MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə53/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   49   50   51   52   53   54   55   56   ...   196

fəal,  düşündürücü  iş  zamanı  hadisələrin  dərinliyinə  nüfuz  etməsi, 

onların inkişaf qanunauyğunluqlarını dərk etməsilə mümkündür. 

«Əgər  şagirdlər  tədris  materialı  üzərində  düşünürlərsə, 

mühakimə yürüdə bilirlərsə, əqli və əməli fəallıq göstərirlərsə, deməli, 

həmin materialı şüurlu surətdə başa düşür, dərk edir və yaddaşlarında 

yaxşı saxlayırlar. Şüurluluq dedikdə şagirdin onlara verilən materialın 

məzmununu, mahiyyətini başa düşməsi, həmin materialın məqsədini, 

ona nail olmağın  yollarını  götür-qoy  etməsi  nəzərdə tutulur. Fəallıq 

isə şagirdin həyat hadisələrinə, mənimsədiyi biliklərə, formalaşdırılan 

tərbiyəvi fikirlərə, yaradıcı, dəyişdirici, tənqidi münasibət bəsləməsi 

deməkdir». (B.Əhmədov) 

Bu prinsipin xüsusiyyətləri ondan ibarətdir ki, şagird öz fikrini 

sübut  edə  bilsin,  əsaslandırma  apara  bilsin,  inandırmağı,  münasibət 

bildirməyi bacarsın. Şagird bu zaman; «Niyə? Nə üçün?» Buna səbəb 

nədir? suallarına cavab verməli olur və şüurlu fəaliyyət göstərir. 

Şüurluluq  və  fəallıq  prinsipi  üzrə  işləyərkən  həm  də  bir  sıra 

tələblərə əməl etmək lazımdır: 

1.

 



Şagird dediyini sübut edə bilməli, dəlillər gətirməyi 

bacarmalıdır. 

2.

 

Şagird materialı öz sözləri ilə ifadə etməyi bacarmalıdır. 



3.

 

Şagird öyrəndiyi bilikdən müstəqil istifadə etməyi 



bilməlidir. 

Bu şərtlərə əməl olunarsa deməli, şagirdə verilən biliyi o, şüurlu 

və fəal mənimsəməyi bacaracaqdır. 

Təlimin əyanilik prinsipi 

Pedaqoji  prosesdə  istər  tədris  prosesində,  istərsə  də  biliklərin 

verilməsi,  bacarıq  və  vərdişlərin  aşılanması  zamanı,  yəni  təlimet- 

mədə  hər  hansı  bir  mövzu  ilə  bağlı  açaqlamaları  şərh  etməklə 

kifayətlənmək olmaz. Təlim zamanı mövzu ilə bağlı olan, şəkil, tablo, 

diaqramm,  cədvəl,  portret,  maddə,  element,  fakt,  cisim,  əşya,  o 

cümlədən ağac, bitgi, toxum, cücərti, həşərat, sürünən, uçan, üzən, və 

digər vəsilələrdən olan canlılar və sair bu kimi öyrədici material və 

nümunələrin əyani şəkildə nümayiş etdirilməsi prinsip etibarilə təlim 

prosesinə xas olan əsas əlamətlərdən hesab olunur. Dərsdə 



158 


əyaniliyin yaradılması və beləliklə bu prosesə bir prisnip olarq istinad 

edilməsi  çox  qədim  tarixə  malikdir.  Elmi  pedaqogikanın  banisi 

görkəmli  slavyan  (bəzi  mənbələrdə  çox  pedaqoqu)  pedaqoqu  Yan 

Amos  Komenski  əyaniliyi  qızıl  qayda  adlandırmış  və  «Böyük 

didaktika»  əsərində  əyaniliyin  bir  prinsip  olaraq  elmi  mahiyyəti 

açıqlanmışdır. 

Böyük  rus  pedaqoqu  K.D.Uşinski  isə  əyani  nümayiş  zamanı 

müqayisələrin  aparılmasına  üstünlük  verirdi.  Milli  pedaqogikanın 

yaradıcısı N.M.Kazımov isə əyaniliyin nümayişini uşaqlarda müvafiq 

anlayışların  formalaşmasına  xidmət  etməsini  qanunauyğunluq  hesab 

etməklə  yanaşı  əyanilik  prinsipinin  məhz  bu  qanunauyğunluqdan 

doğması  fikrini  irəli  sürür.  Bu  prinsipi  «təlimdə  əyaniliyin  anlayışa 

xidmət  etməsi  prinsipi»  kimi  təqdim  edən  N.M.Kazımov  əyaniliyin 

«təbii əyanilik» (təlim prosesində bitgilərin, toxumların, cücərtilərin, 

yarpaqların, ağaclarm, süxurların həşəratların musiqi və təsviri sənət 

nümunələrinin və s.-in nümayişi); «şəkil əyaniliyi» (orijinal şəkillərin 

nümayişi);  sözlü  əyanilik  (söz  vasitəsilə  canlı  təsəvvür  yaratmaq); 

«şərti əyanilik» (sxem, xəritə, dioqram, çertyoj nümayişi); «hərəkətli 

əyanilik»  (kino,  televiziya,  audial,  vizual,  audio-vizual  vasitələrlə 

nümayiş  etdirmə)  kimi  növlərindən  istifadə  olunmasına  böyük 

üstünlək verir. 

Dərsdə  əyaniliyin  təşkili  zamanı  bir  sıra  pedaqoji  tələblərin 

gözlənilməsi də zərəri hesab olunur: 

-

 



əyaniliyin təşkili üçün seçilmiş didaktik material uşaqlarm yaş 

səviyyəsinə uyğun olmalıdır; 

-

 

əyaniliyin  təşkilindən  əvvəl  şagirdlərin  müşahidəçilik 



qabiliyyətlərinin inkişafına kömək edən işlərin aparılması vacib hesab 

olunur; 


-

 

əyani  olaraq  nümayiş  etdirilən  didaktik  material  əvvəlcədən 



müəllim tərəfindən dərindən öyrənilməlidir; 

-

 



fənn  müəlliminə  yaxından  tanış  olmayan  didaktik  materialın 

əyani nümayişi zamanı yaxşı olar ki, dərsə dəvət olunmuş mütəxəssis 

tərəfindən  həyata  keçirilsin.  Buna  «Binar  dərs»  də  deyirlər.  Yəni 

müəllimin  mütəxəssislə  birgə  apardığı  dərs  forması  (Binar  məntiq 

Aristotelə məxsusdur). 

-

 



əyaniliyə  zəruri  ehtiyac  yarandıqda  onu  təşkil  etmək 

məsləhətdir; 



159 


-

 

əyaniliyin  təşkili  zamanı  çalışmaq  lazımdır  ki,  bu  proses 



şagirdlərin axtarıcılıq tə tədqiqatçılıq keyfiyyətlərinin üzə çıxmasına 

köməklik göstərsin; 

-

 

əyaniliyin  ixtisaslaşdırılmış  fənn  kabinetlərində  nümayiş 



etdirilməsi çox faydalıdır. Lakin fənn kabineti olmadığı təqdirdə sinif 

otağında  əyani  didaktik  materialın  təqdim  olunmasına  imkan  verən 

xüsusi şəraitin yaradılması vacib hesab olunur

-

 



əyani  nümayiş  etdirilən  didaktik  nümunənin  şagirdlərin  yaş, 

fərdi,  cinsi  xüsusiyyətlərinə  və  onların  eşitmə,  görmə,  iybilmə, 

dadbilmə və lamisə duyğularına uyğunluğu da nəzərə alınmalıdır və s. 

Təlimdə yaş, fərdi və psixoloji xüsusiyyətlərin 

nəzərə alınması prinsipi 

Təlim  prosesində  öyrənənlərin  təlim  materialları  ilə  təmin 

olunması, bilik, bacarıq və vərdişlər sisteminə yiyələndirmələrin- dən 

ötrü onların yaş, fərdi və psixoloji xüsusiyyətlərinin nəzərə alınması 

çox  vacibdir.  Hər  bir  öyrənənə  yaş  səviyyəsinə,  yaş  imkanlarına, 

gücünə,  davranışına,  xasiyyətinə,  marağına  meylinə,  ba-  biliyəsinə 

uyğun təlim yükü verilməlidir. Şagirdlərə verilən tapşırıqların gücü və 

səviyyəsi  onların  göstərilən  xüsusiyyətlərinin  gücü  və  səviyyəsinə 

uyğun olmalıdır. 

Adətən  dərslik  və  dərs  vəsaitində  yerləşdirilmə  didaktik 

materiallar uşaqların (burada uşaq sözü nisbi sinonim kimi işlədilir - 

F.S.)  yaş  səviyyəsinə  uyğun  seçilsə  də  bəzi  hallarda  bu  materiallar 

müvafiq  yaş  səviyyəsinin  tələblərini  ödəmir.  Bəzi  hallarda  isə 

müəllinılər  tərəfindən  verilən  tapşırıqlar,  təmrinlər  uşaqların  yaş 

səviyyəsinə uyğun olmur. Bəzən də öyrədici didaktik materialın gücü, 

həcmi, miqdarı ya aşağı, ya da yuxarı olur. Yəni bu materialların gücü, 

həcmi,  miqdarı  uşaqların  yaş  normativləri  ilə  uyğunlaşmır.  Belə 

hallarda uşaqların təlimə marağı azalır. Gündəlik dərsə hazırlaşmağa, 

ev tapşırıqlarını həvəslə yerinə yetirmək meylləri uşaqlarda azalmağa 

başlayır və beləliklə onlarda sürətlə geriləmə özünü biruzə verir. Ona 

görə  də  təlim  prosesində  öyrənənlərin  yaş  xüsusiyyətlərinin  nəzərə 

alınması elmi pedaqogikada ən mühüm amillərdən hesab olunur. Fərdi 

xüsusiyyətlərin  nəzərə  alınması  bəzən  yaş  xüsusiyyətlərinin  nəzərə 

alınması ilə birgə işlədilir. «Uşaq- 



160 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə