  interaktiv 

metodlarından istifadənin aşağıdakı formalarını təklif edirik. 



İnteraktiv təlimin: 

-

 



Dialoq-treninq forması; 

-

 



Ağlın hücumu forması (fikir sıçrayışı); 

-

 



Kooperativləşdirmə forması; 

-

 



Müqayisəli şərh forması; 

-

 



Mübahisəli yanaşma forması; 

-

 



Tədris interaktivlərinin nümayişi forması: 

-

 



Didaktik oyun forması: 

a)

 



rollu oyunlar, 

b)

 



hərəkətli 

oyunlar, v) musiqili 

oyunlar, 

169 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə