MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə42/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   38   39   40   41   42   43   44   45   ...   196

əldə etmə haqqında elə nəzəriyyələr qrupuna aiddir ki, onun həlledici 

əsasmı biliyin, yeni ideyaların əvvəlki biliklərlə sintezinin yaradılması 

təşkil edir, yəni biliklər sistemi passiv şəkildə deyil, insanın fəal həyat 

təcrübəsi  əsasında  yaranır.  Hər  bir  insan  biliyi  başqalarından 

almaqdan  daha  çox,  onu  özü  əldə  edir,  qurur  və  inkişaf  etdirir. 

Konstruktiv 

öyrənmədə 

mücərrəd 

anlayışlar 

araşdırmalar, 

mühakimələr və müzakirələr vasitəsilə dərk olunur. Onlarm beyni ağ 

lövhə  olmadığından,  hər  bir  öyrənən  özünün  dünyagörüşünə  təsir 

göstərən müəyyən həyat təcrübəsi ilə təlimə başlayır. Bunlar öyrədən 

tərəfindən diqqətlə planlaşdırılmış, sistemli və müvafiq qaydada təşkil 

edilmiş təlim prosesində həyata keçirilir, öyrənənə özünü dərketmənin 

mühüm  amilinə  çevrilməyə  kömək  edir.  Bu  proses  ənənəvi  təlim 

təcrübəsi ilə birləşdikdə, konstruktiv prinsiplər biliyin dərindən dərk 

edilməsinə və daha uzun müddət yadda saxlanmasına, qabiliyyətlərə 

və vərdişə çevrilməsinə kömək göstərir. 

Bilik  «qurulur,  kəşf  edilir,  yaradılır»  anlamı  üzərində  bərqərar 

olan, biliyin və öyrənmənin təbiəti, mahiyyəti haqqında fəlsəfi fikirlər 

sistemi - epistamologiyanı öz fəlsəfi əsası hesab edən konstruktivliyin 

əsas prinsipi ondan ibarətdir ki, bilik passiv şəkildə alına bilməz və 

şagirdlər  öyrənmə  prosesində  fəal  olmalıdırlar.  Ona  görə  də  azyaşlı 

uşaqlara  müvafiq  qaydada,  yaşa  uyğun  sərbəstlik  verilməli,  onlar 

öyrənmə prosesində fəal iştirak etməlidirlər. Öyrənmə idrakı akt kimi 

mənimsəmə  (assimilyasiya),  uyğunlaşdırma  (akomodasiya)  nə 

nizamlama  (ekvilibrasiya)  proseslərindən  ibarət  olub,  aşağıdakı 

mərhələlərdən keçməlidir: 

 



keçmiş  biliklər  əsasında  yeni  biliyin  əldə  edilməsi  və 

mənimsənilməsi; 

 

fərdi  biliklər  sisteminin,  yeni  və  daha  faydalı  biliklərə 



uyğunlaşdırılmaqla dəyişdirilməsi

 



biliklər sisteminin müxtəlifliyi və ziddiyyətindən əmələ gələn 

psixi  gərginliyin  nizamlanması  nəticəsində,  problemlə  bağlı  yeni, 

faydalı dərketmənin əmələ gəlməsi. 

Öyrənmənin  hansı  formasına  (assimilyasiya,  akomodasiya, 

ekvilibrasiya)  hazır  olmaq  uşağın  idraki  inkişaf  mərhələsindən 

asılıdır» (Bax, «Azərbaycan məktəbi» jurnalı, 2005, №3, səh. 26). 



125 


Göründüyü kimi, konstruktivlik fəal öyrənmə nəzəriyyəsi kimi müasir 

dünyamızm alimlərinin diqqət mərkəzindədir. 

Müəllimin  kommunikativ,  konstruktiv,  qnostik  (idraki) 

eksklüziv və s. yanaşmalarmm hamısmm bir ali məqsədi vardır ki, on- 

larm  da  hamısı  şagirdlərin  son  dərəcə  fəallaşmasma  xidmət  edir. 

Başqa  sözlə  ifadə  etsək,  deməliyik  ki,  müəllimin  bütün  fəaliyyət 

növlərmin  son  məqsədi  interaktivliyə  xidmət  edir.  Bu  mənada 

konstruktiv  öyrənmə  modeli  də  təlim  prosesində  şagirdlərin  son 

dərəcə  aktivləşdirilməsi  üçün  səciyyəvi  sayılır.  Bu  modelin 

üstünlüklərindən və xarakterik xüsusiyyətlərindən biri də şagirdlərin 

aktivlik  dərəcələrinin  müəyyənləşdirilməsindən  ötrü  onlara  «fəal 

fərd», «sosial fərd» və «yaradıcı fərd» kimi yanaşılmasmdan ibarətdir. 

Əgər  müəllim  şagirdə  şəxsij^ət  kimi  baxırsa,  deməli,  o,  şagirdlərə 

həm  «fəal  fərd»,  həm  «sosial  fərd»,  həm  də  «yaradıcı  fərd  kimi» 

yanaşmağa borcludur. 

Professor Əbdül Əlizadəyə görə, şəxsiyyət (hər bir uşaq) ictimai 

münasibətlərdə  iştirak  edən,  ictimai  inkişafm  tacı  olan  sosial 

fərddir.Deməli,  şəxsiyyət  kimi  qəbul  etdiyimiz  şagirdə  «fəal  fərd», 

«yaradıcı  fərd»  kimi  yanaşmaqla  bərabər,  ona  həm  də  «sosial  fərd 

kimi» yanaşmağımız da pedaqoji məntiqə tam uyğundur. 

Uşağm  (şagirdin)  ictimai  münasibətlərə  daxil  olması  onlarm 

ictimai inkişafmı təmin edir. Məsələyə pedaqoji konteksdən yanaşsaq 

və  bu  fikri  pedaqoji  cəhətdən  əsaslandırmaq  istəsək,  deməliyik  ki, 

uşağın ictimai münasibətlərə daxil olması onun pedaqoji prosesə daxil 

olması  deməkdir.  Pedaqoji  prosesə  daxil  olan  uşaq  isə  bü  prosesdə 

bilik, bacarıq və vərdişlər qazanır və yalnız bunlarm sayəsində inkişaf 

edir.  Bu  inkişafın  isə  hərtərəfli  təmin  edilməsindən  ötrü  təlim 

prosesində  konstruktiv  öyrənmə  modelinin  düzgün  tərtib  olunması 

çox  vacibdir.  Özü  də  bu  modeldə  şagirdlərə  fəal,  sosial  və  yaradıcı 

fərdlər  kimi  yanaşılması  onlarm  bir  şəxsiyyət  kimi  elmi 

dünyagörüşlərinin  formalaşdırılması  işində  mühüm  əhəmiyyət  kəsb 

edir, Prof. Abdulla Mehrabov yazır ki, «Konstruktiv öyrənmə modeli 

əsasmda təlim prosesində fəal şagird, sosial şagird və yaradıcı şagird 

kimi üç fərqli rol müəyyənləşdirilmişdir: 

- fəal şagirdlərdə bilik fəal formada mənimsənilir və dərk edilir, 

şagird mexaniki dinləmək və öyrənmək, şablon xarakterli tapşırıqlar 

üzərində  işləmək  əvəzinə,  özü  üçün  həyati  əhəmiyyət  kəsb  edən 

problemləri fəal şəkildə müzakirə edir, fərziyyələr irəli sürür



126 


diskussiyaya  girir,  onları  əsaslandırmağa  səy  göstərir  və  nəticədə 

problemi öz intellektual imkanma uyğun həll edir

-

 

sosial  şagirdlərdə  bilik  və  dərketmə  sosial  cəhətdən 



şərtləndirilir,  bilik  və  mənimsəmə  5diksək  səviyyəli  sosial  fəaliyyət 

kimi  qiymətləndirilir  və  biliklər  fərdi  qaydada  deyil,  başqaları  ilə 

qarşılıqlı  münasibətlər  əsasmda,  obyektiv  reallığı  şərtləndirən  ciddi 

sosial proseslər nəticəsində qazanılır; 

-

 

yaradıcı  şagirdlərdə  bilik  və  dərketmə  prosesi  yaradıcı 



münasibət  əsasında  formalaşır  və  ya  yenidən  yaradılır.  Təlim 

prosesində elə mühit  formalaşdınlır ki,  şagirdlər elmi  nəzəriyyələrə, 

tarixi  perspektivlərə,  sosial  və  iqtisadi  paradiqmalara  münasibətdə 

yaradıcı  yanaşmalar  əsasmda  yeni  qabiliyyətlər,  bacarıqlar  və 

vərdişlər qazanırlar» (Bax, yenə orada, səh. 28). 

A.Mehrabov  konstruktiv  öyrənmə  modeli  əsasında  təlim 

prosesində fəal şagird, sosial şagird və yaradıcı şagird kimi fərqli qol- 

larm  kimlərin  tərəfindən  müəyyənləşdirilməsini  konkret  fakt  və 

dəlillərlə  göstərmədiyi  üçün  biz  də  məsələnin  belə  bir  tərzdə 

qoyuluşunun kimlərə məxsus olmasmı iddia edə bilmərik.  Lakin  bu 

fikrə öz münasibətimizi bildirərkən deməliyik ki, biz «sosial şagird» 

ifadəsini  qəbul  edə  bilmərik.  Əwəla  ona  görə  ki,  heç  bir  pedaqoji 

ədəbiyyatda, xüsusilə dərsliklərdə, dərs vəsaitlərində «sosial şagird» 

ifadəsi pedaqoji termin kimi öz əksini tapmamışdır. İkincisi, əgər bu 

ifadə pedaqoji ədəbiyyatlarda özünü təsdiq etməmişdirsə, bu terminin 

pedaqoji termin kimi qəbul edilməsinə lüzum yoxdur. 

Bizim fikrimizcə,  «sosial  şagird»  ifadəsinin  «sosial fərd»  kimi 

işlədilməsi  daha  məqsədəuyğun  olardı.  A.Mehrabovun  dediklərilə 

bağlı  fikrimizi  ümumiləşdirsək  deməliyik  ki,  A.Mehrabovun 

konstruktiv  öyrənmə  modeli  ilə  bağlı  deyilənlər  öyrənmə  ilə  bağlı 

müəllimlərə  istiqamət  vermək  baxımından  çox  faydalıdırsa,  dərslik 

müəlliflərinə  didaktik  yanaşmalarla  bağlı  metodik  köməklik 

göstərmək,  nəzəri  istiqamətlər  vermək  baxımından  daha  faydalıdır. 

Çünki  dərsliklərin  tərtibi  zamanı,  mövzularm  şərhində  dərslik 

müəlliflərinin  konstruktiv  öyrənmə  modelini  bilmələri  həmin 

mövzuların elmi-pedaqoji-metodik cəhətdən düzgün qurulmasma bir 

növ  düzgün  istiqamət  vermiş  olar.  Əgər  belə  olarsa,  ümumtəhsil 

məktəblərimiz  üçün  hazırlanan  bütün  fənn  dərslikləri  dünya 

standartlarına cavab vermiş olar. 

127 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə