Microsoft Word insan huquqlar? v? qacq?nlar doc



Yüklə 180,6 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix06.05.2018
ölçüsü180,6 Kb.
#42830
  1   2   3   4   5   6   7


İNSAN HÜQUQLARI SERİYASINDAN IV  

 

 

 

 

 

 

 

 

 

 

 

İNSAN HÜQUQLARI  

VƏ 

QAÇQINLAR  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“İNAM” PLÜRALİZM MƏRKƏZİ 

 


 

1

 



 

BAKI, AZƏRBAYCAN 1999 

 

 



 

 

Tərcüməçi:   Tehran Vəliyev 

 

 

 



 

THIS BROCHURE IS SPONSORED BY 

INSTITUTE FOR DEMOCRACY 

IN EASTERN EUROPE 

  

 




 

2

 



 

GİRİŞ 

 

  



Qaçqınlar və ya ölkə daxilində başqa yerə köçən şəxslərlə bağlı 

qlobal problem bu gün dünya ictimaiyyəti önündə duran ən 

mürəkkəb məsələlərdən biridir. Bu problem Birləşmiş Millətlər 

Təşkilatının fəal müzakirə mövzusudur. BMT bu gün də əhalinin 

bu  ən zəif quruplarının müdafiəsi və onlara yardım göstərilməsi 

üçün ən səmərəli vasitələr axtarışını davam etdirir. 

Bəziləri fövqəladə yardım göstərilməsi ilə  məşğul olan 

təşkilatlar arasında  əməkdaşlığı  və onların fəaliyyətlərinin 

əlaqələndirilməsini möhkəmləndirməyə, digərləri isə diqqəti 

beynəlxalq norma yaradıcılığı sahəsindəki boşluqlara cəlb edərək 

yeni normaların işlənib hazırlanmasına çağırır. Amma hamı bir 

şeydə yekdildir ki, bu problem çoxcəhətli və qlobal xarakter 

daşıyır. Buna görə  də bu problemin istənilən yanaşma üsulu ilə 

təhlili və istənilən  şəkildə  həlli hər  şeyi  əhatə etməli və onun 

yaşayış yerlərini kütləvi tərketmələrin səbəbindən tutmuş 

qaçqınlar problemi ilə  əlaqədar meydana çıxan  ən müxtəlif 

situasiyalarda zəruri olan təsir göstərmək, tədbirlərinin, fövqəladə 

yardımdan başlayıb repotriasiyaya (vətən qaytarılmaya) yardım 

tədbirləri ilə qurtarmaqla işlənib hazırlanmasına qədər bütün 

aspektlərini nəzərə almalıdır. 

Aparılan diskusiyalar çərçivəsində bir sıra faktlar heç bir şübhə 

doğurmur. Həmin faktlardan biri ondan ibarətdir ki, əhalinin bəzi 

kütləvi yerdəyişmələrini qabaqcadan önləmək mümkün olsa da

onların heç biri könüllü olmur. Heç kim qaçqın olmaq istəmir və 

qaçqın olmağa can atmır. Qaçqın olmaq heç də, sadəcə olaraq, yad 

ölkəyə düşmək demək deyildir. Bu sürgündə yaşamaq və  ərzaq, 

geyim və mənzil kimi əsas zəruri əşyalarla təmin olun- 

  



 

3

maqda başqalarından asılı vəziyyətdə olmaq deməkdir. 



Dünyadakı qaçqınların sayı, onların hansı coğrafi  ərazilərə 

paylaşdırıldığı  və yaşayış yerlərini tərk etmələrinin səbəbləri 

barədə geniş informasiya mövcuddur. Son əlli ilin məlumatlarını 

təhlil edərək belə bir nəticə çıxarmaq olar ki, qaçqınlar problemi 

bu müddət  ərzində  əhəmiyyətli dərəcədə keyfiyyət və  kəmiyyət 

dəyişikliklərinə uğramışdır. 

Birləşmiş Millətlər Təşkilatı yarandığı andan dünyanın 

müxtəlif rayonlarında qaçqınların müdafiəsi sahəsində  səylər 

göstərmişdir. 1951-ci ildə, Birləşmiş Millətlər Təşkilatının 

Qaçqınların işi üzrə Ali Komissarının  İdarəsi (QİAKİ) yarandığı 

vaxt onun mandatı təqribən 1 milyon qaçqını əhatə edirdi. Bu gün 

onların sayı  təqribən 17,5 milyon nəfərədək artmışdır. Birləşmiş 

Millətlər Təşkilatının Fələstin qaçqınlarına yardım və  işlərin 

təşkili üçün Yaxın Şərq Agentliyinin (YİQYŞA) mandatı da əlavə 

2,5 milyon qaçqını  əhatə edir; bundan əlavə hesablamalara görə 

ölkə daxilində yaşayış yerlərini dəyişənlərin (köçkünlərin) sayı 25 

milyon nəfərdir. 

1951-ci ildə qaçqınların  əksəriyyətini avropalılar təşkil edirdi. 

Bu gün isə Asiya və Afrikadan olan qaçqınlar böyük əksəriyyət 

təşkil edir. Keçmişdəkindən fərqli olaraq indiki qaçqın axınları 

tək-tək insanların qaçması  şəklində deyil, yaşayış yerlərini 

getdikcə daha çox kütləvi tərketmə formasını alır. 

Hazırdaqaçqınların 80%-ni qadınlar və uşaqlar təşkil edir. 

Yaşayış yerlərini kütləvi tərk etmələrin səbəbləri də indi çox 

müxtəlif olmuşdur və hazırda insanların çoxu təbii fəlakətlər, 

ekoloji qəzalar və ifrat dərəcədə yoxsulluq ucbatından öz yaşayış 

yerlərini kütləvi tərk etməyə məc- 

  



 

4

bur olmuşlar. Nəticədə bu günkü qaçqınların çoxuna qaçqınların 



statusu haqqında Konvensiyanın müəyyənləşdirdiyi statusu şamil 

etmək mümkün deyildir. Həmin Konensiyaya görə qaçqın statusu 

irqi, dini, vətənaşlıq əlamətlərinə görə, müəyyən bir sosial qrupa 

mənsubluğu və ya siyasi əqidəsinə görə  təqib olunanlara şamil 

edilir. 

Birləşmiş Millətlər Təşkilatı sistemi, həmçinin son illərdə ölkə 

daxilində kütləvi yerdəyişmə hallarının artmasından olduqca 

narahatdır. “Ölkə daxilində yaşayış yerlərinin dəyişən şəxslər” öz 

doğma yurdlarını  tərk etməyə  məcbur olan, amma öz ölkəsinin 

ərazisi daxilində qalan şəxslərdir. Bu şəxslər öz ölkələrinin 

hüdudları daxilində qaldıqları üçün qaçqınların hazırkı müdafiə 

sistemindən kənarda qalmış olurlar. Ölkə daxilində 

yerdəyişmələrə məruz qalanların əksəriyyəti inkişaf etməkdə olan 

ölkələrdə yaşayırlar və onların  əsas hissəsini qadınlar və  uşaqlar 

təşkil edir. 

Bəzi ölkələrdə köçkünlər (ölkə daxilində yerlərini dəyişməyə 

məruz qalmış şəxslər) əhalinin 10%-dən çoxunu təşkil edir. 

 Qaçqınların vəziyyəti beynəlxalq birlik daxilində bir-birindən 

asılılığın klassik nümunəsidir. O, bir ölkənin problemlərinin digər 

ölkələrə bilavasitə necə  təsir edə bildiyini əyani surətdə göstərir. 

Qaçqınların vəziyyəti, həmçinin müxtəlif məsələlərin bir-birindən 

asılılığının nümunəsidir. 

Qaçqınlar problemi ilə insan hüquqları  məsələləri arasında 

açıq-aşkar qarşılıqlı  əlaqə mövcuddur. İnsan hüquqlarının 

pozulması yaşayış yerlərinin kütləvi tərketmələrin yalnız  əsas 

səbəblərindən biri olmaqla qalmayıb, həm də  həmin pozuntulara 

son qoyulmayanadək insanla- 

  



Yüklə 180,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə