MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə59/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   55   56   57   58   59   60   61   62   ...   196

ra  misal  olaraq  inkişafetdirici  təlim  texnologiyalarmı,  regionlarda 

təlim keyfiyyətinin idarə olunması və konkret məktəbdə tərbiyə işinin 

təşkili  üçün  tətbiq  olunan  texnologiyaları  göstərmək  olar. 

Makrotexnologiya  və  ya  təhsil  sahələri  üzrə  texnologiya  hər  hansı 

təhsil  sahəsini,  təlim-tərbiyə  prosesinin  müəyyən  istiqamətini, 

ümumpedaqoji  və  ümummetodiki  səviyyədə  fənnin  tədrisi  ilə  bağlı 

fəaliyyət  sahələrini  əhatə  edir.  Belə  texnologiyalara  misal  olaraq 

ayrı-ayrı  fənlərin  tədrisi  texnologiyalarının,  bərpaedici  təlim 

texnologiyalarını  göstərmək  olar.  Mezotexnologiya  və  lokal-modul 

texnologiya  təlim-tərbiyə  prosesinin  ayrı  -ayrı  hissələri  (modulları), 

xüsusi,  didaktik,  metodik  və  ya  tərbiyənin  müəyyən  bir  problem 

sahəsi  ilə  bağlı  məsələləri  həll  etmək  üçün  tətbiq  olunan 

texnologiyadır.  Belə  texnologiyalara  misal  olaraq  təlim-tərbiyə 

prosesində  ayrı-ayrı  fəaliyyət  sahələri,  verilmiş  mövzunun 

öyrənilməsi,  dərsin  gedişi,  materialın  mənimsənilməsi,  təkrar 

olunması,  və  keyfiyyətə  nəzarətin  təşkili  ilə  bağlı  texnologiyaları 

misal  göstərmək  olar.  Mikrotexnologiya-pedaqoji  prosesin 

subyektləri arasındakı operativ məsələlərin, qarşılıqlı əlaqlərin,  yazı 

vərdişlərinin həlli ilə bağlı texnologiyadır. Belə texnologiyalara misal 

olaraq  yazı  vərdişlərinin  formalaşdırılması,  subyektin  (şəxsiyyətin, 

tədris  prosesinin  iştirakçılarının)  şəxsi  keyfiyyətlərinin  korreksiyası 

üçün  treninqlərin  təşkili  ilə  bağlı  texnologiyaları  göstərmək  olar. 

(Bax:A.Mehrabov,  A.  Abbasov,  Z.Zeynalov,  R.Həsənov,  Pedaqoji 

texnologiyalar, Bakı. Mütərcim. 2006.səh. 11) 

Belə texnologiyaların tətbiqi təlim, tərbiyə və təhsil prosesində, 

yəni pedaqoji prosesin aparıcı mövqelərində daha çox müvəffəqiyyət 

qazanmağa imkan verən texnologiyalardır. Belə texnologiyalar ABŞ 

və  Avropa  ölkələri  ilə  yanaşı  (Almaniya,  Fransa,  İngiltərə, 

Hollandiya,  İsveçrə,  Belçika  və  s)  Asiya  ölkələrində  də  artıq  tətbiq 

edilməyə  başlanılmışdır.  Təhsil  sistemində  pedaqoji  və  təlim 

texnologiyaları  üzrə  məqsədyönlü  yanaşmadan  istifadə  edən 

Hindistanda məzunların təlim texnologiyası üzrə bilik və bacarıqları o 

qədər yüksək olmuşdur ki, hətta onların çoxu ABŞ və Almaniya kimi 

inkişaf  etmiş  ölkələrdə  fəal  çalışmağa  başlamışlar.  Əhalisi 

Azərbaycanın əhalisindən 2 dəfə az, ərazisi isə ərazimizdən 87 dəfə 

kiçik olan Sinqapurda təhsil, elm və texnologiyanın inkişafında planlı 

və  məqsədyönlü  işin  nəticəsi  olaraq  bu  ölkə  inkişaf  etmiş  ölkələr 

sırasına daxil olmuşdur. (Bax: A.Mehrabov. 



176 


Ə.Abbasov,  Z.Zeynalov,  R.Həsənov.  Pedaqoji  texnologiyalar,  Bakı, 

Mütərcim. 2006. səh 19.) 

Azərbaycan 

Respublikasında 

da 

artıq 


pedaqoji 

texnologiyalardan istifadə olunması müəyyən dinamik sürət almışdır. 

Heydər Əliyev fondunun prezidenti. Millət Vəkili, YUNESKO-nun və 

USESKO-nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın  şəxsi 

təşəbbüsü  və  qayğısı  sayəsində  1000-dən  artıq  tikilən  yeni 

məktəblərdə  və  digər  şəhər  və  kənd  məktəblərində  yeni  pedaqoji 

texnologiyaların tətbiqinə imkan verən texniki, audio-vizual vasitələri 

quraşdırılmışdır. Bu texniki vasitələrin ən populyar texnologiya növü 

kimi 

kompüterlərin 



quraşdırılması 

yaxşı 


hal 

kimi 


qiymətləndirilməlidir. Hansı ki, bu kompüterlərin istifadə olunmasına 

diqqətlə yanaşılması vacib sayılır. 

Bildiyimiz  kimi,  kompüter  yalnız  sıfır,  vahid  rəqəmlərini 

tanıyır və proqram yalnız bu rəqəmlərdən ibarət olur. Ən yaxşı halda 

kompüter yalnız bir tərifə layiqdir -anlamaz dəmir. O, yalnız iki şeyi 

sıfır  və  biri  başa  düşür  ki,  onlar  infrormasiya  vahidi  olan  biti  təşkil 

edir.  Lakin  o,  bu  bitlərlə  çox  cəld  manipulyasiya  etdiyi  üçün 

məsələləri çox sürətlə yerinə yetirə bilir. Kompüter dilində proqram 

yazmaq insan üçün çox çətindir. Bunun üçün o, əməliyyatların bütün 

kodlarının hamısını yadda saxlamalıdır. Əvvəlcədən hansı verilənləri 

və  proqramın  işi  nəticəsində  yerləşdüə-  cəyini  yadda  saxlamaq 

mümkün olmur və bu zaman çox asanlıqla səhvə yol vermək olar. Axı 

çoxlu sayda sıfır və birlər içərisində çox asanlıqla hər hansı bir rəqəmi 

unutmaq  və  ya  artıq  rəqəm  əlavə  etmək  və  ya  proqrama  hər  hansı 

dəyişiklik  etmək  çox  çətin  olur.  Faktiki  olaraq  ilk  proqramlaşdırma 

prosesində  operator  kompüterin  ön  panelindəki  dəyişdiricilərin 

köməyi  ilə  sıfır  və  birlər  ardıcıllığından  ibarət  proqram  yığır. 

(H.V.Meladze, 

Ə.A.Vəliyev, 

V.Ə.Sadixov, 

N.M.Sxirtladze, 

P.A.Seretell.  Əyləncəli  İnformatika  və  modelləşdirmə.  Dərs  vəsaiti, 

Bakı: Çaşıoğlu, 2005, 248-s.Səh.l51) 

Bu  proqramlarm  şagirdlərə  öyrədilməsində  müəyyən  sistem 

olmalıdır. Əgər dəqiq  elmlərələ əlaqədar olan fənlərin  tədrisində bu 

proqramların hansmm məqbul sayılması düzgün müəyyənləşdirilməsi 

nəzərə aimmazsa tədris prosesinin səviyyəsinin yüksəldilməsi əvəzinə 

digər  çətinliklər  ortaya  çıxa  bilər.  Kompüter  mütəxəssisləri  belə 

çətinliklərin ortaya çıxması ehtimalını nəzərə 

177 



alaraq  proqramı  tətbiq  edənlərin  (yəni  proqramçmm)  çətinlik  qar- 

şısmda qalmaması üçün müəyyən üsullardan istifadə etməyi nəzərdə 

tutmuşlar. 

Proqramçmm  əməyini  asanlaşdmnaq  üçün  proqlamlaşdır- 

manm  dillərini  firkirləşdilər.  Onlara  aiqoritmik  dillər  də  deyillər, 

çünki  bu  proqramlarda  aiqoritmiər  yazılu*.  Bizim  danışdığımız  adi 

təbii dillər kimi, bu dillərin də öz əlifbası və sözələri vardır. Sözlərdən 

isə  müəyyən  qaydalarda  cümlə  tərtib  etmək  olar.  Bu  cümlələrə 

proqramlaşdırma dilinin operatorları deyilir. Onlar kompüterə nəyi və 

necə  etmək,  hansı  ədədlər  üzərində  hansı  əməliyyatları  aparmaq, 

nəticələri hara yazmaq və hansı növbəti təlimatı yerinə yetirmək kimi 

təlimatlar verir. 

Proqramlaşdırma dilinə belə tərif vermək olar: Proqram işçisi 

sözləri  (ibarə)  yığımdır  və  hərf,  durğu  işarələri  və  simvollar 

sətirlərindən  ibarət  operatorları  konstruksiya  etmək  üçün  qaydalar 

(qrammatika və sintaksis) sistemidir ki,  bu operatorlarm köməyi  ilə 

insanlar kömpüterə əmrlər verirlər. Proqlamlaşdırma dilləri bir neçə 

vacib ideyaları realizə edir. Bu isə proqramlaşduma üçün operatorları 

daha  rahat  şəkildə  təsvir  edir  və  proqlamlaşdırma  prosesini  əsaslı 

dərəcədə  sadələşdirir.  Bir  ədədi  başqa  ədədə  bölmək  üçün  bizə  bir 

neçə  simvol  yazmaq  kifayətdir,  lakin,  bunun  üçün  kompüterlərdən 

onlara əməliyyat yerinə yetirmək tələb olunur. Bundan başqa dəyişən 

və sabitlər kimi obyektlərə proqramlaşdırma dilləri daha düşünülmüş 

adlar mənimsətməyə imkan verir ki, bunun sayəsində proqramlar daha 

asan  olur,  onlar  daha  çox  başa  düşülən  olur  və  onları  sazlamaq 

asanlaşır. (H.V.Meladze, Ə.A.Vəliyev, V.Ə.Sadixov, N.M.Sxirtladze, 

P.A.Sereteli.  Əyləncəli  İnformatika  və  modelləşdirmə.  Dərs  vəsaiti. 

Bakı Çaşıoğlu, 2005, 248-s. Səh 151-152). 

Təlim  prosesində  proqramlaşdırmanm  düzgün  həyata 

keçirilməsi  çox  mürəkkəb  bir  prinsipdir.  Ona  görə  də  sadədən 

mürəkkəbə  prinsipinə  riayət  etməklə  bunu  şagirdlərə  öyrətmək 

vacibdir. Bu vacib prosesi həyata keçirmək üçün isə kompüter texno- 

logiyasmm özünün geniş imkanları vardır. Yəni proqramlaşdır- manm 

düzgün təyin edilməsi üçün kompüterin özü bir növ tərcüməçi rolunu 

oynayır.  Əgər  kompüter  yalnız  maşın  dilini-sıfır  və  birləri  başa 

düşürsə,  onda  nə  etməli?  Kompüteri  necə  məcbur  edək  ki,  o  onun 

dilində yazılmayan proqramı başa düşsün? Bu 

178 



Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə