MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə47/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   43   44   45   46   47   48   49   50   ...   196

faydalı  hesab  olunur.  Dünyanın  bir  sıra  klassik  pedaqoqlan, 

Azərbaycanın  görkəmli  mütəfəkkirləri,  alimləri,  metodistləri  bu 

barədə  çox  dəyərli  fikirlər  söyləmişlər.  Yan  Amos  Komenski, 

Konstantin Uşinski, Bəhmənyar Əl Azərbaycani, Mehdi Mehdizadə, 

Mərdan Muradxanov, Əhməd Seyidov, Nurəddin Kazımov, Əliheydər 

Həşimov,  Əcdər  Ağayev,  Yusif  Talıbov,  Akif  Abbasov,  Hikmət 

Əlizadə,  Əmrulla  Paşayev,  Fərrux  Rüstəmov,  Sərdar  Quliyev  və 

başqaları  müxtəlif  tipli  məşğələlərdə  şagirdlərə  verilən  biliklərin 

möhkəmləndirilməsi ilə bağlı bu gün üçün, mən deyərdim ki, bütün 

dövrlər  üçün  həmişə  aktual  ola  biləcək  faydalı  mülahizələr 

söyləmişlər. 

Biz  onların  bu  barədə  dediklərini  təkrar  etməmək  şərtilə 

biliklərin möhkəmləndirilməsilə bağlı müəyyən konseptual ideyaların 

irəli sürülməsini məqsədəuyğun hesab edirik. 

Ümumiyyətlə  desək,  klassik  dövrlərdən  tutmuş  bu  günə  qədər 

Azərbaycanın  bir  sıra  mütəfəkkirlərini  bu  məsələ  daim 

düşündürmüşdür. 

Hətta 


biliklərin 

verilməsi 

və 

möhkəmləndirilməsinin  nəzəri  əsaslarını  işləyənlər  də  olmuşdur. 



Onlardan 

biri 


Azərbaycan  filosofu,  pedaqoqu,  orta  əsr 

müsəlmanlarının.  Şərq  peripatetizminin  nümayəndəsi,  görkəmli 

mütəfəkkir  Əbu  Əli  İbni-Sinanın  şagirdi  Əbülhəsən  Bəhmənyar 

Əl-Azərbaycanidir  (  -  1065).  O,  «Ət-Təhsil»  («Dərketmə»)  adlı 

əsərində  biliklərin  verilməsi,  onlarm  dərk  edilməsi,  yadda 

saxlanılması, 

sonradan 

yada 


salınması 

(hafizədə) 

və 

möhkəmləndirilməsi  ilə  bağlı  bir  sıra  dəyərli  fikirlər  söyləmişdir. 



Müasir  Azərbaycan  pedaqogikasının  korifeylərindən  sayılan 

professor  Əcdər  Ağayev  və  Əliheydər  Həşimov  həmin  əsərin 

Azərbaycan  dilinə  tərcümə  olunmuş  variantının  bir  hissəsini 

Moskvada  çap  etdirdikləri  «Azərbaycan  SSR-nin  pedaqoji  fikir 

antologiyası»  əsərinə  daxil  etmişlər.  Həmin  əsərdəki  nümunələrə 

(Ət-Təh- silin fəsillərinə) istinad edərək biz Bəhmənyarın məsələ ilə 

bağlı fikirlərini təhlil edəcəyik. 

Əbülhəsən  Bəhmənar  «Ət-Təhsil»  əsərində  nəzəri  biliklərin 

qazanılmasının fəlsəfi  mahiyyətini  aydınlaşdırarkən onu həm  nəzəri 

cəhətdən,  həm  də  praktik  cəhətdən  məntiqi  şəkildə  şərh  edir.  Onun 

şərhinə  görə  insanın  qazandığı  biliklər  əvvəlcə  onun  xəyalında 

canlanır, sonra təfəkkür süzgəcindən keçib nitq vasitəsilə şərh olunur. 

Şərh  olunanı  Bəhmənyar  şüur  materialı  hesab  edir.  Həmin  şüur 

materialı o zaman yadda saxlanılır ki, o, yaxşı dərk olunur. 



140 


Yaxşı dərk olunan, hafizədə də saxlanılan həmin şüur materialı həqiqi 

biliyə  çevriləndən  sonra  yaddaşda  möhkəmlənir.  Bəhmənyarın 

fikrincə  seyretmə  materialı  həqiqi  bilik  olmadığı  üçün  onun  dərk 

olunaraq yaddaşda möhkəm saxlanılması mümkün deyildir. 

Bəhmənyar  yazır:  «Dərk  edilən  əşyaların  təsəvvürü  cürbəcür 

həyata keçirilir; o həm mücərrəd üslla alına bilər, həm də bəlli üsulla

yəni  ilkin  məlumatlar  əsasında.  Hər  iki  halda  dərk  edilən  əşyaların 

təsəvvürü öz növlərinə bölünür». Bu bölünmə isə Bəhmənyara görə 

iki cür şərh olunur. 

Birinci,  bu  cür  bölünməni  aktual  sürətdə  həyata  keçirib  və 

qaydaya salanda alınır. Bölünmələr və qayda bəzən lüzumsuz olur və 

dəyişkənliyə  məruz  qala  bilirlər.  Məsələn,  «hər  bir  insan  canlı 

məxluqdur» ideyasını eyni təsəvvür etmək olar, istər bir cür səslənə, 

istərsə  də  başqa  cür,  məsələn,  «canlı  məxluq  hər  bir  insanda  özünü 

biruzə verir». Axırmcı halda dərk edilən hər iki halda eynidir. Çünkü, 

təyinetmə hissləri təyin edilənin ayrılmaz əlamətlərindən ibarətdir, bu 

isə eyni cür deməkdir. Göndərmələrin də halı təxminən belədir, hansı 

ki, ayrılmaz əlamətlərdən ibarətdir, özləri də sonluğa aiddir. 

İkinci,  bu  barədə  artıq  təssəvür  yarananda,  bizim  ruhumuz  da 

ondan yaranır, çünkü o eyni vaxta bir neçə şey barədə fikirləşə bilmir, 

necə  ki,  biz  nə  barədəsə  fikirləşəndə  xəyalımızı  da,  burada  iştirak 

etməyə  vadar  edirik,  xəyal  isə  hər  şeyi  birdən  canlandu-a  bilmir. 

Məlumdur ki, biz nə barədəsə fikirləşəndə hökmən xəyalımızı iştirak 

etməyə  vadar  edirik  və  xəyalımızda  onu  elə  təsəvvür  edirik  ki,  iki 

dərketmə  bölünməz  vahid  bir  dərketmə  olur.  Eyniliklə  biz  bir  şeyi 

görəndə və ümumi  hissiyatımızda  yeni  bir  forma olur, lakin hər iki 

dərketmə  birləşib  olur  vahid,  belə  ki,  biz  seçə  bilmirik  ki,  görmə 

üzvümüzdə nə canlanıb, ümumi hissiyatımızda nə; belə seçməni biz 

vasitə  ilə  ifadə  etməklə  apara  bilərik  və  beləliklə  bilərik  ki,  ümumi 

hisiyyat yolu ilə dərketmə yolu yanaşı görmə yolu da var. 

Mən  heç  də  etiraf  etmirəm  ki,  dərk  edilən  özü-özlüyündə 

təfəkkürün predmctidir. Lakin biz təsəvvür edirik ki, xəyalımızda nə 

isə  imaqinativə  bənzər  bir  şey  var,  məsələn,  həndəsi  bir  füqur.  Biz 

xəyalımıza da gətiririk ki, heç onun imaqinativə bənzəri ola da bilməz, 

məsələn, lüzumlu hadisənin özlüyündə adı. Əgər şüur zəiflə 

141 



yib  fəaliyyətdən  düşürsə  və  biz  artıq  xəyalımızda  nə  isə  bir  əşya 

canlandma  bilmiriksə,  biz  dərketmə  bacarığını  itiririk.  Lakin  bu  nə 

şüurun  zəifləməsindən  nə  də  ki,  hissiyatımızın  öz  fəaliyyətini 

İtirməsindən irəli gəlmir. 

Bəzən elə adamlara rast gəlirik ki, onlar əşyaların admı xatırlaya 

bilmirlər, lakin həmin əşyaların surəti onlarm yadlarmdadır. Eləcə də 

qocalıqdan  şüuru  zəifləmiş  adam  əşyanın  adını,  yaxud  onun 

imaqinativ surətini yaddan çıxara bilər, lakin onun nə isə dərk edilən 

bir şey olduğunu xatırlaya bilər. Belə ki, qocalıq ağıl zəifliyi, şüurun 

və zehnin qusurudur, ona görə belə adamlar əvvəlcə tanıdıqlarını indi 

tanıya  bilmirlər,  hər  şey  tez  yadlarmdan  çıxır,  onlar  yalnız  fikir 

mülahizəsi  irəli  sürürlər.  Lakin  bunlar  hamısı  ruhla  yox,  şüurla 

bağlıdır.  Belə  yabançı  səbəblər  sinə-mədə  sətəlcəmi  və  qızdırmalı, 

titrəməli  xəstələrdə olur, sonra isə  yox olur.  Bunların  hamısı  yalnız 

daxili hissiyyatın korlanmasından yaranır. 

Üçüncü,  məsələn,  səndə  belə  bir  sual  yaranan  zaman,  sən 

tanıdığına  müraciət  edərək  təhlil  edirsən  və  həmin  an  sualın  cavabı 

ağlına  gəlir;  sən  əminsən,  elə  cavab  verə  bilərsən  ki,  həmin  cavab 

hissələrə  bölünməsin  və  bundan  sonra  əmələ  gələn  təəssüratı 

hadisələrə bölürsən. Sadə bilik, hansı ki, həm də şüurun həmişə aktiv- 

ləşdirilməsi  hesabına  yaranan  haldır  və  o,  bizim  şüurumuzu  elə 

vəziyyətə  gətirir  ki,  bu  haldan  sonra  mütləq  hissələrə  bölünmüş 

təsəvvür yaranır. 

Şüur  materiyasmdan  ayrı  düşmüş  substansiyalarla  bilavasitə 

əlaqədə olan və dərk edilən təsəvvürlər kateqoriyasına aiddir. Lakin 

hansısa bir təcrid olunan kosmik ruha bağlıdır və ona görə də o, özü 

dərk olunanla şərtlənən və hissələrə bölünmüş kateqoriyalar sırasına 

aiddir.  Şüur  materiyasından  təcrid  olunanların  bizim  ruhumuza 

münasibəti olmasaydı, hissələrə bölünmüş bilik də olmazdı. 

Şüur ya maddi,  ya da bacanqlan  yaradan dərketmə mexanizmi 

kimi  özünü  göstərir,  yəni  ilk  dərk  edilən  əşyaları  tapmış  olur  və 

özündə müəyyən şeyi saxlayır; hansı ki, iki hissəyə bölünür: birinci, 

ən sadə dərk edilənə malik olan şüur, ikinci, hissələrə bölünənləri dərk 

etməyə malik olan şüur, - hər ikisi əlbəttə müəyyən şeydən ibarətdir, 

ya da daxilində aktual dərk edilən əşyaları yaradan şüur və hansı ki, o 

qavradığını dərk edir - bu əldə olunmuş şüur adlanır. 

142 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə