MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə49/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   45   46   47   48   49   50   51   52   ...   196

müqayisəli  şərhin  nəticəsində  ortaya  qoyulur.  Bir  folklor 

nümunəsində deyilir. 

Adam var çölləri gəzər kəllahı, 

Adam var tanımaz gözəl allahı. 

Adam var ki, bilməz o, bismillahı, 

Adam var ki, yol-ərkanın bəyənməz! 

Burada bir neçə adamın biri-birilə müqayisəsi nəticəsində örnək 

insan  meyarının  üzə  çıxarılması  ideyası  ortaya  çıxır.  Klassiklərin 

əsərlərində və digər elm sahələrində mövcud müqayisəli fikirlərindən 

ibarət  təhlillər  aparan  N.  Kazımov  müqayisənin  qaydalarını 

müəyyənləşdirmiş, onun həyata keçirilməsi yollarını üzə çıxarmışdır. 

N.Kazımov  müqayisənin  məktəbdən  başlanması  ideyası  ilə  çıxış 

edərək  müqayisənin  təlim-  tərbiyə  prosesində  aparılmasının 

elmi-pedaqoji-metodik imkanlarını müəyynələşdirmişdir. 

Professor  Nurəddin  Kazımov  müqayisə  aparmağın  qaydalarını 

müəyyənləşdirərkən oraya aşağıdakıları daxil etmişdir: 

-müqayisə üçün müqayisəyə gələn obyektlər seçilir

-müqayisə obyektlərinin qoşalığı təmin olunur

-müqayisə  zamanı  qoşa  obyektlərdən  biri  istinad  obyekti  kimi 

götürülür; 

-müqayisədə obyektlərin oxşarlığı və ya fərqi eyni əsaslar üzrə 

müəyyənləşdirilir; 

-müqayisə 

qarşısında 

qoyulacaq 

vəzifə 


qabaqcadan 

dəqiqləşdirilir; 

-müqayisə  zamanı  əlamətlərin  üzə  çıxarılmasında  müəyyən 

ardıcıllıq gözlənilir

-müqayisənin hər növünün tətbiqindən müvafiq nəticə çıxarılır; 

-müqayisədən çıxarılan nəticə izah olunur. 

Orta ümumtəhsil məktəblərinin ibtidai siniflərindən başlayaraq 

şagirdlərə  müqayisə  aparmağın  qaydalarını  öyrətmək  vacibdir. 

Müqayisə aparmadan öyrənilən fikir göydəndüşmə fikir hesab olunur. 

146 



Hər  bir  fikri  söyləməzdən  qabaq  müəyyən  müqayisələr 

aparmaqla  həmin  fikri  məntiqi  cəhətdən  müfəssəl  şəkildə 

əsaslandırmaq olar. 

Orta  ümümtəhsil  məktəblərində  şagirdlərə  müqayisəli  fikir 

söyləməyin çox böyük üstünlükləri vardır. Belə ki, müqayisə şagirdin 

duyğularmı,  qavrayışmı,  hafizəsini,  təxəyyülünü  və  təfəkkür  tərzini 

inkişaf  etdirir.  Respublikamızda  ilk  dəfə  olaraq  müqayisənin  elmi, 

nəzəri və praktik əsaslarmı fimdamental şəkildə işləyən və müqayisəni 

ağIm  sönməz  məşəli  adlandıran  Azərbaycanın  görkəmli  alimi, 

professor  Nurəddin  Kazımov  yazır  ki,  müqayisəyə  gələn  tərəflərdən 

birinə istinad edərək, digərində müvafiq əlamətlərin olub olmamasının 

mütəxəssis  tərəfindən  müəyyən  ardıcıllıqla  üzə  çıxarılması  və  bu 

əsasda ümumiləşdirilməsi müqayisədir. 

Müqayisəni anlayışlar haqqında təsəvvürün yaranmasma xidmət 

edən üsul kimi təqdim edənlər də səhv etmirlər. Çünki hər hansı bir 

şagirdə yeni anlayışı müqayisə aparmaqla daha tez öyrətmək olur. 

Məlum olan anlayış müəyyən bir təfəkkür formasıdır. Təfəkkür 

forması olan anlayış obyektiv gerçəklikdəki predmet və hadisələr hər 

hansı bir fikir kimi sözlərdə ifadə olunur. 

İstər  dilçilikdə,  istər  bədii  ədəbiyyat  materiallarmda,  istər 

psixologiyada,  istərsə  də  pedaqogikada  anlayışlar  müəyyən 

təsəvvürlərin  məhsulu  hesab  olunur.  Şagirdə  hər  hansı  bir  anlayış 

haqqmda  məlumat  verilir  və  bu  andan  o,  həmin  anlayışı  təsəvvür 

etməyə  başlayır.  Ona  görə  pedaqoji  ədəbiyyatda  iddia  edilir  ki, 

anlayışlar  öz-özlüyündə  təsəvvürlərdən  yaranmırlar.  Bu  və  ya  digər 

predmetlər  barədə  bir  çox  təsəvvürlərin  mövcudluğu  hələ  onun 

haqqmda anlayışm olması demək deyildir. 

Anlayış  çoxlu  fərdi  hadisələrin  mühüm  əlamətlərinin 

ümumiləşdirilməsi kimi meydana çıxır. 

Anlayışların yaranması mücərrəd təfəkkür prosesidir, bu proses 

nitqlə  sıx  bağlıdır.  Müəllim  anlayışları  formalaşdıraraq  şagirdlərin 

təfəkkür  fəaliyyətini  istiqamətləndirir.  Burada  ən  əvvəl  müqayisəni 

tətbiq etmək lazımdır. Müqayisəetmə və tutuşdurma prosesləri təlimin 

bütün mərhələlərində daim müşayiət olunan tədris prosesidir. Yalnız 

müqayisəetmə  sayəsində  şagirdlər  ətraf  aləmin  predmetlər  və 

hadisələrini, onların əlamətlərini və xassələ 



147 


rini dərk edirlər. Sait səslər samit səslərlə müqayisədə mənimsənilir. 

Cümlənin növlərinin mənimsənilməsi, yalnız onların tutuşdurulması, 

müqayisə olunması nəticəsində mümkündür. 

Şagndlərdə  öyrənilən  predmetlər  və  hadisələr  barədə  düzgün 

təsəvvürlərin  və  anlayışların  yaranması  bir  an  içində  baş  vermir. 

Şagirdlərdə  dəqiq  təsəvvür  yaranması  və  onlarda  düzgün  anlayışla- 

rm formalaşması üçün predmetə baxmaları, həmin predmeti diqqətlə 

müşahidə edə bilmələri kifayətdir. 

Şagirdlərdə  anlayışlarm  formalaşması  prosesi  tədris  fənlərinin 

məzmunundan  asılıdır.  Hər  bir  elm  maddi  aləmin  hadisələrinin 

özünəməxsus  əlaqələrini,  münasibətlərini  və  asılılıqlarını  ciddi 

şəkildə  əks  etdirir.  Fizika  üzrə  faktlar  sistemini  və  elmi  anlayışları 

mənimsəmək heç də Azərbaycan dilinin qrammatikası üzrə faktları və 

anlayışlar  sistemini  mənimsəmək  deyildir.  Hər  bir  predmetdə 

faktlarm,  anlayışların,  qanunauyğunluqların  xarakteri  spesifikdir, 

çünki  maddi  aləmin  hərəkətinin  müxtəlif  formaları  burada 

keyfiyyətcə əks etdirilir. 

Cari təkrarlamalar həm də əvvəllər öyrənilmiş və yaddançıxma 

ərəfəsində  olan  materialların  təkrarlamalarından  ibarətdir.  Belə 

təkrarlamalar  ya  müəllimin  sualları,  ya  da  tapşırıqlarını  yerinə 

yetirilməsi əsasında baş verir. 

Düzgün  qurulmuş  təkrarlama  bilikdə  müxtəlif  əlaqələrin 

möhkəmlənməsi,  şagirdlərin  mənimsədiyi  biliklər  sisteminin 

yaranması və ümumiləşdirmələrin izahı ilə xarakterizə olunur. 

Materialın  fəal  və  sistemli  möhkəmlənməsi,  öyrənilməsi  və 

təkrarlanması prosesi məktəblilərin əqli işinin fəallığında və onların 

yaddaşının inkişafında əks olunur. Əgər məktəblilər təlim prosesində 

müəllimin  sözünü  və  dərsliyin  mətnini  passiv  şəkildə  öyrənirsə, 

onların heç biri qavrayış və ümumiləşdirmələrlə bağlı deyilsə, onda 

şagirdlərdə  yaddaş  mexaniki  şəkildə  inkişaf  edəcəkdir.  Öyrənilən 

predmetlər fəal şəkildə qavranıldıqda, müqayisə faktlarlan üzə çıxır. 

Müqayisə  olunan  anlayışlar  ümumiləşdirildikdə,  bu  anlayışlar  dərk 

olunmuş  halda  tətbiq  olunduqda  məktəblilərin  yaddaşı  inkişaf  edir. 

Belə  şəraitdə  biliklərin  möhkəmləndirilməsi  dərk  olunmuş  hesab 

edilir,  şagirdlər  materialı  yadda  saxlamaq  vəzifəsini  qarşılarına 

qoyurlar, başlıca fikirləri ayırırlar, onlarm məntiqi əlaqələrini tapır və 

bu vəziyyətdə onları öyrənirlər. Bu halda fikir yaddaşı inkişaf edir ki

bu da biliklərin mənim 



148 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə