MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə48/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   44   45   46   47   48   49   50   51   ...   196

Şüurun bütün bu funksiyalarını nəzər alaraq aşağıdakıları demək 

olar: həqiqət ondan ibarətdir ki, bizim ruhumuz tam meylliliyə çatana 

qədər təfəkkür və onda yaranan aktual şüurun hesabına istədiyi vaxt 

onu potensial vəziyyətdən aktual vəziyyətə çıxartmış olur. Bu zaman 

o, materiyadan təcrid olunmuş şüura yaxınlaşa bilir və onda cisim və 

predmetlərin formaları ona ya təcrid edilən və ya dərk edilən şəkildə 

axır. Meyl təhsilə qədər tam olmur, təhsildən sonra isə tam olur. İlkin 

təhsil gözlərin sağalmasına bənzəyir: gözlər sağalanda istədikləri vaxt 

müəyyən  forma  aldıqları  əşyaları  görürlər,  əşyalardan  ayrılanda  isə 

axırıncı  bilik  əşyasına  və  yaxud  aktuallığa  yaxın  ippotensiyada 

hissiyyat qəbul etməsinə çevrilir. 

O ki qaldı dərk edilənin insanın zehnində qalmasına, bu belədir: 

Hər hansı bir əşya barədə fikirləşəndə adamın yadına əşya ilə yanaşı 

onun  adı,  ya  da  yaddaşda  qalan  imaqinativ  obrazı  düşür.  Sən  də 

bilirsən ki, bu dərk edilən həmin əşya bir və ya digəri nəzərdə olan, 

dərk edilən əşyadır. Əgər sənin yadına onunla yanaşı digər dərk edilən 

əşya, ya da başqa dərk edilən əşyanın adı düşsəydi, onda sən bilərdin 

ki,  o  sənin  fikirləşdiyin  deyil.  Eləcə  də  əgər  sənin  yadına  müəyyən 

əşyanın adı (həm də onun başqa adı ola bilər) düşsə və əgər sən hər iki 

adı  xatırlasan,  onda  sən  bilərsən  ki,  bu  həmin  əşyadır,  lakin  yadına 

başqa ad düşsə, onda bilərsən ki, bu başqa əşyadır. 

Bu cür yadda saxlama xəyalın köməyi və zehnin gücü ilə alınır: 

dərk edilən ideyalar yaddaşda ona görə qalır ki, onlar bu iki qüvvədə 

həkk olunurlar. 

Ruh  bu  qüvvələrə  üz  tutanda  dərk  olunanların  formaları  və 

məzmunu  konkretləşir.  Necə  ki,  təhsil  vaxtı  dərketmənin  hüdudları 

genişlənir.  İnsan oxuduqlarını əvvəl  qavrayır, sonra dərk  edir. Dərk 

etdiklərini u2oın müddət hafizəsində saxlamağa müvəffəq olur. İnsan 

bilik təcrübəsini (və ya təcrübədə qazandıqları bilikləri) tez-tez yada 

saldıqda  onu  birdəfəlik  yadda  saxlaya  bilir.  Buna  biliklərin 

möhkəmləndirilməsi  də  deyilir»  (Bax.  Ət-Təhsil,  VIII,  IX,  XII 

fəsillər). 

Göründüyü  kimi  hələ  XI  əsrdə  Əbülhəsən  Bəhmənyar  əldə 

edilmiş biliklərin qavranılması, dərk edilməsi, hafizədə saxlanılması, 

yada  salınması,  yadda  saxlanılaraq  möhkəmləndirilməsinin  fəlsəfi 

mahiyyətini  və  məntiqi  əsaslarını  aydınlaşdırmışdır.  Belə  yanaşma 

pedaqoji cəhətdən də səciyyəvi sayıla bilər. 

143 



Pedaqoji prosesdə biliklərin möhkəmləndirilməsi təliminin əsas 

ünsürlərindən  biri  hesab  olunur.  Möhkəmlətmənin  əsas  məqsədi 

qavrama  və  anlama  prosesində  əldə  edilmiş  biliklərin  uzun  müddət 

yadda saxlanmasını təmin etməkdir. Təcrübə və müşahidələr göstərir 

ki,  şagirdlər  hər  hansı  bir  tədris  materialını  əvvəlcə  asanlıqla 

anlayırlar. Lakin sonra həmin materialı tədricən unudurlar. Bu zaman 

həmin  tədris  materialına  uyğun  şagirdlərin  əldə  etdikləri  biliklərin 

möhkəmləndirilməsi  zərurətə  çevrilir.  Bəzi  müəllimlər  bunun  üçün 

sual-cavab  aparmaqla  möhkəmləndirməni  təmin  etmək  istəyirlər. 

Unutmaq olmaz ki, sual-cavab yalnız şagirdin qazandığı bilikləri bir 

növ yada salmağa daha çox kömək edir. Möhkəmləndirmənin ən əsas 

amilləri təkraretmə, yada salmadır. 

Biliyin möhkəmləndirilməsinin bir neçə forması dərk olunmuş 

biliklərin  yaddan  çıxarılmasının  qarşısının  alınması  məqsədilə  qav- 

ranılan matcrialm şagirdlər tərəfindən təkrar istehsalıdır. 

Biliklərin ilkin möhkəmlənməsi hələ son dərəcə qeyri-sabit olan 

və  möhkəmlənməyə  ehtiyacı  olan  yeni  əlaqələrin  yaranmasının 

ardınca  baş  verir.  Bu  o  deməkdir  ki,  aşağı  siniflərdə  şagirdlərin 

biliklərinin  ilkin  olaraq  möhkəmləndirilməsi  xeyli  miqdarda 

təkrarlamalar tələb edir. Yuxarı siniflərə keçdikcə vəziyyət bir qədər 

başqa şəkil alır, çünki burada şagirdlərin əqli fəaliyyətinin xarakteri 

dəyişir.  Bundan əlavə,  yeni  qəbul  edilmiş biliyin tam təkrarlanması 

öyrənilən  materialın  həcminin  kəskin  şəkildə  azalmasına  gətirib 

çıxara  bilər.  Buna  görə  də  şagirdlərin  qavradıqları  yalnız  başlıca 

biliklər  möhkəmləndirilir.  Təcrübələr,  müşahidələr  və  xüsusi 

tədqiqatlar göstərmişdir ki, V-VII siniflərdə keçilən dərslərdə alınan 

biliklərin  ilkin  möhkəmləndirilməsi  əsas  ən  yeni  faktların, 

təsəvvürlərin  təkrar  olunması  ilə  baş  verir.  Təkrarlar  planlı, 

məqsədyönlü  aparılmalıdır.  Tədqiqatlar  göstərir  ki,  qısa  müddətli, 

uzun 


müddətli 

və 


cari 

təkrarlardan 

istifadə 

edilməsi 

möhkəmləndirmənin səmərəsini artım. 

Tədris  materialının  möhkəmləndirilməsi üzərində aparılan işin 

nəticəsi  həmin  materialın  şagirdlər  üçün  hansı  dərəcədə  maraqlı 

olmasından  çox  asılıdır.  Bu  zaman  müəllimin  problem-situasiya 

yaratması daha faydalıdır. Çünki məhz problem-situasiya təkrar üçün 

zəmin yaratmış olur. 

Tədris  materialmm  ilkin  möhkəmləndirilməsi  zamanı  orta  və 

yuxarı siniflərdə şagirdləri müstəqil olmağa dah çox can atırlar. 



144 


Onlar  müəllimin  verdiyi  tapşırıqlar  üzrə  qavranılmış  mühüm 

materialları təkrar etməyi  sevirlər. Bu zaman həm  fəal,  həm  də cari 

təkrarlardan istifadə olunması yaxşı nəticə verir. 

Dediklərimizə  yekun  vurarkən  onu  da  qeyd  etməliyik  ki, 

təkrarlama işi məqsədyönlü, planlı və mütəşəkkil surətdə aparıldıqda, 

əldə  olunan  biliklərin  möhkəmləndirilməsi  işi  daha  böyük  səmərə 

verir.  Biliklərin  möhkəmləndirilməsi  isə  şagirdlərin  gələcək  həyata 

hazırlanmasında əvəzsiz rol oynayır 

3.16. Müqayisə ağlın sönməz məşəlidir 

Müqayisə  elmi  pedaqogikada  təlimin  üsullarından  biri  kimi 

təqdim olunmuşdur. Bu üsulu Avropada ilk dəfə olaraq 

J.Parijski  (Mark  Antuan  Juliyen  Parijski.  1775-1848)  tədqiq  etməyə 

cəhd  göstərmiş,  müqayisəli  təlim,  müqayisəli  tərbiyə  terminlərini 

işlətmiş və bu barədə bir neçə məqalə yazmışdır. 

Rusiyada isə K.D.Uşinski və L.N.Tolstoy müqayisə priyo- mu 

barədə  ideyalar  irəli  sürmüşlər.  Müqayisənin  elmi,  nəzəri  və  əməli 

problemlərini  ilk  dəfə  olaraq  fundamental  şəkildə  tədqiq  edən 

əməkdar elm xadimi, professor Nurəddin Kazımov olmuşdur. 

N. M. Kazımov müqayisənin tarixi, məntiqi, obyektiv, fizioloji, 

psixoloji  və  pedaqoji  əsaslarını  ilk  dəfə  olaraq  üzə  çıxararaq  elmi 

şəkildə  sistemə  salmışdır.  M.M.Kazımov  müqayisəni  ağlın  sönməz 

məşəli  hesab  edir.  N.Kazımova  görə  müqayisə  etməklə  fikri  daha 

müfəssəl, daha konkret, daha obyektiv və məntiqi şəkildə söyləməklə 

başqalarından  fərqlənmək  olar.  N.  Kazımov  müqayisə  ilə  bağlı 

tədqiqata  başlayarkən  müqayisənin  elmi,  bədii,  texniki  ədəbiyyatda 

səpələndiyi  fikrini  irəli  sürmüş  və  onun  fundamental  həlli  ilə  bağlı 

vəzifələr müəyyənləşdirmişdir. Həmin vəzifələrdən biri müqayisənin 

tarixi  köklərini  öyrənmək  olmuşdur.  Doğrudan  da  müqayisənin  ilk 

nümunələri  şifahi  xalq  yaradıcılığı  materiallarında  və  aşıq 

yaradıcılığmd- adır. “Atı atın yanında bağlayanda həm rəng olmasa, 

həm  xasiyyət  olar”.  Bir  atın  digərilə  müqayisəsi  insanların  mühitdə 

bir-birlərinə təsiri nəticəsində xasiyyətlərinin dəyişməsi də 



145 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə