MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə62/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   58   59   60   61   62   63   64   65   ...   196

TƏHSİLİNİN  MÜASİR  PROBLEMLƏRİ.-Bakı:  Mütərcim.  2007, 

səh 104). 

Hazırda  respublikamızın  ümumtəhsil  məktəblərində  tətbiq 

olunan  yeni  pedaqoji  texnologiyalardan  biri  də  interaktiv  təlim, 

tərbiyə  və  təhsil  texnoogiyalarıdır.  Bunların  içərisində  ən  zəruri 

texnologiya hesab olunan interaktiv təlim texnologiyalarıdır. Pedaqoji 

ədəbiyyatda  əsasən  interaktiv  təlim  kimi  işlədilən  bu  texnologiya 

növü « fəal təlim» kimi də işlədilir. 

Əslində  «İnteraktiv»  sözü  bir  anlayış  olaraq  «aktiv»,  «daha 

aktiv», «son dərəcə aktiv» mənalarını verir. Ona görə də «interaktiv 

təlim»,  «interaktiv  tərbiyə»,  «interaktiv  təhsil»,  ifadələri  «fəal 

təlim»,«fəal  tərbiyə»,  «fəal  təhsil»,  kimi  işlədilməsi  daha 

məqsədəuyğım hesab olımur. 

Fəal  təlim  üsullarmm  düzgün  müəyyənləşdirilməsi  və  tətbiq 

edilməsindən  ötrü  fəal  təlimin  əsas  prinsiplərinin  düzgün 

müəyyənləşdirilməsi  zəruri  hesab  olunur.  Fəal  təlimin  prinsipləri 

pedaqoji ədəbiyyatda müxtəlif təsnifatda təqdim olunsa da, onlardan 

ən məqsədəuyğun olanlarına istinad olunması daha faydalı olar. 

Ümumiyyətlə qeyd etmək vacibdir ki, təlim prinsiplərinin sayı, 

sırası,  təsnifatı  ilə  bağlı  bir  müəllim  özü  də  öz  təcrübəsi,  öz  iş 

üslubuna,  tədris  etdiyi  fənnin  xarakterinə  uyğun  olaraq,  müasir 

prinsiplərdən istifadə edə bilər. Son ədəbiyyatların birində fəal təlimin 

prinsipləri: 

-

 



Şagirdə  yönəlmiş  təlim-dərsdə  uşaq  əsas  tərəf  kimi  qəbul 

edilir, onun idrak maraqları və tələbatları, imkan və qabiliyyətləri önə 

çəkilir; 

-

 



İnkişafetdirici  təlim-tərbiyə  inkişafından  irəlidə  olub  uşağın 

bilik və bacarıqlara yiyələnməsinin iş prosesi zamanı, ya da yaşlıların 

köməyi ilə üzə çıxarılır; 

-

 



«Qabaqlayıcı  təlim»  -cəmiyyətin  inkişaf  meyllərini  əks 

etdirməli  və  yaxın  gələcəkdə  fəaliyyt  göstərəcək  yeni  nəsil 

hazırlamalıdır; 

-

 



Əməkdaşlıq-təlim  prosesi  zamanı  «müəllim-şagird-vali- 

deyn» bərabər hüquqlu tərəf-müqabil kimi çıxış edirlər; 

-

 

Qrup təlimi-hər bir şagirdi kiçik qrup işinə cəlb etmək, qrup 



halında qarşılıqlı fəaliyyət və əməkdaşlıq etmək . 

185 


Fəal təlim bir sistem kimi təkcə interaktiv üsullardan istifadə 

edilməsini  deyil,  eyni  zamanda  yuxarıda  göstərilən  yeni  prinsiplərə 

uyğun  olaraq  təlim-tərbiyə  prosesinin  yeni  tədris  plan  və 

proqramlamın işlənib hazırlanması və tətbiqi, təlim-tərbiyə prosesinin 

təşkili,  öyrədici  mühitin  yaradılması,  şagirdlərin  nailiyyətlərinin  və 

təlim  prosesinin  qiymtələndirilməsi,  şagirdlərin  şəxsiyyət  kimi 

formalaşmasına  və  inkişafına  dair  proqramlarm  həyata  keçirilməsi 

kimi  vacib  komponentlərin  yenidən  baxılmasını  nəzərdə  tutur. 

(Ş.Ə.Topçiyeva, 

R.T.Qəndilov, 

S.Ş.Tağıyeva, 

Ş.Ə.Qocayev, 

G.N.Hacıyeva  N.  Ə.Məmmədova,  A.T.Hacıyeva,  Z.Y.Rüstəmova, 

Ü.B.Vəliyeva,  N.E.Zeynalova.  Həyati  bacarıqlara  əsaslanan  təhsil, 

(Müəllimlər üçün tədris vəsaiti. V-IX siniflər üçün). Bakı: Mütərcim, 

2006. 608 s. səh 9-10) 

Fəal  təlim  prinsiplərinə  istinad  etməklə,  fəal  dərsi  düzgün 

qurmaq  üçün  ən  optimal  şərait  yaranır.  Bu  optimallığı  saxlamaq  və 

inkişaf etdirmək üçün fəal dərsin quruluşunu, yəni onun sxemini də 

düzgün  qurmaq  lazım  gəlir.  Fəal  dərsin  quruluşu  deyəndə  dərsin 

mərhələlər  üzrə  aparmağın  dinamik  məzmununu  özündə 

səciyyələndirmə strukturu nəzərdə tutulur. Bu zaman müəllim tədris 

etdiyi  mövzunun  xarakterindən  asılı  olaraq  daha  mürəkkəb  təlim 

üsullarından  istifadə  etməlidir.  Son  zamanlar  ümumtəhsil 

məktəblərində reproduktiv təlim üsullarından, izahlı reproduktiv təlim 

üsullarından,  inkişafetdirici  təlim  üsullarından,  kommunikativ  təlim 

üsullarından daha çox istifadə olunur. Çünki müasir məktəb üçün fəal 

təlimin  belə  üsullarının  köməyi  ilə  müəllim  öz  fəalİ3^ətinin 

funksional  komponentlərini  düzgün  müəyyənləşdirə  bilər.  Yəni 

müəllimin fəaliyyətinin qnostik (idrakı), layihələşdirici, konstruktiv, 

təşkilatçılıq  və  kommunikativ  komponentlərindən  istifadə  etməklə 

fəal  təlim  metodlarınm  tətbiqi  imkanlarını  düzgün  müəyyənləşdirə 

bilirlər.  Belə  bir  şəraitdə  dərsin  mərhələlərinin  müəy- 

yənləşdirilməsində  də  yeni  yanaşmalara  üstünlük  verilməsi  zəruri 

sayılır.  Fəal  təlim  üsullarının  tətbiqi  ilə  aparılan  dərsin  əsasən, 

aşağıdakı mərhələlərdən ibarət olması tövsiyyə olunur . 

Sinfin  fəallaşdırılması,  motivasiya,  problemin  qoyulması, 

şagirdlərin  tədqiqatçılıq  qabiliyyətinin  üzə  çıxarılması,  informasiya 

mübadiləsinin üzə çıxarılması, informasiyanın müzakirəsi və təşkili, 

ümumiləşdirmə  aparmaq,  çıxarmaq,  yeni  ideyaların  yaradıcılıqla 

tətbiq edilməsi, biliyin qiymətləndirilməsi. 

186 



Fəal təlim metodlarmm tətbiqi şagirdlərdə: 

-əməkdaşlıq etməyi; 

-başqalarının fikrinə hömətlə yanaşmağı; 

-dinləmək qabiliyyətini

-fikirləri təhlil etmək qabiliyyətini

-öz fikirlərini dəqiq izah etməyi

-tənqidi təfəkkürü

-yaradıcı və məntiqi təfəkkürü inkişaf etdirh. (Ş.Ə.Topçiye- va, 

R.T.Qəndilov, 

S.Ş.Tağıyeva, 

Ş.Ə.Qocayev, 

G.N.Hacıyeva, 

R.T.Qəndilov,  S.Ş.Tağıyeva,  N.Ə.Məmmədova,  A.T.Hacıyeva, 

Z.Y.Rüstəmova,  Ü.B.Vəliyeva,  N.E.Zeynalova.  Həyati  bacarıqlara 

əsaslanan  təhsil  (Müəllimlər  üçün  tədris  vəsaiti.V-IX  siniflər  üçün) 

Bakı: Mütərcim, 2006. 608 s. Səh. 11) 

Fəal  təlim  üsulları  içərisində  «Ağlın  hücumu»  (dünyəvi  təhsil 

üsulları içərisində ən önəmli üsullardan hesab olunur. Bu üsula «əqli 

hücum»  üsulu  da  deyilir)  «Söz  assosiasiyaları  üsulu»,  «de-  butator 

üsulu» daha səciyyəvi hesab olunur . 

«Ağlın  hücumu»  üsulu  daha  çox  ibtidai  siniflərdə  tətbiq 

olunur.Yuxarı siniflərdə bu fəal təlim üsulundan istifadə edilir. Əqli 

hücüm üsulu çoxvariantlı üsuldur. Onun bir variantına diqqət yetirək: 

«Ağlın hücumu» 

İdeyaların  sürətli  generasiyası  əmələ  gəlməsi,  törəməsi  və 

şagirdlərin  fəallıgmın  artırılması  üçün  tətbiq  olunur.  Mövcud  üsul 

konkret  problemin  həlli  üçün  və  ya  suala  cavab  tapmaq  üçün  də 

istifadə  edilə  bilər.  Yeni  mövzunun  öyrənilməsinin  başlanğıcından 

artıq şagirdlərin bildikləri bütün aspektlər üzrə «əqli hücum»u tətbiq 

etmək  olar.  Bu  şagirdlərdə  yeni  mövzuya  maraq  oyatmaq,  habelə 

onların artıq nəyi yaxşı (və ya pis ) bildiklərini aydmlaş- dırmaq üçün 

ən yaxşı vasitədir. 

Müəllim sualı lövhədə yazır, yaxud onu şifahi verir və hamıya 

təklif edir ki, bu sual barədə öz ideyalarını söyləsinlər. Bütün ideyalar 

şərhsiz  və  müzakürəsiz  yazıya  alınu*.  Yalnız  bundan  sonra 

söylənilmiş  ideyaların  müzakirəsi  nəticəyə  gətirib  çıxarır. 

(Ş.Ə.Topçiyeva, R.T.Qəndilov, S.Ş.Tağıyeva, Ş.Ə.Qocayev, 

G.

 



N.Hacıyeva,  R.T.Qəndilov,  S.Ş.Tağıyeva,  N.Ə.Məmmədova, 

A.T.Hacıyeva, Z.Y.Rüstəmova, Ü.B.Vəliyeva, N.E.Zeynalova. 



187 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə