MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə46/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   42   43   44   45   46   47   48   49   ...   196

nunların  dərk  olunmaq  bacarığı,  yaxud  oxunmuş  məmin  planını 

tutmaq  bacarığı,  məsələləri  həll  etmək  bacarığı,  müəyyən  dərəcədə 

mürəkkəb  inşalar  yazmaq  bacarığı,  kimya  üzrə  müşahidə  və  ya 

təcrübə  aparmaq,  musiqi  alətində  çalmaq  bacarığı,  rəsm  çəkmək 

bacarığı və s. bu cür bacarıqlardır. 

Vərdiş-bacarıqların dəfələrlə təkrarı nəticəsində avtomatlaş- mış 

formasıdır.  Vərdiş  o  qədər  avtomatlaşmalıdır  ki,  o,  sürətli  və 

nöqsansız fəaliyyətə çevrilsin. Məsələn, qiraət, məktub yazmaq, şifahi 

hesablama vərdişi, alətlərdə sərbəst çalmaq, rəsmi təxəyyüldən kağıza 

köçürmə,  topu  dəfələrlə  çiləmə,  tumikdə  sərbəst  yellənmə,  aşma, 

fırlanma və s. 

Bütün fənlərin tədrisi prosesində şagirdlər qazandıqları bilikləri 

mənimsəməyi  bacarmaq  üçün  ciddi  səy  göstərməlidirlər.  Yalnız  bu 

ciddi  səyin  sayəsində  şagirdlər  öyrəndiklərini  dönə-dönə  təkrar 

etməyə  alışırlar.  Bu  alışqanlıq  bir  növ  vərdişə  çevrilir.  Başqa  sözlə 

desək,  şagirdləri  öyrənməyə  alışdıran  bir  sistem  yaranır.  Hansı  ki, 

pedaqoji prosesdə buna bilik, bacarıq və vərdişlər sistemi deyilir. Bu 

sistemin yaradılması isə müəllimin səviyyəsindən və səriştəsindən çox 

asılıdır. 

Şagirdlərin  bilikləri  mənimsəməsi  zamanı  şüurlarında  maddi 

aləmin  düzgün,  təhrif  olunmamış  şəkildə  əksini  necə  təmin  etmək 

qaydalarını  da,  onlara  necə  dərk  və  tətbiq  etməyi  də  məhz  müəllim 

öyrədir. 

Məlum  olduğu  kimi,  insan  özünün  bütün  həyatı  və  praktik 

fəaliyyəti  prosesində  obyektiv  aləmi,  yəni  gerçəkliyi  dərk  edir.  Bu 

zaman ona idrak prosesləri kömək edir. İnsanda 5 duyğu üzvü vardu* 

ki, onların da hamısı idrak prosesinə xidmət edir. Ona görə də təlim 

prosesi biliksizlikdən biliyə, qeyri-dəqiq və natamam biliklərdən daha 

dəqiq və daha tam biliklərə doğru hərəkətidir. 

Şagirdlərin  idrak  prosesinin  fəaliyyət  dinamikasını  elə 

tənzimləmək lazımdır ki, onlar duyduqları predmet və hadisələri, yəni 

elmi-nəzəri  faktları  dərindən  mənimsəyib  qavrasın,  hafizəsində 

saxlasın,  hifz  etsin,  sonra  təfəkkür  süzgəcindən  keçirərək  nitq 

vasitəsilə onu ifadə edə bilsin. 

Təfəkkür  süzgəcindən  keçirilən  elmi  dəlillər  yalnız  nitq 

vasitəsilə aşkarlanır. Çünki biz təfəkkür deyəndə hər hansı hadisənin, 

faktm, qanunauyğunluğun və s. kəşfinə yönəldilmiş, sosial cəhət 

137 



dən şərtlənən və nitq vasitəsilə ifadəsini tapan psixi prosesi nəzərdə 

tuturuq. 

Unutmaq olmaz ki, təfəkkür dil ilə ayrılmaz şəkildə bağlıdır. Dil 

idrakda  mühüm  rol  oynayır.  İnsanlar  dil  vasitəsilə  öz  aralarında 

ünsiyyət  saxlayır,  özlərinin  dərketmə  fəaliyyətlərinin  nəticələrini 

ifadə  edirlər.  Yeni  nəsil  bunun  sayəsində  əvvəlki  nəsillərin 

təcrübələrinə yiyələnirlər. 

Şagirdlər bilikləri mənimsədikləri, obyektiv aləmi dərk etdikləri 

halda  onların  bilikləri  mənimsəməsi  idrak  müxtəlifliyi  ilə  bağlıdır. 

Buna  görə  də  idrakın  ümumi  qanunauyğunluqları  bu  prosesə  aid 

edilir. 

Gənc  nəsil  tərəfindən  biliklərin  mənimsənilməsi  cəmiyyətin 

inkişafında ən mühüm və ən zəruri şərtdir. Lakin tədrisin ictimai rolu 

heç də həmişə özünü binizə vermir. Çünki tədrisə stimul yalnız tədris 

prosesində  yaranır.  Müəllim  uşaqlarda  marağı  artırır,  onlarda 

məktəbdə tədris olunan biliklərə tələbat yaradır, tədris məşğələlərinə 

maraq  tərbiyə  edir,  onları  tədrisə  həvəsləndirir.  Yalnız  bu  zaman 

uşaqlar bəşəriyyətin əldə etdiyi bilikləri mənimsəməyə başlayırlar. Bu 

şərtlə  ki,  təlim  prosesində  mexaniki  əzbərləməyə  bayağı,  dayaz 

ümumiləşdirmələr  aparılmasma  yol  verilməsin.  Bəzən  müəllim  hər 

hansı bir qanunun, tərifin əzbərlənməsini tələb edir. Şagirdlər əzbər 

söylədikləri tərif üçün təşəkkür də alır. Beləliklə, şagirdlər mexaniki 

əzbərləməyə  meyl  etməyə  başlayırlar.  Təcrübə  və  müşahidələr 

göstərir ki, mexaniki əzbərləmə vasitəsilə əldə edilən formal bilik tez 

də unudulur. Yəni qavranılmır, idrak vərdişinin məhsuluna çevrilmir. 

Başqa  sözlə  desək,  şagird  həmin  biliyi  mənimsəmir,  öz  malı  etmir, 

çünki  onu  tezliklə  unudur.  Ona  görə  də  təlim  prosesində  mexaniki 

əzbərləməyə  yol  vermək  olmaz.  Sual  olunur,  bəs  şeirlərin 

əzbərlənməsinə  necə  yanaşılmalıdır.  Cavab  birmənalıdır.  Şerin  də 

mexaniki əzbərlənməsi, onun unudulması ilə nəticələnir. Ona görə də 

şerin  mahiyyəti,  məzmunu,  tərbiyəvi  əhəmiyyəti  ətraflı  şərh 

edildikdən,  onun  ideyası  dərindən  mə-  nimsədildikdən  sonra 

əzbərlənməsi faydalı olur. 

Hər bir tədris predmeti üzrə şagirdlərin bilikləri mənimsəməsi 

bəzi  xüsusiyyətlərlə  xarakterizə  olunur.  Məsələn,  ibtidai  siniflərdə 

səs, söz, cümlə haqqında şagirdlərə verilən ilkin məlumatlar V- VIII 

siniflərdə  fonetika,  morfologiya  və  sintaksis  bölmələrində  verilən 

ətraflı məlumatlar vasitəsilə daha da möhkəmləndirilir. Adə 



138 


tən mənimsəmə müəllimin öyrənmək üçün nəzərdə tutulan mövzunun 

elan olunmasından başlanır və onlar şagirdləri yeni materialın fəal və 

şüurlu surətdə qavranılmasına hazırlayırlar. Eyni zamanda şagirdlərin 

şüurunda  yeni  materialların  tədrisi  zamanı  arxalandığı  biliklər  və 

təcrübələr bərpa olunur. Bəzən müəllim bu məqsədlə şagirdlərə bu və 

ya digər müşahidələrin aparılması üçün tapşırıq verir. Məsələn, ibtidai 

siniflərdə  çaylar,  göllər  haqqında  verilən  sadə  məlumatlar  zamanı 

şagirdlərə suyun buxarlanması, yerlə atmosfer arasında dövr etməsi, 

buludun  və  yağışm  yaranması  kimi  kimyəvi  və  bioloji  proseslər 

öyrədilir.  Yuxarı  siniflərdə  isə  şagirdlərin  oksigen  və  hidrogen 

mövzularını  dərindən  öyrənməsinə  məhz  ibtidai  siniflərdə  öyrədilən 

həmin biliklər stimul rolunu oynayır. Sadədən mürəkkəbə, ibtidaidən 

aliyə  doğru  biliklərin  öyrədilməsi  sanki  bütöv  bir  sistem  halında, 

konkret  bir  zaman  ərzində  baş  vermir,  şagirdlərin  təfəkküründə 

konkret təsəvvürlərdən anlayışlara keçid kimi sadə anlayışlardan daha 

mürəkkəb  anlayışlara,  anlayışlar  sisteminə  keçid  kimi  baş  verir.  Bu 

zaman  hər  addımda  əvvəllər  əldə  edilmiş  yeni  biliklərin 

birləşdirilməsi, onlar arasmda daxili bir əlaqənin yaranması baş verir. 

Başqa sözlə desək, köhnənin yeni ilə əvəzlənməsi baş verir. Köhnənin 

yeni ilə belə daimi əlaqəsi bütün tədris prosesini əhatə edir. 

Biliklərin  mənimsənilməsi  prosesinin  düzgün  qoyuluşu  onunla 

xarakterizə olunur ki, şagirdlər öyrənilən materialı dərindən dərk edir, 

bacarıq  və  vərdişlərini  təkmilləşdirirlər.  Biliklərin  verilməsinin, 

bacarıq və vərdişlərin aşılanmasmın sistem halında həyata keçirilməsi 

şagirdlərin  elmi  dünyagörüşlərini  inkişaf  etdirir,  tərbiyəli-  lik 

səviyyəsini yüksəldir və onlarm hərtərəfli inkişafmı təmin edir. 



3.15 Biliklərin möhkəmləndirilməsi 

Şagirdlərə  biliklərin  verilməsi  ilkin  didaktik  şərtlərdən  hesab 

olunursa  onların  möhkəmləndirilməsi  ən  başlıca  didaktik  şərtlərdən 

sayılır. Məlum olduğu kimi, biliklərin verilməsinin yolları, vasitələri, 

imkanları,  üsulları,  formaları  çoxdur.  Bütün  hallarda  biliklərin 

verilməsinin nəzəri və praktik əsaslarını müəyyənləşdirdikdən sonra, 

həmin  biliklərin  möhkəmləndirilməsilə  bağlı  bir  sıra  ideyaların  və 

nəzəri müddəaların verilməsi müəllimlər üçün çox 

139 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə