MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə45/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   41   42   43   44   45   46   47   48   ...   196

maraq  və  meylləri,  arzu  və  istəkləri  məhz  müəllimin  fəaliyyəti 

prosesində müəyyən olunur. 

Təlim prosesinə müəllimin nəzarətindən danışarkən onu da qeyd 

etməliyik ki, Azərbaycan Respublikasmm ümumtəhsil məktəblərində 

müəllimin təlim prosesinə nəzarəti özündə əks etdirən yeni mütərəqqi 

qaydalarm,  üsul  və  priyomların  hazırlanmasma  və  tətbiqinə  xüsusi 

ehtiyac vardır. Çünki müasir dünyada bu məsələ artıq öz təkmil həllini 

tapmaqdadır. 

Qərb  ölkələrində  müəllimin  nəzarəti  təlim  prosesi  ilə  məh- 

dudlaşmu:.  Müəllim  təliməqədərki  və  təlimdənsonrakı  vaxtlarda  da 

şaghdə məqsədyönlü, planlı və mütəşəkkil nəzarət etməyi özünün ən 

ümdə  vəzifəsi  hesab  edir.  Müşahidə  apardığımız  Qərb  ölkələrində 

(Almaniyada, İtaliyada, Fransada, İspaniyada, İngiltərədə, Belçikada, 

Skandinaviya ölkələrində və s.) müəllimin təlim prosesinə nəzarətinin 

sivil  qaydalara  uyğunlaşdırılması  yeni  pedaqoji  ənənələrin 

yaranmasma  bir  növ  rəvac  verir.  Bir  sıra  ölkələrdə  «müəllimin 

nəzarəti»  ifadəsi  şərti  xarakter  daşıyu*.  Çünki  şagird  özünənəzarəti 

yüksək  inkişaf  mərhələsinə  qədəm  qoymuşdur.  Bu  mərhələdə  isə 

müəllimin  nəzarəti  qlobal  bir  məzmun  kəsb  edir.  Yəni  şagirdin 

özü-özünə  olan  faktik  nəzarəti,  müəllimin  nəzarətini  simvolik  və 

rəmzi nəzarət xarakteri daşımağa yönəldir. 

Qərb  ölkələrinin  əksəriyyətində  ibtidai  siniflərdə  müəllimin 

təlim  prosesindəki  nəzarəti  bir  neçə  cəhətdən  diqqəti  cəlb  edir. 

Məsələn,  I  siniflərdə  şagirdlər  tam  müstəqildirlər.  Hər  cür 

texnologiyalarla  təchiz  olunmuş  belə  siniflərdə  müəllim  də  öyrətmə 

işində öz fərdi və müstəqil metodunu tətbiq edir, Ö30'ənənlərə də məhz 

o, özü tam müstəqillik verir. Belə müstəqillik isə şagirdi darıxmaqdan, 

psixoloji  gərginlik  keçirməkdən,  yüklənməkdən,  yorulmaqdan  xilas 

edir.  I  sinif  şagirdi  ona  verilən  tapşırığa  əməl  edə-edə  bütün 

maddi-mənəvi-psixoloji ehtiyacları hiss etdikdə müstəqil olaraq sinfin 

həndəvərində iaşə xidmətini xatırladan yerə gedir, özü üçün ya kofe 

süzür, ya sərin içkilər gətirir, ya şirniyyat məhsullarmdan bəhrələnir 

və  s.  Hətta  birincilər  üçün  məxsusi  hazırlanmış  sinif  otaqlarmdakı 

əlüzyuyandan,  ayaqyolundan  sərbəst  istifadə  edirlər.  Bu  zaman 

müəllimin  nəzarətinə  yox,  sinif  xidmətçilərinin  köməyinə  ehtiyac 

duyulur. 

İnkişaf  etmiş  əksər  ölkələrdə  şagirdlərin,  xüsusilə  ibtidai  sinif 

şagirdlərinin dərsə gəlməsinə və dərsdən getməsinə sinif müəllimi 



134 


və  məktəb  rəhbərliyi  özləri  birbaşa  nəzarət  edirlər.  Belə  nəzarət  isə 

nəzarətin  sivil  forması  hesab  olunur.  Yəni  hər  gün  xüsusi  «okul 

nəqliyyat vasitələri» uşaqları öz evlərindən götürüb dərsə gətirir, dərs 

qurtardıqdan  sonra  isə  bir  neçə  saat  müddətində  repititorlarm 

köməyilə dərslərini, tapşırıqlarını hazırladıqdan sonra yenə öz evlərinə 

aparır.  Ona  görə  valideyn  üçün  uşağın  dərsə  davamiyyəti,  dərsə 

hazırlaşması,  boş  vaxtından  səmərəli  istifadə  etməsilə  bağlı  heç  bir 

problemi  olmur.  Çünki  bütün  bunları  məktəb  rəhbərliyi  və  sinif 

müəllimi  öz  öhdəsinə  götürür.  Aşağı  siniflərdə  müəllimin  nəzarəti 

yaxşı qurulduğu üçün yuxarı siniflərdə də təlim prosesində müəllimin 

nəzarəti  simvolik  və  rəmzi  xarakter  daşıyır,  çünki  aşağı  siniflərdə 

şagirdlərin özünənəzarətinin bünövrəsi elə möhtəşəm şəkildə qoyulur 

ki,  yuxan  siniflərdə  bu  müstəqillik  öz  mütərəqqi  cəhətlərilə  özünü 

daha nümunəvi şəkildə binizə verir. 



3.14. Şagirdlərə biliklərin verilməsi, bacarıq və vərdişlərin 

aşılanması prosesi 

Bilik  nədir? Bilik  elmi ədəbiyyatlarda müxtəlif cür  yozulur və 

müxtəlif növlər üzrə təsnif olunur. Məsələn, fəlsəfi bilik, riyazi bilik, 

bioloci  bilik,  fizioloji  bilik,  texniki  bilik,  bədii  bilik  və  s.  Bilik  hər 

hansı  bir  nəzəriyyə  və  təcrübənin  vəhdətindən  yaranır.  Qazanılan 

nəzəri  biliklər  əldə  edilən  praktik  məlumatlar  və  vərdişlər  əsasında 

zənginləşdirilir. Bir sıra atalar sözlərində, zərbül-məsəl- lərdə və digər 

bədii  yaradıcılıq  nümunələrində buna işarə edilir.  «Çox oxuyan  çox 

bilməz,  çox  gəzən  çox  bilər»,  «Ağıl  yaşda  deyil,  başdadır»,  «Bilik 

ağlm cövhəridir», «Alim öldü, aləm öldü», «Elm nurdur, bilik dürr», 

«Biliksiz insan dənsiz-susuz dəyirmana bənzər», «Bilikli adam ədəbli 

olar» və s. 

Göründüyü  kimi  xalq  hikmətlərində  bilik  insan  həyatmın  ən 

başlıca amili və meyarı hesab olunur. 

Pedaqoji  elmin  də  ən  ali  məqsədi  təhsilləndirmə, 

tərbiyələndirmə  və  inkişaf  etdirməkdir.  Təhsilləndirmənin  isə  ən  ali 

məqsədi  yaxşı  təlim  etmədir.  Yaxşı  təlim  etmənin  son  nəticəsi  isə 

uşaqları  elmi  dünyagörüşə  yiyələndirməklə  yanaşı,  onları 

tərbiyələndirib hərtərəfli inkişaf etdirməkdir. Bunun üçün hər şeydən 

əvvəl şa 



135 


girdlərə müvafiq biliklər vermək və verilmiş biliklər əsasında onlara 

müəyyən bacarıq və vərdişlər aşılanmalıdır. 

Bilik  təbiətə,  cəmiyyətə  və  idraka  dair  hadisələr,  proseslər  və 

informasiyalardan yaranır. Folklor materiallarmda. Səmavi kitablarda 

(İncil,  Tövrat,  Zəbur,  Quran),  əski  astroloji  mənbələrdə,  islam 

dəyərlərində  insanm  yaranmasında  rol  oynayan  dörd  ünsürün  (od, 

torpaq, su, hava) istər müsbət, istərsə də mənfi təzahürlərinin yalnız 

Allahm insana bəxş etdiyi idrakın qüvvəsilə tənzimlənməsi öz əksini 

tapır. Yəni torpağı sevən, ondan bəhrələnən insanlar bir sıra hallarda 

torpaqda  baş  verən  təbii  hadisələrin  (zəlzələnin,  vulkan 

püskürmələrinin  və  s.),  fəlakətlərin  təsirinə  məruz  qalır.  Yaxud  su 

insan həyatı üçün nə qədər faydalıdırsa  ağır su  kütləsindən (seldən, 

leysandan, daşqmdan və s.) insan zərər çəkir. Hava insan həyatmın ən 

başlıca amilidirsə qe30-i-adi hava sıxlığından yaranan hava seli (tufan, 

qasırğa  və  s.)  insanm  həyatı  üçün  çox  təhlükəli  olur.  Eləcə  də  od 

insanın  sosial  məişətində  nə  qədər  dəyərlidirsə  odun  törətdiyi 

fəlakətlər (yanğmlar, partlayışlar və s.) insan məskənlərini xarabalığa 

döndərir. Bunlarm qarşısmı almaq üçün insanm ağlı, dərrakəsi, zəkası, 

idrakı həmin amillərin qarşısını almaq üçün axtarışlar, kəşflər etməli, 

yenilikləri üzə çıxarmalı, nəzəriyyələr, qanunlar yaratmalıdır. Deməli, 

insanlarm  ilk  bilik  mənbəyi  təbiətdirsə,  həmin  biliyi  onlar  təbiət  və 

cəmiyyət hadisələrinin tənzimlənməsinə yönəltmək üçün ilk növbədə 

idrakın qüvvəsinə güvənməlidir. Bu zaman bilik anlayışma aşağıdakı 

tərifi vermək lazım gəlir: 

Bilik 



təbiətin, 



cəmiyyətin, 

idrakm 


ümuminkişaf 

qanunauyğunluqlarına,  qanunlarma  dair  faktlarm,  rəqəmlərin, 

məlumatların və informasiyalarm məcmusudur. 

Bacarıq  -  biliklərin  tətbiq  olunması,  vərdiş  isə  bacarıqların 

avtomatlaşdırılması kimi başa düşülür. 

Hər  bir  tədris  fənnində  biliklər  real  predmetləri,  prosesləri, 

maddi aləmin təzahürlərini özündə əks etdirən və müəyyən sistemdə 

verilən  faktlarda,  anlayışlarda,  qanunlarda  və  elmi  nəzəriyyələrdə 

ifadə olunur. 

Biliklər  həm  də  praktikada,  tətbiqolunma  prosesində  bacarıqla 

bağlıdu*. Bacarıq - bu mənimsənilmiş biliklər əsasında şüurlu surətdə 

yerinə  yetirilən  praktik  fəaliyyətə  insanın  bir  növ  hazır  olmasıdır. 

Bacarıq biliklərin məzmunu ilə birbaşa əlaqədardır. Bacarıqla- rm hər 

biri müəyyən nəzəriyyəyə əsaslanır. Məsələn, riyazi qa 



136 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə