MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə52/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   48   49   50   51   52   53   54   55   ...   196

diləsi onların hər ikisinə çox şey verə bilər. Y.A.Komenski yazırdı ki, 

şagirdlərin  hər  şeyi  darıxmadan  yerinə  yetirməsi  üçün  onlara  atalıq 

qayğısı ilə yanaşmaq lazımdır. Onlar bilsinlər ki, müəllimlər onların 

mənəvi valideynləridir. 

Təlimdə sistemlilik və ardıcıllıq prinsipi 

Didaktik  materialın  tərtibi,  biliklərin  verilməsi  sistem  halında 

olmalıdır. 

Sistemlilik 

mövzunun 

məzmunundakı 

məntiqə 

əsaslanmalıdır.  Mövzunun  bitmiş  hissələri,  bölmələri  bu  sistemin 

başlıca ünsürləridir. Müşahidələr göstərir ki, təlimdə sistemliliyin və 

ardıcıllığın  pozulması  biliklərin  mənimsənilməsini  son  dərəcə 

çətinləşdirir. Əgər şagirdlər sözlərdə vurğuların yeri barədə qaydaları 

zəif  mənimsəyiblərsə  və  saitləri  tapmaqda  çətinlik  çəkirlərsə,  onda 

kökdə  vurğusuz  saitlərin  düzgün  yazılması  haqqmda  qaydaları 

mənimsəmək  iqtidarında  olmayacaqlar  və  eyni  zamanda  da  bu 

qaydalardan praktikada istifadə edə bilməzlər. Riyaziyyatda adi kəsr 

üzərində əməlləri mənimsəməyən və hesablamalarda baş verən eyni 

dəyişiklikləri  dərk  etməyən  uşaqlar  kəsrlər  üzərində  əməliyyatların 

mahiyyətinə vara bilməzlər. 

Biliklərin  sistemli  şəkildə  mənimsənilməsi  şagirdlərin  idrak 

qüvvələrinin  və  qabiliyyətlərinin  ardıcıl  mkişafınr  təmin  edir. 

Şagirdlərin  təfəkkürü  məhz  bunun  sayəsində  inkişaf  edir.  İbtidai 

siniflərdə adi və çox da böyük olmayan şeir parçalarının öyrənilməsi 

şagirdlərin yaddaşının möhkəmlənməsinə təsir göstərir, müəllim məhz 

bunun sayəsində öyrənilən materialın həcmini tədricən artırmaq, orta 

və  yuxarı  siniflərdə  bu  sahədə  onları  çətin  tapşırıqlara  hazırlamaq 

imkanı əldə edir. 

Bütün  tədris  proqramları  təlimin  sistemliliyi  və  ardıcıllığı 

prinsipi  əsasında  işlənib  hazırlanır.  Proqramlardakı  sistemlilik  və 

ardıcıllıq  şagirdlərdə  sistemli  biliklərin  əldə  olunmasına  zəmin 

yaradır. Şagirdlərin sistemli biliklərə yiyələnməsi isə tədris prosesində 

həll  edilir.  Tədrisdə  sistemlilik  şagirdlərin  köhnə  bilikləri  əsaslı 

şəkildə  mənimsədikdən  sonra  yenilərinə  keçməsi  ilə  təmin  olunur. 

Odur ki, şagirdlər əvvəlki bilikləri mənimsəməmiş onlara yeni biliklər 

verilməməlidir. 



155 


Praktik  materialların  sistemli  şəkildə  tədris  olunması  elmdə 

aparıcı  ideyaların  və  prinsiplərin  işıqlandırılması  ilə  sıx  bağlıdır. 

Məktəb  təliminin  inkişaf  tarixindən  məlumdur  ki,  elmi  prinsiplər 

tədris  sisteminə  təsir  göstərir.  Məsələn,  məktəbdə  tədris  edilən 

təbiətşünaslıq  XIX  əsrin  ortalarına  qədər  müxtəlif  qrupdan  olan 

heyvanlar və bitkilər vəsiləsinin, dəstəsinin, ailəsinin və öz aralarında 

yalnız  zahni  cəhətdən  əlaqəsi  olan  növlərin  xarakteristikasını 

öyrənirdi.  O  vaxt  dərslik  500  səhifə  həcmindən  çox  idi.  Burada 

ayrı-ayrı heyvanlar təsvir edilmişdi, onların adları yalnız bir nümunə 

kimi çəkilirdi. Bəzi hallarda isə bu heyvanların yaşadıqları yer, hətta 

şəkilləri göstərilməklə bu və ya digər növlərin təsviri verilirdi. 

Dərslikdə verilmiş materiallar son dərəcə quru və can sıxıcı idi. 

Lüzumsuz hesablamalar və təsvirlər baş alıb gedirdi. Bu materiallar 

sırf süni sistemdə yerləşdirilmişdi. Orqanizmin genetik münasibətləri 

üzərində deyil, təsnifatlaşdırma sistemi üçün əlverişli olan əlamətlərə 

tabe edilirdi. Bütün bunlar elmin inkişaf səviyyəsi ilə izah edilirdi. 

Məktəbin əvvəlki inkişaf mərhələlərində ən böyük elmi kəşflər 

və  elmi  nailiyyətlər  tədriclə,  həm  də  son  dərəcə  kiçik  formalarda 

məktəb proqramına daxil edilmişdir. 

İndi isə tədris fənninin məzmununa yeni elmi kəşflər, mütərəqqi 

metodlar daxil edilir. 

Elmin  ən  mühüm  qanunlarının,  aparıcı  ideyaların  və  elmi 

nəzəriyyələrin mənimsənilməsi nəticəsində şagirdlər faktları dərindən 

dərk  edir,  onlar  arasında  məntiqi  əlaqələr  qurmaq  vərdişləri 

qazanırlar. 

Təlimin sistemliliyi tədris fənninin ardıcıl təsviri ilə əldə edilir. 

Müəllim şagirdlərin bilik və inkişaf səviyyəsindən asılı olaraq təsviri 

elə  aparmalıdır  ki,  şagirdlər  yeni  materialı  ardıcıl  və  şüurlu  şəkildə 

mənimsəsinlər, öz təsəvvürlərini getdikcə genişləndirsinlər. 

Təlimdə sistemlilik düzgün apanidıqda şagirdlər əsasən müvafiq 

bilikləri mənimsəməklə predmetin hissələri arasında məntiqi əlaqələri 

başa düşməyə çalışırlar. 

Anlayışlar arasında əlaqələri dərk etmək və anlayışlar sistemini 

mənimsəmək  üçün  tədris  işlərinin  xüsusi  növlərini  tətbiq  etmək 

lazımdır. Tədris işlərinin başlıca məqsədi sistemləşdirmə və 

156 



ümumiləşdirmədir.  Bu  prposeslər  bilikləri  mənimsəmənin  hər  bir 

mərhələsində baş verir, mövzunu öyrənmək prosesində isə onlar daha 

mühüm əhəmiyyət kəsb edirlər. 

Müəllimin  hər  bir  düşünülmüş  sualı  şagirdləri  ardıcıllığa  sövq 

etməli, düşündürməlidir. 

Orta  məktəbi  bitirən  şagirdlər  öz  üzərində  sistemli  şəkildə 

işləməyi  bacarmalıdırlar.  Elə  buna  görə  də  ciddi  sistemliliyə  və 

ardıcıllığa təkcə məzmunda deyil, həm də tədris əməyi prosesində də 

riayət  olunmalıdır.  Hər  bir  tədris  əməyinin  növü  daha  mürəkkəb  iş 

növlərini  tədricən  tətbiq  etməklə  məktəbliləri  praktik  şəkildə 

öyrətməlidir.  Şagirdlərin  müstəqil  iş  növlərinin  mürəkkəbliyində, 

onların  müstəqillik  dərəcələrinin  yüksəlməsində  də  sistemlilik  və 

ardıcıllıq gözlənilməlidir. 

Təlimdə şüurluluq, fəallıq və 

müstəqillik prinsipi 

Şüurlu  surətdə  əldə  edilən  fəal  təlim  əməyi  müstəqil  olaraq 

qavranılmalı  və  möhkəmləndirilməlidir.  Ona  görə  ki,  şagirdlərin 

bilikləri mənimsəməsi onların fəal təhsil əməyi prosesində baş verir. 

Müəllimin verdiyi biliklər, məktəblilər tərəfindən şüurlu surətdə dərk 

olunmalı, möhkəmlənməlidir. Qazanılmış elmi məlumatlar şagirdlərin 

daxili  dünyasına,  mənəviyyatına  hopmalı,  zehnini,  yaddaşını, 

dünyagörüşünü inkişaf etdirməlidir. Şagirdlərdə  şüurluluq,  dəqiqlik, 

fəallıq,  təşəbbüskarlıq,  işgüzarlıq,  yerinə  yetirilən  işə  yaradıcı 

münasibət  vərdişinə  çevrilməli,  bunun  üçün  müəllim  ən  optimal 

üsullardan istifadə etməlidir. 

Təcrübə və müşahidələr göstərir ki, elmlərin əsaslarının şüurlu 

surətdə  mənimsənilməsi  və  onların  həyatda  fəal  tətbiqi  şagirdləri 

yaradıcılıq prosesinə alışdırır. 

Elmi-nəzəri  məlumatların  şüurlu  mənimsənilməsi  təfəkkür  və 

nitqinin  inkişafı  ilə  bilavasitə  əlaqədardır.  Ona  görə  də  ilk  növbədə 

şagirdlərin təfəkkür tərzinin, nitqinin inkişafı ilə bağlı əməliyyatlara 

üstünlük  verilsə  yaxşı  olar.  Unutmaq  olmaz  ki,  məktəbdə  öyrədilən 

biliklərin  xarakteri  şagirdlərin  müasir  elmin,  texnikanın  əsaslarını 

ardıcıl və dərindən mənimsənilməsini tələb edir. Yalnız 



157 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə