MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə64/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   60   61   62   63   64   65   66   67   ...   196

kateqoriyalarından  biri  kimi  təqdim  edilməklə  yanaşı,  onun  bilik, 

bacanq  və  vərdişlər  sistemini  əhatə  etməsi,  müvafiq  tədris 

müəssisələrində  yüksək  dünyagörüşünə  malik  olan  şəxsiyyətlərin 

yetişdi-  rilməsini  təmin  etməsi,  öyrətmə,  təlim-tərbiyə  etmə 

imkanlarına malik olması göstərilir. 

Prof.N.M. Kazımov istisna olmaqla pedaqoqlanmızm heç biri 

təhsilin bu xüsusiyyətlərini onun mahiyyətində, hətta, tərifində nəzərə 

almamışdır. 

Yuxarıda təhsillə bağlı bir neçə fikir söylədiyimizi nəzərə alaraq 

bu  məsələnin  üzərində  ətraflı  dayanmağı  məqsədəmüvafıq  hesab 

etmirik. Bircə onu qeyd eləməyi vacib sayırıq ki, prof.N.M. Kazımov 

təhsil kateqoriyası ilə bağlı müfəssəl fikirlərlə, konseptual ideyalarla 

çıxış edərək təhsilə belə bir tərif vermişdir: «Təhsil xalq təsərrüfatının 

tərkib hissəsi olub, müvafiq tədris müəssisələrində müəyyən müddətə 

öyrənilən, tərbiyə və psixoloci inkişaf imkanlarına malik olan, təlimin 

həm  zəruri  şərti,  həm  də  nəticəsi  kimi  özünü  göstərən,  milli  və 

ümumbəşəri  dəyərlərə  əsaslanan  bilik,  bacarıq  və  vərdişlərin 

məcmusudur» (43, 34). 

Biz bu tərifi təhsil üçün məqbul sayırıq. 

Deməli,  xalq  təsərrüfatmın  mühüm  bir  sahəsi  olan  təhsil 

müvafiq tədris müəssisəsində müəyyən müddətə öyrənilən, tərbiyə və 

inkişaf  imkanları  olan,  təlimin  zəruri  şərti  və  nəticəsi  kimi  özünü 

göstərən,  milli,  ümumbəşəri  və  mənəvi  dəyərlərə  əsaslanan  bilik, 

bacarıq və vərdişlər sisteminin məcmusudur. 

Təhsilin  humanistləşdirilməsi  ifadəsinin  ikinci  tərəfindəki 

humanistləşdirmə  sözü  «humanizm»  sözündən  əmələ  gəlmişdir. 

«Humanizm» latın sözü olan «humanus» sözündəndir. Mənası insani, 

bəşəri kimi başa düşülür. 

«Humanizm  -  tarixin  dəyişən  baxışlar  sistemi;  bir  şəxsiyyət 

kimi  insanın  dəyərini,  onun  azadlığını,  xoşbəxtliyini,  inkişafını, 

bacarığını  aşkara  çıxarmaq  hüququnu  qəbul  edir,  insanın  rifahmın, 

sosial  institutlarının  qiymət  meyarı,  bərabərlik,  ədalət,  bəşəri 

prinsipləri  isə  insan  münasibətlərinin  norması  sayır.  Humanizm  hər 

cür  fanatizmin,  başqalarının  nöqteyi-nəzərinə  və  biliyinə 

hörmətsizliyin antipotudur. Humanizm renessans dövründə meydana 

çıxmışdır. 

Bu dövrdə humanizm feodalizmə və orta əsr teoloji baxışlarına 

qarşı mübarizə aparan ideologiya üçün səciyyəvi olub



191 


mütərəqqi  materialist  baxışlarla  sıx  bağlı  idi.  Renessans  dövrünün 

humanistləri  (Petrarka,  Leonardo  do  Vinçi,  Notterdamlı  Erazm, 

Fransua Rable, Bekon və b.) dünyəvi dünyagörüşünün yaranmasında 

mühüm rol oynamışlar. Burjua humanizmi XVIII əsr maarifçilərinin 

əsərlərində  yüksək  inkişaf  dərəcəsinə  çatmışdır.  Lakin  burcua 

humanizmi məhduddur, çünki humanist idealları xüsusi mülkiyyət və 

fərdiyyətçilik  prinsipləri  ilə  eyniləşdirir.  Xüsusi  mülkiyyəti  tənqid 

edən Mor, Kampanella, Münster, Morelli, Mabli göstərirdilər ki, onu 

yalnız  ümumi  mülkiyyət  ilə  əvəz  etməklə  bəşəriyyət  səadətə  və 

fıravanlığa nail ola bilər».(61, 71). 

Azərbaycan  Sovet  Ensiklopediyasından  götürdüyümüz  bu 

iqtibas  nəinki  humanizmin  bütün  cəhətlərini  özündə  ehtiva  etmir, 

hətta burada təhsilə heç bir münasibət bildirilmir. Bunun isə başlıca 

səbəbi  mənbənin  SSRİ  məkanında  və  kommunist  ideologiyasının 

tələblərinə müvafiq bir şəkildə şərh olunmasıdır. Məsələyə ikinci bir 

tərəfdən  yanaşsaq,  deməliyik  ki,  sosializm  humanizmi  yalnız  fəhlə 

sinfinə  qayğılı  münasibətin  təzahürü  kimi  şərh  edilir,  təhsilin 

humanizmini heç yada salmırdı. 

Hazırkı  şəraitdə  müstəqil  dövlətimizin  əsas  direktivlərində, 

xüsusilə  təhsil  islahatlarına  dair  sənədlərdə  təhsilə  humanist 

mövqedən  yanaşılması  ən  başlıca  vəzifələrdən  biri  kimi  qarşıya 

qoyulur.  Bu  vəzifələrin  yerinə  yetirilməsi  üçün  ali  məktəb 

tələbələrinin  cəmiyyətin  ən  ləyaqətli  üzvü  kimi  yetişdirilməsindən 

ötrü onlarda qarşılıqlı hörmət, dostluq, yoldaşlıq, qardaşlıq, halallıq, 

mərhəməti  ilik,  hörmət  etmək,  yardım  göstərmək,  pay  vermək  kimi 

humanist  hisslərin  formalaşdınlmasına  xüsusi  şərait  yaratmaq 

lazımdır.  Çünki  insani  hisslər,  nümunəvi  davranış  və  normal 

münasibətlərin formalaşması məhz belə bir prosesdə baş verir. Belə 

bir proses isə pedaqoji prosesdir. 

ProfN.M.Kazımov göstərir ki, pedaqoji proses deyəndə təlim, 

tərbiyə,  təhsil  və  bunlardan  ayrılmaz  olan  psixoloji  inkişaf 

kateqoriyalarının  vəhdəti  nəzərdə  tutulur.  Çünki  təlim,  tərbiyə  və 

təhsilin  oxşarlıq  əlamətləri  fərqli  əlamətlərə  nisbətən  xeyli  üstünlük 

təşkil  edir:  üçündə  də  iki  tərəf  (öyrədən  və  öyrənən)  iştirak  edir; 

üçündə  də  bir  tərəf  digər  tərəfə  müəyyən  təsir  göstərir;  üçündə  də 

göstərilən  təsirlər  pedaqoji-psixoloci  səciyyəli  olur;  üçündə  də 

pedaqoji-psixoloji  təsirlər  məqsədyönlü,  planlı,  mütəşəkkil  olur; 

üçündə də xalq üçün faydalı olan sistemləşdirilmiş 



192 


biliklər,  bacarıq  və  vərdişlər,  habelə,  mənəvi  keyfiyyətlər 

mənimsənilir. 

Pedaqoji prosesin əhatə etdiyi başlıca kateqoriyalara xas olan 

ümumi  cəhətləri  nəzərə  alaraq,  milli  pedaqogika  onun  mahiyyətini 

belə  ifadə  edir:  sistemləşdirilmiş  biliklərin,  bacarıq  və  vərdişlərin, 

habelə mənəvi keyfiyyətlərin adamlar tərəfindən məqsədyönlü, planlı 

və mütəşəkkil mənimsənilməsi pedaqoji prosesdir (45, 32). Pedaqoji 

prosesdə  tələbələrə  aşılanan  mənəvi  keyfiyyətlərin  böyük 

əksəriyyətini  humanist  normaları  özündə  əks  etdirən  əxlaqi 

keyfiyyətlər təşkil edir. Ona görə də ali məktəbdə  yaradılan sağlam 

pedaqoji  prosesdə  tələbələrə  aşılanması  zəruri  sayılan  humanist 

normaların təlqin edilməsi yolu ilə onların yetgin bir şəxsiyyət kimi 

formalaşmasını belə şəxsiyyətin isə pedaqoji prosesin əsas obyektinə 

çevrilməsini qarşıya təxirəsalınmaz vəzifə kimi qoymağı tələb edir. 

Təsadüfi  deyil  ki,  15  iyun  1999-cu  il  tarixdə  Azərbaycan 

Respublikasının  Prezidenti  tərəfindən  imzalanan  sərəncama  əsasən 

qəbul  edilmiş  Azərbaycan  Respublikası  Təhsil  sahəsindəki  islahat 

proqramında da göstərilir: 

Demokratikləşdirmə, 

humanistləşdirmə, 

inteqrasiya, 

differensiallaşdırma,  fərdiləşdirmə,  humanitarlaşdırma  prinsiplərinə 

əsaslanaraq  təhsil  alanın  şəxsiyyət  kimi  formalaşdırılmasını,  onun 

təlim-tərbiyə  prosesinin  əsas  subyektinə  çevrilməsini  başlıca  vəzifə 

hesab  edən,  milli  zəminə,  bəşəri  dəyərlərə  əsaslanan,  bütün 

qurumların fəaliyyətini təhsil alanın mənafeinə xidmət etmək məqsədi 

ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması... təmin edilsin. 

Dövlət  direktivlərinin  qarşıya  qoyduğu  bu  vəzifələrə  uyğun 

olaraq bütün təhsil müəssisələrində təhsilin humanistləşdirilməsi- nə 

xüsusi qayğı göstərilməsi vacib hesab edilir. Bu müəssisələr içərisində 

təhsilin humanistləşdirilməsi ilə bağlı ali məktəblərin imkanları daha 

genişdir.  Çünki  respublikamızda  fəaliyyət  göstərən  bütün  ali 

məktəblərdə  tədris  olunan  fənlərin  demək  olar  ki,  hamısında 

tələbələrə  humanist  hisslər  aşılamaq  mümkündür.  Lakin  bu  fənlər 

içərisində  elələri  var  ki,  onların  tədrisi  prosesində  gələcək 

mütəxəssilərə humanist normalar aşılamaq üçün daha geniş imkanlar 

vardır.  Məsələn,  deyək  ki,  bütün  ali  məktəblərimizdə  fəlsəfə, 

sosiologiya, məntiq, psixologiya, politologiya



193 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə