MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə69/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   65   66   67   68   69   70   71   72   ...   196

pedaqoji kadrların hazırlanması», «Ali məktəbə rəhbərlik və pedaqoji 

nəzarət» və sair bu kimi mövzuların olması; 

8.

 

Tədrisdənkənar  işlərdə,  auditoriyadankənar  tədbirlərdə,  o 



cümlədən,  gecələrdə,  görüşlərdə,  lektoriyalarda,  disputlarda, 

müsabiqələrdə,  tələbə  klublarında,  tələbə  konfranslarında,  kitab 

müzakirəsində,  poeziya  saatlarında,  bədii  yaradıcılıq  dəməklərində, 

mərasimlərdə,  müqəddəs  yerləri  ziyarət  etmək,  xüsusilə  qaçqınlara, 

köçkünlərə,  müharibə  faciəsinə  məruz  qalanlara,  kasıblara  kömək 

etmək,  xəstələrə  baş  çəkmək  yardım  etmə  mərasimləri  də  buraya 

daxildir), konsertlərdə, yarışlarda, yürüşlərdə, ekskursiyalarda təhsilin 

humanistləşdirilməsi prinsipi ilə bağlı müzakirə, təhlil və şərh etmək 

üçün kifayət qədər mövzuların olması. 

3.23.

 

Təhsilin demokratikləşdirilməsi 

Demokratikləşdirilmə 

sözü 

“demokratiya” 



sözündən 

yaranmışdır.  Yunan  sözü  olan  “demokratiya”  (hərfi  mənası-xalq 

hakimiyyəti;  demos-xalq,  kratios-hakimiyyət)  vətəndaşlara  geniş 

hüquq və azadlıqlar verilməsinə əsaslanır. (Bax. ASE III cild, Bakı, 

1979, səh. 371) 

Deməli,  təhsilin  bütün  pillələrində  konstitusiya  hüquqlarının 

müdafiəsi;  sərbəst,  azad,  sağlam  düşüncə  tərzilə  müstəqil  söz 

söyləməsi, ixtisas seçməsi, peşə öyrənməsi, cəmiyyətin tam hüquqlu 

vətəndaşı  kimi  seçmək,  seçilmək,  vəzifə  tutmaq,  xarici  ölkələrdə 

təmsil  olunmaq;  mütərəqqi  ideyaları,  hadisə  və  prosesləri  müdafiə 

etmək;  bütün  qanunsuzluqları  açıq  tənqid  etmək  və  s.  kimi 

anlayışların 

öyrədilməsi 

demokratik 

düşüncə 

tərzinin 

formalaşdırılmasma xidmət etməlidir. 

Şagird  məktəbə  ailədən  gəlir,  təhsilini  başa  vurduqdan  sonra 

istehsalata işləməyə gedir. Yəni cəmiyyətin tam demokratik hüquqlu 

vətəndaşı kimi xalqına və dövlətinə xidmət etmək səlahiyyəti qazanır. 

Bunun  üçün  isə  şagirdə  ali  məktəbdə  tam  demokratik  şərait 

yaradılmalıdır. 

Respublikamızın  bütün  məktəblərində  belə  bir  şəraitin 

yaradılması üçün geniş imkanların olmasını nəzərə alsaq, deməliyik 

ki, hər hansı bir məktəbdə birinci şəxsdən tutmuş pedaqoji kollektivin 

son nümayənədəsinə qədər - hamı təhsilin 



206 


demokratikləşdirilməsini konkret bir prinsip kimi qəbul etməlidir. 

Latın sözü olan “prinsip” “prinsipium” sözündən yaranmışdır. 

Mənası (başlanğıc, əsas deməkdir. “Hər hansı bir nəzəriyyənin, təlim, 

elm,  dünyagörüşü,  siyasi  təşkilatın  və  s.  çıxış  etdiyi  müddəalar; 

insanın  əxlaq  və  fəaliyyət  norması;  hər  hansı  bir  mexanizmi,  adətin 

quruluş xüsusiyyəti” kimi başa düşülür (Bakı. ASE, VIII cild. Bakı, 

1980,  səh.  13).  Deməli,  təhsilin  demokratikləşdirilməsi  prinsipi 

təhsilin  bütün  pillələrində  yetişən  gənc  nəslin  hər  hansı  bir 

nümayəndəsinə  bütün  konstitusiya  hüquqlarına  malik  olan,  sərbəst, 

müstəqil,  azad  fikirli  vətəndaş  kimi  yanaşmaq;  onun  bütün  ictimai, 

iqtisadi, siyasi proseslərdə iştirakına şərait yaratmaq; onun maddi-mə- 

nəvi  və  milli  sərvətlərdən  bəhrələnmək  və  sair  kimi  kriteriyaları 

özündə  ehtiva  edir.  Bütün  bunlar  isə  hər  şeydən  əvvəl  təhsil 

müəssisəsinin  idarə  olunmasında  özünü  daha  bariz  şəkildə  biruzə 

verməli, başqa sözlə desək, özünün çılpaqlığı ilə təcəssüm etməlidir. 

Pedaqoji  prosesdə  isə  aşılanan  mənəvi  keyfiyyətlərin  böyük 

əksəriyyətini  demokratik  normaları  özündə  əks  etdirən  əxlaqi 

keyfiyyətlər  təşkil  edir.  Ona  görə  də  məktəblərdə  yaradılan  sağlam 

pedaqoji  prosesdə  şagirdlərə  aşılanması  zəruri  sayılan  demokratik 

normaların təlqin edilməsi yolu ilə onların yetgin bir şəxsiyyət kimi 

formalaşmasını tələb edir. 

Təsadüfi  deyil  ki,  1999-cu  ildə  Azərbaycan  Respublikasının 

Prezidenti  tərəfindən  imzalanan  sərəncama  əsasən  qəbul  edilmiş 

Azərbaycan Respublikası Təhsil sahəsindəki islahat  proqramında da 

göstərilir: 

Demokratikləşdirmə, 



humanistləşdirmə, 

inteqrasiya, 

diferensiallaşdırma,  fərdiləşdirmə,  humanitarlaşdırma  prinsiplərinə 

əsaslanaraq  təhsil  alanın  şəxsiyyət  kimi  formalaşdırıl-  masını,  onun 

təlim-tərbiyə  prosesinin  əsas  subyektinə  çevrilməsini  başlıca  vəzifə 

hesab  edən,  milli  zəminə,  bəşəri  dəyərlərə  əsaslanan,  bütün 

qurumların  fəaliyyətini  təhsil  alanın  mənafeyinə  xidmət  etmək 

məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması təmin 

edilsin.  (Bax.  T.Paşayev  “Ali  təhsilin  bakalavr  pilləsində  pedaqoji 

təcrübənin təşkili” Bakı, ADPU, 2004, səh. 7). 



207 


Dövlət  direktivlərinin  qarşıya  qoyduğu  bu  vəzifələrə  uyğun 

olaraq bütün təhsil müəssisələrində təhsilin humanistləş- dirilməsinə 

xüsusi qayğı göstərilməsi vacib hesab edilir. Bu müəssisələr içərisində 

təhsilin humanistləşdirilməsi ilə bağlı ali məktəblərin imkanları daha 

genişdir.  Çünki  respublikamızda  fəaliyyət  göstərən  bütün  ali 

məktəblərdə  tədris  olunan  fənlərin  demək  olar  ki,  hamısında 

tələbələrə  humanist  hisslər  aşılamaq  mümkündür.  Pedaqogikada 

təhsilin  demokratikləşdirilməsi  prinsipi  təhsil  sahəsində  dövlət 

siyasətinin prinsipləri kimi təqdim edilir. Həmin dərsliklərdən birində 

oxuyuruq:  “  Hər  ölkənin  sosial-iqtisadi  və  siyasi  quruluşuna  uyğun 

təhsil sisteminin bir sıra prinsipləri olur”. 

Professor  N.  Kazımov  “Ali  məktəb  pedaqogikası”  adlı 

dərslikdə  təhsil  sahəsində  dövlət  siyasətinin  prinsiplərindən  bəhs 

edərkən  18  prinsipin  adını  çəkir.  Maraqlıdır  ki,  bu  sırada  təhsilin 

demokratikləşdirilməsi  prinsipi  “Təhsilin  demokratikləşdirilməsi  və 

onun idarə olunmasının dövlət-ictimai xarakter daşıması” kimi ifadə 

edir. 

Fikrimizcə, prinsipin belə qoyulması onun həm ictimai, həm də 



siyasi  məzmununu  özündə  daha  parlaq  şəkildə  açıqlamağa  kömək 

edir.  Doğrudan  da  təhsilin  demokratikləşdirilməsi  həm  ayrı-ayrı 

şəxslərdən,  həm  kütlələrdən,  həm  ictimai  təşkilatlardan,  həm  də 

dövlət qurumlarından asılıdır. Bunun üçün də ali məktəblərin üzərinə 

daha  böyük  vəzifələr  düşür.  Bu  vəzifələrin  müvəffəqiyyəti  isə  ali 

məktəblərdə  həyata  keçirilən  spesifik  işlərlə  şərtlənir.  Onlardan 

bəzilərini nəzərdən keçirək: 

Birinci  şərt:  Ali  təhsil  müəssisələrində  rektor  başda  olmaqla 

bütün personal (prorektor, dekan, kafedra müdiri, həmkarlar təşkilatı 

və  s.)  öz  iş  planlarında  təhsilin  demokratikləşdirilməsi  prinsipinin 

bütün müddəalarını özündə əks etdirən bölmələr ayırmalıdır; 

İkinci 


şərt: 

Bütün 


ali 

təhsil 


müəssisələrində 

demokratikləşdirmə qurumları (institutları, dərnəkləri, komissiyaları, 

lektori- yaları, muzeyləri, tələbə dəstələri, və s. ) yaradılmışdır. Həmin 

qurumlar  isə  özlərinə  iş  sistemləri  yaratmalıdırlar.  Bu  iş  sisteminin 

məzmununda isə təhsilin demokratikləşdirilməsilə bağlı kifayət qədər 

didaktik materiallar öz əksini tapmalıdır. 



208 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə