MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə60/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   56   57   58   59   60   61   62   63   ...   196

məsələni həll etmək üçün bir adam onun dilini başa düşməyən digər 

adamlarla ünsiyyətdə olmaq üçün nə edərdisə, onu da etdilər. Adam 

belə  hallarda  adətən  tərcüməçinin  köməyindən  istifadə  edir.  Bəs 

insanla  kompüter  arasında  kim  «tərcüməçi»  ola  bilər  ki, 

proqramlaşdırma dilində yazılmış proqramı maşm dilinə çevirə bilsin? 

Belə  funksiya  xüsusi  proqramlara  həvalə  edilmişdir.  Bu  proqramlar 

xüsusi vasitələrlə artıq maşın dilmdə yazılmışdır və onunla bu və ya 

digər  proqramlaşdırma  dillərini  başa  düşə  bilir.  Həmin  proqramlar 

transiyator və ya kompiliyatorlar adlanır, İmperotor termininə də rast 

gəlmək  olar.  Bu  proqramların  hamısı  eyni  bir  işi  görür:  Proqoramı 

aiqoritmik  dildən  maşın  dilinə  çevirir.  Lakin,  bunu  onlar  müxtəlif 

üsullarla  yerinə  yethirlər.  Ona  görə  də  onlara  müxtəlif  adlar 

verilmişdir. 

(H.V.Meladze, 

Ə.A.Vəliyev, 

V.Ə.Sadixov, 

N.M.Sxirtladze, 

P.A.Sereteli. 

Əyləncəli 

İnformatika 

və 

modelləşdirmə. Dərs vəsaiti. Bakı: Çaşıoğlu, 2005, 248-s. səh. 152). 



Təlim  prosesində  proqramlaşdırmadan  istifadə  olunması  ona 

görə  də  təlim  prosesində  bunlardan  ən  lazımiısını  seçmək  üçün 

müəllim  əvvəlcədən  işini  düzgün  planlaşdırmalıdu:.  Müəllim  nəinki 

hər bir fənn üçün, hətta hər bir mövzunün izahı üçün məqbul hesab 

edilən  proqramlaşdırma  dili  seçməlidir.  Bir  neçə  proqramlaşdırma 

dilləri mövcuddur, lakin onlardan yalnız bəziləri geniş istifadə edilir. 

Onların  hər  birinin  öz  «tərcüməçisi»,  başqa  sözlə,  kompilyatoru 

vardır.  Bu  dillərdən  bəziləri  kütləvidir,  yəni  onlar  geniş  spektrli 

proqramlar  isə  yalnız  müəyyən  sinif  məsələləri  həll  etmək  üçün 

əlverişlidir. 

(H.V.Meladze, 

Ə.A. 


Vəliyev, 

V.Ə.Sadixov, 

N.M.Sxirtladze, Bakı: Çaşıoğlu, 2005. 248 səh 152) 

Qeyd  etmək  lazımdır  ki,  təlim  texnologiyaları  pedaqoji 

prosesdə  şagirdlərin  və  müəllimlərin  elmi-texniki  tərəqqinin  son 

nailiyyətləri  olan  texniki  vasitələrin  köməyilə  bu  prossesin  təsviri 

formalarmm  məzmununu  optimallaşdırır.  Xüsusilə  bu  vasitələrin 

içərisində təlim prosesinin optimalaşdırılmasmı hərtərəfli təmin edən 

kompüter  texnologiyası  təlimin  bütün  mərhələlərinin  optimal- 

laşdırılmasını  o  zaman  təmin  etmiş  olur  ki,  proqramlaşdırma  dilləri 

şagirdlər  tərəfindən  normal  bir  şəkildə  mənimsənilmiş  olsun.  Əgər 

sinifdə  mənimsəmə  faizi  aşağı  olarsa  bu,  təlimin  optimallaşdırılma- 

sına  öz  mənfi  təsirini  göstərə  bilər.  Bunun  üçün  proqramlaşdırma 

dillərini şagirdlərə ayrı-ayrılıqda öyrətmək lazımdır. İlk proqram 



179 


laşdırma dillərindən biri FORTAN dilidir. O, elmi-texniki məsələləri, 

başqa 


sözlə, 

riyazi 


düsturlarla 

həll 


edilən 

məsələləri 

proqramlaşdırmaq üçün nəzərdə tutulmuşdur. Bu elə dilin admdan da 

görünür (Formula Translating-düsturların tərcüməsi ). Bu dil kifayət 

qədər «qədimdir». Onun ilk versiyası keçən yüzilliyin 50-ci illərində 

meydana  gəlmişdir.  O,  hesablama  məsələlərini  proqramlaşdırmaq 

üçün  çox  lazımlı  bir  dil  olmuşdur  və  bu  dilidə  külli  miqdarda 

proqramlar  yazılmışdır.  O  bu  gün  də  mühəndis  və  riyaziyyatçılar 

arasında kifayət qədər geniş  yayılmış bir dildir. Təbii ki, dil inkişaf 

etsə də, ona yeni imkanlar əlavə edildi. Onun müasir dövrdə mövcud 

olan versiyalarmı- FORTAN N -77, FORTAN-95, qeyd etmək olar. 

Dilin  adından  sonra  yazılan  ədədlər  bu  dilin  rəsmi  olaraq  qəbul 

edildiyi  ili  göstərir.  (H.V.Meladze,  Ə.A.Vəliyev,  .Ə'.Sadixov, 

M.Sxirlatdze,  P.P.Sereteli.  Əyləncəli  İnformatika  və  modelləşdirmə 

.Dərs vəsaiti .Bakı: Çaşıoğlu, 2005, 248. Səh. 152) 

Qeyd olunan proqramlaşdırma dillərinin şagirdlərə öyrədilməsi 

zamanı  şagirdlərin  yaş  və  fərdi  xüsusiyyətlərinin  nəzərə  aimması 

vacib hesab olunur. Çünki, aşağı siniflərdə elə şagirdlər var ki, onların 

kompüter  haqqında  təsəvvürü  genişdir.  Əksinə,  yuxarı  sinifdə  elə 

şagird tapılar ki, kompüter haqqında təsəvvürü çox aşağı olur. Bunları 

nəzərə  alan  müəllimin  şagirdlərin  yaşına  uyğun  olaraq  onlara  fərdi 

yanaşmanı düzgün təşkil etməlidir. Bu təcrübədən proqramlaşdırmanı 

öyrədərkən daha çox istifadə etmək lazım gəlir.  Başqa sözlə desək, 

proqramlaşdırmanın  öyrədilməsinə  ən  sadə  proqram  dilindən 

başlamaq lazım gəlir. Məsələn, Pascal dilindən. 

Proqramlaşdırmağa  yeni  başlayanlar  arasında  geniş  yayılmış 

dillərdən biri Pascal dilidir. O, fərdi kompüterlər sənayesinin tüğyan 

etdiyi dövrlərdə, yəni 80-cı illərdə zəfər çaldı. O, bir növ, yeni dillər 

əsrinin başlanğıc nöqtəsi oldu. 0,1971-ci ildə meydana gəldi. Onların 

müəllifi  İsveçrə  riyazıyatçısı  Nikalaus  Virt  Pascal  dilinin  meydana 

gəlməsi  hesabına  məşhurlaşdı.  Bu  çox  sadə  dildir,  bu  dildə 

strukturlaşdırılmış proqram yazmaq olur ki, bunun hesabına proqram 

asanlıqla  başa  düşülür.  O,  həmçinin  yaxşı  proqramlaşdırma  üslubu 

yaratmağa  imkan  verir.  Proqramlaşdırmanı  asanlıqla  qavrama 

xatirinə,  Virt  şüurlu  olaraq,  əvvəlcədən  dilin  imkanlarını 

məhdudlaşdırmağı rəva bilmişdir . 



180 


Müəllifin  özünün  etiraf  etdiyi  kimi,  bu  dil  tədris  dili  kimi 

işlənmişdir.  Lakin  onun  tədris  prosesində  istifadə  edilməsi  yeganə 

məqsəd deyildir. Həqiqətən də, hər hansı bir praktik məsələnin həlli 

üçün istifadə edilə bilməyən vasitə və metodikaların tədris prosesində 

tərbiqi  müvəffəqiyyətli  sayıla  bilməz  .(H.V.Meladze,  Ə.A.Vəliyev, 

V.Ə.Sadixov, N.M.Sxirlladze, P.A.Sereteli. Əyləncəli İnformatika və 

modelləşdirmə. Dərs vəsaiti. Bakı, Çaşıoğlu. 2005, 248-s. Səh. 153. 

Ona görə də dəqiq elmlər üzrə dərs deyən müəllimləri, xüsuilə 

riyaziyyat, həndəsə və informatika müəllimləri üçün nəzərdə tutulan 

proqramların  öyrədilməsi  işində  ehtiyatlı  olmalıdı.  Bu  işdə 

informatika kursunu öyrədənlərin üzərinə xüsusu məsuliyyət düşür . 

Çünki  proqramların  dilini  öyrətəmk  üçün  onlar  bəzi  mübahisəli 

cəhətləri  aydmiaşdırdıqdan  sonra  proqram  haqqında  məlumat 

verməlildir. Məsələn: bir çox hallarda istiqamətləndirmək baxımından 

çox faydalıdır. Bu dillərin köməyi ilə onlar internetdə normal işləyə 

bilərlər.  Dillər  müxtəlif  məqsədlər  üçün  yaradılmışdır.Yuxarıda 

göstərdiyimiz  dillər  əsasən  elm  və  təhsildə  istifadə  edilir.  Lakin 

kompüterin istifadə edilməsi oblastı, əlbəttə tərtibatı və emal edilməsi, 

obrazların  tanınması,  siqnalların  emal  edilməsi  ilə  əlaqədardır. 

İnternet texnologiyasının geniş yayılması, internet səhifələrinin təsviri 

və tərtibatı üçün dillərin meydana gəlməsinə zəmin yaratmışdır. (H.V. 

Meladze,  Ə.A.Vəliyev,  V.Ə.  Sadixov,  N.M.Sxirtladzc,  P.E.Seretell, 

Əyləncəli  İnformatika  və  modelləşdirmə.  (Dərs  vəsaiti.  Bakı. 

Çaşıoğlu, 2005- 248-s. Səh 153-154). 

Ona  görə də şagirdləri internet  səhifələrində sərbəst  işləməyə 

alışdırmaq  üçün  qeyd  etdiyimiz  proqramlaşdırma  dilləri  barədə 

sistemləşdirilmiş  məlumatlar  verilməlidir.  Bu  o  deməkdir  ki, 

dərsdənkənar  tədbirlərdə  müəllim  hər  bir  proqramlaşdırma  dilinə 

ayrıca  məşğələdən  sonra  şagirdlər  artıq  hansı  proqramla  necə 

işləməyin  texnologiyasını  mənimsəyəcəklər.  Proqramlaşdırma 

dillərini  yaxşı  mənimsəyən  şagirdlər  bu  dillərin  köməyi  ilə  internet 

səhifələrində  istənilən  ədəbiyyatı,  istənilən  elmi  informasiyanı  əldə 

etmək  üçün  istənilən  müəllifin  əsərini  və  ya  istənilən  elektron 

kitabxana kataloqunda mövcud ədəbiyyat nümunəsini də mütaliə edə 

bilərlər. Packal dili ilə bağlı ziddiyyətli tərəflər özünü daha çox büruzə 

verir. 


181 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə