MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə44/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   40   41   42   43   44   45   46   47   ...   196

rətdir.  Artıq  ibtidai  siniflərdə  təbiətşünaslıq  və  oxu  dərslərində 

şagirdlər  belə  bir  sadə  ideyanı  mənimsəyirlər  ki,  insanlar  ərzağa, 

mənzilə  və  paltara  olan  tələbatların  təsiri  altında  təbiəti  öyrənirlər, 

onun qanunlarmı dərk edirlər və qazandıqları bilikləri təbiətdən bütün 

zəruri olanları almaq üçün istifadə edirlər. 

İbtidai  siniflərdə  ilk  günlərdən  başlayaraq  şagirdlərdə  əxlaqi 

keyfiyyətlər  formalaşmağa  başlayır.  Onlarda  elmə  məhəbbət,  ağıl- 

lılıq  dərrakəlilik  dostluq, 

yoldaşlıq,  düzlük,  doğruçuluq, 

vətənpərvərlik,  əməyə,  əmək  adamlarına  hörmət  hissi  yaranır. 

Şagirdlər  oxu,  təbiətşünaslıq,  musiqi  və  digər  dərsliklərdə  çoxlu 

ədəbi-bədii mərnlərlə tanış olurlar. Bu məmlər, eləcə də dərsliklərdə 

verilən  etnopedaqoji  nümunələr  o  cümlədən  atalar  sözləri,  məsəllər 

tapmacalar,  bayatılar,  laylalar,  nağıllann,  dastanlann  personajları 

mənəvi tərbiyə baxımmdan şagirdlərdə böyüyə hörmət, əməksevərlik, 

xeyirxahlıq,  nəzakətlilik  kimi  keyfiyyətlər  tərbiyə  edir.  Şagirdlər 

tanınmış  şəxsiyyətlərin  həyat  və  fəaliyyəti,  Azərbaycan  xalqınm 

döyüş  və  əmək  ənənələri  ilə  məhz  fənlərin  tədrisi  prosesində  tanış 

olurlar. 

Humanitar fənlərin tədrisi prosesində şagirdlər dövrün ictimai - 

siyasi  hadisələri  ilə  tanış  olurlar.  Bu  fənlər  onlarda  ən  humanist 

ideallar  tərbiyə  edir,  şagirdlər  respublikada,  dünyada  baş  verən  ən 

mühüm  prosesləri  öyrənir,  ona  öz  münasibətini  bildirir.  Nəticədə 

onların  dünyagörüşü  formalaşır.  Bu  baxımdan  tarix,  coğrafiya, 

ədəbiyyat,  rus  dili,  Azərbaycan  dili,  xarici  dillərin  imkanları  daha 

genişdir. 

“Tarix”,  “Azərbaycan  tarixi”,  “İnsan  və  cəmiyyət”  fənlərinin 

tədrisi  prosesində  şagirdlərdə  insan  və  cəmiyyət,  ailə,  kollektiv  və 

şəxsiyyət,  xalq  kütləsi,  maddi  istehsal,  əxlaqi  kateqoriyalar  kimi 

anlayışlar  formalaşır.  Şagirdlər  xalqımızın  qəhrəmanlıq  tarixi, 

fədakarlığı,  mərdliyi  ruhunda  tərbiyə  olunurlar.  Tarix  dərslərində 

dinlərin yaranması, dünya mədəniyyətinin ən möhtəşəm abidələrindən 

biri  kimi  müqəddəs  “Qurani-Kərim”  kitabı  haqqında  məlumat  əldə 

edirlər. Onlar həmin kitabdan əsil nəcibliyi, ədaləti, düzlüyü, hörmət 

və  ehtiramı  öyrənirlər.  Məktəblilər  eyni  zamanda  iq-  tisadiyyatm, 

sosial və mədəni həyatın inkişafında fəal iştirak etməyə can atır. 

Azərbaycan dili və ədəbiyyat dərslərində şagirdlər Azərbaycan 

ədəbiyyatmın, dünya xalqları ədəbiyyatınm inkişaf xüsusiyyət 



131 


lərini  dərk  edirlər.  Vətən,  ayrı-ayrı  xalqlar,  əxlaqi,  mənəvi,  estetik 

keyfiyyətlər haqqında biliklərini genişləndirirlər. Yazıçıların, şairlərin 

əsərləri  ilə  tanış  olmaqla  qəhrəmanların  yüksək  mənəvi 

keyfiyyətlərindən nümımə götürürlər. 

Təbiət-riyaziyyat  fənlərinin  tədrisi  prosesində  şagirdlərin  elmi 

dünyagörüşü,  mənəvi  əqidəsi  formalaşır,  onlar  təbiətin  ecazkar 

sirlərini  öyrənməklə  yanaşı  hesablama  texnologiyasının  elmi 

mahiyyətini,  onun  həndəsə  və  triqonometrik  funksiyalarını 

mənimsəyirlər. 

Təlim  prosesində  müəllimin  şəxsiyyətinin,  onun  ideyalıhğının, 

işgüzarlığmın və əxlaqi keyfiyyətinin şagirdlərə böyük tərbiyəvi təsiri 

vardır. Şagirdlər arasında müəllimin pedaqoji nüfuzu nə qədər yüksək 

olarsa,  müəllimin  şagirdlərə  təsiri  daha  güclü  olar.  Tərbiyəçinin 

nüfuzu  tərbiyəçilər  və  tərbiyə  edilənlər  arasmda  normal 

münasibətlərin  göstəricisidir.  Müəllimin  nüfuzu  tərbiyəçinin  uğurlu 

və  məhsuldar  fəaliyyətinin  tamamilə  zəruri  şərtidir.  Uşaqlar  üçün 

nüfuz sahibi olmaq adi arzu deyildir, müəllim üçün qanundur, çünki 

nüfuz yoxdursa, deməli, müəllim və şagird arasında normal münasibət 

də,  məhsuldar  tədris  və  tərbiyə  fəaliyyəti  üçün  münbit  şərait  də 

yoxdur. 


Nüfuz  -  müəllim  üçün  zəruri  sayılan  tədris  etdiyi  fənni  və 

ixtisasını  gözəl  bilmək,  yüksək  pedaqoji  ustalığa  malik  olmaqla 

qazanılır.  Nüfuz  müəllim-şagird  münasibətlərinin  yüksək  səviyyədə 

qurulması,  məktəbdə  səmimi  və  işgüzar  mühitin  olması  ilə  yaranır. 

Tərbiyəçinin nüfuzu bütün tərbiyə prosesinin mərkəzində durur. 

Tərbiyə işində müəllim şəxsiyyətinin bö)mklüyü ondadır ki, o, 

şagird  şəxsiyyətinin  də  böyüklüyünü  görə  bilir.  Məlumdur  ki, 

uşaqların,  yeniyetmələrin,  gənclərin  onları  daim  ruhlandıran 

nümunələrə ehtiyacları olur. Onlar çox vaxt müəllimi təqlid edirlər, 

müəllim şagirdlərin ideya hamisidir. İdeya təsiri isə o vaxt güclü olur 

ki,  şagirdlər  öz  müəllimlərində  qabaqcıl  ideyaların  təcəssümünü 

görürlər. 

Deməli,  müəllim  daim  öz  üzərində  işləməli,  öz  elmi-nəzəri, 

pedaqoji  və  metodiki  ustalıq  səviyyəsini  yüksəltmək  qayğısına  qal- 

malıdu:. 

Bunun  üçün  müəllimin  rejissorluq  və  aktyorluq  məharətinin 

olması da vacib hesab olunur. 

132 



3.13. Təlim prosesinə müəllimin nəzarəti 

Məlumdur ki, təlim vəzifələrinin həyata keçirilməsi müəllim və 

şagirdin  birgə  fəaliyyəti  prosesində  baş  verir.  Bu  vəzifələrin  yerinə 

yetirilməsi səviyyəsi, tədrisin səmərəliliyi müəllimin tədris prosesinə 

necə nəzarət etməsindən çox asılıdır. 

Onu  da  qeyd  edək  ki,  possovet  məkanmdakı  təhsil  sistemində 

müəllim  və  şagird  arasındakı  münasibətlər  formal,  şagirdlərin  kor- 

koranə müəllimlərin tabeliyinə əsaslanırdı. Onlarm böyük əksəriyyəti 

şagirdlərlə  münasibətlərini  tədrisin  ehkam  xarakterinə  uyğun  olaraq 

qururdular. Müəllim izah edirdi-şaghd dinləyirdi, müəllim əmr edirdi

şagird onun sərəncamını yerinə yetirirdi, müəllim soru- şurdu-şagird 

cavab verirdi.  Təhsilm  yeniləşdirilməsi artıq bu gün müəllim-şagird 

münasibətlərinə yeni məzmun gətirmişdir. Əsası budur ki, şagirdlərin 

hörmətini  qazanan,  onlara  nəvaziş,  qayğı  göstərən,  şəxsiyyətlərinə 

hörmət  edən,  şagirdlərlə  münasibətləri  humanist  prinsiplər  əsasında 

qurmağa çalışan müəllim şagirdlərin ən yaxm yoldaşına çevrilir. Bu 

cür müəllimləri isə şagirdlər daha çox sevir, onlarla əməkdaşlığa hazır 

olurlar. 

Təlim  prosesində  müəllimin  rəhbərliyinin  əsas  cəhətlərindən 

birmi  şagirdlərin  tərbiyəsinə  və  inkişafına  yönələn  fəaliyyət  təşkil 

edir. Müəllim şagirdlər qarşısında səylə oxumaq vəzifəsini qoyur və 

eyni  zamanda  onların  tədrisə  marağını  artırır,  şagirdi  fəallığa 

həvəsləndirir.  Həvəsləndirmə  isə  şagirdlərin  idrak  marağını 

gücləndirməklə,  valideyn,  ailə,  dost,  yoldaş,  xalq  qarşısında  borc, 

məsuliyyət  hissi  yaratmaqla,  şagirdin  ö)Təndiyi  biliyin  gələcəkdə 

cəmiyyətə fayda verəcəyini başa salmaqla və s. ilə yaradıla bilər. 

Müəllim  təlim  prosesində  şagirdlərin  fəaliyyəti  ilə  onların 

qazandığı müvəffəqiyyətlərə çətinlik çəkdikləri məsələlərə də diqqət 

yetirir. Çünki təlim materialının mənimsənilməsinə nəzarət etmədən 

müəllim sonrakı proseslərdə uğur qazana bilməz. Tapşırıqların yerinə 

yetirilməsi  gedişmi  müntəzəm  izləmək,  müstəqil  işləmək  üçün 

təmrinlər  təşkil  etmək,  şagirdlərlə  təlim  xarakterli  qısamüddətli 

söhbətlər  keçirmək  və  s.  tədbirlər  tədris  prosesində  müəllimin  əsas 

fəaliyyət sahələri hesab edilir. 

Müəllim  fəaliyyətində,  eyni  zamanda  şagirdləri  bir  kollektiv 

kimi  təşkil  edir  və  bu  kollektivin  ictimai  rəyini  formalaşdırır. 

Kollektivin  təşəkkül  tapması,  formalaşması  və  inkişaf  etməsi, 

uşaqların 



133 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə