Microsoft Word insan huquqlar? v? qacq?nlar doc



Yüklə 180,6 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix06.05.2018
ölçüsü180,6 Kb.
#42830
1   2   3   4   5   6   7

 

13

məhrum edilməməlidirlər. 



- Birləşimş Millətlər Təşkilatının məhəlli sığınacaq haqqında 

1967-ci il Bəyannaməsi; Birləşmiş Millətlər Təşkilatının Baş 

Assambleyasının bu Bəyannaməsində məhəlli sığınacağın əsasını 

təşkil edən bir sıra prinsiplər müəyyən edilir. Onda deyilir ki, 

məhəlli sığınacaq verilməsi “dinc və humanist bir aktdır, buna 

görə  də heç bir dövlət tərəfindən bədxah hərəkət kimi 

qiymətləndirilə bilməz”. Bəyannamədə  məcburi surətdə geriyə 

qaytarmaların qadağan edilməsinin  əsas humanitar prinsipi təsbit 

olunur və  İnsan Hüquqları Ümumi Bəyannaməsinin, müvafiq 

olaraq istənilən ölkəni tərk etmək, öz ölkəsinə qayıtmaq hüququnu 

və  sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək 

hüququnu nəzərdə tutan 13 və 14-cü maddələrinə isnad edilir. 



 

REGİONAL VASİTƏLƏR 

AFRİKA 

 

50-ci illərin sonlarından başlayaraq, Afrikada müharibə  və 



daxili münaqişələrdən xilas olmaq istəyən qaçqınların sayca 

artması qaçqınlara dair, hamının fikrincə,  ən  əsaslı  və vacib 

müqavilənin bağlanmasına gətirib çıxardı. 1969-cu il sentyabrın 

10-da Afrika Birliyi Təşkilatı Afrikadakı qaçqınlar probleminin 

səciyyəvi aspektlərini nizamlayan ABT-nın Konvensiyasını qəbul 

etdi. Bu Konvensiyanın başlıca  əhəmiyyəti ondan ibarətdir ki, 

onda “qaçqın” terminini daha geniş məzmunda müəyyənləşdirilir. 

Afrika dövlətlərinin güman etdikləri kimi “təqib olunmalarına 

tamamilə  əsaslandırılmış  təhlükə” Afrikadakı qaçqınların 

düşdükləri bütün situasiyaları  nəzərə almaq üçün kifayət qədər 

geniş meyar deyildi. 

  



 

14

Afrika Konvensiyasının 1-ci maddəsinin ikinci bəndində 



nəzərdə tutulur ki, “qaçqın” termini, habelə xarici təcavüzlər, 

işğallar, xarici hökmranlıq ucbatından, mənşəcə və ya vətənaşlığı 

baxımından mənsub olduğu ölkənin ərazisinin bir hissəsində və ya 

bütün  ərazisində ictimai qayda-qanunun ciddi şəkildə pozulması 

ucbatından mənşəcə  və ya vətəndaşlığı baxımından mənsub 

olduğu ölkənin hüdudlarından kənarda sığınacaq axtarmaq 

məqsədilə öz adi yaşayış yerlərini tərk etməyə məcbur olan hər bir 

şəxsə şamil edilir. 

ABT Konvensiyası 1951-ci il Konvensiyasını  əslində  təkrar 

etmir, onun tamamlayır. “Qaçqın” terminini daha geniş 

məzmunda müəyyənləşdirməkdən başqa, ABT Konvensiyası 

sığınacaq məsələsini də nizama salır (II maddə). Onda, həmçinin 

könüllü repatriasiya - vətənə qaytarılma (V maddə) və qaçqınların 

təxribatçılıqla məşğul olmalarının qadağan edilməsi (ilk maddə) 

haqda mühüm müddəalar öz əksini tapmışdır. 

1992-ci ilin fevralındakı məlumatlara görə ABT Konvensiyası 

42 dövlət tərəfindən təsdiq edilmişdir. 

 

AVROPA 

 

Avropa Şurası qaçqınlarla bağlı məsələlərə dair bir neçə sənəd 



qəbul etmişdir. Onlardan ən vacibləri bunlardır: 

a) Qaçqınlar üçün vizaların ləğvi haqqında Avropa sazişi 

(1959-cu il); 

b) təqib təhiükəsi altında olan şəxslərə  sığınacaq verilməsi 

haqqında 14-cü qətnamə (1967-ci il); 

c) qaçqınlarla bağlı məsuliyyətlərin təhvil verilməsi haqqında 

Avropa sazişi (1980-cı il); 

d) sığınacaq verilməsi ilə bağlı milli prosedurların ra- 

  

 

  




 

15

 




 

16

zılaşdırılması haqqında tövsiyyələr (1981-ci il); 



e) Cenevrə Konvensiyasının meyarlarına cavab verən və 

rəsmən qaçqın hesab olunmayan şəxslərin müdafiəsi haqqında 

tövsiyyələr (1984-cü il); 

f)  şəxsin ona sığınacaq verilməsi barədə Avropa Birliyinin 

üzvü olan bir və ya bir neçə dövlətə  ərizə verdiyi təqdirdə 

sığınacaq verilməsi haqda xahiş üçün hansı üzv dövlətin 

məsuliyyət daşıdığını müəyyən edən meyarları təsbit edən Dublin 

Konvensiyası (1990-cı il). 

Şəxslərin təhvil verilməsi və onların sosial-təminatı barədəki 

Avropa konvensiyalarında da qaçqınlara dair müddəalar 

mövcuddur. 

LATIN AMERİKASI 

 

Latın Amerikası ölkələri sığınacaq verilməsi sahəsində köhnə 



ənənələrə malikdir. 1889-cu ildə Montevideoda imzalanan 

Beynəlxalq cinayət hüququ haqqında Müqavilə  sığınacaq 

verilməsi məsələlərinin nəzərdən keçirildiyi ilk regional 

müqavilədir. Sonralar məhəlli sığınacaq haqqında Karakas 

Konvensiyası  və  sığınacaq verilməsi barədə digər sazişlər 

imzalanmışdır. 

       1980-cı illərdə  Mərkəzi Amerikada baş verən vətəndaş 

müharibələri qığılcımları təqribən 1 milyon insanın kütləvi surətdə 

öz yaşayış yerlərini tərk etməsinə  səbəb oldu və bu, insan 

axınlarının yönəldiyi ölkələrdə ciddi iqtisadi və sosial problemlər 

yaratdı. 

      1984-cü  ildə bu qaçqınları “qəbul edən” ölkələr Qaçqınlar 

haqqında Kartahen Bəyannaməsini qəbul etdilər, Həmin 

bəyannamədə  məcburi geri qaytarmaların qadağan edilməsi 

prinsipi, qaçqınların inteqrasiyasının vacibliyi və qaçqınlar 

problemini doğuran səbəblərin kökündən ləğv edilməsinə 

yönəldilən səylər də daxil olmaqla Mər- 

  



 

17

kəzi Amerika qaçqınları ilə  rəftarın hüquqi əsasları 



müəyyənləşdirildi. 

Bəyannamədə “qaçqın” termini üçün müəyyənləşdirilən 

məzmun ABT Konvensiyasındakı ilə eynidir; bu ad altında, 

həmçinin “həyatları, təhlükəsizlikləri və azadlıqları ümum 

zorakılıq, xarici təcavüz, daxili münaqişələr, insan hüquqlarının 

kütləi  şəkildə pozulması  və ya ictimai qayda-qanunun ciddi 

şəkildə pozulmasına gətirib çıxaran digər səbəblər ucbatından 

təhdid olunduğu üçün öz ölkələrini tərk edən  şəxslər” nəzərdə 

tutulur (III hissəsinin 3-cü bəndi). 

Kartahen Bəyannaməsi dövlətlər üçün məcburi xarakter 

daşımır. Lakin, o, Latın Amerikasının bir sıra ölkələrinin 

praktikasında tətbiq edilir və bəzi hallarda onun müddəaları daxili 

qanunvericiliklərə daxil edilmişdir. 

 

İNSAN HÜQUQLARI VƏ QAÇQINLAR 

 

Sığınacaq axtaran şəxslər və qaçqınlar insan hüquqlarına dair 



beynəlxalq müqavilələrdə elan edilən bütün hüquqlara və 

azadlıqlara malikdirlər. Buna görə  də qaçqınların müdafiə 

olunması məsələsini insan hüquqlarının qorunmasının daha geniş 

kontekstində  nəzərdə keçirmək lazımdır.  İkinci dünya 

müharibəsindən sonra dövlətlər tərəfindən müvafiq olaraq insan 

hüquqları məsələləri və qaçqınların məsələləri ilə məşğul olan iki 

ayrıca təşkilatın yaradılması heç də bu məsələlərin bir-iri ilə bağlı 

olmaması demək deyildir. Birləşmiş Millətlər Təşkilatının insan 

hüquqları sahəsindəki fəaliyyəti və Qaçqınları  İşi üzrə Ali 

Komissarın  İdarəsinin fəaliyyəti o mənada bir-biri ilə  sıx 

əlaqədədir ki, hər iki təşkilatın qarşısında insan ləyaqətlərini 

qorumaq kimi ümumi məqsəd durur. Birləş- 

  

 

  




Yüklə 180,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə