MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə63/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   59   60   61   62   63   64   65   66   ...   196

Həyati bacarıqlara əsaslanan təhsil (Müəllimlər üçün tədris vəsaiti. 

V-IX siniflər üçün). -Bakı: Mütərcim, 2006. 608s. Səh. 16) Belə 

texnologiyalar şagirdlərin elmi dünyagörüşünün, intellekt səviyyəsini 

yüksəltməklə yanaşı onların bilik, bacarıq və vərdişlər sistemini 

günün tələbləri səviyyəsində formalışdırır. 

3.22.

 

Təhsilin humanistləşdirilməsi 

Öncə  təhsilin  humanistləşdirilməsi  anlayışının  mahiyyətini 

aydınlaşdırmaq  lazım  gəlir.  Göründüyü  kimi,  bu  sözün  ffazeoloji 

vahidlər kimi iki tərəfi vardır. Bu ifadənin birinci tərəfində «təhsil», 

ikinci tərəfində «humanist» sözü durur. 

Fikrimizcə,  əvvəlcə  anlayışın  hər  iki  tərəfindəki  sözlərin 

mahiyyətinin  aydınlaşdu-ılmasına  ehtiyac  duyulur.  Çünki  elmi- 

pedaqoji ədəbi)^atda «təhsil» sözünün izahına çox az yer verilmişdir. 

«Təhsil» sözu dilimizə ərəb dilindən gəlmişdir. Məlum olduğu 

kimi  hər  bir  xalqa  mənsub  olan  sözlərin  əsas  hissəsi  həmin  xalqın 

milli etnogenezinin mənşəyindən yaransa da, digər hissəsi isə həmin 

xalqın dilinə gəlmə sözlər vasitəsilə daxil olur. «Təhsil» sözü isə bu 

qəbildən olan sözlərdən hesab olunur. Araşdırılan mənbələrdən aydın 

olur ki, «təhsil» sözü ərəb sözü olsa da, bəzən onun fars sözü olmasını 

iddia edənlər də vardır.  Bunun isə ən başlıca səbəbi  ərəb sözü olan 

«təhsil»  sözünü  farsların  ərəblərdən  götürüb  bir  neçə  çalarlarmdan 

istifadə etməsi ehtimalıdır. Ona görə də ərəb və fars sözləri lüğətində 

«təhsil» 1) ələ gətirmə, hasil etmə, qazanma; 2) elm və məlumat əldə 

etmə,  oxuyub  öyrənmək;  3)  müntəzəm  surətdə  oxumaq  nəticəsində 

əldə edilmiş biliklərin məcmusu mənalarında izah edilir. Göründüyü 

kimi,  hər  üç  mənada  «təhsil»  sözü  müntəzəm  şəkildə  elm-bilik 

qazanma, əldə etmə, öyrənmə kimi izah edilir (Bax. ərəb-fars sözləri 

lüğəti,  səh.641).  Həmin  lüğətdə  «təhsildar»  sözü  isə  fars  sözü  kimi 

təqdim  edilərək  «dövlət  vergilərini  və  ya  sahibkarların  varidatmı 

toplayan  məmur»  mənasında  izah  edilir.  Deməli,  ərəb  sözü  olan 

«təhsil»  fars dilində  «var dövlət» mənasında işlədilirsə, həmin sözü 

farsların ərəblərdən götürmələri ehtimalı həqiqətə daha çox uyğundur. 

Azərbaycan xalqının XI əsrdə yaşamış böyük mütəfəkkhi Əbül 



188 


Həsən  Bəhmənyar  Əl-Azərbaycani  (anadan  olması  məlum  deyil  - 

1065) «Ət-təhsil» əsərində «təhsil» sözünü fəlsəfi istilah kimi qəbul 

etmiş,  onu  «dərk  etmə»  (rusca  «Poznaniye») mənasmda işlətmişdir. 

Bəhmənyara  görə təbiətin, cəmiyyətin, idrakın,  elmin  dərk edilməsi 

kimi  izah  olunan  «təhsil»  sözü  ərəb  sözüdür.  Əsərin  ərəb  dilində 

yazılması da bu sözün ərəb mənşəli olub alınma söz kimi Azərbaycan 

dilinin lüğət fonduna daxil edilməsi artıq qəbul edildiyi üçün bu sözün 

təhlilinə  artıq  yer  ayırmağa  ehtiyac  hiss  etmirik.  Lakin  «təhsil» 

sözünün  pedaqoji  mənada  işlədilməsinə  də  münasibət  bildirməyi 

məqsədəuyğun  hesab  edirik.  Çünki  elmi-  pedaqoji  ədəbiyyatda 

təhsilin mahiyyəti ilə bağlı ziddiyyətli  fikirlər vardır. Azərbaycanda 

nəşr olunan ilk Ensiklopediyada oxuyuruq; «Təhsil-sistemləşdirilmiş 

bilik,  bacarıq  və  vərdişlərin  mənimsədilməsi  prosesi  və  nəticəsidir» 

(15, 288). Təhsil anlayışının bilik, bacarıq və vərdişlərin aşılanması ilə 

məhdudlaşdırılması düzgün sayıla bilməz. Çünki təlim prosesində və 

tədris  işində  də  bilik,  bacarıq  və  vərdişlərin  aşılanması  həyata 

keçirilir.  Təhsil  anlayışına  belə  yanaşmaqla  isə  onu  təlim  və  tədris 

anlayışları ilə eyniləşdiririk. 

Doğrudur,  təhsil  prosesində  təlim  və  tədrisetmə  prosesiləri 

vardır. Lakin təhsil prosesində təlim və tədris etmədən savayı, tərbiyə 

etmə, milli və ümumbəşəri dəyərlərin öyrədilməsi və inkişaf da vardır. 

Ona görə də bu anlayışı məhdud şəkildən şərh etmək düzgün sayıla 

bilməz. Araşdırmalar göstərir ki, Ensiklope- diyadakı şərh (ASE-nin 

şərhi  nəzərdə  tutulur  )  1958-ci  ildə  Azərbaycanda  nəşr  olunan 

«Pedaqogika» adlı dərs vasaitindəki şərhə əsaslanır. Həmin dərslikdə 

göstərilir ki, «Təhsilin məzmunu təlim prosesində şagirdlərə öyrədilən 

bilik,  bacarıq  və  vərdişlər  sisteminin  məzmunundan  ibarətdir»  (57, 

92). 


Eyni sözləri 1964-cü ildə Azərtədrisnəşr tərəfindən, professor 

M.Muradxanovun redaktorluğu ilə çap olunan «Pedaqogika» adlı dərs 

vəsaitində  də  oxuyuruq:  «Təhsilin  məzmunu  təlim  prosesində 

şagirdlərə verilən bilik, bacarıq və vərdişlər sisteminin məcmusundan 

ibarətdir»  (61,126).  Göründüyü  kimi,  birinci  dərs  vəsaitindəki 

«öyrədilən»  sözünü  ikinci  dərs  vəsaitində  «verilən»  sözü  ilə  əvəz 

etməklə təhsilin mahiyyətinə eyni şəkildə yanaşılmışdır. Hər iki dərs 

vəsaitindəki  təhsil  anlayışının  «orta  ümumi  təhsil»  kimi 

məhdudlaşdırılması deməyə əsas verir ki, təhsil 

189 



anlayışı  haqqında  ASE-də  verilən  şərh  həmin  dövrdə  mövcud  olan 

elmi-pedaqoji  ədəbiyyata  istinad  edilərək,  məhdud  çərçivədə  izah 

edilmişdir. 

Hazırda  təhsil  pedaqoji  elmin  başlıca  kateqoriyalarından  biri 

hesab edilir. Təhsil xalq təsərrüfatınm ən aparıcı sahələrindən, başqa 

sözlə desək, ən mühüm tərkib hissələrindən biridir. Lakin uzun illər 

təhsil əhalinin, adamların maariflənməsi kimi izah olunub. 

Postsovet  məkanında dövlət idarəetmə sistemində orta təhsilə 

Maarif  Nazirliyi,  peşə  təhsilinə  Peşə  Təhsili  Komitəsi,  ali  və  orta 

ixtisas  təhsilinə  isə  Ali  və  Orta  İxtisas  Təhsili  Nazirliyi  rəhbərlik 

edirdi. 

Ənənəvi  pedaqogikalarda  isə  təhsil  pedaqoji  elmin  tədqiqat 

sahələrindən biri kimi nəzərə alınmırdı. Əsasən tərbiyə pedaqoji elmin 

tədqiqat sahəsi sayılır, təhsil isə onun tərkibində nəzərdən keçirilirdi. 

Prof.A.Abbasov və prof.H.Əlizadənin yazdıqları «Pedaqogika» 

kitabmda oxuyuruq: 

«Tərbiyə» sözü son dərəcə geniş anlayışdır. Çox zaman «təhsil» 

və «təlim» də onun tərkibində nəzərdən keçirilir, hətta pedaqogikaya 

tərif  verərkən  ona  «tərbiyə»  haqqında  elm  kimi  yanaşırlar.  Bu, 

görünür, təhsil və təlim anlayışlarma nisbətən tərbiyə anlayışının daha 

erkən meydana gəlməsi ilə bağlıdır. İlk insanlar məhz tərbiyə edə-edə 

övladlarma  bilik,  bacarıq,  vərdiş  qazandırırdılar.  İngilis  dilində 

«education» sözü var. O, eyni zamanda həm tərbiyə, həm təhsil, təlim, 

maarif, həm də ən əsası «pedaqogika» mənasını verir (2, 79-80). 

Son  on  ildə  aparılan  tədqiqatlarda  isə  təhsilə  olan  münasibət 

dəyişilmişdir.  Son  ədəbiyyatlarda  pedaqoji  elmin  başlıca 

kateqoriyalarından biri olan təhsilin bilik, bacarıq, vərdişlər sistemini 

əhatə  etməsi,  müvafiq  tədris  müəssisələrində  müəyyən  müddətdə 

həyata  keçirilməsi,  təlimlə  üzvü  surətdə  əlaqədə  olması,  tərbiyə  və 

inkişaf  imkanlarını  özündə  ehtiva  etməsi  iddia  edilir.  2003-cü  ildə 

Moskvanın  «Pedaqoqiçeskoe  obşestvo  Rossii»  nəşriyyatı  tərəfindən 

P.Y.Pidkasistıym  redaktorluğu  ilə  nəşr  olunan  «Pedaqogika» 

dərsliyində  «Təhsilin  məzmunu»  adlanan  fəslin  birinci  paraqrafımn 

yarımbaşlığı  «Təhsilin  məzmunu  pedaqoji  elmin  dialektik 

kateqoriyası kimi» adlandırılır. Elmi pedaqogikada təhsil didaktikanm 

190 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə