MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə67/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   63   64   65   66   67   68   69   70   ...   196

Azərbaycanda  təhsil  sistemi  aşağıdakı  prinsiplərə  uyğun 

qurulur:  təhsilin  dövlət  və  ictimai  səciyyəli  olması,  dövlət  təlim- 

tərbiyə müəssisələrində təhsilin əsasən dövlət hesabına olması; hər bir 

vətəndaş  üçün  təhsilin  müyəssərliyi;  təhsilin  humanist  xarakterdə 

olması;  təhsilin  humanitar  istiqamətli  olması;  təhsil  sistemində 

vahidlik  və  varisliyin  olması,  təhsildə  xalqların  hüquq  bərabərliyi; 

təhsildə kişi və qadınların hüquq bərabərliyi; təhsilin milli dəyərlərdən 

qidalanması; şəxsiyyətin hərtərəfli inkişafına təhsilin imkan verməsi; 

təhsil  sisteminin  açıqlığı;  təhsilin  idarə  olunmasında  demokratiklik; 

təhsildə siyasi fəaliyyətin yolverilməzliyi (43, 117). 

Göründüyü  kimi,  təhsil  sisteminin  əsasında  duran  on  üç  əsas 

prinsipdən  biri  də  konkret  olaraq  təhsilin  humanistləşdirilməsi 

adlanırsa, digər 12 prinsipin hər birində də müvafiq olaraq humanizm 

elementləri öz təcəssümünü tapır. 

Məsələn,  təhsilin  dünyəviliyi  prinsipində  də  humanizmin 

bəşəriliyi özünü bu və ya digər dərəcədə göstərir. Yaxud təhsilin milli 

dəyərlərdən  qidalanması  prinsipində  də  milli-mənəvi  dəyərlərimizin 

insanpərvərlik,  qayğıkeşlik  əliaçıqlıq,  humanistlik  kimi  əxlaqi 

normalardan  yoğrulması  özünü  büruzə  verir.  Təhsilin  prinsiplərinin 

humanistləşdirmə  prinsipi  ilə  bağlı  bir  üzvü  əlaqəsi  onun 

ümumpedaqoji  prinsip  olmasını  şərtləndirən  cəhətlərdəndir.  Elmi 

pedaqogikada sistemlilik, ardıcıllıq, müvafıqlik,  nikbinlik, yaş, fərdi 

və  psixoloji  xüsusiyyətlərin  nəzərə  alınması  prinsipləri  kimi 

humanistləşdirmə  prinsipi  də  ümumpedaqoji  prinsip  hesab  olunur. 

Ona  görə  ki,  humanistləşdirmə  prinsipi  həmin  prinsiplər  kimi  həm 

təlimin,  həm  tərbiyənin,  həm  də təhsilin  prinsipləri hesab olunurlar. 

Təhsilin  humanistləşdirilməsini  biz  ilk  dəfə  olaraq  ümumpedaqoji 

prinsip hesab etməklə onun elmi  pedaqogikada,  yəni  «Pedaqogika», 

«Ali məktəb pedaqogikası» adlı dərslik və dərs vəsaitlərində mövcud 

prinsiplər sırasına daxil edilməsini təklif edirik. Çünki arzu və istək 

şəklində  təqdim  etdiyimiz  bu  təklifin  isə  mühüm  elmi  əsaslara 

söykənməsini də ımutmaq olmaz. Məlumdur ki, humanistləşdirməni, 

humanizmi,  humanist  xarakteri  prof  Nurəddin  Kazımovdan  savayı, 

heç  bir  müəllif  təhsilin  prinsipi  kimi  qəbul  etməmişdir.  O,  ilk  dəfə 

olaraq  «Ali  məktəb  Pedaqogika-  sumda,  sonra  isə  «Məktəb 

pedaqogikası»nda 

təhsilin 

humanistləşdirilməsi 

məsələsinə 

toxunmuşdur. Digər müəlliflər isə bu 

200 



prinsipi  yalnız  tərbiyə  prinsipi  kimi  təqdim  etmişlər.  «Pedaqogika» 

adlı  dərslik  və  dərs  vəsaitlərində  ötəri  də  olsa,  mövcud  tərbiyə 

prinsipləri  sırasında  humanizm  tərbiyyəsinin  adını  çəksələr  də,  bu 

prinsipin  hərtərəfli  elmi  şərhini  və  pedaqoji  kadr  hazırlığında  onun 

rolunu  geniş  mənada  işıqlandırmamışlar.  Ona  görə  də  təhsilin 

humanistləşdirilməsi prinsipi barədə biz ilk dəfə olaraq geniş şəkildə 

şərhlər 

verməyi 


məqsədəuyğun 

hesab 


etdik, 

təhsilin 

humanistləşdirilməsi  sözünün  şərhinə  çalışdıq,  bu  sözün  etimoloci 

mənasını  aydınlaşdırdıq,  onun  konkret  bir  pedaqoji  prinsip  kimi 

şərhinə və həmin prinsipin ali məktəb həyatındakı roluna və yerinə öz 

münasibətimizi  bildirdik.  Bütün  bu  dediklərimizi  ümumiləşdirərək 

təhsilin humanistləşdirilməsi prinsipinin məzmununu aşağıdakı kimi 

ifadə  etməyi  məqbul  saydıq.  Yetişən  nəslin  (şagirdin,  tələbənin)  öz 

şəxsi meylinə, arzusuna, niyyətinə uyğun gələn fənlərin öyrənilməsinə 

imkan  verilməsi,  müstəqil  peşə  seçməyə  istiqamətləndirilməsinə 

xüsusi şəraitin yaradılması; onların hüquqlarına, azadlıqlarına, ictimai 

maraqlarına,  şəxsiyyətinə,  şərəf  və  ləyaqətinə,  əqidəsinə  hörmətlə 

yanaşılması;  müəllim-  şagird,  müəllim-tələbə  münasibətlərində 

səmimi  həmrəyliyi,  sıx  əməkdaşlığı,  qarşılıqlı  anlaşmanı, 

insanpərvərliyi, hörmət, ehtiram, yardım, pay, mərhəmət və s. bu kimi 

normaların məqsədyönlü, planlı və mütəşəkkil tənzimlənməsi, təhsilin 

humanistləşdirilməsi prinsipinin məzmununu təşkil edir. 

Yeri  gəlmişkən,  təhsilin  humanistləşdirilməsi  prinsipinin  ali 

məktəb həyatındakı mövqeyinə də münasibət bildirməyi lazım bilirik. 

Hər  şeydən  əvvəl,  qeyd  olunmalıdır  ki,  təhsilin 

humanistləşdirilməsi  prinsipi  bütün  ali  məktəblərdə  çox  güclü 

mövqeyə  malikdir.  Lakin  bu  mövqeyin  sükunətdə  olması  bir  fakt 

olaraq  qarşıda  durur.  Başqa  sözlə  desək,  ali  məktəbin  idarə 

edilməsindən  tutmuş  tədris  prosesinin  düzgün  qurulmasına  və 

auditoriyadankənar tədbirlərin təşkilinə qədərki bütün bu proseslərdə 

təhsilin  humanistləşdirilməsi  prinsipinə  istinad  etməklə,  bu 

prinsiplərin  əsasında  duran  müəyyən  tələblərin  gözlənilməsinə, 

müvafiq metod, priyom, yol və üsulların köməyindən istifadə etməklə 

pedaqoji  kadr  hazırlığı  ilə  bilavasitə  bağlı  olan  həmin  mövqeyi 

sükunətdən xilas edərək ona dinamik güc vermək mümkündür. Özü də 

bu  işi  təkcə  pedaqoji  kadr  hazırlığı  ilə  birbaşa  məşğul  olan  ali 

məktəblərlə 

201 



məhdudlaşdırmaq  düzgün  sayıla  bilməz.  Fikrimizi  konkret  faktlarla 

izah  edək.  Məsələn,  götürək  Azərbaycan  Tibb  Universitetini:  Elmi 

ədəbiyyatda bu universitet heç vaxt pedaqoji kadr hazırlığı ilə məşğul 

olan  universitet  kimi  qələmə  verilməyib.  Bütün  yazılı  mənbələrdə 

universitetin 

müalicəxanalan, 

sanitariya-gigiyena, 

tədqiqat 

mərkəzlərini və sairə bu kimi qurumları öz kadrları ilə təmin etməsi 

barədə  informasiyalara  rast  gəlirik.  Unutmaq  olmaz  ki,  universitet 

bütün bunlarla yanaşı, həm də pedaqoji kadr hazırlığı ilə məşğul olur. 

Çünki  universiteti  bitirənlərin  bir  qismi  tibb  məktəblərində,  tibb 

təmayüllü  kolleclərdə,  texnikumlarda  və  Tibb  Universitetində  dərs 

deyir.  Əgər  dərs  deyirlərsə,  deməli,  onlar  pedaqoji  prosesin  aparıcı 

simalarma  çevrilirlər.  Bu  mütəxəssislər  əgər  pedaqoji  işlə 

məşğuldurlarsa, deməli, onları da pedaqoji kadr hazırlığı ilə bilavasitə 

məşğul  olan  ali  tədris  müəssisəsi  bu  işə  hazırlamışdır.  Əgər  adı 

çəkilən  orta  ixtisas  və  ali  məktəblər  birbaşa  tibb  təhsili  ilə 

məşğuldurlarsa,  deməli,  onların  hamısı  təhsil  müəssisələridir  və 

həmin  təhsil  müəssisələrində  təhsilin  humanist-  ləşdirilməsi 

prinsipinə birmənalı şəkildə düzgün yanaşılması, riayət olunması və 

istinad  edilməsi  vacibdir.  Belə  bir  məsələni  diqqətdən  yayındırmaq 

olmaz  ki,  tibbi  təhsili  alan  hər  bir  peşə  sahibi  hökmən  mərhəmətli, 

insanpərvər və şəfqətli olmalıdır. Əbəs yerə deməyiblər ki, həkimlər 

«sağlamlıq bəxş edən», «mərhəmət göstərən», «ölümdən xilas edən», 

«can  qurtaran»  adamlardır.  Qədim  zamanlarda  həkimləri  loğman 

adlandırıblar.  Loğman  xəstələrdə  nikbinlik,  inam  hissləri 

formalaşdırmağı bacarmalı, onların bütün dərdlərinə insanpərvərliklə 

yanaşmalı, öz şəfqətli əllərindən onlara mərhəmət payı verməyə daim 

hazır  olmalı,  təmənnasız  yardım  etməyi  özünün  həyat  amalı  kimi 

qəbul  etməyə  alışmahdular.  Onlar  təbii  fəlakətlərdən,  qəzalardan, 

yoluxucu  və  ictimai  mühit  üçün  son  dərəcə  təhlükəli  olan 

xəstəliklərdən  zərər  və  əziyyət  çəkənlərə  yardım  etməyi  özlərinin 

əxlaqi  -  mənəvi  keyfiyyətlərinə  çevirməyi  bacarmalıdırlar.  Bütün 

bunlar isə deməyə əsas verir ki, tibbi kadrlar hazırlayan orta ixtisas və 

ali təhsil müəssisələrində tələbələri səhiyyə işçisi kimi müqəddəs peşə 

hazırlığına  yiyələndirərkən  onlara  təhsilin  humanistləşdirilməsi 

prinsipinin  əsas  istiqamətlərinə  müvafiq  olaraq  bilik,  bacarıq  və 

vərdişlərin  aşılanması  daha  vacibdir.  Eyni  sözləri  birbaşa  pedaqoji 

kadr hazırlığı ilə məşğul olmayan ali məktəblər haqqında da 

202 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə